Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

34 

 

8.2.1:  MBİ  yekun  hesablaşmanın  valyutalaşma  tarixində  (yaxud  eyni  gündəki  hesablaşma)  başa 



çatdırılmasını  müəyyən edirmi?  MBİ  yekun  hesablaşmanın nəzərdə  tutulan  valyutalaşma  tarixindən  gec 

olmamaq şərtilə həyata keçirilməsini necə təmin edir?  

8.2.2: MBİ nə vaxtsa yekun hesablaşmanı qayda, prosedur və ya müqavilədə nəzərdə tutulmayan şəkildə 

növbəti iş gününə təxirə salıbmı? Salıbsa, hansı şəraitdə? Əgər təxirəsalma MBİ-nintədbirlərinin nəticəsi 

olaraq meydana çıxıbsa, gələcəkdə oxşar vəziyyətlərin qarşısını almaq üçün hansı addımlar atılıb? 

8.2.3:  MBİ  gün  ərzində  və  ya  real  vaxt  rejimində  yekun  hesablaşmanı  həyata  keçirirmi?  Necə  keçirir? 

İştirakçılar yekun hesablaşma haqqında necə məlumatlandırılır? 

8.2.4:  Əgər hesablaşma çoxsaylı paket emalı vasitəsilə baş verərsə, paketlər  hansı tezlikdə icra  edilir  və 

onlar  hansı  zaman  kəsiyində  həyata  keçirilir?  Əgər  iştirakçının  hesablaşma  zamanında  kifayət  qədər 

vəsaitləri  və  ya  qiymətli  kağızları  olmazsa,  nə  baş  verir?  Tranzaksiyalar  növbəti  paketə  daxil  edilirmi? 

Edilirsə, həmin tranzaksiyaların statusu nədir və nə vaxt başa çatdırılır? 

8.2.5:  Hesablaşma gün ərzində və  ya  real vaxt rejimində baş vermirsə, MBİ  və ya QKHS bu metodların 

hər hansı birinin təqdim edilməsini necə nəzərdən keçirib? 

Əsas  mülahizə  3:  MBİ  iştirakçı  tərəfindən  hesablaşması  aparılmamış  ödənişlər,  köçürmə 

tapşırıqları və ya digər öhdəliklərin ləğv edilə bilməyəcəyi anı aydın şəkildə müəyyən etməlidir. 

8.3.1:  MBİ  hesablaşması  aparılmamış  ödənişlər,  köçürmə  tapşırıqları  və  ya  digər  öhdəliklərin  iştirakçı 

tərəfindən  ləğv  edilmədiyi  anı  necə  müəyyən  edir?  O,  qəbul  edilmiş  və  hesablaşması  aparılmamış 

ödənişlər,  köçürmə  tapşırıqları  və  ya  bu  andan  sonra  digər  öhdəliklərin  birtərəfli  qaydada  ləğv 

edilməsinin necə qarşısını alır? 

8.3.2:  Hesablaşma  üçün  sistem  tərəfindən  qəbul  edilmiş  köçürmə  tapşırığı  və  ya  öhdəlik  hansı  şəraitdə 

hələ də  ləğv  edilə  bilər  (məs,  növbəli öhdəliklər)?  Hesablaşması  aparılmamış  ödəniş  tapşırığı  necə  ləğv 

oluna bilər? Hesablaşması aparılmamış ödənişi tapşırığını kim ləğv edə bilər? 

8.3.3: Hansı şəraitdə MBİ ləğvetmənin son tarixinə istisnalara və uzadılmalara imkan verir? 

8.3.4: MBİ bu məlumatı harada müəyyən edir? Bu məlumat kimə və necə açıqlanır? 

 

Prinsip 9: Pul vəsaiti ilə hesablaşmalar 

Əsas  mülahizə  1:  Kredit  və  likvidlik  risklərinə  yol  verməmək  üçün  MBİ  praktiki  və  mümkün 

olduğu  hallarda  pul  vəsaiti  ilə  hesablaşmalarını  mərkəzi  bankın  pul  vəsaitləri  ilə  həyata 

keçirməlidir. 

9.1.1:  MBİ  pul  vəsaiti  ilə  hesablaşmalarını  necə  həyata  keçirir?  MBİ  hesablaşmanı  çoxsaylı  valyutada 

aparırsa, o, hər valyutada pul vəsaiti olə  hesablaşmalarını necə həyata keçirir? 

9.1.2: Əgər MBİ mərkəzi bankın pul vəsaiti ilə hesablaşma aparmırsa, bundan niyə istifadə edilmir? 



Əsas  mülahizə  2:  Mərkəzi  bankın  pul  vəsaitlərindən  istifadə  edilmədikdə  MBİ  pul  vəsaiti  ilə 

hesablaşmalarını  aşağı  kredit  və  ya  likvidlik  riski  olan  və  ya  kredit  və  ya  likvidlik  riski  olmayan 

hesablaşma aktivlərindən istifadə etməklə həyata keçirməlidir. 

9.2.1:  Əgər  MBİ  mərkəzi  bankın  pul  vəsaitindən  istifadə  etmirsə,  pul  vəsaiti  ilə  hesablaşması  üçün 

istifadə olunan hesablaşma aktivinin kredit və likvidlik risklərini necə qiymətləndirir? 



35 

 

9.2.2:  Əgər  MBİ  kommersiya  bankının  pul  vəsaitindən  istifadə  edirsə,  o,  hesablaşma  banklarını  necə 



seçir? MBİ hansı spesifik seçim meyarlarından istifadə edir? 

Əsas mülahizə 3: Əgər MBİ hesablaşmanı kommersiya bankının pul vəsaitləri ilə həyata keçirirsə, 

o, kommersiya hesablaşma banklarından yaranan kredit və likvidlik risklərini monitorinq və idarə 

etməli  və  məhdudlaşdırmalıdır.  MBİ,  xüsusilə,  hesablaşma  bankları  üçün  tənzimləməni  və 

nəzarətini,  kredit  ödəmə  qabiliyyətini,  kapitallaşmanı,  likvidliyə  çıxış  və  əməliyyat  etibarlılığını 

nəzərə  alan  ciddi  meyarlar  yaratmalı  və  ona  riayət  etmənin  monitorinqini  aparmalıdır.  MBİ 

kommersiya  hesablaşma  banklarına  olan  kredit  və  likvidlik  təsirlərinin  konsentrasiyasını  da 

monitorinq və idarə etməlidir. 

9.3.1:  MBİ  hesablaşma  banklarının  onun  seçim  üçün  istifadə  etdiyi  meyarlara  uyğunluğunu  necə 

monitorinq  edir  (Məs:  MBİ  bankların  tənzimlənməsi,  nəzarəti,  kredit  qabiliyyəti,  kapitallaşması, 

likvidliyə çıxışı və əməliyyat etibarlığını necə qiymətləndirir)? 

9.3.2:  MBİ  kommersiya hesablaşma bankları  tərəfindən  məruz qaldığı  kredit  və  likvidlik  risklərini  necə 

monitorinq  və  idarə  edir  və  məhdudlaşdırır?  MBİ  bu  banklara  kredit  və  likvidlik  risklərinin 

konsentrasiyasını necə monitorinq və idarə edir? 

9.3.3:  Ən  iri  hesablaşma  bankı  uğursuzluğa  məruz  qalırsa,  MBİ  özünün  və  iştirakçılarının  potensial 

iktilərini və likvidlik təzyiqlərini necə qiymətləndirir? 

Əsas  mülahizə 4: Əgər MBİ  pul  vəsaiti ilə hesablaşmalarını  öz mühasibatlıq  kitabları üzrə həyata 

keçirirsə, o, öz kredit və likvidlik risklərini minimallaşdırmalı və ciddi şəkildə nəzarət etməlidir. 

9.4.1: Əgər MBİ pul vəsaiti ilə hesablaşmalarını öz mühasibatlıq kitabları üzrə həyata keçirirsə, o, kredit 

və likvidlik risklərini necə minimallaşdırır və ciddi nəzarət edir? 

Əsas  mülahizə  5:  MBİ  və  onun  iştirakçılarının  kredit  və  likvidlik  risklərini  idarə  etməsinə  şərait 

yaratmaq  üçün  MBİ-nin istənilən  hesablaşma bankı ilə  hüquqi  razılaşmalarında fərdi  hesablaşma 

banklarının  mühasibatlıq  kitablarındakı  transferlərin  nə  vaxt  baş  verəcəyi,  həyata  keçirildikdə 

transferlərin  başa  çatdırıldığı,  alınmış  vəsaitlərin  mümkün  qədər  tez  bir  zamanda  ən  azı  günün 

sonuna və ideal variantda gün ərzində transfer edilməli olduğu aydın qeyd edilməlidir. 

9.5.1:  MBİ-nin  hesablaşma  bankları  ilə  hüquqi  razılaşmaları  transferlərin  baş  verdiyi  zaman  onların 

yekun olduğu və alınmış vəsaitlərin transfer edilə bildiyini təsbit edirmi? 

9.5.2:  Qəbul edilmiş vəsaitləri, ən geci, günün sonuna  qədər transfer  etmək  mümkündürmü? Deyildirsə, 

niyə? Onları gün ərzində transfer etmək mümkündürmü? Deyildirsə, niyə? 

 

Prinsip 10: Fiziki çatdırmalar 

 

MBİ fiziki vasitələrin və ya malların çatdırılması ilə bağlı öhdəliklərini aydın şəkildə bildirməli və belə 



fiziki çatdırılma ilə bağlı riskləri müəyyən etməli, onlara nəzarəti və idarəetməni təmin etməlidir.   

Bu  prinsip  ümümi  biznes  riskinə  dair  Prinsip  15,  qaydaların,  əsas  prosedurların  və  bazar  məlumatlarının 

açıqlanmasına dair Prinsip 23 və müvafiq hallarda digər prinsiplər kontekstində nəzərdən keçirilməlidir.   



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə