Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   82

 
~ 103 ~ 
O,  toxumunun  qılafı  qırmızı  rəngli  (piqmentli)  buğda  ilə  toxumun 
qılafı  ağ  (piqmentsiz)  buğdanı  çarpazlaşdırdıqda  F
2
-də  3:1  nisbətində 
parçalanma  müşahidə  etmişdir.  Bu  monohibrid  çarpazlaşmada  alınan 
parçalanmaya bənzəyir. Lakin başqa bir çarpazlaşdırmada 15:1 nisbətində 
parçalanma  alınmışdır.  Bu  nisbət  isə  dihibrid  çarpazlaşdırmanı  xatırladır. 
Lakin  16-dan  15  hissə  rəngli  toxumun  hamısı  eyni  rəngdə  olmamışdır. 
Tünd  qırmızıdan  tam  açıq  qırmızı  formalar  alınmışdır.  Deməli,  toxum 
qılafında piqmentin çoxluğu və ya azlığı allel olmayan eyni təsirli genlərin 
çox və ya az miqdarda iştirakından asılıdır. Bu təcrübəni belə yazmaq olar: 
 
 
 
 
A

A

A

A
2
 x a

a

a

a
2
 
Bu çarpazlaşmada F
1
-də (A

a

A

a
2
dominant genlərdən ancaq ikisi 
iştirak  etdiyindən  toxumların  rəngi  valideynlərdə  olduğundan  açıq  olur. 
İkinci nəsildə çoxlu siniflər alınır və bunlar bir-birindən rənglərin tündlük 
dərəcəsinə  görə  fərqlənir.  Ümumiyyətlə  götürdükdə  16  kombinasiyadan 
15-i rəngli, 1-i isə ağ (rəngsiz) alınır. 
Rəngləri gözdən keçirtdikdə bütün 4 dominant allel iştirak edən 
1
/
16
 
hissə (A

A

A

A
2
) tünd rəngli, 
4
/
16
 hissə üç dominant gen (A

A

A

a
2
 tipli), 
6
/
16
  hissə  bir  dominant  gen  (A

a

a

a
2
  tipli)  daşıdıqlarından  müxtəlif 
rənglərdə tünd rəngli və rəngsiz forma (a

a

a

a
2
) arasında keçid formaları 
əmələ gətirirlər, hər iki resessiv allelə görə homoziqot formalar 
1
/
16
 hissəni 
(a

a

a

a
2
) təşkil edir ki, bu toxumlar da rəngsiz olur. 
Göstərilən  5  formada  genotiplər  belə  bir  sıra  əmələ  gətirir: 
1+4+6+4+1=16. 
Polimer  dominant  genlər  genotipdə  toplandıqda  onların  təsiri 
qüvvətlənir, yəni onlar kumulyativ təsir göstərir və genlərin belə qarşılıqlı 
təsiri kumulyativ polimeriya adlanır.  
Əgər F
1
 hibridlərində belə genlərin miqdarı iki, üç – A
1
 a
1
 A
2
 a
2
 A
3
 a
3
 
və  çox  olarsa,  onda  F
2
-də  genotipik  kombinasiyaların  miqdarı  müvafiq 
olaraq artacaqdır. Yəni əlamətlərin dəyişkənlik variasiyaları çoxalacaqdır. 
Üç polimer gen F
2
-də 4
3
 = 64, dörd polimer gen 4
4
 = 256 və s. kombina- 
siyalar adlanır. 
Kəmiyyət  əlamətlərinin  irsiliyini  öyrənməyin  praktikada,  xüsusən, 
bitki  seleksiyası  və  heyvanlar  üzərində  aparılan  seleksiya  işlərində  çox 
böyük əhəmiyyəti vardır. 
 
Genlərin pleyotrop təsiri 
 
Genlərin  qarşılıqlı  təsiri  formalarından  biri  də  pleyotropiyadır 
(yunanca  pleystos  daha  artıq  deməkdir).  Bir  çox  genlərin  təsiri 


 
~ 104 ~ 
öyrənildikdə belə müəyyən edilmişdir ki, eyni gen bir əlamətin deyil, bir 
çox  əlamətin  inkişafını  idarə  edir.  Buna  genlərin  pleyotropiyası  (əlavə 
təsir)  deyilir.  İlk  dəfə  Mendel  öz  təcrübələrində  purpur  rəngli  çiçəkləri 
olan  noxud  bitkisində  bu  halı  görmüşdür.  Belə  bitkilərin  yarpaqlarının 
qoltuğunda qırmızı ləkələr və toxumlarının qabığı isə rəngli olur. Mendel 
göstərmişdi ki, həmin əlavə əlamətlər purpur rəngin inkişafını təmin edən 
eyni faktorun təsiri sayəsində əmələ gəlir. N. İ. Vavilov və O. V. Yakuşkin 
iran  buğdasına  qara  rəng  verən  dominant  bir  genin,  eyni  zamanda 
dənlərində pulcuqların olmasına təsir göstərdiyini müşahidə etmişlər.  
Pleyotrop genlərin  təsirini iki  yerə  ayırırlar: birinci  dərəcəli təsir və 
ikinci dərəcəli təsir. Məlum olmuşdur ki, genlərin pleyotrop təsiri zülal  – 
fermentlərin  biosintez  reaksiyasına,  ikinci  təsiri  ilə  o  da  öz  növbəsində 
orqanizmin  başqa  əlamətlərinə  təsir  göstərir.  Başqa  sözlə  desək,  genlərin 
pleyotrop təsiri biokimyəvi reaksiyaların qarşılıqlı təsiri ilə izah edilir. 
İnsanlarda  da  mutasiya  yolu  ilə  meydana  gələn  dominant  genin 
pleyotrop təsiri öyrənilmişdir. Marfa sindromunda bir dominant gen əsasən 
ayaqların,  xüsusən,  barmaqların  anormal  dərəcədə  uzanmasına  təsir 
göstərir. Bu cür barmaqlara hörümçək barmaqlılıq da deyilir. Bu dominant 
gen  hörümçək  barmaqlılıqdan  əlavə  həm  də  gözlərin  büllur  cismində  də 
deffektivlik verir.  
Genlərin pleyotropiyasında əlamətlərin tam korrelyasiyası  müşahidə 
olunur.  Bir  gen  eyni  zamanda  həm  müsbət,  həm  də  mənfi  bir  əlamətin 
yaranmasına  səbəb  ola  bilər.  Bu  hal  seleksiyaçılar  üçün  çətinlik  törədir. 
Seleksiyaçı  faydalı  əlamətə  malik  fərdləri  seçdikdə  eyni  zamanda  ona 
korelyativ olan zərərli əlaməti də seçmiş olur. 
Drozofil  milçəyində  ağ  gözlülük  geni  W  eyni  zamanda  da  bədənin 
rənginə, daxili orqanların bəzilərinə, döllülüyə, yaşama qabiliyyətinə təsir 
göstərir. 
Bir sözlə, eyni genin çoxlu təsirinə pleyotropik təsir deyilir. 
 
Genlərin modifikasiyalaşdırıcı təsiri 
 
Bu və ya başqa genlərin təsirini gücləndirən və ya zəiflədən genlərə 
modifikator genlər deyilir. Biz yuxarıda allel genlərdən birinin dominant, 
digərinin resessiv təsiri ilə tanış olduq. Qırmızı çiçəkli noxud ilə ağ çiçəkli 
noxudu  çarpazlaşdırdıqda  F
1
-də  qırmızı  çiçəkli  noxud  əmələ  gəlir. 
Buynuzsuz  qaramal  ilə  buynuzlu  qaramalı  çarpazlaşdırdıqda  F
1
-də 
buynuzsuz nəsil alınır. Qara siçanlarla ağ siçanları çarpazlaşdırdıqda F
1
-də 
qara siçan əmələ gəlir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə