Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   25   26   27   28   29   30   31   32   33

66 

 

yekunlaşdırmalıdır. Hər bir cavabdehlik üzrə qiymətləndirmə -   



• 

Qurumların  əsas təcrübələrini və nailiyyətlərini əks etdirməli;  

• 

Müəyyən olunmuş maraq doğuran məsələləri göstərməli; və  



• 

Tam riayət olunmayan hər bir cavabdehliyə dair şərh verməli və “geniş riayət 

olunmuş”, “qismən riayət olunmuş” və ya “riayət olunmamış” kimi dərəcələrin 

təyin olunmasının əsas səbəblərini qeyd etməli; riayət etməmə dərəcəsinə təsir edə 

bilən risk faktorlarını göstərməli; və maraq doğuran məsələlərin həll olunub 

olunmadığını, eləcə də hazırki cəhdlər nəzərdə tutulduğu kimi davam edərsə nail 

olunacaq riayət etmə dərəcəsini göstərməlidir.   

Bu bölmə riayət etmənin cavabdehlik üzrə qiymətləndirmə nəticələrinin icmalını 

verməlidir (bax. Cədvəl 1).  

 

 



 

Cədvəl 1. Reytinq 



icmalı   

Qiymətləndirmə 

kateqoriyası  

Cavabdehlik 

Riayət olunmuş  

Məsələn Cavabdehlik A və B 

Geniş riayət olunmuş  

Məsələn Cavabdehlik B, D və E 

Qismən riayət olunmuş    

Riayət olunmamış  

 

Qeyri-müvafiq  



 

Qurumlar üçün tövsiyyələr  

Bu  bölməyə  qurumların  cavabdehliyə  riayət  etməsini  yaxşılaşdırmaq  üçün  təklif 

olunan  addımlar  daxil  edilməlidir.  Cədvəl  2-də  qiymətləndiricilər  maraq  doğuran 

məsələləri  və  qurumların  cavabdehliyə  riayət  etməsindəki  digər  boşluqları  və 

çatışmazlıqları, eləcə də həmin cavabdehliklərin yerinə yetirilməsi üzrə tövsiyyələri 

və müvafiq qurumların tədbir görməli olduğu zaman çərçivəsini daxil etməlidir.  

Qiymətləndiricilər  tövsiyyələri  prioritet  əsasında,  yerinə  yetirilməsi  ən  zəuri  olandan  ən  az 

zəruri  olana  doğru  daxil  etməlidir.  Qiymətləndiricilər  həmçinin  tövsiyə  olunan  tədbirin 

cavabdehliyə  riayət  olunması  səviyyəsində  yaxşılaşmaya  səbəb  olacaq  formasını  izah 

etməlidir.  Riayət  etməyə  hər  hansı  xüsusi  maneələr  də  qeyd  edilməlidir.    Qurumların 

təkmilləşdirmələrlə bağlı fəaliyyətdə olan planları mövcuddursa bu şərhlər bölməsində qeyd 

edilməlidir.  

Çoxsaylı  maraq  doğuran  məsələlər  və  ya  digər  boşluqlar  və  ya  çatışmazlıqlar  müəyyən 

olunduqda bəzi cavabdehliklər bir neçə dəfə daxil edilə bilər.  

Cədvəl 2 Tövsiyyələrin prioritet 

asasında siyahısı  

 



67 

 

Cavabdehlik  



Maraq doğuran 

məsələ və ya 

digər boşluq və 

ya çatışmazlıq  

Tövsiyyə olunan 

tədbir və şərhlər  

Müvafiq tərəflər  

Tövsiyyə  

olunan tədbirin 

idarə edilməsi 

üçün zaman 

çərçivəsi 



addressing 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

V.        Ətraflı qiymətləndirmə hesabatı  

Ətraflı  qiymətləndirmə  cədvəli  əsas  mülahizələr,  əsas  yekunlar  və  hər  bir  cavabdehlik  üzrə 

qiymətləndirmə reytinqi ilə bağlı təsvir verməlidir (bax Cədvəl 3).  

Cədvəl 3 Cavabdehliklərə riayət olunması üzrə ətraflı 

qiymətləndirmə  



Hər bir cavabdehlik üzrə  

Cavabdehlik X  

Cavabdehliyin mətni  

Əsas mülahizə 1 Əsas 

mülahizənin mətni  

Bu bölmə MBİ-nun təcrübələri barədə məlumat verməlidir, 

çünki onlar əsas mülahizəyə aiddir. Qiymətləndiricilər hər bir 

əsas müləhizə üzrə suallarla müşaiyat olunmalıdır və müvafiq 

hallarda məlumatları Bölmə 6-da verilmiş sullarda təqdim 

olunan mövzu başlıqlarına əsasən təşkil etməlidir.  

Cavablar qurumların həqiqi təcrübələrini əks etdirməlidir. 

Bölmə 6-dakı suallar siyahısı qiymətləndiricilərin faktlar 

toplamasına yardımçı vasitədir və çeklist kimi nəzərdə 

tutulmamışdır. Bu sualların hər birinə xüsusi cavabların  

qiymətləndirmə hesabatının tərkibinə daxil olması zəruri 

deyil.  



68 

 

Əlavə D:  



MBİ-nun prinsiplərinə və qurumların cavabdehliyinə riayət olunması üzrə ölkə 

qiymətləndirmə hesabat nümunəsi  

 

I. 



Xülasə  

Bu bölmə qiymətləndirmənin əsas müvafiq məlumatlarını əks etdirməlidir.  

II. 

Giriş  


Bu bölmə hesabatı təqdim etməli və qiymətləndirmə ilə bağlı aşağıdakı əsas məlumatlardan ibarət 

olmalıdır:  

• 

Qiymətləndirici: qiymətləndirmə aparan orqanların və qiymətləndiricilərin müəyyən 



edilməsi.  

• 

Qiymətləndirmənin məqsədi: qiymətləndirmənin məqsədinin və məzmunun müəyyən 



edilməsi.  

• 

Qiymətləndirmə dairəsi: MBİ-larının, MBİ-larının əməliyyatlar və xidmətlər kompleksinin 



(o cümlədən xidmət olunan vasitələr və bazarlar) və qiymətləndirilən prinsiplər 

kompleksinin müəyyən olunması. Qurumların; qurumların MBİ-nun tənzimlənməsi və 

onlara nəzarət üzrə cavabdehliyin; və qiymətləndirilən cavabdehliyin müəyyən olunması.  

 

• 



Qiymətləndirmə metodologiyası: qiymətləndirmə aparılmasında riayət olunan prosesin 

müəyyən olunması Bütün prinsiplər və ya cavabdehliklər qiymətləndirilmədikdə 

müəyyən prinsiplərin və ya cavabdehliklərin nə üçün qiymətləndirilməməsinin izahı 

verilməlidir.  

 

• 

Qiymətləndirmədə informasiya mənbələri: qiymətləndirmənin aparılmasında istifadə 



olunan əsas informasiya mənbələrinin, o cümlədən ictimai və qeyri-ictimai mənbələrin 

müəyyən olunması. Bu mənbələrə yazılı sənədləşmələr (məsələn,digər qiymətləndirmələr, 

sorğular, hesabatlar, araşdırmalar, müvafiq qanunlar və qaydalar, tənzimləyici və sənaye 

istinadları) və MBİ-lar, qurumlar və müvafiq sənaye səhmdarları (məsələn iştirakçılar, 

fond birjaları, kastodianlar, qiymətli kağız brokerləri və ya son istifadəçi assosiasiyaları) 

ilə danışıqlar daxil edilə bilər.  

• 

Bundan əlavə bu bölmə qiymətləndirmənin aparılmasında hər hansı çətinlikləri, məsələn 



informasiyanın və əməkdaşlığın çatışmazlığı və qiymətləndirmə prosesini və onun 

dairəsini məhdudlaşdıran hər hansı amili qeyd etməlidir. Eyni zamanda tələb olunan, 

lakin əldə olunmayan hər hansı informasiyanın hesabı verilməlidir.. 

III.       Ödəniş, klirinq və hesablaşma mənzərəsinin xülasəsi  

Bu  bölmə  bütöv  ödəniş,  qiymətli  kağızlar  və  ya  derivativlər,  klirinq  və  hesablaşma 

arxitekturasının ümumi təsvirini verməlidir.  

Bu  bölmə  həmçinin  MBİ-larının  əməliyyatlarının  və  xidmətlərinin  ümumi  təsvirini;  və  MBİ-

larının  fəaliyyət  dairəsini  başa  düşməyə  yardım  etmək  üçün  yekun  statistikanı  verməlidir. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə