Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   2   3   4   5   6   7   8   9   ...   33

10 

 

Hansı MBİ-nin qiymətləndirilməsinin müəyyən edilməsi  

3.7. 

MBİP-ə  görə,  MBİ-lərə  nəzarət edən  səlahiyyətli  orqanlar  sistem  əhəmiyyətli  MBİ-ləri 



müntəzəm  qiymtləndirməlidirlər.  MBİP-də  qeyd  edildiyi  kimi,  qanunvericiliklə  sistem 

əhəmiyyətliyi  anlayışı  yurisdiksiyadan  asılı  olaraq  fərqli  ola  bilər,  lakin  ümumiyyətlə,  sistem 

boyu parçalanmaya  zəmin  yaratmaq,  yaxud  ötürmək  potensialı  olduğu  təqdirdə ödəniş  sistemi 

sistem əhəmiyyətli hesab olunur. Bütün MQKD, QKHS, MTM və TR-lərin ən azı yerləşdikləri 

yurisdiksiyalarda sistem əhəmiyyətli olduğu qəbul olunur. 

3.8. 


Kənar  qiymətləndiricilər  bir  qayda  olaraq  yerli  səlahiyyətli  orqanların  MBİ-ləri  sistem 

əhəmiyyətli  müəyyən  etməsinə  arxalanır,  lakin  müəyyən  MBİ-lərin  qiymətləndirmənin 

miqyasından  kənar  olduğunu  müəyyən  edə  bilər  (məs,  yerli  yurisdiksiyadan  kənarda  yayılma 

riskinin  az  olduğu,  kiçik  həcmli  tranzaksiyaları  emal  edən  milli  MBİ-lər).  Bundan  əlavə,  kənar 

qiymətləndiricilər qlobal maliyyə sabitliyinə ən müvafiq MBİ-lərə fokuslaşa bilər. 

Hansı MBİ əməliyyat və xidmətlərinin qiymətləndirilməsinin müəyyən edilməsi 

3.9. 


Hər  MBİ  ayrı  qiymətləndirilməlidir.  MBİP-ə  görə,  MBİ  dedikdə  ödənişlərin,  qiymətli 

kağızların,  derivativlərin,  yaxud  digər  maliyyə  tranzaksiyalarının  uçotu,  klirinqi,  yaxud  icrası 

məqəsilə istifadə olunan, sistem operatoru daxil olmaqla, iştirak edən maliyyə institutları arasında 

çoxtərəfli  sistem  nəzərdə  tutulur.

2

  Təşkilati  funksiya  və  dizayn  baxımından  MBİ-lər 



əhəmiyyətli  dərəcədə  fərqli  ola  bilər.  MBİ-lər  qanuni  şəkildə  çox  formada,  o  cümlədən  

maliyyə  institutlarının  assosiasiyaları,  qeyri-bank  klirinq  korporasiyaları  və  ixtisaslaşmış 

bank  təşkilatları  şəklində  təşkil  edilə  bilər.  Onlar  ayrı  hüquqi  şəxs,  yaxud  digər  hüquqi  şəxsin 

hissələri kimi müəyyən edilə bilər. 

3.10.  Qiymətləndiricilər  MBİ  əməliyyat  və  xidmətlərinin  hansının  miqyas  daxilində 

olduğunu  və  hər  qiymətləndirmə  üçün  qiymətləndirilməli  subyekti  müəyyənləşdirməlidir 

(məs, hüquqi şəxs, hüquqi şəxsin bir hissəsi, yaxud bir neçə hüquqi şəxs). Əgər qiymətləndiriləcək 

MBİ  beynəlxalq  ticari  əməliyyatlarını  həyata  keçirmək  üçün  əlaqələr  yaratmışdırsa, 

qiymətləndiricilər, belə koordinasiya qiymətləndirmənin tamamlandırılması üçün əhəmiyyətli olarsa, 

müvafiq yurisdiksiyalardakı səlahiyyətli şəxslərlə ən yaxşı koordinasiya yollarını nəzərdən keçirməli 

ola bilər. 

3.11.  Aşağıdakı  nümunələr  MBİ-nin  funksional  tərifinin  tətbiqinə  müvafiq  qiymətləndirmənin 

miqyasını  aydın  müəyyən  etmək  üçün  MBİ-lərin  struktur  mürəkkəbliyinin  necə  ünvanlana 

bilinməsini illüstrasiya edir. 

• 

İki yaxud daha çox MBİ bir hüquqi şəxs altında fəaliyyət göstərir. Aydın şəkildə fərqli 

rolları həyata  keçirən və yalnız ümumi məsələləri paylaşan  iki MBİ-ni vahid operator 

idarə edə  bilər,  məs,  həm  MQKD,  həm  də RVBHS-i  idarə edən  vahid operator.  Əgər 

MQKD  və  RVBHS  sistemi  eyni  hüquqi  və  idarəetmə  qaydalarını  paylaşırsa,  lakin 

fərqli  əməliyyat  və  risklərin  idarə  olunması  qaydalarından  istifadə  edirsə,  iki  əsas 

funksiya ayrılıqda qiymətləndirilə bilər. 

• 

İki  yaxud  daha  çox  MBİ  bir  hüquqi  şəxsə  inteqrasiya  edilmişdir.  Əsas  funksiyaları 

yüksək  dərəcədə  qarşılıqlı  əlaqəli  və  bir-birini  tamamlayan  iki  MBİ-ni  bir  operator 

idarə edə bilər,  məs,  QKHS-i  idarə edən MQKD.  Əgər  MQKD  və QKHS eyni hüquqi 

və  qanunvericilik  qaydalarını  paylaşaraq  yüksək  dərəcədə  inteqrasiya  olunmuş 

əməliyyat və risklərin idarə olunması qaydalarından faydalanarsa, bu iki əsas funksiya 

bir MBİ kimi qiymətləndirilə bilər. 

2

 

MBİP  və  qiymətləndirmə  metodologiyasının  ümumi  analitik  yanaşması,  MBİ-nin  tərifində  qeyd  edildiyi  kimi,    iştirakçılar  daxil 



olmaqla  MBİ-ləri  çoxtərəfli  sistem  kimi  nəzərdən  keçirtməkdən  ibarətdir.  Lakin  bazar  təcrübəsində  MBİ  termini 

mərkəzləşdirilmiş  çoxtərəfli  ödəniş,  klirinq,  hesablaşma,  yaxud  uçot  fəaliyyətlərini  həyata  keçirmək  məqsədilə  yaradılmı ş 

hüquqi,  yaxud  funksional  subyektə  istinad  etmək  üçün  istifadə  edilə  bilər  və  bəzi  kontekstlərdə  sistemdən  istifadə  edən 

iştirakçıları istisna edə bilər. Terminologiya, yaxud istifadəki bu fərq müəyyən hallarda MBİP-lərdə ikimənalılığa səbəb ola bilər. 

Bu  məsələni  həll  etmək  üçün, kontekstdən aydın  olmadıqda,  prinsip,  yaxud  digər  mətnin  əhatə  dairəsini  vurğulamaq  üçün  MBİP 

və bu qiymətləndirmə metodologiyası MBİ və onun iştirakçılarına, yaxud iştirakçılar daxil olmaqla MBİ-yə aid edilə  bilər. MBİ-

nin tərifinə maliyyə institutları və müştərilər arasındaki, məs, ənənəvi müxbir bankçılıqdakı ikitərəfli münasibətlər daxil deyildir.

 



11 

 

• 



Bir MBİ müxtəlif quruluşlu fərqli bazarlara xidmət edir. Əgər MBİ xidmət etdiyi müxtəlif 

bazarlar  üçün  aydın  qaydalar  hazırlamışdırsa,  MBİ-nin  bu  qiymətləndirməsi  ayrı-ayrı 

qiymətləndirilmələrə bölünə bilər.  

Bu  halların  hər  birində  qiymətləndiricilər  onların  müstəqilliyini  müvafiq  şəkildə  müəyyən 

etməli və ünvanlamalıdır. 

Hansı prinsiplər qiymətləndirilməlidir  

3.12.  Qiymətləndirmə  (a)  MBİ-nin  təhlükəsizlik  və  səmərəliliyinin  dövri  hərtərəfli 

yoxlanmasının bir hissəsi kimi bütün müvafiq prinsiplərə, (b) təklif olunan yeni xidmət təklifi, 

yaxud  MBİ-nin  risklərin  idarə  olunması  çərçivəsinə  təklif  edilmiş  əhəmiyyətli  dəyişikliyə  aid 

bir, yaxud daha çox fərdi prinsiplərə, (c) bir, yaxud daha çox MBİ-də tematik (yaxud “üfiqi”) 

yoxlamaya  hədəfləndirilə  bilən  bir,  yaxud  daha  çox  fərdi  prinsipə,  yaxud  (d) 

qiymətləndirmədən  əvvəl  müəyyən  edilmiş  müəyyən  problemlərə  xas  olan  və  bir,  yaxud  daha 

çox MBİ-yə hədəflənə bilən bir, yaxud daha çox fərdi prinsipə nəzərən aparıla bilər. 



Mərhələ 2: Hər tətbiq oluna bilən əsas mülahizə üzrə faktların toplanması  

3.13.  Hər  prinsipə  əsas  nəticələri  tərtib  edə  bilmək  üçün  qiymətləndiricilər  yetərli  fakt 

toplamalıdırlar.  Bölmə  5-ə  24  prinsipin  hər  biri  üçün  əsas  mülahizələr  üzrə  təşkil  edilmiş 

suallar  daxil  edilmişdir.  Bu  suallar  qiymətləndiricilərə  MBİ-nin  prinsiplərə  riayət  edib 

etmədiyini  müəyyən  etməyə  kömək  edən  alətlərdir.  Bundan  əlavə,  informasiyanın 

toplanması prosesi qiymətləndirilən MBİ-nin informasiyaya çıxış təmin etmək gözləntilərini 

qarşılamaq dərəcəsinin erkən indikatoru rolunu oynaya bilər. 

3.14.  Bölmə  5-də  qeyd  edilmiş  sualların  məqsədi  qiymətləndiriciləri  məlumatlandırmaq  və 

onların  mühakiməsini  əvəz  etmək  deyil,  istiqamətləndirməkdən  ibarətdir.

3

  Qiymətləndirici-lərin 



sual və səyləri risklərin ən çox olduğu məsələlərə fokuslaşmalıdır və risklərin qiymətləndirilməsi 

uzaqgörən və sağlam mühakiməyə əsaslandıqda, ən dəyərli olur. Sualların məqsədi sadəcə sorğu 

vərəqəsi  rolunu  oynamaqdan  ibarət  deyildir.  Bundan  başqa,  suallar  heç  də  tam  deyildir  və 

qiymətləndiricilər  öz  seçimləri  ilə  MBİ-lərin  müxtəlif  mürəkkəblik  səviyyələrini  ünvanlamaq 

üçün  lazım  olduqca  əlavə,  yaxud  müxtəlif  suallardan  istifadə  edə  bilərlər.  Bəzi  hallarda 

qiymətləndiricilər  bu  və  ya  digər  risk  amilini,  yaxud  qiymətləndirməyə  xas  vəziyyətləri  əks 

etdirmək üçün spesifik sualları modifikasiya etmək istəyə bilərlər. Qiymətləndiricilər tərəfindən 

istifadə  olunan  sualların  siyahısı  ən  azı  qiymətləndirmə  metodologiyasına  daxil  edilmiş 

informasiya səviyyəsinə ekvivalent informasiya təmin etməlidir. 

3.15.  Əsas  nəticələrə  gəlmək  və  reytinq  vermək  üçün  məzmun  əsasını  müəyyən  etmək 

məqsədilə  qiymətləndiricilər  MBİ-nin  ümumi  biznes  fəaliyyətləri,  əməliyyat  və  xidmətləri, 

proses  və  qaydalarını  başa  düşməlidirlər.  Ona  görə  də,  qiymətləndiricilər  qiymətləndirmə 

zamanı hər prinsip üçün aşağıdakı ümumi sualları nəzərə almalıdırlar: 

 

1. 



Prinsipə riayət etmək üçün MBİ hansı yanaşma, yaxud metoddan istifadə edir? 

2. 


Prinsipə riayət etmək üçün yanaşma, yaxud metodun səmərəliliyini təmin etmək məqsədilə 

MBİ hansı təhlil, proses və əsaslandırmadan istifadə edir? 

3. 

Prinsipə riayət edərkən MBİ davamlı fəaliyyəti neçə ölçür və monitorinq edir? 



4. 

Prinsipə  riayət  edərkən  MBİ  davamlı  fəaliyyətinin  monitorinq edilməsinə  kömək  etmək 

üçün mövcud hansı digər sübut vardır? 

Sualların  yeniləndirilməsini  təmin  etmək  məqsədilə  gələcəkdə  qiymətləndirmə  metodologiyasına  daxil  edilmiş  suallar 

yenidən işlənə bilər. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə