10
Hansı MBİ-nin qiymətləndirilməsinin müəyyən edilməsi
3.7.
MBİP-ə görə, MBİ-lərə nəzarət edən səlahiyyətli orqanlar sistem əhəmiyyətli MBİ-ləri
müntəzəm qiymtləndirməlidirlər. MBİP-də qeyd edildiyi kimi, qanunvericiliklə sistem
əhəmiyyətliyi anlayışı yurisdiksiyadan asılı olaraq fərqli ola bilər, lakin ümumiyyətlə, sistem
boyu parçalanmaya zəmin yaratmaq, yaxud ötürmək potensialı olduğu təqdirdə ödəniş sistemi
sistem əhəmiyyətli hesab olunur. Bütün MQKD, QKHS, MTM və TR-lərin ən azı yerləşdikləri
yurisdiksiyalarda sistem əhəmiyyətli olduğu qəbul olunur.
3.8.
Kənar qiymətləndiricilər bir qayda olaraq yerli səlahiyyətli orqanların MBİ-ləri sistem
əhəmiyyətli müəyyən etməsinə arxalanır, lakin müəyyən MBİ-lərin qiymətləndirmənin
miqyasından kənar olduğunu müəyyən edə bilər (məs, yerli yurisdiksiyadan kənarda yayılma
riskinin az olduğu, kiçik həcmli tranzaksiyaları emal edən milli MBİ-lər). Bundan əlavə, kənar
qiymətləndiricilər qlobal maliyyə sabitliyinə ən müvafiq MBİ-lərə fokuslaşa bilər.
Hansı MBİ əməliyyat və xidmətlərinin qiymətləndirilməsinin müəyyən edilməsi
3.9.
Hər MBİ ayrı qiymətləndirilməlidir. MBİP-ə görə, MBİ dedikdə ödənişlərin, qiymətli
kağızların, derivativlərin, yaxud digər maliyyə tranzaksiyalarının uçotu, klirinqi, yaxud icrası
məqəsilə istifadə olunan, sistem operatoru daxil olmaqla, iştirak edən maliyyə institutları arasında
çoxtərəfli sistem nəzərdə tutulur.
2
Təşkilati funksiya və dizayn baxımından MBİ-lər
əhəmiyyətli dərəcədə fərqli ola bilər. MBİ-lər qanuni şəkildə çox formada, o cümlədən
maliyyə institutlarının assosiasiyaları, qeyri-bank klirinq korporasiyaları və ixtisaslaşmış
bank təşkilatları şəklində təşkil edilə bilər. Onlar ayrı hüquqi şəxs, yaxud digər hüquqi şəxsin
hissələri kimi müəyyən edilə bilər.
3.10. Qiymətləndiricilər MBİ əməliyyat və xidmətlərinin hansının miqyas daxilində
olduğunu və hər qiymətləndirmə üçün qiymətləndirilməli subyekti müəyyənləşdirməlidir
(məs, hüquqi şəxs, hüquqi şəxsin bir hissəsi, yaxud bir neçə hüquqi şəxs). Əgər qiymətləndiriləcək
MBİ beynəlxalq ticari əməliyyatlarını həyata keçirmək üçün əlaqələr yaratmışdırsa,
qiymətləndiricilər, belə koordinasiya qiymətləndirmənin tamamlandırılması üçün əhəmiyyətli olarsa,
müvafiq yurisdiksiyalardakı səlahiyyətli şəxslərlə ən yaxşı koordinasiya yollarını nəzərdən keçirməli
ola bilər.
3.11. Aşağıdakı nümunələr MBİ-nin funksional tərifinin tətbiqinə müvafiq qiymətləndirmənin
miqyasını aydın müəyyən etmək üçün MBİ-lərin struktur mürəkkəbliyinin necə ünvanlana
bilinməsini illüstrasiya edir.
•
İki yaxud daha çox MBİ bir hüquqi şəxs altında fəaliyyət göstərir. Aydın şəkildə fərqli
rolları həyata keçirən və yalnız ümumi məsələləri paylaşan iki MBİ-ni vahid operator
idarə edə bilər, məs, həm MQKD, həm də RVBHS-i idarə edən vahid operator. Əgər
MQKD və RVBHS sistemi eyni hüquqi və idarəetmə qaydalarını paylaşırsa, lakin
fərqli əməliyyat və risklərin idarə olunması qaydalarından istifadə edirsə, iki əsas
funksiya ayrılıqda qiymətləndirilə bilər.
•
İki yaxud daha çox MBİ bir hüquqi şəxsə inteqrasiya edilmişdir. Əsas funksiyaları
yüksək dərəcədə qarşılıqlı əlaqəli və bir-birini tamamlayan iki MBİ-ni bir operator
idarə edə bilər, məs, QKHS-i idarə edən MQKD. Əgər MQKD və QKHS eyni hüquqi
və qanunvericilik qaydalarını paylaşaraq yüksək dərəcədə inteqrasiya olunmuş
əməliyyat və risklərin idarə olunması qaydalarından faydalanarsa, bu iki əsas funksiya
bir MBİ kimi qiymətləndirilə bilər.
2
MBİP və qiymətləndirmə metodologiyasının ümumi analitik yanaşması, MBİ-nin tərifində qeyd edildiyi kimi, iştirakçılar daxil
olmaqla MBİ-ləri çoxtərəfli sistem kimi nəzərdən keçirtməkdən ibarətdir. Lakin bazar təcrübəsində MBİ termini
mərkəzləşdirilmiş çoxtərəfli ödəniş, klirinq, hesablaşma, yaxud uçot fəaliyyətlərini həyata keçirmək məqsədilə yaradılmı ş
hüquqi, yaxud funksional subyektə istinad etmək üçün istifadə edilə bilər və bəzi kontekstlərdə sistemdən istifadə edən
iştirakçıları istisna edə bilər. Terminologiya, yaxud istifadəki bu fərq müəyyən hallarda MBİP-lərdə ikimənalılığa səbəb ola bilər.
Bu məsələni həll etmək üçün, kontekstdən aydın olmadıqda, prinsip, yaxud digər mətnin əhatə dairəsini vurğulamaq üçün MBİP
və bu qiymətləndirmə metodologiyası MBİ və onun iştirakçılarına, yaxud iştirakçılar daxil olmaqla MBİ-yə aid edilə bilər. MBİ-
nin tərifinə maliyyə institutları və müştərilər arasındaki, məs, ənənəvi müxbir bankçılıqdakı ikitərəfli münasibətlər daxil deyildir.
11
•
Bir MBİ müxtəlif quruluşlu fərqli bazarlara xidmət edir. Əgər MBİ xidmət etdiyi müxtəlif
bazarlar üçün aydın qaydalar hazırlamışdırsa, MBİ-nin bu qiymətləndirməsi ayrı-ayrı
qiymətləndirilmələrə bölünə bilər.
Bu halların hər birində qiymətləndiricilər onların müstəqilliyini müvafiq şəkildə müəyyən
etməli və ünvanlamalıdır.
Hansı prinsiplər qiymətləndirilməlidir
3.12. Qiymətləndirmə (a) MBİ-nin təhlükəsizlik və səmərəliliyinin dövri hərtərəfli
yoxlanmasının bir hissəsi kimi bütün müvafiq prinsiplərə, (b) təklif olunan yeni xidmət təklifi,
yaxud MBİ-nin risklərin idarə olunması çərçivəsinə təklif edilmiş əhəmiyyətli dəyişikliyə aid
bir, yaxud daha çox fərdi prinsiplərə, (c) bir, yaxud daha çox MBİ-də tematik (yaxud “üfiqi”)
yoxlamaya hədəfləndirilə bilən bir, yaxud daha çox fərdi prinsipə, yaxud (d)
qiymətləndirmədən əvvəl müəyyən edilmiş müəyyən problemlərə xas olan və bir, yaxud daha
çox MBİ-yə hədəflənə bilən bir, yaxud daha çox fərdi prinsipə nəzərən aparıla bilər.
Mərhələ 2: Hər tətbiq oluna bilən əsas mülahizə üzrə faktların toplanması
3.13. Hər prinsipə əsas nəticələri tərtib edə bilmək üçün qiymətləndiricilər yetərli fakt
toplamalıdırlar. Bölmə 5-ə 24 prinsipin hər biri üçün əsas mülahizələr üzrə təşkil edilmiş
suallar daxil edilmişdir. Bu suallar qiymətləndiricilərə MBİ-nin prinsiplərə riayət edib
etmədiyini müəyyən etməyə kömək edən alətlərdir. Bundan əlavə, informasiyanın
toplanması prosesi qiymətləndirilən MBİ-nin informasiyaya çıxış təmin etmək gözləntilərini
qarşılamaq dərəcəsinin erkən indikatoru rolunu oynaya bilər.
3.14. Bölmə 5-də qeyd edilmiş sualların məqsədi qiymətləndiriciləri məlumatlandırmaq və
onların mühakiməsini əvəz etmək deyil, istiqamətləndirməkdən ibarətdir.
3
Qiymətləndirici-lərin
sual və səyləri risklərin ən çox olduğu məsələlərə fokuslaşmalıdır və risklərin qiymətləndirilməsi
uzaqgörən və sağlam mühakiməyə əsaslandıqda, ən dəyərli olur. Sualların məqsədi sadəcə sorğu
vərəqəsi rolunu oynamaqdan ibarət deyildir. Bundan başqa, suallar heç də tam deyildir və
qiymətləndiricilər öz seçimləri ilə MBİ-lərin müxtəlif mürəkkəblik səviyyələrini ünvanlamaq
üçün lazım olduqca əlavə, yaxud müxtəlif suallardan istifadə edə bilərlər. Bəzi hallarda
qiymətləndiricilər bu və ya digər risk amilini, yaxud qiymətləndirməyə xas vəziyyətləri əks
etdirmək üçün spesifik sualları modifikasiya etmək istəyə bilərlər. Qiymətləndiricilər tərəfindən
istifadə olunan sualların siyahısı ən azı qiymətləndirmə metodologiyasına daxil edilmiş
informasiya səviyyəsinə ekvivalent informasiya təmin etməlidir.
3.15. Əsas nəticələrə gəlmək və reytinq vermək üçün məzmun əsasını müəyyən etmək
məqsədilə qiymətləndiricilər MBİ-nin ümumi biznes fəaliyyətləri, əməliyyat və xidmətləri,
proses və qaydalarını başa düşməlidirlər. Ona görə də, qiymətləndiricilər qiymətləndirmə
zamanı hər prinsip üçün aşağıdakı ümumi sualları nəzərə almalıdırlar:
1.
Prinsipə riayət etmək üçün MBİ hansı yanaşma, yaxud metoddan istifadə edir?
2.
Prinsipə riayət etmək üçün yanaşma, yaxud metodun səmərəliliyini təmin etmək məqsədilə
MBİ hansı təhlil, proses və əsaslandırmadan istifadə edir?
3.
Prinsipə riayət edərkən MBİ davamlı fəaliyyəti neçə ölçür və monitorinq edir?
4.
Prinsipə riayət edərkən MBİ davamlı fəaliyyətinin monitorinq edilməsinə kömək etmək
üçün mövcud hansı digər sübut vardır?
Sualların yeniləndirilməsini təmin etmək məqsədilə gələcəkdə qiymətləndirmə metodologiyasına daxil edilmiş suallar
yenidən işlənə bilər.