Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   82

 
~ 97 ~ 
Genlərin  qarşılıqlı  təsirinin  aşağıdakı  tipləri  ilə  tanış  olaq:                
1.  Genlərin  komplementar  təsiri.  2.  Genlərin  epistatik  təsiri.  3.  Genlərin 
polimer  təsiri.  4.  Genlərin  modifikasiyalaşdırıcı  təsiri.  5.  Genlərin 
pleyotrop təsiri. 
 
Genlərin komplementar təsiri 
  
Komplementar genlər hər biri ayrılıqda müəyyən bir əlaməti inkişaf 
etdirdiyi  halda,  birlikdə  müəyyən  bir  orqanizmə  düşdükdə  homo  və 
heteroziqot halda (A-B) bir-birinə qarşılıqlı təsir göstərməklə müəyyən bir 
yeni  əlaməti  meydana  gətirir.  Buna  bir  misal  göstərək.  Ağ  çiçəkləri  olan 
ətirli  noxud  Lathyrus  odoratus  bitkisini  çarpazlaşdırdıqda  birinci  nəsildə 
(F
1
)  ağ  çiçəkli  bitkilər  deyil,  purpur  rəngli  çiçəkləri  olan  bitkilər 
alınmışdır.  Lakin  ikinci  nəsildə  (F
2
)  meydana  çıxan  parçalanma  9  hissə 
purpur, 7 hissə ağ nisbətində alınır. 
Deməli  çarpazlaşdırılan  iki  ağ  rəngli  çiçəkli  bitkilərin  genotipləri 
müxtəlif  imiş.  Bu  baxımdan  çarpazlaşdırılan  bitkilərin  genotiplərini  belə 
yazmaq  olar:  Aabb  x  aaBB.  Valideynlərin  dominant  genlərinin  A–B 
qarşılıqlı  təsirləri  sayəsində  çiçəkləri  purpur  rəngli  diheteroziqot  birinci 
nəsil alınır: AaBb. 
Əgər  purpur  çiçəkli  birinci  nəsli  bir-biri  ilə  çarpazlaşdırıb,  alınan 
ikinci nəsil kombinasiyalarını Pennet cədvəli üzrə yerləşdirib və fenotipik 
cəhətdən analiz etsək 9:7 nisbəti alınar  
A  və  B  genləri  olan  çiçəkli  bitkilər  A–B–(AABB,  AaBB,  AABb, 
AaBb), yəni onlar istər homo, istərsə də heteroziqot halında olsun, purpur 
rəngin alınmasını təmin edir. Lakin dominant genlərdən birinin (A və ya B) 
iştirak  etmədiyi  kombinasiyaların  hamısının  aaB-Abb  çiçəklərii  ağ 
olacaqdır. Belə anlaşılır ki, aaB – kombinasiyalarında dominant A geni, A-
bb  kombinasiyasında  isə  dominant  B  geni  iştirak  etmədiyi  şəraitdə 
çiçəklərin rəngi ağ olur. Buna görə  də fenotipik 9 hissə  A-B  purpur və  7 
hissə ağ çiçəkli (3Ab+3aB+1ab) bitkilər əldə edilir. 
Göstərilən  təcrübənin  zahiri  izahını  verdik.  Indi  bunun  biokimyəvi 
izahına keçək. 
Məlum  olmuşdur  ki,  çiçəkləri  rəngli  (purpur)  bitkilərdə  antosian 
piqmentlərin  inkişafı  üçün  iki  dominant  genin  iştirakı  və  qarşılıqlı  təsiri 
vacibdir. Deməli, bu iki dominant gen ayrılıqda həmin piqmentlərin əmələ 
gəlməsinə təsir göstərə bilmir.  
Belə  hadisəni biz  qarğıdalı bitkisi  dənəsinin rənginin  irsiliyində də 
görə  bilərik.  Bəzi  ağ  dənli  qarğıdalı  bitkilərini  çarpazlaşdırdıqda  F
1
-də 
qışalarda  dənlər  purpur  rəngdə  olur.  F
2
-də    parçalanma  baş  verir  və 
9
/
16
 


 
~ 98 ~ 
hissə purpur (A–B–) və 
7
/
16
 hissə ağ (aaB–, A–bb və aabb) olur. 
Bu  misallarda  biz  dominant  genlərin  komplementar  təsirinin  şahidi 
olduq. Burada dominant genlər sərbəst olaraq əlaməti inkişaf etdirə bilmir. 
Lakin  dominant  komplementar  gendən  biri  və  ya  hər  ikisi  sərbəst  olaraq 
əlaməti  inkişaf  etdirmək  xüsusiyyətinə  malik  olur.  Buna  misal  drozofil 
milçəyində  gözün  rənginin  irsiliyini  göstərmək  olar.  Drozofil  milçəyində 
resessiv  gen  –  scarlet  homoziqot  vəziyyətdə  gözün  açıq-qırmızı  rəngini, 
digər  resessiv  allel  gen  brown  gözün  qonur  rəngini  müəyyən  edir.  Belə 
milçəkləri  çarpazlaşdırdıqda  F
2
-də  tünd-qırmızı  gözlü  (vəhşi  forma) 
milçəklər  alınır.  Əgər  hər  iki  resessiv  gen  orqanizmdə  homoziqot 
vəziyyətdə  olarsa,  (aabb)  ağ  göz  milçəklər  alınır.  Birinci  nəsildən  olan 
qırmızı  göz  milçəkləri  çarpazlaşdırsaq,  F
2
-də  parçalanma  baş  verib 
fenotipik olaraq 4 tipdə milçək alınacaqdır: 
9
/
16
 hissə qırmızı göz, 
3
/
16
 hissə 
qonur göz, 
3
/
16
 hissə aşıq-qırmızı, 
1
/
16 
hissə ağ gözlü olacaq. 
Gözün  rənginin  irsiliyində  əlamətlərin  belə  parçalanması  iki 
komplementar genin sərbəst təsirini göstərir. 
 
Şəkil 28. Drozofildə gözün rənginin irsiliyi. 
 
Əgər  qonur  gözlü  milçəklərin  genotipini  şərti  olaraq  Aabb,  açıq-
qırmızı  gözlülüyü  –  aaBB,  qırmızı  gözlülüyü  –  AaBb  və  ağ  gözlülüyü  – 
aabb  işarə  etsək,  F
2
-də  fenotipik  radikalları  belə  göstərmək  olar:  A-B  – 
(
9
/
16
), A – bb (
3
/
16
), aaB – (
3
/
16
) və aabb – (
1
/
16
). Drozofildə gözün rəngi bir 
əlamət  kimi  götürülməsinə  baxmayaraq,  F
2
-də  parçalanma  dihibrid 
çarpazlaşmada  əlamətlərin  sərbəst  parçalanması  qanununa  tam  uyğun 
gəlir. 
Bu  parçalanmanın  təbiətini  belə  izah  edə  bilərik.  Drozofil 
milçəklərində  gözün  normal  rəngi  əsasən  3  piqmentlə  müəyyən  edilir 
(qırmızı,  qonur  və  sarı).  Resessiv  a  geni  homoziqot  vəziyyətdə  qonur 
piqmentin  əmələ  gəlməsinin  qarşısını  alır  və  nəticədə  açıq-qırmızı  göz 
alınır.  Digər  resessiv  b  geni  homoziqot  vəziyyətdə  eyni  zamanda  qırmızı 


 
~ 99 ~ 
və  sarı  rənglərin  əmələ  gəlməsinin  qarşısını  alır  və  ona  görə  də  qonur 
rəngli  göz  inkişaf  edir.  F
1
-dəbu  genlərin  dominant  allelləri  birləşir  və 
bütün piqmentlər əmələ gəlir. Bu piqmentlərin birgə təsirində qırmızı göz 
inkişaf edir. Yeni əlamət 
1
/
16
 ağ gözlülük hər üç piqmentin eyni zamanda 
əmələ gəlməsinin qarşısının alınması nəticəsində meydana çıxır. 
Həmçinin  siçanlar  üzərində  aparılan  təcrübələrdə  aydın  görünür  ki, 
iki  komplementar  gen  ayrılıqda  müstəqil  əlaməti  inkişaf  etdirdiyi  halda, 
ikisi eyni orqanizmə düşdükdə yeni bir əlamətin meydana çıxmasına səbəb 
olur. Siçanlarda üç tipdən olan tük rənginin irsiliyinə baxaq: vəhşi – qonur 
– boz (aquti),  qara və ağ. Qara siçanı ağ siçanla çarpazlaşdırdıqda  F
1
-də 
aquti siçanlar əmələ gəlir., lakin F
2
-də 
9
/
16
 aquti, 
3
/
16
 qara, 
4
/
16
 ağ siçanlar 
meydana gəlir (şəkil 29). 
 
Şəkil 29. Siçanlarda rəngin iki cüt genin qarşılıqlı təsiri nəticəsində əmələ  
gəlməsi (komplementarlıq) 
A – qara rəng; a – albinizm; B – rəngin aquti tipində paylanması; 
 b – rəngin başdan-başa yayılması 
 
 
Şəkil 30. Boranı bitkisində meyvənin formasının irsiliyi (komplementarlıq). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə