Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

32 

 

də  istifadə  edirsə,  o,  mərkəzi  bank  xidmətlərindən  daha  geniş  istifadə  etməklə  likvidlik  riskinin  idarə 



olunmasının gücləndirilməsi imkanını hansı dərəcədə təhlil edib? 

7.7.4:  MBİ  müvafiq  mərkəzi  bank  xidmətlərindən  daha  geniş  istifadə  üçün  hansı  praktiki  və  ya  digər 

mülahizələri müəyyən edib? 

Əsas mülahizə 8: MBİ ciddi stress testlər vasitəsilə likvid resursların məbləğini müəyyən etməli və 

bu  resursların  lazımı  qədər  olmasını  müntəzəm  testləşdirməlidir.  MBİ  stress  testin  nəticələrini 

qurum daxili müvafiq qərar qəbul edənlərə çatdırmaq və likvidlik riskinin idarəedilməsi sisteminin 

adekvatlığının qiymətləndirilməsini və  həmin  sistemin nizama salınması məqsədilə bu  nəticələrdən 

istifadə  etmək  üçün  aydın  prosedurlara  malik  olmalıdır.  Stress  testləri  həyata  keçirərkən  MBİ 

geniş  çeşidli  müvafiq  ssenariləri  nəzərdən  keçirməlidir.  Ssenarilərə  müvafiq  tarixi  pik  qiymət 

dəyişiklikləri, həmçinin qiyməti təyin edən amillər və gəlir əyrisindəki dəyişikliklər, müxtəlif zaman 

kəsiyində  çoxsaylı  defoltlar,  maliyyələşdirmə  və  aktivlər  bazarında  paralel  təzyiqlər  kimi  digər 

bazar  amilləri  və  müxtəlif  fövqəladə,  lakin  mümkün  bazar  şəraitində  uzaqgörən  stress  test 

ssenarilərin  spektri  daxil  edilməlidir.  Ssenarilər  MBİ-nin  quruluş  və  fəaliyyətini  nəzərə  almalı, 

MBİ-i əhəmiyyətli likvidlik riskinə məruz qoya bilən bütün subyektləri (məs, hesablaşma bankları, 

nostro agentlər, kastodian banklar, likvidlik provayderləri və əlaqəli MBİ-lər) özündə əks etdirməli 

və müvafiq  hallarda, çoxgünlük  dövrü  əhatə  etməlidir.  Bütün  hallarda MBİ  malik olduğu  ümumi 

likvid  resursların  məbləğ  və  forması  ilə  bağlı  dəstəkləyici  əsaslandırmaları  sənədləşdirməli  və 

onunla bağlı müvafiq idarəetmə mexanizminə malik olmalıdır. 

7.8.1: MBİ istənilən valyutada olan likvid resurslarının məbləğini necə müəyyən edir və mümkünlüyünü 

necə testləşdirir? MBİ likvid resurslarının hansı tezlikdə stress testini həyata keçirir? 

7.8.2:  MBİ-nin  likvid  resurslarının  ölçü  və  tərkibinin  və  likvidlik  riskinin  idarə  olunması  sisteminin 

vaxtında  qiymətləndirilməsi  və  tənzimlənməsi  məqsədilə  MBİ  likvidlik  stress  testlərinin  nəticələrini 

davamlı əsasda ondakı müvafiq qərar qəbul edənlərə hansı proses vasitəsilə çatdırıır? 

7.8.3: Stress testlərdə hansı ssenarilərdən istifadə olunur və onlar tarixi pik qiymət dəyişiklikləri, qiymətə 

təsir  edən  amillər  və  gəlir  əyriləri  kimi  digər  bazar  amillərindəki  dəyişiklikləri  və  müxtəlif  zaman 

kəsiklərindəki  çoxsaylı  defoltların,  maliyyələşdirmə  və  aktivlər  bazarında  paralel  təzyiqlərin  və 

fövqəladə,  lakin  mümkün  bazar  şəraitində  uzaqgörən  stress  test  ssenarilərinin  kombinasiyasını  hansı 

dərəcədə nəzərə alır? 

7.8.4:  Ssenarilər  və  stress  testlər  MBİ-nin  xüsusi  ödəniş  və  hesablaşma  strukturunu  (məs,  real  vaxt 

rejimində  iri  həcmli  və  ya  təxirəsalınmış  xalis  hesablaşma  sistemləri;  hesablaşma  zəmanəti  ilə  və 

zəmanətsiz;  QKHS-lər  üçün  DVP  modeli  1,  2,  yaxud  3)  və  MBİ-in,  onun  iştirakçılarının  və  ya  hər 

ikisinin səbəb olduğu likvidlik riskini hansı dərəcədə nəzərə alır? 

7.8.5:  Ssenarilər  və  stress  testlər  MBİ-nin  likvidlik  ehtiyaclarının  və  hesablaşma  öhdəliklərini  vaxtında 

icra  etmək  üçün  onda  yaranan  likvidlik  risklərinin  əlaqəli  mənbələrinin  xüsusiyyəti  və  ölçüsünü,  o 

cümlədən  fərdi subyektlərin  və onların  törəmə  təşkilatlarının MBİ-ə  münasibnətdə  çox saylı  rol  oynaya 

bilmə potensialını hansı dərəcədə nəzərə alır? 

7.8.6:  MBİ  stress  test  fərziyyə  və  parametrlərinin  effektivliyi  və  müvafiqliyini  hansı  tezlikdə 

qiymətləndirir? MBİ-nin stress test proqramı mövqe və qiymət dəyişikliyində qəfil və əhəmiyyətli artım, 

mövqe  konsentrasiyası,  bazar  likvidliyində  dəyişiklik  kimi  müxtəlif  vəziyyətləri  və  parametrlərin 

dəyişməsi daxil olmaqla model riskini necə nəzərə alır? 



33 

 

7.8.7:  MBİ  risklərin idarə olunması  modelini necə təsdiq edir? O, bu  təsdiqləməni hansı tezlikdə həyata 



keçirir? 

7.8.8:  MBİ  ümumi  likvid  resurslarının  məbləği  və  forması  ilə  bağlı  dəstəkləyici  əsaslandırma  və 

idarəetmə tədbirlərini harada və hansı dərəcədə rəsmiləşdirir? 

Əsas  mülahizə  9:  MBİ  iştirakçıları  arasında  fərdi  və  ya  birgə  defoltdan  sonra  eyni  gündə  və 

müvafiq  hallarda,  gün  ərzində  və  bir  neçə  günlük  ödəniş  öhdəliklərinin  hesablaşmasını  vaxtında 

həyata  keçirməyə  ona  imkan  verən  dəqiq  qayda  və  prosedurlar  yaratmalıdır.  Bu  qayda  və 

prosedurlar  proqnozlaşdırılmayan  və  potensial  olaraq  qarşılanmayan  likvidlik  çatışmazlıqlarının 

həll  edilməsinə  istiqamətlənməli  və  ödəniş  öhdəliklərinin  eyni  gündə  hesablaşmasının  geri 

qaytarılmasına,  ləğv  edilməsinə  və  ya  yubanmasına  yol  verməməyi  hədəfləməlidir.  Bu  qayda  və 

prosedurlar,  təhlükəsiz  və  sağlam  tərzdə  fəaliyyət  göstərməyə  davam  etmək  üçün  MBİ-ninstress 

hadisəsi zamanı istifadə edə biləcəyi istənilən likvid resurslarının yerinə yenilərinin əlavə olunması 

prosesini də göstərməlidir. 

7.9.1:  MBİ-nin  qayda  və  prosedurları  iştirakçılar  arasında  istənilən  fərdi  və  ya  birgə  defoltdan  sonra 

ödəniş öhdəliklərinin vaxtında icra edilməsinə necə şərait yaradır? 

7.9.2:  MBİ-nin qayda  və  prosedurları  proqnozlaşdırılmayan  və potensial  olaraq  qarşılanmayan  likvidlik 

çatışmazlıqlarını yoluna qoyur və ödəniş öhdəliklərinin eyni gündə hesablaşmasının geri qaytarılmasının, 

ləğv edilməsinin və ya yubanmasının qarşısını necə alır? 

7.9.3:  MBİ-nin  qayda  və  prosedurları  stress  hadisəsi  zamanı  istifadə  edilmiş  istənilən  likvid  resurslara 

əlavələrin edilməsinə necə imkan verir? 

 

Prinsip 8: Hesablaşmanın başa çatdırılması 

Əsas  mülahizə  1:  MBİ-nin  qayda  və  prosedurları  hesablaşmanın  başa  çatdırılması  mərhələsini 

aydın şəkildə müəyyən etməlidir. 

8.1.1:  Ödənişin,  köçürmə  tapşırığının  və  ya  digər  öhdəliyin  hesablaşması  hansı  anda  başa  çatır,  geri 

çağırılmaz  və  qeyd-şərtsiz  hesab  edilir?  Hesablaşmanın  başa  çatdırılması  anı  müəyyən  edilərək 

rəsmiləşdirilirmi? Bu barədə məlumat kimə və necə açıqlanır? 

8.1.2:  MBİ-nin  hüquqi  çərçivə  və  qaydaları,  o  cümlədən  müflisləşmə  haqqında  tətbiq  edilə  bilən 

qanun(lar) MBİ və onun iştirakçıları və ya iştirakçılar arasında ödənişin, köçürmə tapşırığının və ya digər 

öhdəliyin həyata keçirilməsini necə tanıyır? 

8.1.3:  MBİ  bütün  müvafiq  yurisdiksiyalarda  hesablaşmanın  başa  çatdırılmasının  həyata  keçirildiyini 

yüksək hüquqi əminliklə necə nümayiş etdirir (məs, əsaslandırılmış hüquqi rəy alaraq)? 

8.1.4: MBİ digər MBİ-lərlə əlaqələr halında hesablaşmanın başa çatdırılmasını necə təmin edir? 

a)  QKHS  üçün,  QKHS  və  müvafiq  olduğu  təqdirdə,  nağd  pul  vəsaiti  ilə  hesablaşması  həyata  keçirilən 

MBİ arasında hesablaşmanın başa çatdırılmasının uyğunluğuna necə nail olunur? 



Əsas  mülahizə  2:  MBİ  hesablaşma  riskini  azaltmaq  üçün  gün  ərzində  və  ya  real  vaxt  rejimində 

hesablaşmaya üstünlük verməklə yekun hesablaşmanı valyutalaşma tarixindən gec olmamaq şərtilə 

başa  çatdırmalıdır.  İHÖS  və  ya  QKHS  hesablaşma  günü  ərzində  RVBHS  və  ya  çox  paketli  emalı 

qəbul etməyi nəzərdən keçirməlidir.  


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə