Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

52 

 

çatdırma  sistemləri,  texnologiyaları,  fərdi  xidmətləri  və  məhsulları)  iştirakçılarının  və  xidmət  etdiyi 



bazarların ehtiyaclarını nəzərə alıb-almadığını necə müəyyən edir? 

21.1.2: MBİ iştirakçılarının və digər istifadəçilərin tələb və ehtiyaclarını qarşıladığını necə müəyyən edir 

və həmin tələblər dəyişdikcə (məsələn əks əlaqə mexanizminin istifadəsilə) onları necə qarşılayır?  

Əsas  mülahizə  2:  MBİ-nin  minimum  xidmət  səviyyələri,  risklərin  idarə  edilməsi  gözləntiləri  və 

fəaliyyət  prioritetləri  üzrə  ölçülə  bilən  və  aydın  müəyyən  olunmuş  məqsədləri  və  hədəfləri 

olmalıdır.  

21.2.1: MBİ-nin əməliyyatlarının effektivliyi  baxımından məqsədləri və hədəfləri nədən ibarətdir?  

21.2.2:  MBİ  ölçülə  bilən  və  mümkün  ola  bilən  aydın  müəyyən  olunmuş  məqsədlərinin  və  hədəflərinin 

olmasını necə təmin edir?   

21.2.3:  Bu  məqsədlərə  və  hədəflərə  nə  dərəcədə  nail  olunub?  Bunu  ölçmək  və  qiymətləndirmək  üçün 

MBİ-ninhansı mexanizmləri mövcuddur?   



Əsas mülahizə 3: MBİ-nin  effektivliyinin və səmərəliliyinin müntəzəm yoxlanılması  üçün müəyyən 

olunmuş mexanizmləri olmalıdır.  

21.3.1:  MBİ  öz  səmərəliliyini  və  effektivliyini  qiymətləndirmək  üçün  hansı  proseslərdən  və  ölçülərdən 

istifadə edir?  

21.3.2: MBİ öz səmərəliliyini və effektivliyini hansı tezlikdə qiymətləndirir?  

 

Prinsip  22: Kommunikasiya prosedurları və standartları 

 

Əsas  mülahizə  1:  MBİ  beynəlxalq  miqyasda  qəbul  olunmuş  kommunikasiya  prosedurlarından  və 

standartlarından istifadə etməli və ya ən azı onları təmin etməlidir.  

22.1.1: MBİ beynəlxalq miqyasda qəbul olunmuş kommunikasiya prosedurundan istifadə edirmi və etdiyi 

təqdirdə hansı prosedur(lar)dan istifadə edir? İstifadə etmədiyi təqdirdə MBİ beynəlxalq miqyasda qəbul 

olunmuş kommunikasiya prosedurlarını necə təmin edir?  

22.1.2:  MBİ  xarici  əməliyyatlarla  məşğul  olursa  onun  əməliyyat  prosedurları,  prosesləri  və  sistemləri 

xarici  əməliyyatlar  üzrə  beynəlxalq  miqyasda  qəbul  olunmuş  kommunikasiya  prosedurlarından  necə 

istifadə edirmi və ya digər halda onları təmin edirmi? 

22.1.3:  Heç  bir  beynəlxalq  standart  istifadə  olunmadıqda  MBİ  məlumat  formatını  və  verilənləri 

beynəlxalq standartlardan yerli standartlara və əksinə çevirən sistemləri necə təmin edir?  

 

Prinsip 23: Qaydaların, əsas prosedurların və bazar verilənlərinin açıqlanması 



  

Əsas  mülahizə  1:  MBİ  iştirakçılar  üçün  tamamilə  açıq  olan  aydın  və  hərtərəfli  qayda  və 

prosedurlar qəbul etməlidir. Müvafiq qayda və əsas prosedurlar ictimaiyyətə də açıqlanmalıdır.  

23.1.1:  MBİ-nin  qaydaları  və  prosedurları  hansı  sənədlərdən  ibarətdir?  Bu  sənədlər  iştirakçılara  necə 

açıqlanır?  



53 

 

23.1.2: MBİ qayda və prosedurlarının aydın və hərtərəfli olmasını necə müəyyən edir?  



23.1.3:  MBİ-nin  qayda  və  prosedurları  onun  təkrarlanmayan,  lakin  proqnozlaşdırılan  hallara  riayət 

edəcəyi prosedurlara dair hansı informasiyanı özündə saxlayır?   

23.1.4: MBİ qayda və prosedurlarını dəyişmək üçün riayət etdiyi prosesləri necə və kimlərə açıqlayır?  

23.1.5: MBİ müvafiq qayda və əsas prosedurları ictimaiyyətə necə açıqlayır? 



Əsas mülahizə 2: MBİ iştirakçıların iştirakı nəticəsində yaranacaq riskləri qiymətləndirə bilmələri 

üçün  sistemlərin  quruluşu  və  əməliyyatlarının,  eləcə  də  MBİ-nin  və  iştirakçıların  hüquq  və 

öhdəliklərinin aydın təsvirini açıqlamalıdır.  

23.2.1:  Hansı  sənədlərdə  sistemlərin  quruluşu  və  əməliyyatları  barədə  informasiya  saxlanır?  MBİ 

sisteminin quruluşu və əməliyyatlarını necə və kimlərə açıqlayır?   

23.2.2: MBİ sisteminin fəaliyyətinə birbaşa təsir edən əsas qərarlar üzərində tətbiq edə biləcəyi tədbirlilik 

dərəcəsini necə və kimlərə açıqlayır?  

23.2.3:  MBİ  iştirakçıların  hüquqları,  öhdəlikləri  və  MBİ-də  iştirak  etməklə  məruz  qaldıqları  riskləri 

barədə hansı məlumatı iştirakçılarına təmin edir?  

Əsas  mülahizə  3:  MBİ  iştirakçıların  onun  qaydaları  və  prosedurlarını  və  onda  iştirak  etməklə 

üzləşdikləri  riskləri  başa  düşmələrinə  dəstək  olması  üçün  bütün  zəruri  və  müvafiq  sənədləşmə  və 

treyninqlər təmin etməlidir.   

23.3.1:  MBİ  iştirakçılarının  onun  qaydaları,  prosedurları  və  iştirakla  əlaqədar  riskləri  başa  düşməyinə 

necə yardım olur?  

23.3.2:  Yuxarıda  təsvir  edilmiş  vasitələrin  iştirakçıların  MBİ-ninqaydaları,  prosedurları  və  onda  iştirak 

nəticəsində məruz qaldıqları riskləri başa düşmələrinə imkan verdiyini təsdiqləyən sübutu varmı?  

23.3.3:  MBİ  onun  qaydaları,  prosedurları  və  onda  iştirak  nəticəsində  məruz  qaldığı  riskləri  başa 

düşməyən iştirakçını müəyyən etdiyi halda hansı sağlamlaşdırma tədbirləri görür?  

Əsas  mülahizə  4:  MBİ  təklif  etdiyi  fərdi  xidmətlər  səviyyəsində  öz  xidmət  haqlarını,  eləcə  də  hər 

hansı  mümkün  güzəştlərlə  bağlı  siyasətini  ictimaiyyətə  açıqlamalıdır.  MBİ  müqayisə  məqsədləri 

üçün qiymət təyin edilmiş xidmətlərin aydın təsvirini verməlidir.    

23.4.1:  MBİ  fərdi  xidmətlər  səviyyəsində  öz  xidmət  haqlarını  və  hər  hansı  mümkün  güzəştlərlə  bağlı 

siyasətini ictimaiyyətə açıqlayırmı? Bu informasiya necə açıqlanır?   

23.4.2:  MBİ  iştirakçıları  və  ictimaiyyəti  xidmətlərə  və  xidmət  haqlarına  edilən  dəyişikliklərlə  bağlı 

müntəzəm şəkildə necə məlumatlandırır?  

23.4.3:  MBİ  qiymət  təyin  edilmiş  xidmətlərinin  təsvirini  təmin  edirmi?  Bu  təsvirlər  oxşar  MBİ  ilə 

müqayisəni nəzərə alırmı? 

23.4.4: MBİ texnologiya və kommunikasiya prosedurları barədə və ya MBİ-nin əməliyyat xərclərinə təsir 

edən hər hansı digər amillər barədə məlumatları açıqlayırmı?   

Əsas mülahizə 5: MBİ maliyyə bazarı infrastrukturları üçün ÖHSK-BQKKT açıqlanma çərçivəsinə 

cavabları  müntəzəm  olaraq  tamamlamalı  və  ictimaiyyətə  açıqlamalıdır.  MBİ  həmçinin  ən  azı 

əməliyyatının sayı və həcmi barədə əsas verilənləri açıqlamalıdır.  

23.5.1: MBİ maliyyə bazarı infrastrukturları üçün ÖHSK-BQKKT açıqlanma çərçivəsini sonuncu dəfə nə 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə