Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

54 

 

zaman tamamlamışdır?  Həmin çərçivə hansı  tezlikdə  yenilənir?  Bu  çərçivə MBİ və  onun ətraf  mühitinə 



əhəmiyyətli dəyişikliklərin ardınca və ən azı hər iki ildən bir yenilənirmi?    

23.5.2:  MBİ  ictimaiyyətə  hansı  kəmiyyət  məlumatlarını  açıqlayır?  Bu  məlumatlar  hansı  tezlikdə 

yenilənir?  

23.5.3: MBİ ictimaiyyətə digər hansı məlumatları açıqlayır?  

23.5.4: MBİ bu məlumatları ictimaiyyətə necə açıqlayır? Açıqlanmalar hansı dil(lər)də edilir?  

 

Prinsip 24: Ticarət repositariləri tərəfindən bazar məlumatlarının açıqlanması 

 

TR  müvafiq  qurumları  və  ictimaiyyəti  onların  müvafiq  tələbləri əsasında operativ  və  dəqiq  informasiya 



ilə təmin etməlidir.. 

Bu prinsip  əməliyyt  riskinə dair  Prinsip 17,  və müvafiq  hallarda  digər  prinsiplər  kontekstində nəzərdən 

keçirilməlidir.. 

Əsas  mülahizə  1:      TR  tənzimləyici  və  sənaye  gözləntilərinə  uyğun  olaraq  müvafiq  qurumları  və 

ictimaiyyəti    müvafiq  qaydada  bazar  şəffaflığını  artırmaq  və  digər  ictimai  siyasət  məqsədlərini 

dəstəkləmək üçün hərtərəfli və detallar səviyyəsində yetərli məlumatla təmin etməlidir.  

24.1.1: TR tərəfindən müvafiq qurumlara və ictimaiyyətə hansı məlumatlar verilir?  

24.1.2:  TR  məlumat  açıqlamalarının  müvafiq  qurumların  və  ictimaiyyətin  ehtiyaclarını  qarşılamasını 

necə təmin edir?  



Əsas  mülahizə 2:    TR  müvafiq qurumların  öz  tənzimləyici  mandatlarını və  hüquqi  cavabdehliyini 

yerinə  yetirmələrinə  imkan  vermək  üçün  onları  operativ  və  müvafiq  qaydada  məlumatla  təmin 

edən effektiv proseslərə və prosedurlara malik olmalıdır.   

24.2.1:  TR  müvafiq  qurumların  öz  tənzimləyici  mandatlarını  və  hüquqi  cavabdehliyini  yerinə 

yetirmələrinə  imkan  vermək  üçün  onları  operativ  və  müvafiq  qaydada  məlumatla  təmin  edən  hansı 

effektiv proseslərdən və prosedurlardan istifadə edir?  

24.2.2:  TR  müvafiq  qurumların  bu  məlumatların  verilməsinin  hüquqi,  prosedur,  əməliyyat  və  texnoloji 

perspektivlərlə dəstəklənməsini necə təmin edir?  



Əsas  mülahizə  3:    TR  dəqiq  cari  və  ilkin  məlumatlarla  təmin  edən  möhkəm  informasiya 

sistemlərinə  malik  olmalıdır.  Məlumatlar  operativ  qaydada  və  asan  təhlil  oluna  bilən  formatda 

təmin edilməlidir.  

24.3.1:      TR məlumatların dəqiqliyini qoruyub saxlamasını necə təmin edir?  

24.3.2:  TR  məlumatların  və  digər  müvafiq  informasiyaların  ümumilikdə  qəbul  edilən,  müqəyisə  və 

asanlıqla təhlil edilə bilən formatda verilməsini necə təmin edir?  



 

6.0.    Qurumların MBİ-ları üzrə cavabdehliyinə dair əsas mülahizə sualları 

 

Cavabdehlik A:  MBİ-larının tənzimlənməsi və onlara nəzarət   

MBİ-larına  mərkəzi  bank,  bazar  tənzimləyicisi  və  ya  digər  müvafiq  qurum  tərəfindən  müvafiq  və  effektiv 



55 

 

tənzimləmə və nəzarət tətbiq edilməlidir. 



 Əsas mülahizə 1:  Qurumlar üzərində tənzimləmə və nəzərət tətbiq olunmalı olan MBİ-larının müəyyən 

olunmasında istifadə olunan meyarları aydın müəyyən etməli və ictimaiyyətə açıqlamalıdır.  

1.1:        Qurumlar üzərində tənzimləmə və nəzərət tətbiq olunalı olan MBİ-larının müəyyən olunmasında hansı 

meyarlardan istifadə edir?   

1.2:       Bu meyarlar ictimaiyyətə necə açıqlanır? 



Əsas  mülahizə  2:    Bu  meyarlardan  istifadə  etməklə  müəyyən  olunmuş  MBİ-lar  mərkəzi  bank,  bazar 

tənzimləyicisi və ya digər müvafiq qurum tərəfindən tənzimlənməli və  onlara nəzərət olunmalıdır.  

2.1:       Tənzimləmə və nəzarət üçün hansı MBİ-ları müəyyən olunmuşdur? Qurumlar əsas mülahizə 1-də irəli 

sürülən meyarlardan istifadə edibmi?  

2.2:       Müəyyən olunmuş MBİ-larını hansı qurum və ya qurumlar tənzimləyir və onlara nəzarət edir? Hər bir 

qurumun məsuliyyət daşıdığı sahə nələrdən ibarətdir?  

2.3:              Müvafiq  qurumlar  MBİ-larının  tənzimlənməsi  və  nəzarət  olunmasında hər hansı  boşluqlardan  necə 

yayınıblar (və ya onları necə idarə ediblər)?  

 

 



Cavabdehlik B: Tənzimləmə və nəzarət səlahiyyətləri və resursları  

Mərkəzi  banklar,  bazar  tənzimləyiciləri  və  digər  müvafiq  qurumlar  MBİ-larının  tənzimlənməsində  və  onlara 

nəzarət  olunmasında  üzərlərinə  düşən  məsuliyyəti  effektiv  yerinə  yetirmək  üçün  qüvvə  və  resurslara  malik 

olmalıdır.  



 Əsas  mülahizə  1:    Qurumların  müvafiq  məsuliyyətinə  uyğun  olan  səlahiyyətləri,  o  cümlədən  operativ 

informasiya əldə etmək, dəyişikliklərə və təshih tədbirlərinə sövq etmək qabiliyyəti olmalıdır.  

Müvafiq məsuliyyətə uyğun səlahiyyətlər  

1.1:  Qurumların səlahiyyətləri hansılardır və bunlar  müvafiq  məsuliyyətə nə dərəcədə uyğundur  (  S.A.2.2 də 

müəyyən olunduğu kimi)?  

Operativ informasiya əldə etmək səlahiyyəti  

1.2:  Qurumların  səlahiyyətlərii  onların  öz  məsuliyyətini  yerinə  yetirmələri  üçün  MBİ-larından  operativ 

informasiya,  o  cümlədən  konfidensial  və  ya  qeyri-ictimai  informasiya  əldə  etməsinə  necə  imkan  verir? 

Müvafiq məhdudiyyətlər hansılardır (əgər varsa)? 

1.3: MBİ-lardan hansı informasiyaların verilməsi tələb olunur? MBİ bu informasiyaları hansı tezlikdə verir? 

1.4:  Qurumların  (a)  MBİ-larının  müxtəlif  funksiyalarını,  fəaliyyətini  və  bütöv  maliyyə  vəziyyətini;  (b) MBİ-

larırnın  və  müvafiq  hallarda  iştirakçıların  məruz  qaldıqları  və  ya  yaratdıqları  riskləri;  (c)  MBİ-larının  öz 

iştirakçıları və daha geniş iqtisadiyyat üzərində təsirini; və (d) MBİ-larının müvafiq tənzimləmələrə və siyasətə 

riayət  etməsini  başa  düşmək  və  qiymətləndirmək  üçün  hansı  dərəcədə  informasiya  əldə  etmək  qabiliyyəti 

vardır?  



Dəyişikliklərə və ya təshih tədbirlərinə sövq etmə səlahiyyəti  

1.5: Qurumların müvafiq prinsiplərə riayət etməyən və ya müvafiq tənzimləmələri və siyasəti yeinə yetirməyən 

MBİ-da dəyişikliklərə və təshih tədbirlərinə sövq edən hansı səlahiyyəti və ya digər mexanizmləri mövcuddur? 

Müvafiq məhdudiyyətlər nədən ibarətdir (əgər varsa)?  



Əsas  mülahizə 2:   Qurumların  öz  tənzimləyici  və  nəzarət  cavabdehliyini  yerinə  yetirməsi  üçün  kifayət 

qədər resursları olmalıdır.  

Resurslar  

2.1:  Qurumların  öz  cavabdehliyini  yerinə  yetirmək  üçün  hansı  resursları  (o  cümlədən  kifayət  qədər  maliyyə 

vəsaitləri, təcrübəli işçi heyəti və müvafiq davamlı treyninqlər) mövcuddur? 

2.2:  Mövcud  resursların  səviyyəsi qurumların öz cavabdehliyini yerinə yetirmək qabiliyyətini hansı  dərəcədə 

məhdudlaşdırır?  

2.3: Hər bir qurumun öz tənzimləyici və nəzarət cavabdehliyini yerinə yetirmək üçün tələb olunan resursların 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə