58
etməlidir və bu qiymətləndirmələri hazırlayarkən həmin MBİ-na nəzarəti həyata keçirən və MBİ-nun
onlar üçün sistemik əhəmiyyət daşıdığı digər qurumlarla məsləhətləşməlidir.
5.1: Hansı müvafiq qurum həmin MBi-nun bu prinsiplərə qarşı dövri qiymətləndirilməsini təmin edir?
5.2: Bu qurum həmin MBİ-na nəzarəti həyata keçirən və MBİ-nun onlar üçün sistemik əhəmiyyət daşıdığı
digər müvafiq qurumlarla qiymətləndirmələri necə məsləhətləşir və bölüşür?
Əsas mülahizə 6: MBİ-nin system əhəmiyyətli hesab edilən istənilən valyutadakı hesablaşmaları ilə
bağlı ödəniş və hesablaşma qaydalarını və əlaqəli likvidlik riskinin idarə olunması prosedurlarını
qiymətləndirərkən həmin MBİ ilə bağlı ilkin məsuliyyət daşıyan qurum və ya qurumlar emitent mərkəzi
bankların mövqeyini nəzərə almalıdır. Emitent mərkəzi bankdan öz cavabdehliyi çərçivəsində bu
qaydaların və prosedurların qiymətləndirməsini həyata keçirmək tələb olunduqda həmin mərkəzi bank
MBİ ilə bağlı ilkin məsuliyyət daşıyan qurum və ya qurumların mövqeyini nəzərə almalıdır.
6.1: İlkin tənzimləmə və nəzarət məsuliyyəti daşıyan qurum və ya qurumlar MBİ-nun ödəniş və hesablaşma
qaydalarını və müvafiq likvidlik risklərinin idarə edilməsi prosedurlarını hansı valyuta (və ya valyutalar) üzrə
qiymətləndirir?
6.2: MBİ-nun hesablaşmalarının sistemik əhəmiyyətə malik olduğu hər hansı valyutada ödəniş və hesablaşma
qaydalarını və müvafiq likvidlik risklərinin idarə edilməsi prosedurlarını qiymətləndirərkən MBİ ilə bağlı ilkin
tənzimləmə və nəzarət məsuliyyəti daşıyan qurum və ya qurumlar emitent bank(lar)ın mövqeyini necə nəzərə
alır?
6.3: MBİ-nun ödəniş və hesablaşma qaydaları və likvidlik risk idarəetmə prosedurlarının qiymətləndirilməsini
həyata keçirərkən emitent mərkəzi bank MBİ ilə bağlı ilkin məsuliyyət daşıyan qurum və ya qurumların
mövqeyini necə nəzərə alır?
Əsas mülahizə 7: Müvafiq qurumlar digər bir qurumun tənzimləmə və nəzarət maraqlarına əhəmiyyətli
təsir edə biləcək MBİ ilə bağlı gözlənilən əhəmiyyətli tənzimləmə dəyişiklikləri və əks tədbirlərə dair
mümkün olduqda və ya əks təqdirdə daha sonra mümkün qədər tez əvvəlcədən məlumat verməlidir.
7.1: Müvafiq qurumlar digər bir yerli və ya xarici qurumun müvafiq tənzimləmə və nəzarət maraqlarına
əhəmiyyətli təsir edə biləcək MBİ ilə bağlı gözlənilən əhəmiyyətli tənzimləmə dəyişiklikləri və əks tədbirlərə
dair mümkün olduqda və ya əks təqdirdə daha sonra mümkün qədər tez əvvəlcədən məlumatları necə təmin
edir?
7.2: Müvafiq hallarda bu qurum MBİ ilə bağlı görülən belə tənzimləyici tədbirlərlə əlaqədar belə qurumların
mövqeyini necə nəzərdən keçirir?
Əsas mülahizə 8: Müvafiq qurumlar TR-də qeyd olunan ticarət məlumatlarına operativ çıxışın təmin
edilməsi üçün kordinasiya olunmalıdır.
8.1: Qurum digər yurisdiksiyalarla bağlı məlumatları özündə saxlayan TR-ni tənzimlədikdə və ya ona nəzarət
etdikdə belə qurum öz cavabdehliyinə uyğun ticarət məlumatlarında əhəmiyyətli marağı olan digər qurumların
TR-dəki ticarət məlumatlarına operativ və müvafiq çıxışını təmin etmək üçün onlarla necə koordinasiya
olunur?
Əsas mülahizə 9: Hər bir qurum həmin qurumun mühakiməsinə görə MBİ ehtiyatlı şəkildə hazırlanmır
və idarə olunmursa və ya prinsiplərə kifayət qədər riayət olunmursa MBİ-dan istifadənin və ya belə bir
MBİ-na xidmət göstərilmlsinin qarşısını almaq üçün öz diskretliyini qoruyub saxlayır. Belə diskretlik
tətbiq edən bir qurum MBİ-na və həmin MBİ-na nəzarət üzrə ilkin məsuliyyət daşıyan quruma və ya
qurumlara görülən tədbir üzrə aydın əsaslandırma təqdim etməlidir.
9.1: Qurum MBİ-nın ehtiyatlı şəkildə hazırlanmadığını və idarə olunmadığını və ya prinsiplərə kifayət qədər
riayət olunmadığını əsas gətirməklə MBİ-dan istifadənin və ya belə bir MBİ-na xidmət göstərilmlsinin qarşısını
almaq üçün diskretlik tətbiq edibmi?
9.2: Həmin təqdirdə bu qurum MBİ-na və həmin MBİ-na nəzarət üzrə ilkin məsuliyyət daşıyan quruma və ya
qurumlara görülən tədbir üzrə aydın əsaslandırma təqdim edibmi?
Əsas mülahizə 10: Qurumlar arasında əməkdaşlıq qaydaları heç bir halda hər bir iştirakçı qurumun
59
qanuni, hüquqi və ya digər səlahiyyətlərinə ziyan vermir və ya heç bir halda qurumun öz qanuni və ya
hüquqi tapşırıqlarını yerinə yetirmək səlahiyyətlərini və ya onun bu qüvvələrə uyğun olaraq çıxış etmək
diskretliyini məhdudlaşdırmır.
Bu əsas mülahizə ilə bağlı hər hansı sual mövcud deyil.
Əlavə A: MBİ
MBİ açıqlama nümunəsi
Cavab verən müəssisə: [MBİ-nun adı]
MBİ-nun fəaliyyət göstərdiyi yurisdiksiya(lar): [yurisdiksiyaları daxil edin]
MBİ-nu tənzimləyən və ona nəzarət edən qurum(lar): [qurumları daxil edin]
Bu açıqlamanın tarixi [tarix].
Bu açıqlamanı həmçinin bu ünvandan əldə etmək olar [internet sayt ünvanı].
Əlavə məlumat üçün lütfən əlaqə saxlayın [əlaqə detalları].
I. Xülasə
Bu bölmə açıqlama çərçivəsinin, o cümlədən MBİ-nun qısa icmalının əsas məqamlarını, o cümlədən
MBİ-nun, onun iştirakçılarının, hüquqi və tənzimləyici çərçivəsinin, əsas risklərinin və əsas risklərin
idarəedilməsi və digər müvafiq təcrübələrinin qısa icmalını yekunlaşdırmalıdır.
II. Açıqlanmanın son yenilənməsindən bəri edilmiş əsas dəyişikliklərin icmalı
Bu bölmə MBİ-nun son açıqlamasından bəri onun təşkilinə, xidmətlərinə, dizaynına, qaydalarına, xidmət
etdiyi bazarlara və tənzimləyici şəraitinə edilmiş əsas dəyişiklikləri yekunlaşdırmalıdır. MBİ
açıqlamasında belə dəyişikliklərin əks olunduğu bölmələri qeyd etməlidir.
III. MBİ üzrə ümumi anlayış
MBİ-nun və onun xidmət etdiyi bazarların ümumi təsviri
Bu bölmə MBİ tərəfindən təklif olunan xidmətlərin və icra edilən funksiyaların əsas və yığcam
təsvirlərini verməlidir. Həmçinin MBİ-nun xidmət etdiyi bazarların və bu bazarlar daxilində icra etdiyi
rolunun icmalını təmin etməlidir. Bundan əlavə bu bölməyə MBİ-nun xidmətləri və əməliyyatlarına dair
əsas məlumatları və fəaliyyət statistikası daxil olmalıdır. MBİ məsələn, məhsul tipi üzrə əsas həcmi və
dəyər statistikasını, MBİ-nun iştirakçılarına orta gündəlik məcmu risklərini və MBİ-nun əməliyyat
etibarlılığına dair statistikanı təmin etməlidir.
MBİ-nun ümumi təşkili
Bu bölmə MBİ-nun təşkilati və rəhbərlik strukturunun icmalını, o cümlədən MBİ-nun rəhbərlik siyasəti və
strukturu və idarəetmə strukturununun təsvirini verməlidir.
Hüquqi və tənzimləyici çərçivə
Bu bölmə MBİ-nun hüquqi və tənzimləyici çərçivəsinin icmalını, o cümlədən onun hüquqi və mülkiyyət
strukturunu, MBİ-nun fəaliyyətinin hər bir əsas aspekti üzrə hüquqi bazanı və MBİ üçün nəzərətedici