Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti


etməlidir  və  bu  qiymətləndirmələri  hazırlayarkən  həmin  MBİ-na  nəzarəti  həyata  keçirən və  MBİ-nun



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   25   26   27   28   29   30   31   32   33

58 

 

etməlidir  və  bu  qiymətləndirmələri  hazırlayarkən  həmin  MBİ-na  nəzarəti  həyata  keçirən və  MBİ-nun 



onlar üçün sistemik əhəmiyyət daşıdığı digər qurumlarla məsləhətləşməlidir.  

5.1: Hansı müvafiq qurum həmin MBi-nun bu prinsiplərə qarşı dövri qiymətləndirilməsini təmin edir?   

5.2:  Bu  qurum  həmin  MBİ-na  nəzarəti  həyata  keçirən  və  MBİ-nun  onlar  üçün  sistemik  əhəmiyyət  daşıdığı 

digər müvafiq qurumlarla qiymətləndirmələri necə məsləhətləşir və bölüşür?  



Əsas  mülahizə  6:      MBİ-nin  system  əhəmiyyətli  hesab  edilən  istənilən  valyutadakı  hesablaşmaları  ilə 

bağlı  ödəniş  və  hesablaşma  qaydalarını  və  əlaqəli  likvidlik  riskinin  idarə  olunması  prosedurlarını 

qiymətləndirərkən həmin MBİ ilə bağlı ilkin məsuliyyət daşıyan qurum və ya qurumlar emitent mərkəzi 

bankların  mövqeyini  nəzərə  almalıdır.  Emitent  mərkəzi  bankdan  öz  cavabdehliyi  çərçivəsində  bu 

qaydaların və prosedurların qiymətləndirməsini həyata keçirmək tələb olunduqda həmin mərkəzi bank 

MBİ ilə bağlı ilkin məsuliyyət daşıyan qurum və ya qurumların mövqeyini nəzərə almalıdır.    

6.1:  İlkin  tənzimləmə  və nəzarət məsuliyyəti daşıyan  qurum  və  ya  qurumlar  MBİ-nun  ödəniş  və hesablaşma 

qaydalarını və müvafiq likvidlik risklərinin idarə edilməsi prosedurlarını hansı valyuta (və ya valyutalar) üzrə 

qiymətləndirir?   

6.2: MBİ-nun hesablaşmalarının sistemik əhəmiyyətə malik olduğu hər hansı valyutada ödəniş və hesablaşma 

qaydalarını və müvafiq likvidlik risklərinin idarə edilməsi prosedurlarını qiymətləndirərkən MBİ ilə bağlı ilkin 

tənzimləmə və nəzarət məsuliyyəti daşıyan qurum və ya qurumlar emitent bank(lar)ın mövqeyini necə nəzərə 

alır?  


6.3: MBİ-nun ödəniş və hesablaşma qaydaları və likvidlik risk idarəetmə prosedurlarının qiymətləndirilməsini 

həyata  keçirərkən  emitent  mərkəzi  bank  MBİ  ilə  bağlı  ilkin  məsuliyyət  daşıyan  qurum  və  ya  qurumların 

mövqeyini necə nəzərə alır?  

Əsas mülahizə 7:  Müvafiq qurumlar digər bir qurumun tənzimləmə və nəzarət maraqlarına əhəmiyyətli 

təsir  edə  biləcək  MBİ  ilə  bağlı  gözlənilən  əhəmiyyətli  tənzimləmə  dəyişiklikləri  və  əks  tədbirlərə  dair 

mümkün olduqda və ya əks təqdirdə daha sonra mümkün qədər tez əvvəlcədən məlumat verməlidir. 

7.1:  Müvafiq  qurumlar  digər  bir  yerli  və  ya  xarici  qurumun  müvafiq  tənzimləmə  və  nəzarət  maraqlarına 

əhəmiyyətli təsir edə biləcək MBİ ilə bağlı gözlənilən əhəmiyyətli tənzimləmə dəyişiklikləri və əks tədbirlərə 

dair  mümkün olduqda  və  ya  əks  təqdirdə daha sonra  mümkün  qədər  tez əvvəlcədən  məlumatları necə təmin 

edir?   

7.2:  Müvafiq hallarda bu qurum MBİ ilə bağlı  görülən belə tənzimləyici tədbirlərlə əlaqədar belə qurumların 

mövqeyini necə nəzərdən keçirir?  

Əsas  mülahizə 8:   Müvafiq qurumlar TR-də  qeyd olunan  ticarət məlumatlarına operativ çıxışın təmin 

edilməsi üçün kordinasiya olunmalıdır.  

8.1: Qurum digər yurisdiksiyalarla bağlı məlumatları özündə saxlayan TR-ni tənzimlədikdə və ya ona nəzarət 

etdikdə belə qurum öz cavabdehliyinə uyğun ticarət məlumatlarında əhəmiyyətli marağı olan digər qurumların 

TR-dəki  ticarət  məlumatlarına  operativ  və  müvafiq  çıxışını  təmin  etmək  üçün  onlarla  necə  koordinasiya 

olunur?  

Əsas mülahizə 9:  Hər bir qurum həmin qurumun mühakiməsinə görə MBİ ehtiyatlı şəkildə hazırlanmır 

və idarə olunmursa və ya prinsiplərə kifayət qədər riayət olunmursa MBİ-dan istifadənin və ya belə bir 

MBİ-na  xidmət  göstərilmlsinin  qarşısını  almaq  üçün  öz  diskretliyini  qoruyub  saxlayır.  Belə  diskretlik 

tətbiq edən bir qurum  MBİ-na və həmin MBİ-na nəzarət  üzrə  ilkin  məsuliyyət daşıyan quruma və ya 

qurumlara görülən tədbir üzrə aydın əsaslandırma təqdim etməlidir.  

9.1:  Qurum MBİ-nın ehtiyatlı şəkildə hazırlanmadığını  və idarə olunmadığını  və ya prinsiplərə kifayət qədər 

riayət olunmadığını əsas gətirməklə MBİ-dan istifadənin və ya belə bir MBİ-na xidmət göstərilmlsinin qarşısını 

almaq üçün diskretlik tətbiq edibmi?  

9.2: Həmin təqdirdə bu qurum MBİ-na və həmin MBİ-na nəzarət üzrə ilkin məsuliyyət daşıyan quruma və ya 

qurumlara görülən tədbir üzrə aydın əsaslandırma təqdim edibmi? 



Əsas  mülahizə  10:  Qurumlar  arasında  əməkdaşlıq  qaydaları  heç  bir  halda  hər  bir  iştirakçı  qurumun 


59 

 

qanuni, hüquqi və ya digər səlahiyyətlərinə ziyan vermir və ya heç bir halda qurumun öz qanuni və ya 



hüquqi tapşırıqlarını yerinə yetirmək səlahiyyətlərini və ya onun bu qüvvələrə uyğun olaraq çıxış etmək 

diskretliyini məhdudlaşdırmır. 

Bu əsas mülahizə ilə bağlı hər hansı sual mövcud deyil.  

 

 

Əlavə A: MBİ  



MBİ açıqlama nümunəsi  

Cavab verən müəssisə: [MBİ-nun adı] 

MBİ-nun fəaliyyət göstərdiyi yurisdiksiya(lar): [yurisdiksiyaları daxil edin] 

MBİ-nu tənzimləyən və ona nəzarət edən qurum(lar): [qurumları daxil edin] 

Bu açıqlamanın tarixi  [tarix]. 

Bu açıqlamanı həmçinin bu ünvandan əldə etmək olar   [internet sayt ünvanı]. 

Əlavə məlumat üçün lütfən əlaqə saxlayın [əlaqə detalları]. 

I.         Xülasə  

Bu  bölmə  açıqlama  çərçivəsinin,  o  cümlədən  MBİ-nun  qısa  icmalının    əsas  məqamlarını,  o  cümlədən 

MBİ-nun,  onun  iştirakçılarının,  hüquqi  və  tənzimləyici  çərçivəsinin,  əsas  risklərinin  və  əsas  risklərin 

idarəedilməsi və digər müvafiq təcrübələrinin qısa icmalını yekunlaşdırmalıdır.  

II.        Açıqlanmanın son yenilənməsindən bəri edilmiş əsas dəyişikliklərin icmalı  

Bu bölmə MBİ-nun son açıqlamasından bəri onun təşkilinə, xidmətlərinə, dizaynına, qaydalarına, xidmət 

etdiyi  bazarlara  və  tənzimləyici  şəraitinə  edilmiş  əsas  dəyişiklikləri  yekunlaşdırmalıdır.  MBİ 

açıqlamasında belə dəyişikliklərin əks olunduğu bölmələri qeyd etməlidir.  

III.       MBİ üzrə ümumi anlayış  



MBİ-nun və onun xidmət etdiyi bazarların ümumi təsviri  

Bu  bölmə  MBİ  tərəfindən  təklif  olunan  xidmətlərin  və  icra  edilən  funksiyaların  əsas  və  yığcam 

təsvirlərini  verməlidir.  Həmçinin  MBİ-nun  xidmət  etdiyi  bazarların  və  bu  bazarlar  daxilində  icra  etdiyi  

rolunun icmalını təmin etməlidir. Bundan əlavə bu bölməyə MBİ-nun xidmətləri və əməliyyatlarına dair 

əsas  məlumatları  və  fəaliyyət  statistikası  daxil  olmalıdır.  MBİ  məsələn,  məhsul  tipi  üzrə  əsas  həcmi  və 

dəyər  statistikasını,  MBİ-nun  iştirakçılarına  orta  gündəlik  məcmu  risklərini  və  MBİ-nun  əməliyyat 

etibarlılığına dair statistikanı təmin etməlidir.   

MBİ-nun ümumi təşkili  

 

Bu bölmə MBİ-nun təşkilati və rəhbərlik strukturunun icmalını, o cümlədən MBİ-nun rəhbərlik siyasəti və 



strukturu və idarəetmə strukturununun  təsvirini verməlidir.  

Hüquqi və tənzimləyici çərçivə   

Bu bölmə MBİ-nun   hüquqi və tənzimləyici çərçivəsinin icmalını,  o  cümlədən  onun  hüquqi  və  mülkiyyət 

strukturunu,  MBİ-nun  fəaliyyətinin  hər  bir  əsas  aspekti  üzrə  hüquqi  bazanı  və  MBİ  üçün  nəzərətedici 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə