Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

48 

 

hazırlanır  ki,  iştirak  meyarları  ilə  uyğunluğun  yoxlanması  üçün  istifadə  olunan  informasiyanın 



operativliyini və  dəqiqliyini təmin etsin?   

18.3.2: MBİ-nin risk profili pisləşən iştirakçıya geniş nəzarəti həyata keçirmək və ya onun üzərində əlavə 

nəzarət tətbiq etmək üçün siyasəti nədən ibarətdir?  

18.3.3:  İştirakçı  tələblərini  artıq  pozan  və  ya  həmin  tələblərə  cavab  verməyən  iştirakçının  iştirakının 

dayandırılmasını  və  ya  nizamlı  qaydada  iştirakdan  kənarlaşdırılmasını  idarə  etmək  üçün  MBİ-nin  hansı 

prosedurları mövcuddur?   

18.3.4:  İştirakçının  iştirakının  dayandırılmasını  və  ya  nizamlı  qaydada  iştirakdan  çıxarılmasını  idarə 

etmək üçün MBİ-ninmövcud prosedurları ictimaiyyətə necə açıqlanır?  

 

Prinsip 19: Müxtəlif səviyyəli iştirak qaydaları 

 

Əsas  mülahizə  1:  MBİ-nin  qaydaları,  prosedurları  və  razılıqları  müxtəlif  səviyyəli  iştirak 

qaydalarından  yaranan  hər  hansı  əhəmiyyətli  riskləri  müəyyən  etmək,  yoxlamaq  və  idarə  etmək 

üçün dolayı iştirak barədə əsas məlumatı əldə etməyə imkan verməsini təmin etməlidir.    

19.1.1:  MBİ-nin  hər  hansı  müxtəlif  səviyyəli  iştirak  qaydaları  mövcuddurmu?  Olduğu  təqdirdə  həmin 

qaydaları təsvir edin.  

19.1.2: MBİ dolayı iştirakla bağlı əsas məlumatları necə əldə edir? Hansı məlumatlar toplanılır və həmin 

məlumatlar hansı tezlikdə yenilənir?  

19.1.3: MBİ müxtəlif səviyyəli iştirak qaydalarından yaranan hansı əhəmiyyətli riskləri müəyyən edir və 

qiymətləndirirmi?  

Əsas  mülahizə  2:  MBİ  birbaşa  və  dolayı  iştirakçılar  arasında  ona  təsir  edə  biləcək  əhəmiyyətli 

riskləri müəyyən etməlidir.   

19.2.1:  MBİ  birbaşa  və  dolayı  iştirakçılar  arasında  ona  təsir  edə  biləcək  əhəmiyyətli  riskləri  necə 

müəyyən edir?   

Əsas  mülahizə  3:  MBİ  onun  emal  etdiyi  əməliyyatların  əhəmiyyətli  hissəsinə  görə  məsuliyyət 

daşıyan  dolayı  iştirakçıları  və  birbaşa  iştirakçıların  apardıqları  əməliyyatların  həcmi  ilə 

müqayisədə əməliyyatın sayı və ya həcmi böyük olan və bu əməliyyatlardan yaranan risklərin idarə 

edilməsi  üçün  həmin  birbaşa  iştirakçılar  vasitəsilə  MBİ-yə  çıxış  əldə  edən  dolayı  iştirakçıları 

müəyyən etməlidir.  

19.3.1:  MBİ  a)  birbaşa  iştirakçıların  imkanı  ilə  əlaqədar  dolayı  iştirakçıların  adından  fəaliyyət  göstərən 

hər  bir  birbaşa  iştirakçının  fəaliyyət  miqyasını,  b)  əhəmiyyətli  sayda  dolayı  iştirakçıların  adından  çıxış 

edən  birbaşa  iştirakçıları,  c)  sistemlərin  dövriyyəsinin  əhəmiyyətli  hissəsinə  görə  məsuliyyət  daşıyan 

dolayı  iştirakçıları  və  d)  birbaşa  iştirakçıların  həcmilə  müqayisədə  əməliyyatın  sayı  və  ya  həcmi  böyük 

olan  və  bu  əməliyyatlardan  yaranan  risklərin  idarə  edilməsi  üçün  həmin  birbaşa  iştirakçılar  vasitəsilə 

MBİ-yə çıxış əldə edən dolayı iştirakçıları müəyyən edibmi?    

19.3.2:  MBİ-yə  qarşı  hansı  risklər  yaranır  və  dolayı  iştirakçılardan  yaranan  bu  riskləri  MBİ  necə  idarə 

edir?  

Əsas  mülahizə 4: MBİ müxtəlif  səviyyəli iştirak qaydalarından yaranan  riskləri müntəzəm şəkildə 



49 

 

nəzərdən keçirməli və müvafiq hallarda risk azaldıcı tədbir görməlidir.   

19.4.1:  MBİ-nin  müxtəlif  səviyyəli  iştirakdan  yaranan  risklərin  azaldılması  məqsədilə  onun  qaydalarını 

və prosedurlarını nəzərdən keçirən siyasəti nədən ibarətdir? Bu  yoxlama hansı tezlikdə həyata keçirilir?    

19.4.2: Risklərin azaldılması tələb olunan tədbirləri müəyyən etmək üçün MBİ hansı meyarlardan istifadə 

edir? MBİ öz risklərini necə yoxlayır və azaldır?  

 

Prinsip 20: MBİ əlaqələri 

 

Bir və ya daha çox MBİ ilə əlaqələri olan MBİ əlaqələrlə bağlı riskləri yoxlamalı və idarə etməlidir. 

Bu prinsipi nəzərdən keçirərkən qeyd olunmalıdır ki, suallar yalnız bir və ya daha çox MBİ ilə əlaqələri 

olan  MBİ-larına  aid olunur.  Bundan əlavə  ümumilikdə    MKQD  termini  QKHS-də də  fəaliyyət  göstərən 

MKQD-yə  aid  edilir.  Bu  prinsipdə  MKQD-nin  bu  geniş  tərifinin  istifadəsi  MBİ  əlaqələrinin 

müzakirəsində  bazar  konvensiyasını əks  etdirir.  Bu  prinsip hesablaşmanın  tamamlanmasına  dair  Prinsip 

8,  MKQD  lərə  dair  Prinsip  11,  əməliyyat  riskinə  dair  Prinsip  17  və  müvafiq  hallarda  digər  prinsiplər 

kontekstində nəzərdən keçirilməlidir.  



Əsas  mülahizə  1:    Əlaqə  razılaşmasına  daxil  olmazdan  əvvəl  və  bu  əlaqənin  əsası  qoyulduqdan 

sonra  davamlı  əsasda  MBİ  bu  əlaqə  razılaşmasından  yaranan  riskin  bütün  potensial  mənbələrini 

müəyyən  etməli,  yoxlamalı  və  idarə  etməlidir.  Əlaqə  razılaşmaları  elə  hazırlanmalıdır  ki,  hər  bir 

MBİ bu hesabatda göstərilən digər prinsiplərə riayət edə bilsin.    

20.1.1:  Perspektiv  əlaqələrdən  yaranan  riskin  (məsələn,  hüquqi,  kredit,  likvidlik,  kastodi  və  əməliyyat 

riskləri) potensial  mənbələrini  müəyyən etmək üçün hansı prosesdən  istifadə olunur? Bu MBİ-nun əlaqə 

yaradıb-yaratmamaq barədə qərarına necə təsir edir?  

20.1.2:  Digər  MBİ-ları  ilə  hansı  əlaqələr  yaradılmışdır?  MBİ  əsası  qoyulmuş  əlaqədən  yaranan  riskləri 

davamlı əsasda necə müəyyən edir, yoxlayır və idarə edir?  

20.1.3: MBİ əlaqə razılaşmalarının digər prinsiplərə riayət edə biləcəyi şəkildə hazırlanmasını necə təmin 

edir? Bu təhlil hansı tezlikdə aparılır?   



Əsas mülahizə 2:  Əlaqə bütün müvafiq yurisdiksiyalarda onun dizaynını dəstəkləyən və bu əlaqəyə 

cəlb  olunan  MBİ-larının  müvafiq  müdafiəsini  təmin  edən  möhkəm  əsaslı  hüquqi  bazaya  malik 

olmalıdır.  

20.2.1:  MBİ  hansı  yurisdiksiyalarda  əlaqələr  yaratmışdır?  Bu  əlaqələri  dəstəkləyən  müvafiq  hüquqi 

çərçivələr hansılardır?  

20.2.2:  MBİ  əlaqənin  bütün  müvafiq  yurisdiksiyalarda  onun  dizaynını  dəstəkləyən  və  bu  əlaqəyə  cəlb 

olunan  MBİ-larının  müvafiq  müdafiəsini  təmin edən möhkəm əsaslı hüquqi bazaya  malik olmasını necə 

təmin edir? MBİ belə müdafiəin daimi xarakter daşımasını necə təmin edir?   



Əsas  mülahizə  3:    Əlaqəli  MKQD-lər  bir-birindən  yaranan  kredit  və  likvidlik  risklərini  ölçməli, 

yoxlamalı  və  idarə  etməlidir.  MKQD-lər  arasında  hər  hansı  kredit  verilməsi  yüksək  səviyyəli 

girovla tamamilə təmin olunmalıdır  və məhdud çərçivədə olmalıdır.  

 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə