Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   25   26   27   28   29   30   31   32   33

60 

 

çərçivəni təmin etməlidir.  



 

 

Sistem dizaynı və əməliyyatlar  

Bu  bölmə  MBİ-nun  dizaynını  və  əməliyyatlarını  izah  etməlidir.  Həmçinin  əməliyyat  prosesinin 

səciyyəvi həyat dövriyyəsinin aydın təsvirini verməlidir. Bu məlumat MBİ-nun əməliyyatı necə emal 

etməsini,  o  cümlədən  hadisələrin  zaman  ardıcıllığını,  əməliyyatın  şamil  edildiyi  təsdiqləmə  və 

yoxlamaları və iştirakçı tərəflərin cavabdehliklərini diqqət önünə çəkməlidir.  

IV.       Prinsiplər üzrə yekun nəqli açıqlama  

Bu bölmə oxucunun MBİ-nun bu prinsipə riayət olunmasına yanaşmasını başa düşməsini təmin etmək 

üçün  hər  bir  müvafiq  prinsip  üçün  yetərli  detallara  və  məzmuna  malik  yekun  nəqli  açıqlama 

verməlidir.    

Prinsiplər üzrə yekun nəqli açıqlama  

Prinsip X 

Prinsipin mətni  

 

Bu bölmə oxucuların MBİ-nun bu prinsipə riayət olunmasına 



yanaşmasını və metodunu başa düşməsini təmin etmək üçün 

yetərli detallara və məzmuna malik yekun nəqli açıqlama, 

eləcə də hər hansı başqa əlavə məlumat verməlidir.  

Bu prinsip üzrə yekun nəqli açıqlamanı hazırlayarkən MBİ 

açıqlamada verilməsi gözlənilən əsas məqamlar və detallar 

səviyyəsinə istiqamət kimi bu hesabatın 5-ci bölməsinə istinad 

etməlidir.  

Müzakirələrə əlavə olaraq müvafiq yerlərdə ictimaiyyətə açıq 

sənədlərə çarpaz istinadlar daxil edilməlidir.   

ərdi suallara cavablar (seçim 

 

Seçim əsaslı bu bölmə bu hesabatın 5-ci Bölməsində 

verilmiş fərdi suallara cavabları təmin etməlidir. 

Suallara cavablar əsas mülahizələr üzrə təşkil 

olunmalıdır. 

V.        İctimaiyyət üçün açıq resursların siyahısı  

Bu  bölmə  oxucunun  MBİ-nu  və  onun  hər  bir  müvafiq  prinsipə  riayət  olunmasına  yanaşmasını  başa 

düşməkdə  yardımçı  ola  biləcək  ictimaiyyətə  açıq  resursları,  o  cümlədən  açıqlamada  istinad  olunan 

resursları göstərməlidir. 



61 

 

Əlavə B:  



MBİ-ları üzrə prinsiplərə riayət 

olunmasına dair qiymətləndirmə hesabat 

nümunəsi  

I. 


Xülasə  

Bu bölmə qiymətləndirmənin əsas məlumatlarını əks etdirməlidir.  

II. 

Giriş  


Bu  bölmə hesabatı təqdim etməli və qiymətləndirmə  ilə bağlı  aşağıdakı əsas məlumatlardan 

ibarət olmalıdır:  

• 

Qiymətləndirici: qiymətləndirmə aparan orqanların və qiymətləndiricilərin müəyyən 



edilməsi.  

• 

Qiymətləndirmənin məqsədi: qiymətləndirmənin məqsədinin və məzmunun müəyyən 



edilməsi.  

• 

Qiymətləndirmə dairəsi: MBİ-nun, MBİ-nun əməliyyatlar və xidmətlər kompleksinin 



və qiymətləndirilən prinsiplər kompleksinin müəyyən olunması.  

• 

Qiymətləndirmə metodologiyası: qiymətləndirmə aparılmasında riayət olunan 



prosesin müəyyən olunması Bütün prinsiplər qiymətləndirilmədikdə müəyyən 

prinsiplərin nə üçün qiymətləndirilməməsinin izahı verilməlidir.  

• 

Qiymətləndirmədə informasiya mənbələri: qiymətləndirmənin aparılmasında 



istifadə olunan əsas informasiya mənbələrinin, o cümlədən ictimai və qeyri-ictimai 

mənbələrin müəyyən olunması. Bu mənbələrə yazılı sənədləşmələr (məsələn,digər 

qiymətləndirmələr, sorğular, hesabatlar, araşdırmalar, müvafiq qanunlar və 

qaydalar, tənzimləyici və sənaye istinadları) və MBİ, qurumlar və müvafiq 

kastodianlar, qiymətli kağız brokerləri və son istifadəçi assosiasiyaları ilə danışıqlar 

daxil edilə bilər.  

Bundan  əlavə  bu  bölmə  qiymətləndirmənin  aparılmasında  hər  hansı  çətinlikləri,  məsələn 

informasiyanın və əməkdaşlığın çatışmazlığı və qiymətləndirmə prosesini və onun dairəsini 

məhdudlaşdıran  hər  hansı  amili  qeyd  etməlidir.  Eyni  zamanda  tələb  olunan,  lakin  əldə 

olunmayan hər hansı informasiyanın hesabı verilməlidir.   

 

III.       Ödəniş, klirinq və hesablaşma mənzərəsinin icmalı  



Bu  bölmə  MBİ-nun  fəaliyyət  dairəsini  başa  düşməyə  kömək  etmək  üçün  bütöv  ödəniş, 

klirinq  və  hesablaşma  mənzərəsində  MBİ-nun  rolunun  ümumi  təsvirini;  MBİ-nun 

əməliyyatlarının  və  xidmətlərinin  ümumi  təsvirini;  və  yekun  statistikanı  verməlidir. 

Ümumi  təsvir  və  yekun  statistika  müvafiq  qaydada  digər  MBİ-ları  ilə  müqayisələri 

asanlaşdırmalıdır. 

Bu  bölmə  həmçinin  MBİ  ilə  bağlı  tənzimləyici  və  nəzarət çərçivəsinin  ümumi  təsvirini; 

müvafiq  qurumların  qısa  təsvirini;  və  yaxın  keçmişdə  həyata  keçirilən  və  ya  yaxın 

gələcəkdə  həyata  keçirilməsi  planlaşdırılan  əsas  dəyişikliklər  və  islahatların  icmalını 

verməlidir. 



62 

 

IV.       Yekun qiymətləndirmə  



Prinsiplərə riayət olunması üzrə yekun qiymətləndirmə  

Bu bölmə prinsiplərin ətraflı qiymətləndirməsinin əsas məlumatlarını yekunlaşdırmalıdır. Hər 

bir prinsip üzrə qiymətləndirmə -   

• 

MBİ-nun  əsas təcrübələrini və nailiyyətlərini əks etdirməli;  



• 

Müəyyən olunmuş maraq doğuran məsələləri göstərməli; və  

• 

Tam riayət olunmayan hər bir prinsipə dair şərh verməli və “geniş riayət olunmuş”, 



“qismən riayət olunmuş” və ya “riayət olunmamış” kimi dərəcələrin təyin olunmasının 

əsas səbəblərini qeyd etməli; riayət etməmə dərəcəsinə təsir edə bilən risk faktorlarını 

göstərməli; və maraq doğuran məsələlərin həll olunub olunmadığını, eləcə də hazırki 

cəhdlər nəzərdə tutulduğu kimi davam edərsə nail olunacaq riayət etmə dərəcəsini 

göstərməlidir.   

Bu bölmə riayət etmənin prinsiplər üzrə qiymətləndirmə nəticələrinin icmalını verməlidir (bax. 

Cədvəl 1).  

 

Cədvəl 1 Reytinq icmalı   



Qiymətləndirmə 

kateqoriyası  

Prinsip 

Riayət olunmuş  



Məsələn Prinsip 1, 3, 6 və 8 

Geniş riayət olunmuş  

Qismən riayət olunmuş  

Riayət olunmamış  

Qeyri-müvafiq  

MBİ-lər üçün tövsiyyələr  

Bu  bölməyə  MBİ-nun  prinsiplərə  riayət  etməsini  yaxşılaşdırmaq  üçün  təklif  olunan  addımlar 

daxil  edilməlidir.  Cədvəl  2-də  qiymətləndiricilər  maraq  doğuran  məsələləri  və  MBİ-nun 

prinsiplərə  riayət  etməsindəki digər  boşluqları  və  çatışmazlıqları,  eləcə  də  həmin  prinsiplərin 

yerinə yetirilməsi üzrə tövsiyyələri və MBİ-nun tədbir görməli olduğu zaman çərçivəsini daxil 

etməlidir.  

Qiymətləndiricilər tövsiyyələri  prioritet  əsasında, yerinə  yetirilməsi ən zəuri  olandan ən az zəruri 

olana  doğru  daxil  etməlidir.  Qiymətləndiricilər  həmçinin  tövsiyə  olunan  tədbirin  prinsipə  riayət 

olunması  səviyyəsində  yaxşılaşmaya  səbəb  olacaq  formasını  izah  etməlidir.  MBİ-nun 

təkmilləşdirmələrlə  bağlı  fəaliyyətdə  olan  planları  mövcuddursa  bu  şərhlər  bölməsində  qeyd 

edilməlidir. Riayət etməyə hər hansı xüsusi maneələr də qeyd edilməlidir.    

Çoxsaylı maraq doğuran məsələlər və ya digər boşluqlar və ya çatışmazlıqlar müəyyən olunduqda 

bəzi prinsiplər bir neçə dəfə daxil edilə bilər. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə