Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

44 

 

yurisdiksiyada kastodianda saxlanan qiymətli kağızlara operativ çıxışı necə təmin edir?  



Əsas  mülahizə  3:  MBİ  öz  kastodian  banklarına  münasibətdə  risk  təsirlərini  onların  hər  biri  ilə 

mövcud əlaqələrinin tam əhatə dairəsini nəzərə almaqla qiymətləndirməli və başa düşməlidir.  

16.3.1:  MBİ  öz  kastodian banklarına  münasibətdə risk  təsirlərini necə qiymətləndirir  və başa  düşür? Bu 

təsirlərin  idarə olunmasında  o,  hər bir  kastodian bankla  əlaqələrin  tam  əhatə dairəsini  necə  nəzərə  alır? 

Məsələn,  MBİ  tək  kastodianla  təsirini  diversifikasiya  etmək  üçün  akitvlərinin  qorunmasında  çoxsaylı 

kastodianlardan istifadə edirmi?  

Əsas  mülahizə  4:  MBİ-nin  investisiya  strategiyası  onun  bütöv  risklərinin  idarə  olunması 

strategiyasına  uyğun  olmalı,  iştirakçılarına  tamamilə  açıq  olmalı  və  investisiyalara  yüksək 

keyfiyyətli  borcalanlar  tərəfindən  təminat  verilməlidir  və  ya  həmin  borcalanlar  üzərində  iddia 

təşkil  etməlidir.  Bu  investisiyalar  az  və  ya  olduğu  halda,  əlverişsiz  qiymət  effekti  ilə  operativ 

ləğvolunmaya imkan verməlidir. 

16.4.1: MBİ investisiya strategiyasının ümumi risklərin idarə olunması strategiyası ilə uyğunluğunu necə 

təmin edir? O, investisiya strategiyasını necə və kimlərə açıqlayır?  

16.4.2:  MBİ  davamlı  şəkildə  onun  investisiyalarına  yüksək  keyfiyyətli  borcalanlar  tərəfindən  təminat 

verilməsini və ya həmin borcalanlar üzərində iddia təşkil etməsini necə təmin edir?  

16.4.3:  MBİ  investisiyaların  seçilməsində özünün borcalana qarşı  ümumi təsirini  necə nəzərdən  keçirir? 

Hansı investisiyalara kredit riskinin təsirlərinin konsentrasiyasından yayınmaq üçün limitlər təyin edilir. 

16.4.4:  MBİ  iştirakçı  aktivlərini  iştirakçının  özünün  və  ya  filiallarının  qiymətli  kağızlarında 

yerləşdirirmi?  

16.4.5: MBİ investisiyalarının az və olduğu halda əlverişsiz qiymət effekti ilə operativ ləğvetməyə imkan 

verməsini necə təmin edir?  

 

Prinsip 17: Əməliyyat riski 

Əsas mülahizə 1: MBİ əməliyyat risklərini müəyyən etmək, yoxlamaq və idarə etmək üçün müvafiq 

sistemlərə,  siyasətə,  prosedurlara  və  yoxlamalara  malik  sağlam  əməliyyat  risklərinin  idarə 

olunması sistemi yaratmalıdır.  

17.1.1:  MBİ-nin  əməliyyat  risklərinin  mümkün  mənbələrini  davamlı  şəkildə  müəyyən  edən  siyasət  və 

prosedurları  hansılardır?  MBİ-ninprosedurları  əməliyyat  risklərinin  mümkün  mənbələrini  -  bu  risklərin 

daxili  mənbələrdən  (məsələn,  sistemlərin,  o  cümlədən  insan  resurslarının  qaydaları),  MBİ-

niniştirakçılarından və ya xarici mənbələrdən yarandığını necə müəyyən edir?   

17.1.2:  MBİ  əməliyyat  risklərinin  hansı  mənbələrini  müəyyənləşdirib?  O,  əməliyyatlarında  hansı 

uğursuzluq məqamlarını müəyyən edib?  

17.1.3:  MBİ  müəyyən  olunmuş  əməliyyat  risklərini  necə  yoxlayır  və  idarə  edir?  Bu  sistemlər,  siyasət, 

prosedurlar və yoxlamalar harada sənədləşdirilir?  

17.1.4: MBİ əməliyyat prosedurlarının müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün müəyyən 

olunmuş  hansı  siyasəti,  prosedurları  və  yoxlamaları  tətbiq  edir?  O,  sistemləri,  siyasəti,  prosedurlar  və 

yoxlamaları  müvafiq  beynəlxalq,  milli  və  biznes  səviyyəli  əməliyyat  risklərinin  idarə  edilməsi 

standartlarını nə dərəcədə nəzərə alır?  



45 

 

17.1.5:  MBİ-nin  ixtisaslı  personalın  işə  götürülməsi,  təlimləndirilməsi  və  saxlanılması  üzrə  insan 



resursları  siyasəti  nədən  ibarətdir  və  belə  siyasət  geniş  miqyaslı  işçi  axınının  və  əsas  işçi  riskinin 

təsirlərini necə  azaldır?  MBİ-nin  insan  resursları  və  risklərin  idarə  olunması siyasəti  fırıldaqçılığa  qarşı 

mübarizəni necə təşkil edir?   

17.1.6: MBİ-nin dəyişikliklərin və layihələrin idarə edilməsi siyasətləri və prosedurları dəyişikliklərin və 

əsas layihələrin sistemlərin səlis fəaliyyətinə qeyri-ixtiyari təsir göstərdiyi riskləri necə azaldır?   

Əsas  mülahizə  2:  MBİ-nin  idarə  heyəti  əməliyyat  risklərinin  idarə  edilməsi  üzrə  rolları  və 

məsuliyyəti  aydın  şəkildə  müəyyən  etməli  və  onun  əməliyyat  risklərinin  idarə  edilməsi  sistemini 

təsdiq  etməlidir.  Sistemlər,  əməliyyat  siyasəti,  prosedurlar  və  yoxlamalar  dövri  olaraq  və 

əhəmiyyətli dəyişikliklərdən sonra yoxlanılmalı, audit edilməli və testləşdirilməlidir.  

17.2.1:  İdarə  heyəti  əməliyyat  risklərinin  idarə  edilməsi  üzrə  əsas  rolları  və  məsuliyyəti  necə 

müəyyənləşdirib?  

17.2.2: MBİ-nin idarə heyəti özünün əməliyyat risklərinin idarə edilməsi sistemini dəqiqliklə yoxlayır və 

təsdiq edirmi?  

17.2.3:  MBİ  özünün sistemlərini, siyasətini, prosedurlarını  və  yoxlamalarını, o cümlədən iştirakçıları  ilə 

olan  əməliyyat  risklərinin  idarə  edilməsi  planlarını  necə  yoxlayır,  auditə  cəlb  edir  və  testləşdirir?  MBİ 

iştirakçılarla olan bu yoxlamaları, auditləri və testləşdirmələri hansı tezlikdə həyata keçirir?   

17.2.4:  MBİ-nin  əməliyyat  risklərinin  idarə  edilməsi  çərçivəsi  müvafiq  hallarda  hansı  dərəcədə  xarici 

auditə cəlb olunur?  



Əsas  mülahizə  3:  MBİ-nin  aydın  müəyyən  olunmuş  əməliyyat  etibarlılıq  məqsədləri  və  bu 

məqsədlərə nail olmaq üçün müəyyən olunmuş siyasəti mövcud olmalıdır. 

17.3.1:  MBİ-nin  əməliyyat  etibarlılığı  sahəsində  keyfiyyət  və  kəmiyyət  məqsədləri  hansılardır?  Onlar 

harada və necə sənədləşdirilir?  

17.3.2: Bu məqsədlər yüksək səviyyəli əməliyyat etibarlılığını necə təmin edir?  

17.3.3:  MBİ-nin  əməliyyat  etibarlılıq  məqsədlərinə  nail  olmaq  üçün  müəyyən  olunmuş  və  ehtiyac 

olduqda onun müvafiq tədbir görməsini təmin edən siyasəti nədən ibarətdir?  



Əsas mülahizə 4: MBİ stress  hallarında artan həcmi idarə etmək və xidmət səviyyəli məqsədlərinə 

nail olmaq üçün müvafiq  genişlənən tutuma malik olmalıdır.   

17.4.1:  MBİ  tutumunu  və genişlənmə  qabiliyyətini  necə  yoxlayır,  auditə  cəlb  edir  və  testləşdirir?  O,  bu 

yoxlamaları, auditləri və testləşdirmələri hansı tezlikdə həyata keçirir?  

17.4.2: Əməliyyat tutumuna yaxın olduğu və ya onu keçdiyi halda həmin vəziyyətlər necə idarə olunur?  



Əsas mülahizə 5: MBİ bütün mümkün çatışmazlıqları və  təhlükələri idarə edən hərtərəfli fiziki və 

informasiya təhlükləsizliyi siyasətinə malik olmalıdır.  

17.5.1:  MBİ-nin  fiziki  çatışmazlıqların  və  təhlükələrin  mümkün  mənbələrini  idarə  edən  siyasət  və 

prosesləri,  o  cümlədən  dəyişikliklərin  idarə  edilməsi  və  layihələrin  idarə  edilməsi  siyasəti  və  prosesləri 

hansılardır?  

17.5.2:  MBİ-nin  siyasəti,  prosesləri,  yoxlamaları  və  testləşdirmələri  fiziki  təhlükəsizlik  üzrə  müvafiq 

beynəlxalq, milli və biznes səviyyəli standartları müvafiq şəkildə nəzərə alırmı? 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə