Nuklein turşularinin kimyəvi quruluşU


bədəni  qara  olmuşdur,  amma  onların  yarısının  qanadları  normal



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   82

 
~ 94 ~ 
bədəni  qara  olmuşdur,  amma  onların  yarısının  qanadları  normal, 
yarısı isə rudiment formalıdır. Valideynlərin genotipini təyin edin. 
Həlli: 
Məsələnin şərtindən aydın olur ki, birinin qanadları normal, digərinki 
rudiment  olan  iki  qara  bədənli  milçəyin  çarpazlaşmasından  alınan 
milçəklərin  hamısının  bədəni  qara  olmuşdur,  lakin  bu  nəsillərin  yarısının 
qanadları  normal,  yarısının  isə  rudimentlidir.  Bu  halda  valideynlərin 
genotipini  təyin  etmək  lazımdır.  Alınan  nəsillərə  əsasən  valideynlərin 
genotipi bbVv və bbvv kimi götürülməlidir. Çarpazlaşmanı aşağıdakı sxem 
üzrə izah etmək olar:    
 
    
 
 

bbVv          x          bbvv 
       
      
Qametlər       bV      bv 
         bv 
       
 
 
 
bbVv   
        bbvv 
       
 
 
           qara rəngli 
       qara rəngli 
       
 
 
       normal qanadlı         rudiment qanadlı 
       
 
 
 
   50%  
             50% 
 
Aşağıdakı məsələləri tələbələr sərbəst həll edirlər: 
 
1.
 
Vələmir  bitkisində  normal  boy-  nəhəng  boyluq,  tezyetişkənlik  – 
gecyetişkənlik üzərində dominantlıq edir. Hər iki əlamətin genləri müxtəlif 
xromosom cütlərində yerləşir. 
a)
 
Normal  boy-gecyetişən  vələmir  bitkisi  ilə  nəhəng  boy-tezyetişən 
bitkilərin  çarpazlaşmasından  alınan  hibrid  bitkilər  hansı  əlamətə  malik 
olacaqdır? Çarpazlaşmada iştirak edən bitkilər homoziqot olmuşdur. 
b)
 
Hər  iki  əlamətə  görə  heteroziqot  olan  vələmir  bitkisinin 
çarpazlaşmasından  alınan  bitkilərin  neçə  faizi  nəhəng  boy-tezyetişən 
olacaqdır? 
c)
 
Normal 
boy-tezyetişən 
vələmir  bitkilərini  öz  aralarında 
çarpazlaşdırdıqda 22372 bitki alınmışdır. Nəhəng boy-gecyetişən bitkilərin 
miqdarını təyin edin. 
2.
 
Sarı-qırışıq toxumdan alınmış noxud bitkisi, yaşıl-hamar toxumdan 
alınmış  bitkinin  tozcuğu  ilə  tozlandırılmışdır.  Hibrid  toxumların  yarısı 
sarı-hamar,  yarısı  isə  yaşıl-hamar  olmuşdur.  Valideyn  bitkiləri  genotipini 
təyin edin. 
3.
 
Toxummların  formasına  və  rənginə  görə  heteroziqot  noxud 
bitkilərinin nəslində  fenotipə və genotipə görə hansı nisbətdə parçalanma 
gözlənilir? 


 
~ 95 ~ 
4.
 
Qaramalda  buynuzsuzluq  geni  buynuzluluq  üzərində,  qara  rəng 
geni isə qırmızı rəng geni üzərində dominantlıq edir. Hər iki cüt gen nəslə 
sərbəst ötürülür. 
a)
 
Hər  iki  əlamətə  görə  heteroziqot  qara-buynuzsuz  buğa  eynilə  bu 
əlamətlərə malik inək ilə çarpazlaşdırılmışdır. Buzovlar necə olacaqdır? 
b)
 
Cins  yetişdirmə  sovxozunda  da  bir  neçə  il  müddətində  qara-
buynuzsuz inəklər qara buynuzsuz buğalarla çarpazlaşdırılmışdır. 896 baş 
buzov alınmışdır ki, bunlardan 535 buzov qara buynuzsuz və 161 baş isə 
qırmızı-buynuzsuz  olmuşdur.  Buynuzlu  buzovların  sayı  nə  qədərdir  və 
onların hansı hissəsi qırmızı rəngdə olmuşdur? 
c)
 
Təsərrüfatda  1000  baş  buynuzlu-  qırmızı  rəngli  inəkdən  984  baş 
buzov  alınmışdır.  Onlardan  472-si  qırmızı,  483-ü  buynuzsuz,  501-i  isə 
buynuzlu olmuşdur. 
Valideynlərin genotipinin və qara rəngli buzovların faizini təyin edin. 
5.
 
İnsanda gözün qonur rəngini idarə edən gen – K, mavi rəngi idarə 
edən  gen  –  k  üzərində,  sağaxaylıq  geni  –  N  isə  solaxaylıq  geni  –  n 
üzərində  dominantlıq  edir.  hər  iki  cüt  gen  müxtəlif  xromosomlarda 
yerləşir. 
a)
 
Əgər  valideynlər  heteroziqotdursa,  onda  onların  uşaqları  necə 
olacaqdır? 
b)
 
Ata solaxaydır, amma gözünün rənginə görə heteroziqotdur, amma 
mavi  gözlüdür,  lakin  əllərindən  istifadə  etmək  bacarığına  görə 
heteroziqotdur, onda onların uşaqları necə olacaqdır? 
c)
 
 Mavi gözlü sağaxay kişi qonur gözlü sağaxay qadınla evlənmişdir. 
Onların  iki uşağı olmuşdur: qonur gözlü solaxay və  mavi gözlü sağaxay. 
Ailədə mavi gözlü solaxay uşaqların doğulması ehtimallığını təyin edin. 
6.
 
Aşağıda  verilən  çarpazlaşmalarda  hibrid  sünbüllərin  xarici 
görünüşünü  təyin  edin.  Nəzərə  almaq  lazımdır  ki,  buğda  bitkisində 
qılcıqsızlıq geni – A qılcıqlılıq geni – a üzərində, sünbülün qırmızı rəngi – 
B onun ağ rəngi – üzərində dominantlıq edir. a) AAbb x aaBB; b) AaBb x 
Aabb; v) AaBB x aabb; q) AaBb; d) AaBb x AaBB.  
7.
 
İki  normal  qanadlı-boz  milçəyin  çarpazlaşması  zamanı  alınmış 
nəsillərin  hamısının  bədəni  boz,  qanadı  normal  olmuşdur.  Valideynlərin 
genotipini təyin etmək mümkündürmü? 


 
~ 96 ~ 
Qeyri-allel  genlərin  qarşiliqli  təsiri 
 
İndiyə qədər biz hər bir əlamətin müəyyən bir genin təsiri ilə inkişaf 
etdiyini öyrəndik. Noxudda toxumun sarı  rəngi  A  allel geni ilə yaşıllıq  a 
allel  geni  ilə  idarə  edilir  və  i.a.  Məlum  oldu  ki,  bəzən  bir  əlamətin 
özünəməxsus müəyyən bir geni olmur. Bu əlamət iki genin qarşılıqlı təsiri 
sayəsində  əmələ  gəlir.  Məs.,  toyuqlarda  pipiklərin  qozvarlığı  əlaməti  iki-
müxtəlif qeyri-allel dominant genin qarşılıqlı təsiri sayəsində əmələ gəlir. 
Leqqorn cinsindən olan ağ toyuqların pipikləri yarpaqvari (sadə) olur. Ağ 
viandot  cinsinin  pipiyi  gülvari  və  bəzi  cinslərin  pipikləri  isə  noxudvari 
olur.  Pipiklərin  gülvarlılığı  A  geni  ilə,  noxudvarlılıq  əlaməti  B  geni  ilə 
idarə  edilir.  Lakin  çarpazlaşdırma  sayəsində  bu  iki  gen  bir  orqanizmə 
düşdükdə  onların  qarşılıqlı  təsirindən  yeni  əlamət-qozvari  pipik  meydana 
gəlir  
Eyni  genotipdə  iki  və  daha  çox  qeyri-allel  genlərin  birgə  təsirindən 
yeni  bir  əlamət    və  ya  xüsusiyyət  meydana  çıxırsa,  bu  hadisə  genlərin 
qarşılıqlı təsiri adlanır. Beləliklə də iki cüt qeyri-allel resessiv genin aabb 
qarşılıqlı təsiri sayəsində yeni əlamət – yarpaqvarı (sadə) pipik əmələ gəlir. 
 
Şəkil 27. İki qeyri-allel genlərin qarşılıqlı təsiri zamanı toyuqlarda 
pipiyin formasının irsiliyi. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə