~ 86 ~
Çarpazlaşma nəticəsində alınan nəsillərin 50%-i mavi və 50%-i ağ
lələkli olur. Mavi rəngli toyuqların çarpazlaşmasından hansı rəngli
toyuqların alındığını müəyyən etmək üçün çarpazlaşma aşağıdakı kimi
aparılmalıdır:
P ♀ Aa
x
A/a ♂
Qametlər
A a
A a
F
2
AA Aa Aa aa
ağ mavi qara
Aşağıdakı məsələləri tələbələr sərbəst həll edirlər:
1.
Dəniz donuzlarında tük örtüyünün rəngi tutqun melanin
piqmentinin miqdarından asılıdır. Ağ donuzları (albinoslar) bir-birilə
çarpazlaşdırdıqda ağ nəsil alınır. Həmçinin tutqun rəngli (şinişlla rəngli)
donuzların çarpazlaşmasından tutqun rəngli nəsillər alınır. Albinosla
şinşilla rəngli hibridlər aralıq rəngdə rəngləri (yarım tutqun) olan nəsillərə
malik olur. a)Yarımtutqun rəngli donuzların ağ donuzlarla çarpazlaş-
masından hansı nəsillər alınır. b) yarımtutqun rəngli donuzları öz
aralarında çarpazlaşdırdıqda alınan nəsillərdən 23-ü ağ və 20-si tutqun
olmuşdur. Qalan nəsillər içərisində neçəsi valideynlərinə oxşar olacaqdır?
2.
Heyvandarlıq fermasının sürüsündə mavi-boz şothorn buğa və
inəklərin cütləşdirilməsindən 270 buzov alınmışdır. Onlardan 136 baş
buzovun rəngi valideynlərinki kimi olmuşdur.
Mavi-boz
şothornların
ağ
və
qara
rəngli
heyvanların
çarpazlaşmasından alındığı məlumdursa, onda nəsillərin yerdə qalan
hissəsinin genotip və fenotipini təyin edin.
Dihibrid və polihibrid çarpazlaşdirma
Əlamətlərin sərbəst paylanması qanunu
Mendel əvvəllər yalnız bir cüt alternativ əlamət – bir cüt allel ilə (sarı
yaxud yaşıl noxud) bir-birindən fərqlənən valideynləri çarpazlaşdırırdısa,
sonralar iki cüt alternativ əlamətlə, yəni iki cüt allel ilə fərqlənən
valideynləri çarpazlaşdırdı. Bu cür çarpazlaşdırma dihibrid çarpazlaşdırma
adlanır.
Mendel toxumların rəngi sarı və forması hamar (yumru) olan noxud
sortu ilə toxumlarının rəngi yaşıl, forması qırışıq olan noxud sortunu