Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

40 

 

müştəriləri qarşısında öhdəliklərini yerinə yetirməyə yardım edən mexanizmləri.   



Əsas  mülahizə  4:  MBİ  öz  iştirakçılarını  və  digər  maraqlı  tərəfləri  onun  defolt  prosedurlarının,  o 

cümlədən  hər  hansı  ləğvetmə  prosedurlarının  testləşdirilməsinə  və  nəzərdən  keçirilməsinə  cəlb 

etməlidir. Belə testləşdirmə və yoxlama praktikanın və effektivliyin təmin olunması üçün ən azı ildə 

bir dəfə və ya qaydalara və prosedurlara əhəmiyyətli dəyişikliklər etməklə həyata keçirilməlidir.  

13.4.1:  MBİ  öz  iştirakçı  dofolt  prosedurlarının  testləşdirilməsi  və  yoxlanılmasında  iştirakçıları  ilə  və 

digər  müvafiq  maraqlı  tərəflərlə  necə  davranır?  MBİ  belə  testləşdirmə  və  yoxlamaları  hansı  tezlikdə 

həyata  keçirir? Bu  testləşdirmələrin  nəticələri  necə  istifadə olunur?  Nəticələr  idarə  heyəti,  risk komitəsi 

və müvafiq səlahiyyətli orqanlarla hansı dərəcədə paylaşılır?  

13.4.2:  Bu  testləşdirmələr potensial  iştirakçının  defolt  ssenariləri  və prosedurlarının hansı  qismini əhatə 

edir?  MBİ  öz  iştirakçıları  üçün  çatışmazlığın  aradan  qaldırılması  rejiminin  yerinə  yetirilməsini  nə 

dərəcədə yoxlayır?  

 

Prinsip 14: Seqreqasiya və mobillik 

 

MTM  iştirakçının  müştərilərinin  mövqelərinin  və  bu  mövqelərlə  bağlı  MTM-ə  verilən  girovların 



seqreqasiyası və mobilliyini təmin edən qaydalara və prosedurlara malik olmalıdır.  

MTM-lərə  tətbiq  edildiyi  şəkildə  defolt  idarəetmə  prinsipləri  arasında  geniş  miqyaslı  qarşılıqlı  əlaqələr 

olduğuna görə bu prinisp iştirakçı defolt qaydalarına dair Prinsip 13 kontekstində nəzərdən keçirilməlidir. 

Bu  prinsip  həmçinin  müvafiq  hallarda  mərhələli  iştirak  qaydalarına  dair  Prinsip  19,  qaydaların,  əsas 

prosedurların,  bazar  məlumatlarının  və  digər  prinsipləlrin  açıqlanmasına  dair  Prinsip  23  kontekstində 

nəzərdən keçirilməlidir.     



Əsas  mülahizə  3:  MTM  ən  azı  iştirakçının  müştərilərinin  mövqelərini  və  və  müvafiq  girovları 

həmin  iştirakçının  defoltundan  və  ya  iflasından  effektiv  şəkildə  qoruyan  seqreqasiya  və  mobillik 

qaydalarına  malik  olmalıdır.  MTM  belə  müştəri  mövqelərinin  və  girovun  iştirakçının  və  onun 

müştərisinin  müvafiq  defoltuna  qarşı  əlavə  müdafiə  təklif  etdikdə  MTM  müdəfiənin  effektivliyini 

təmin etmək üçün addımlar atmalıdır.   

Müştərilərin iştirakçı defoltuna qarşı müdafiəsi  

14.1.1:  MTM-nin iştirakçının müştərilərinin  mövqelərini  və müvafiq  girovları həmin  iştirakçının defoltu 

və iflasından effektiv müdafiə etmək hansı seqreqasiya planları olmalıdır?  

14.1.2: MTM-nin mobillik qaydaları hansılardır?   

14.1.3: MTM nağd pul bazarına xidmət etdikdə və seqreqasiya qaydalarına malik olmadıqda müştərilərin 

aktivlərinin müdafiəsinə necə nail olur? MTM seqreqasiya və mobillik qaydaları ilə olduğu kimi müvafiq 

hüquqi və tənzimləyici çərçivə ilə eyni dərəcədə müdafiəni və müştərilər üçün effektivliyi təmin etməyin 

mümkünlüyünü qiymətləndiribmi? 



Müştərilərin iştirakçının və onun müştərisinin defoltuna qarşı müdafiəsi  

14.1.4:  MTM  müştərilərə  mövqelərinin  və  girovlarının  iştirakçının  və  onun  müştərisinin  müvafiq 

defoltuna qarşı əlavə müdafiə təklif etdikdə MTM müdəfiənin effektivliyini necə təmin edir?   

Hüquqi baza  



41 

 

14.1.5:  MTM  -nin  iştirakçıların  müştərilərinin  mövqelərini  və  girovunu  qoruyan  və  transfer  edən 



qaydalarını  dəstəkləyəcək  yüksək  dərəcəli  təminat  verən  hüquqi  bazanın  olduğunu  sübut  edən  hansı 

dəlillər mövcuddur?   

14.1.6:  MTM  öz  müştəri  seqreqasiyası  və  mobilliyi  qaydalarının  həyata  keçirilmə  mümkünlüyü  ilə 

əlaqədar,  eləcə də hər hansı xarici və  ya uzaq iştirakçı  ilə bağlı hansı  təhlili  aparmışdır?  Xüsusilə MTM 

hansı  xarici  qanunların    müştəri  mövqeləri  və  girovunu  seqreqasiya  və  ya  transfer  etmək  qabiliyyətini 

müəyyən etmişdir? Hər hansı müəyyən olunmuş məsələ necə həllini tapıb?    

 

Əsas  mülahizə  4:  MTM  ona  iştirakçıların  müştərilərini  asanlıqla  müəyyən  etməyə  və  müvafiq 

girovu  seqreqasiya  etməyə  imkan  verən  hesab  strukturundan  istifadə  etməlidir.    MTM  müştəri 

mövqelərini  və  girovu  fərdi  müştəri  hesablarında  və  ya  omnibus  (birləşdirilmiş)  müştəri  

hesablarında qoruyub saxlamalıdır 

14.2.1:  MTM  iştirakçının  müştərilərinin  mövqelərini  və  müvafiq  girovu  iştirakçının  mövqelərindən  və 

girovundan  necə  seqreqasiya  edir?  MTM  iştirakçının  müştərilərinin  mövqeləri  və  müvafiq  girovu  üçün 

hansı  növ  hesab  strukturundan  (fərdi  və  ya  omnibus)  istifadə  edir?  Bu  seçimin  əsaslandırması  nədən 

ibarətdir?  

14.2.2:  MTM  müştərilərin  mövqelərini  dəstəkləyən  girova  sahib  olduğu  təqdirdə  bu  girov  nələri  əhatə 

edir (məsələn, ilkin marja və ya variativ marja tələbləri)? 

14.2.3: MTM hər bir müştərinin marağının müəyyən edilməsində fərdi müştərilər üzrə sub-hesabı özündə 

saxlayan  iştirakçı  sənədlərinə etibar edirmi?  Həmin  təqdirdə  MTM bu  məlumata çıxışı necə  təmin edir? 

MTM-nin öz iştirakçılarından əldə etdiyi müştəri marjası ümümi və ya xalis əsasda toplanılır? Müştərinin 

girovu “iştirakçı müştərisi riski”nə nə dərəcədə məruz qalır? 

Əsas  mülahizə  5:  MTM  öz  mobillik  qaydalarını  elə  təşkil  etməlidir  ki,  defolt  iştirakçının 

müştərilərinin  mövqələri  və  ya  girovunun  bir  və  ya  daha  artıq  digər  iştirakçıya  transfer  edilməsi 

mümkün olsun.  

14.3.1: MTM-nin mobillik qaydaları iştirakçının müştərilərinin mövqələri və ya girovunun bir və ya daha 

artıq digər iştirakçıya transfer edilməsini necə mümkün edir?  

14.3.2:  MTM  mövqelərin  və    girovun  şamil  olunacağı  iştirakçı(lar)ın  razılığını  necə  alır?  Razılıq 

prosedurları MTM qaydaları, siyasəti və prosedurlarında müəyyən olunurmu? Belə halda zəhmət olmasa 

onları təsvir edin? Hər hansı istisnalar olduqda onlar necə açıqlanır?   



Əsas  mülahizə  4:  MTM  iştirakçının  müştərilərinin  mövqeləri  və  və  müvafiq  girovunun 

seqreqasiyası və mobilliyi ilə əlaqədar qaydaları, siyasəti və prosedurlarını açıqlamalıdır. Xüsusilə 

MTM  müştəri  girovunun  fərdi  və  ya  omnibus  əsasda  qorunduğunu  açıqlamalıdır.  Bundan  əlavə, 

MTM  iştirakçının  müştərilərinin  mövqelərini  və  müvafiq  girovu  seqreqasiya  etmək  və  ya 

birləşdirmək  qabiliyyətini  korlaya  bilən  hər  hansı  məhdidiyyəti  (hüquqi  və  əməliyyat 

məhdudiyyətlərini) açıqlamalıdır 

14.4.1:  MTM  seqreqasiya  və  əlaqələndirmə  qaydalarını  necə  açıqlayır?  Bu  açıqlama  iştirakçının 

müştərilərinin girovunun fərdi və ya omnibus əsasda qorunmasını müəyyən edirmi?  

14.4.2:  MTM-in seqreqasiya  və əlaqələndirmə qaydaları ilə bağlı  risklər,  xərclər və qeyri-müəyyənliklər 

harada  və  necə  müəyyən  olunur  və  açıqlanır?  MTM  iştirakçının  müştərilərinin  mövqelərini  və  müvafiq 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə