Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   82

 
~ 75 ~ 
F
2
  nəslində  alınan  ¾  hissə  cırtdanboylu  bitkilərin  ¼  hissəsi 
homoziqot və 2/4 hissəsi isə heteroziqotdur. 
3.
 
Drozofil  milçəyində  bədənin  boz  rəngi  qara  rəng  üzərində 
dominantlıq  edir.  a)  Bir  sıra  təcrübələr  zamanı  boz  rəngli  milçəkləri 
qara rəngli milçəklərlə çarpazlaşdırdıqda 117 boz rəngli və 120 qara 
rəngli  fərd  alınmışdır.  Valideyn  formaların  genotipini  təyin  edin.        
b) Boz rəngli milçəkləri çarpazlaşdıran zaman nəsildə 1392 boz rəngli 
və 467 qara rəngli fərd alınmışdır. Valideyn formaların genotiplərini 
təyin edin. 
Həlli: 
Boz  rəngli  milçəkləri  qara  rəngli  milçəklərlə  çarpazlaşdırdıqda  117 
boz  rəngli  və  120  qara  rəngli  (1:1  nisbətində)  fərd  alınmışdır.  Deməli, 
çarpazlaşmada heteroziqot (Aa) boz rəngli və homoziqot (aa) qara rəngli 
milçəklərdən istifadə edilmişdir. Analizedici çarpazlaşma aparılmışdır. 
Əlamət 
Əlaməti müəyyən edən 
gen 
Boz rəng 

Qara rəng 

 
  
 
P        Aa 
 x  
 aa 
 
 
                 Qametlər         A       a 
 
  a 
 
 
 
       
  F
1
 
 
Aa 
 
 aa 
Məsələnin “b” bəndində boz rəngli milçəkləri çarpazlaşdıran zaman 
nəsildə  1392  ədəd  boz  rəngli  və  467  ədəd  qara  rəngli  fərd  alındığından 
valideynlərin genotipini təyin etmək tələb olunur. 1392:467-yə nisbəti 3:1 
nisbətini  verir.  Bu  cür  parçalanma  F
1
-nəslinin  heteroziqot  fərdlərinin 
çarpazlaşmasından  alınır.  Deməli,  valideynlərin  genotipi  heteroziqot 
(AaxAa) olmuşdur. 
 
     
 
 
 P 
 Aa 
    x  
    Aa 
     
         Qametlər           A      a  
  A     a 
     
 
      F
2
        AA          Aa         Aa       aa 
4.
 
Normal  drozofil  milçəklərini  öz  aralarında  çarpazlaşdırdıqda 
nəsildə fərdlərin ¼ hissəsinin gözləri kiçilmiş formada olmuşdur. Belə 
milçəkləri çarpazlaşdırdıqda nəsildə 37 fərd kiçilmiş gözlü və 39 fərd 
isə  normal  gözlü  olmuşdur.  Hər  iki  təcrübədə  çarpazlaşdırılan 
milçəklərin genotipini müəyyən edin.  


 
~ 76 ~ 
Həlli: 
Məsələnin şərtindən məlum olur ki, normal drozofil milçəklərini öz 
aralarında çarpazlaşdırdıqda alınan nəsillərin ¼ hissəsinin gözləri kiçilmiş 
formada olmuşdur. Deməli, alınan nəsillərin ¾ hissəsi normaldır. Normal 
drozofil  dominant  A  geni  ilə,  gözləri  kiçilmiş  formanı  resessiv  a  geni  ilə 
işarə etsək, onda valideynlərin genotipi heteroziqot olacaq və çarpazlaşma 
aşağıdakı kimi baş verəcəkdir: 
 
     
 
 

Aa 
   x 
   Aa 
     
        Qametlər 
         A      a   
 A     a 
     
 
      F
2
        AA          Aa         Aa        aa 
     
 
 
        3 pay normal 
        1 pay kiçilmiş gözlü 
Məsələnin ikinci şərtinə əsasən gözləri kiçilmiş formalı milçəkləri 
normal milçəklərlə çarpazlaşdırdıqda 37 fərd kiçilmiş gözlü və 39 fərd isə 
normal  gözlü  olmuşdur.  37:39  nisbəti  1:1  nisbətinə  uyğun  gəlir.  Bu  cür 
nisbət  isə  analizedici  çarpazlaşma  zamanı  alınır.  Buradan  da  aydındır  ki, 
çarpazlaşmada  iştirak  edən  valideynlərin  genotipi  aşağıdakı  kimi 
olmuşdur: 
P  
Aa 
  x  
 aa 
 
 
              Qametlər           A      a 
 
  a 
 
 
 
 
 
F
1
 
Aa 
 
 aa 
 
 
 
 
                  normal        kiçilmiş gözlü 
5.
 
 Heyvandarlıq  fermasında  su  samurundan  225  bala 
alınmişdir.  Onlardan  167-si  qəhvəyi  və  58-i  isə  mavi-boz  xəzli 
olmuşdur. Nəzərə alınmalıdır ki, qəhvəyi rəng mavi boz rəng üzərində 
dominantlıq edir. Valideyn formaların genotipini təyin edin. 
Həlli: 
Əlamət 
Əlaməti müəyyən edən 
gen 
Qəhvəyi xəz 

Mavi-boz xəz 

 
Məsələnin şərtinə görə heyvandarlıq fermasında 225 bala alınmışdır 
ki,  bunlardan  167-si  qəhvəyi,  58-i  isə  mavi-boz  rənglidir.  Bu  3:1 
nisbətində  əlamətlərin  parçalanmasına  müvafiqdir.  Deməli,  167:58-ə 
nisbəti  kimi.  Onda  valideynlərin  genotipi  heteroziqot  (Aa)  olmalıdır. 
Çarpazlaşmanı belə göstərmək olar: 


 
~ 77 ~ 
 
     
 
 

Aa 
   x 
   Aa 
     
       Qametlər           A      a   
  A     a 
     
 
      F
2
        AA         Aa         Aa        aa 
     
 
 
             qəhvəyi-167          mavi-boz-58 
6.
 
 Valideynləri  qonur  gözlü  olan  mavi  gözlü  kişi  qonur  gözlü 
qadın  ilə  evlənmişdir.  Bu  qadının  atası  mavi  gözlü,  anası  isə  qonur 
gözlü  olmuşdur.  Qonur  gözlülük  geni  mavi  gözlülük  geni  üzərində 
dominantlıq  edir.  Bunu  bilərək  göstərilən  nigahdan  sonra  törəyən 
uşaqların gözlərinin rəngi necə olacaqdır? 
Həlli: 
Məsələnin sualına birbaşa cavab verməzdən əvvəl nigaha daxil olan 
kişilərin və qadınların genotipini müəyyən etmək lazımdır. Əgər kişi mavi 
gözlüdürsə, onda onun genotipində iki resessiv – aa geni olmalıdır. Kişinin 
valideynlərinin mavigözlü olması bizi narahat etməməlidir. Bu göstərişdən 
biz onun valideynlərinin homoziqot olması haqqında nəticə çıxara bilərik. 
Qadının  gözləri  qonur  rəngli  olmuşdur.  Beləliklə,  onun  genotipində 
hökmən qonur gözlülük genini idarə edən dominant – geni olmalıdır ki, 
bunu  da  o,  anasından  irsi  olaraq  almışdır,  deməli,  atası  mavi  gözlü  (aa
imiş.  Beləliklə,  qadın  gözünün  rənginə  görə  heteroziqot  –  Aa  olmuşdur. 
Heteroziqot valideynin (Aa) resessiv genlərə görə homoziqot (aa) valideyn 
ilə nigahdan doğulan uşaqların bir hissəsi qonur gözlü (Aa), bir hissəsi isə 
mavi gözlü (aa) olacaqdır. 
Məsələni insana aid etməklə həll edən zaman parçalanmanın birbaşa 
– 1:1 nisbətində getməsindən bəhs etmək düzgün düyil, çünki belə nisbət 
alınan fərdlərin sayı çox olduqda doğru olur. İnsan ailəsində uşaqların sayı  
məhdud olduğundan, yalnız ehtimaldan söz açmaq mümkündür.  
 
P  
Aa 
  x  
 aa 
 
 
                 Qametlər          A       a   
  a 
 
 
 
 
 
F
1
 
Aa 
 
 aa 
 
 
 
 
      qonur gözlü 
mavi gözlü 
7.
 
İnsanda  sağaxaylığı  idarə  edən  gen  solaxaylıq  geni  üzərində 
dominantlıq  edir.  Anası  solaxay  olan  sağaxay  kişi  sağaxay  qadınla 
evlənmişdir. Bu qadının üç qardaşı və bacıları varmış. Bunlardan ikisi 
solaxay imiş. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə