Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   82

 
~ 123 ~ 
Məs., III xromosomda yerləşən və transformer adlanan gen (tr) homoziqot 
halında-trtr  dişi  verəcək  ziqotu,  yəni  iki  X-xromosomu  olan  rüşeym 
erkəkliyə  doğru  dəyişdirə  bilər.  Lakin  bu  erkəklər  dölsüz  olur.  Deməli, 
cinsiyyəti idarə edən xüsusi genlər də mövcuddur. 
 
Cinsiyyətin formalaşmasını izah edən fizioloji nəzəriyyə 
 
Holdşmidt  cinsiyyətin  meydana  çıxmasını  fizioloji  baxımdan  izah 
edir.  Onun  fikrincə  cinsiyyət  biseksualdır,  yəni  onda  həm  dişi,  həm  də 
erkəkliyin  inkişafını  təmin  edən  irsi  imkanlar  –  genlər  vardır.  Erkək  və 
dişiliyin  meydana  çıxması  bu  genlərin  nisbəti  və  təsir  xarakterindən 
asılıdır. 
Holdşmidtin bu nəticəyə gəlməsinə səbəb bəzi həşaratlarda erkək və 
dişilər  arasında  bir  sıra  intersekslərin  müşahidə  edilməsidir.  Limantria 
dispar  adlanan  palıd  ipək  kəpənəyinin  müxtəlif  coğrafi  irqləri  vardır. 
Bunları  resiprok  çarpazlaşdırdıqda  müxtəlif  dərəcədə  dişilərlə  erkəklər 
arasında aralıq formalar – intersekslər müşahidə edilmişdir. 
Bu çarpazlaşdırmada cinsiyyət və autosom xromosomları nisbətində 
dəyişikliklər baş vermədən – intersekslər bütün xromosomlara görə diploid 
olur. 
Holdşmidt çarpazlaşma üçün palıd ipək qurdunun iki coğrafi irqini – 
müxtəlif  cinsiyyət  imkanına  malik  olan  avropa  və  yapon  irqini 
götürmüşdür. Avropa irqi “zəif”, yapon isə “qüvvəli” irqə daxil edilmişdir. 
Avropa irqinin dişi fərdləri yapon irqinin erkəkləri ilə çarpazlaşdırıldıqda, 
birinci nəsildə (F
1
) alınmış dişi fərdlər interseks inkişaf edir, erkəklər isə 
normal olur. 
Çarpazlaşdırılan ipək qurdlarının dişiləri heteroqamet (XY), erkəklər 
isə  homoqamet  (XX)  olur.  Bu  çarpazlaşdırmada  dişi  və  ya  erkəkliyin 
üstünlüyü müxtəlif irqlərdə cinsiyyət faktorunun “qüvvəli” və ya “zəifliyi” 
rol oynayır. Palıd ipək qurdunda X-xromosomda, drozofildən fərqli olaraq, 
erkək cinsiyyəti müəyyən edən genlər, dişi cinsiyyəti müəyyən edən genlər 
isə  əsasən  Y-xromosomda  yerləşir.  Avropa  irqində  “dişiliyə”  meyllik  Y-
xromosomu, erkəkliyə meyllik X-xromosomundan “qüvvəli” olduğundan, 
irq  daxililndə  çoxalma  zamanı  həmişə  XY  fərdlərdən  dişilər,  XX-dən  isə 
erkəklər  inkişaf  edir.  Həmçinin  yapon  irqi  özlüyündə  çoxaldıqda 
intersekssiz normal cinsiyyət nisbəti əmələ gəlir. 
Lakin  ayrı-ayrı  irqlərin  X  və  Y  xromosomları  cinsiyyəti  müəyyən 
etməkdə müxtəlif qüvvəyə malikdir. Göstərilən misalda yapon irqi X
a
 daha 
qüvvəli erkəklik faktoruna malikdir, həmçinin yapon irqini Y
i
 xromosomu 


 
~ 124 ~ 
dişilik faktoru avropa irqinin X
a
 və Y
a
 xromosomlarından qüvvəlidir. Odur 
ki,  X   Y
a
  dişilərdə  yapon  irqinin  X-xromosomunun  erkəklik  faktoru 
müəyyən  qədər  avropa  irqinin  Y-xromosomunun  dişilik  faktorunu  (Y
a

zəiflədərək interseksuallığın yaranmasına səbəb olur. 
İkinci nəsildə dişilərin yarısı intersekslər, yarısı isə normal olur. 
Tədqiqatlar  bir  daha  sübut  edir  ki,  orqanizmlər  cinsiyyətə  görə 
həqiqətən  biseksualdır,  yəni  cinsiyyətin  inkişafına  görə  hər  iki  genetik 
imkana  malikdir.  İrsi  müəyyənləşən  biseksuallıq  digər  heyvan  və 
bitkilərdə də üzə çıxarılmışdır. 
 
Avropa irqi (ana)   
x 
 
Yapon irqi (ata) 
 
 
 
x
a
y
a
   
 
 
 
 
x
j
y
j
 
F
1
 
x
a
y
j
   
 

 
 
x
j
y
a
 
     
 
erkəklər, normal   
         
dişilər, intersekslər 
F
2
 
x
j
x
j
, x
a
x
j
 
 
 
 
 
 x
a
y
a
 
     
 
erkəklər, normal   
              dişilər, intersekslər normal. 
 
 
 
 
 
 
 
 
 
 x
j
y
a
  
 
Cinsiyyətin differensiasiyası 
 
Orqanizmin  digər  əlamətləri  kimi,  cinsiyyət  əlamətləri  də  xarici 
mühitin  və  genotipin  faktorları  ilə  müəyyənləşir.  Məlumdur  ki, 
orqanizmlərin  cinsiyyətə  görə  genotipik  olaraq  biseksual  olması 
cinsiyyətin differensiasiyası prosesini olduqca mürəkkəbləşdirir. 
Orqanizmin  biseksual  olması,  prinsip  etibarı  ilə  onun  inkişafının 
lazımi  istiqamətdə,  yəni  cinsiyyətin  ontogenezdə  dəyişilməsinə  imkan 
verir. 
Heyvanların  rüşeyminin  başlanğıc  qonadaları  cinsiyyətcə  indeferent 
və  təbiətcə  cinsiyyətinə  görə  ikitərəfli  olurlar.  Bu  qonadalar  xaricdən 
korteks (cortex) adlanan toxuma ilə örtülmüşdür. Korteksin inkişafı, daha 
doğrusu  differensiasiyası  nəticəsində  dişi  cinsi  hüceyrələr  əmələ  gəlir. 
Qonadanın 
(medulla) 
medulla 
adlanan 
daxili 
qatından 
isə 
differensiasiyanın 
nəticəsində 
erkək 
cinsi 
hüceyrələr 
əmələ 
gəlir.cinsiyyətin  differensiasiyası  nəticəsində  bu  qatlardan  biri  inkişaf 
edərək  digərinin  fəaliyyətini  dayandırır.  Bu  qayda  üzrə  korteks  üstün 
gəldikdə  qonada  dişi  cinsiyyət  üzvü  olan  yumurtalıq,  medulla  inkişaf 
etdikdə isə toxumluq əmələ gəlir. 
Cinsiyyətin  differensiasiyası  nəticəsində  bu  qatlardan  biri  inkişaf 
edərək  digərinin  fəaliyyətini  dayandırır.  Bu  qayda  üzrə  korteks  üstün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə