Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

36 

 

Əsas mülahizə 1: MBİ qaydaları fiziki vasitələrin və ya malların çatdırılması ilə bağlı öhdəliklərini 



aydın şəkildə ifadə etməlidir.  

10.1.1:      MBİ fiziki çatdırılma üçün hansı aktiv siniflərini qəbul edir?  

10.1.2:  MBİ  fiziki  vasitələrin  və  ya  malların  çatdırılması  ilə  bağlı  öhdəliklərini  hansı  şəkildə  müəyyən 

edir? Bu öhdəliklər necə müəyyən olunur və ya sənədləşdirilir? Bu sənədlər kimlərə açıqlanır?  

10.1.3:  MBİ  öz  iştirakçılarının  öhdəliklərini  və  fiziki  çatdırılmanı  yerinə  yetirmək  üçün  prosedurları 

anlamalarını necə təmin edir?   



Əsas  mülahizə  2: MBİ  fiziki  vasitələrin və  malların  saxlanması  və çatdırılması  ilə  bağlı  riskləri  və 

xərcləri müəyyən etməli, onlara nəzarəti və idarəetməni təmin etməlidir.   

10.2.1:  MBİ  fiziki  vasitələrin  və  malların  saxlanması  və  çatdırılması  ilə  bağlı  riskləri  və  xərcləri  necə 

müəyyən edir? MBİ hansı risk və xərcləri müəyyən etmişdir?  

10.2.2:  MBİ hansı proseslərə, prosedurlara  və yoxlamalara nəzarət etməli  və fiziki  vasitələrin  və  malların 

saxlanması və çatdırılması ilə bağlı müəyyən olunmuş hansı riskləri və xərcləri idarə etməlidir?  

10.2.3:  MBİ  iştirakçıları  çatdırılma  və   qəbul  üzrə  qruplaşdırdığı  təqdirdə bunu hansı  şərtlər daxlində edə 

bilər  və  bununla  əlaqədar  qaydalar  və  prosedurlar  nədən  ibarətdir?  Çatdırılma  üzrə  hüquqi  öhdəliklər 

qaydalarda və müvafiq müqavilələrdə aydın müəyyən olunubmu?  

10.2.4: MBİ öz iştirakçılarının çatdırma seçimlərinə necə nəzarət edir və iştirakçılarının fiziki çatdırma üzrə 

öz  öhdəliklərini  yerinə  yetirə  bilmələri  üçün  zəruri  system  və  resurslara  malik  olmalarını  hansı  real 

səviyyədə təmin edir?  

 

Prinsip 11: Mərkəzi qiymətli kağızlar depozitariləri 

 

MQKD-nin  təhlükəsizlik  məsələlərinin  tamlığının  təmin edilməsinə  yardım  etmək  və  qiymətli  kağızları 



qorunması  və  transferi  ilə  bağlı  riskləri  minimallaşdırmaq  və  idarə  etmək  üçün  müvafiq  qaydaları  və 

prosedurları  olmalıdır.  MDM  qiymətli  kağızları  mühasibat  yazılışı  vasitəsilə  köçürmək  üçün  onları 

sertificat və elektron formada saxlamalıdır.  

Bu  prinsipi nəzərdən  keçirərkən  bəlli olur  ki,  hüquqi  cəhətdən  MQKD  və  ya  QKHS  kimi  müəyyən  olunan 

subyekt onun iştirakçılarının sahibi olduğu vəsaitləri və ya girovu saxlamır və ya saxlanmasına kömək etmir, 

ümumiyyətlə  MQKD  və  ya  QKHS-dən  belə  vəsaitlərin  və  ya  girovun  təhlükəsiz  qorunmasını  təmin  edən 

struktur  tələb  olunmur.  Bu  prinsip    əməliyyat  riskinə  dair  Prinsip  17,  FMİ  əlaqələrinə  dair  Prinsip  20  və 

müvafiq hallarda digər prinsiplər kontekstində nəzərdən keçirilməlidir   



Əsas  mülahizə  1:  MQKD  -nin  qiymətli  kağız  emitentlərinin  və  sahiblərinin  hüquqlarını  qorumaq, 

qiymətli  kağızların  icazəsiz  buraxılması  və  ləğv  olunmasının  qarşısını  almaq  və  qiymətli  kağız 

məsələlərinin  dövri  və  ən  azı  gündəlik  tənzimlənməsi  üçün  müvafiq  qaydaları,  prosedurları, 

yoxlamaları, eləcə də güclü mühasibat təcrübəsi olmalıdır.  

Qiymətli kağız emitentlərinin və sahiblərinin hüquqlarının qorunması  

11.1.1:  Qiymətli  kağız  emitentlərinin  və  sahiblərinin  hüquqları  MQKD  qaydaları,  prosedurları  və 

yoxlamaları ilə necə qorunur?  

11.1.2:  MQKD  qaydaları,  prosedurları  və  yoxlamaları  iştirakçılarının  xeyrinə  sahib  olduğu  qiymətli 

kağızların  onun  kitablarında  müvafiq  qaydada  qeyd  olunmasını  və  MQKD  -nin  təmin  edə  biləcəyi  digər 

xidmətlərlə bağlı risklərdən qorunmanı necə təmin edir?  

11.1.3: MQKD güclü mühasibat təcrübəsini necə əldə edir? Audit istehlakçı hüquqlarının qorunması üçün 




37 

 

qiymətli kağızların yetərli olub-olmadığını nəzərdən keçirirmi? Qiymətli kağızların müdafiəsində istifadə 



olunan prosedurların və daxili nəzarətin yoxlanması üçün əsaslı audit hansı tezlikdə keçirilir?   

Qiymətli kağızların icazəsiz emissiyası və ləğvinin qarşısının alınması  

11.1.4:  Qiymətli  kağızların  icazəsiz  buraxılması  və  ləğvinə  icazə  vermək  üçün  MQKD  hansı  daxili 



prosedurlara  malikdir?  Qiymətli  kağızların  icazəsiz  buraxılması  və  ləğvinin  qarşısının  alınması  üçün 

MQKD hansı daxili yoxlamaları həyata keçirir?  



Qiymətli kağız məsələlərinin dövri tənzimlənməsi  

11.1.5: MQKD hər bir emitent (və ya onun emitent agenti) üzrə ümumi qiymətli kağız məsələlərinin dövri və 

ən  azı  gündəlik  tənzimlənməsini  həyata  keçirirmi?  MQKD  MQKD  -də  müəyyən  buraxılış  üzrə  qeyd 

olunmuş qiymətli kağızların ümumi sayının həmin buraxılış üzrə MQKD-nin kitablarında saxlanan qiymətli 

kağızların sayına bərabər olmasını necə təmin edir?  

11.1.6:  Əgər  MQKD  kitablarında  saxlanan  buraxılışların  rəsmi  reqistratoru  deyilsə,  yazılarını  rəsmi 

reqistratorla necə tənzimləyir?   

Əsas mülahizə 2:  MQKD qiymətli kağız hesablarında overdraftların və debit balanslarını qadağan 

etməlidir.  

11.2.1: MQKD qiymətli kağız hesablarında overdraftların və debit balanslarının qarşısını necə alır?  



 

Əsas  mülahizə  3:  MQKD  qiymətli  kağızların  mühasibat  yazısı  vasitəsilə  transferi  üçün  onları 

sertifikat və elektron formada saxlamalıdır. Müvafiq hallarda MQKD qiymətli kağızların sertifikat  

və elektron formaya salınmasını stimullaşdırmalıdır.  

11.3.1:  Qiymətli  kağızlar  elektron  formada  buraxılır  və  ya  saxlanılırmı?  Qiymətli  kağızların  neçə  faizi 

eletron formadadır  və tranzaksiyaların ümumi həcminin neçə faizi bu qiymətli kağızlara aiddir.  

11.3.2: Qiymətli kağızlar  fiziki sertifikat şəklində buraxıldığı təqdirdə onları sertifikat halına salmaq və ya 

onların mühasibat yazısı sistemində saxlanmasına və ya transferinə icazə vermək mümkündürmü? Qiymətli 

kağızların neçə  faizi sertifikat  formasındadır və tranzaksiyaların ümumi həcminin neçə  faizi bu qiymətli 

kağızlara aiddir.   

11.3.3:  MQKD  qiymətli  kağızların  sertifikat  və  elektron  formaya  salınması  üçün  hansı  stimulları  verir 

(olduğu təqdirdə)? 

Əsas  mülahizə 4:  MQKD  hüquqi çərçivəsinə  uyğun  qayda və  prosedurlar  vasitəsilə  aktivləri  kastodi 

riskinə qarşı mühafizə etməlidir.  

11.4.1:  MQKD  qayda  və prosedurları  aktivləri  kastodi  riskinə,  həmçinin MQKD  -nə  laqeydlik,  vəsaitlərin 

yanlış istifadəsi, dələduzluq,  zəif idarəetmə, qeyri-dəqiq uçot  və onların qiymətli kağızlarında iştirakçıların 

maraqlarının qorunmaması səbəbindən yaranan itki riskinə qarşı necə mühafizə edir?  

11.4.2: MQKD bu qayda və prosedurların hüquqi çərçivəyə uyğunluğunu necə müəyyən edir? 

11.4.3: MQKD iştirakçılarını qiymətli kağızların qeyri-qanuni mənimsənilməsi, məvhi və oğurlanmasına 

qarşı  hansı digər  üsullardan  istifadə  edir  (olduğu  təqdirdə)  (məsələn, sığorta  və  ya  digər  kompensasiya 

sxemləri)? 



Əsas mülahizə 5: MQKD şəxsi aktivləri ilə iştirakçılarının qiymətli kağızları arasında seqreqasiyanı və 

iştirakçıların qiymətli kağızları arasında seqreqasiyanı təmin edən güclü sistemdən istifadə etməlidir. 

Hüquqi  çərçivə  ilə  dəstəkləndiyi  təqdirdə  MQKD  həmçinin  iştirakçı  kitablarınada  iştirakçının 

müştərilərinə  məxsus  qiymətli  kağızların  seqreqasiyasını  operativ  şəkildə  dəstəkləməli  və  istehlakçı 

sahibliyinin transferinə yardım etməlidir.  


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə