Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti


Mərhələ 3: Hər prinsip üçün əsas nəticələrin tərtib edilməsi



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   2   3   4   5   6   7   8   9   ...   33

12 

 

Mərhələ 3: Hər prinsip üçün əsas nəticələrin tərtib edilməsi 

3.16.  Əsas  nəticələr  dedikdə  qiymətləndiricinin  qiymətləndirilən  MBİ-nin  prinsipə  riayət  etmə 

dərəcəsini ümumi müəyyən etməsi nəzərdə tutulur. Hər tətbiq edilə bilən prinsipin əsas nəticəsi 

müəyyən  edilməli  və  qiymətləndiricilər  tərəfindən  toplanmış  faktlara  əsasən  nəqli  icmal 

şəklində verilməlidir. Əsas nəticəni tərtib edərkən qiymətləndiricilər: 

1. 

müəyyən edildiyi kimi, MBİ-nin təcrübə və nailiyyətlərini icmallaşdırmalı. 



2. 

topladıqları  faktlardan  irəli  gələn  istənilən  boşluq,  yaxud  çatışmazlıqları  müəyyən 

etməli. 

3. 


hər boşluq,  yaxud çatışmazlıq üçün  istənilən  əlaqəli  riskləri,  yaxud digər  məsələləri 

və prinsipə riayət edilməsinə görə nəticələri təsvir etməli. 

4. 

hər  boşluq,  yaxud  çatışmazlıq  üçün  onun  əlaqəli  risklər  və  məsələlərə  əsasən 



narahatlıq  amili  olub  olmadığını  müəyyən  etməlidir.  Narahatlıq  amili  dedikdə 

ünvanlanmasına  ehtiyac  olan  risklərin  idarə  olunmasındakı  səhvlər,  qüsurlar, 

şəffaflığın  olmaması,  yaxud  qeyri-effektivlik  nəzərdə  tutulur.  Qiymətləndiricilər 

narahatlıq  amilllərinin  üç  kateqoriyasını  fərqləndirməlidirlər:  (a)  ciddi  və  ani  diqqət 

tələb  edən  narahatlıq  amilləri;  (b)  dərhal  ünvanlanmadığı  təqdirdə  ciddi  ola  biləcək 

narahatlıq  amilləri;  və  (c)  müəyyən  edilmiş  zaman  çərçivəsində  ünvanlanmalı 

narahatlıq amilləri. 

Əsas nəticələr, Mərhələ 4-də təsvir edildiyi kimi, reytinqin verilməsi üçün standart blok rolunu 

oynayır. 

Mərhələ 4: Hər prinsipə reytinqin verilməsi 

3.17.  Qiymətləndirmə metodologiyasının bu reytinq çərçivəsi hər prinsipə reytinq verilməsi üçün 

təlimat təmin edir. BMİ-lər bu reytinq çərçivəsindən xüsusilə FSAP kontekstində, istifadə edir. Milli 

səlahiyyətli orqanlar da bu reytinq çərçivəsindən müvafiq halda öz qiymətləndirmələri üçün istifadə 

edə bilərlər (Bax paraqraf 1.10). Reytinqlər hər prinsip səviyyəsində təyin olunur. 

Qiymətləndirmə prinsipləri üçün reytinq çərçivəsi  

3.18.  Reytinq  çərçivəsi  müəyyən  edilmiş  narahatlıq  amillərinin  ciddilik  və  təxirəsalınmazlığına 

əsaslanır. 

Riayət edib 

 

 

Tam riayət edib 

 

Qismən riayət 



edib 

 

Riayət edib 

MBİ  prinsipə  riayət  edir.  Müəyyən  edilmiş  istənilən  boşluq  və 

çatışmazlıqlar  narahatlıq  amili  deyil,  kiçik  və  idarə  olunandır,  MBİ 

onları adi biznes prosesində aradan qaldırmaq yolunu seçə bilər. 

MBİ  prinsipə  tam  riayət  edir.  Qiymətləndirmə  MBİ-nin  ünvanlamalı  və 

müəyyən  zaman  kəsiyində  izləməli  olduğu  bir,  yaxud  daha  çox 

narahatlıq amili müəyyən edib. 

MBİ 


prinsipə 

qismən 


riayət 

edir. 


Qiymətləndirmə 

dərhal 


ünvanlanmadığı  təqdirdə  ciddi  ola  biləcək  bir,  yaxud  daha  çox 

narahatlıq  amili  müəyyən  edib.  MBİ  bu  amillərin  ünvanlanmasını 

prioritetləşdirməlidir. 

MBİ  prinsipə  riayət  etmir.  Qiymətləndirmə  ani  tədbir  tələb  edən  bir, 

yaxud daha çox ciddi narahatlıq amili müəyyən edib. Ona görə də, MBİ 

bu məsələlərin ünvanlanmasını ən yüksək şəkildə prioritetləşdirməlidir. 

 



13 

 

Tətbiq edilmir    MBİ-nin xüsusi hüquqi, instisusional, struktur, yaxud digər xüsusiyyətləri səbəbindən 

prinsip qiymətləndirilən MBİ növünə şamil edilmir.

4

 



Reytinqlərin təyinq edilməsinə dair təlimat  

3.19. 


Qiymətləndiricilər  qiymətləndirmə  zamanı  olan  vəziyyəti  əks  etdirmək  üçün  reytinqlər  təyin 

etməlidirlər.  Reytinq  əsas  nəticələrə  əsaslanır  və  hər  bir  müəyyən  edilmiş  boşluq,  yaxud 

çatışmazlıqla  əlaqəli  risklərin  növü,  yaxud  təsiri  və  digər  məsələlərlə  bağlı  qiymətləndiricinin 

mühakiməsini  əks  etdirir.  Təkmilləşdirmə  planları  müvafiq  olduğu  hallarda  qiymətləndirmə 

hesabatında  qeyd  edilməli,  lakin  prinsiplərə  riayət  etməklə  bağlı  mühakimələrə  təsir 

etməməlidir. 

3.20. 

Qiymətləndirmə  bu  və  ya  digər  prinsipə  riayət  etmənin  adekvat  qiymətləndirilə  bilinməməsi 



hallarını  qeyd  etməli  və  səbəbini  izah  etməlidir.  Məs,  müəyyən  məlumatlar  təmin  edilməyə 

bilər,  yaxud  mühüm  məsələləri  müzakirə  etmək  üçün  əsas  fərdlər,  yaxud  institutlarla  görüşlər 

mümkün  olmaya  bilər.  İnformasiya,  yaxud  görüşlərlə  bağlı  yerinə  yetirilməmiş  tələblər  yazılı 

şəkildə  sənədlərşdirilməlidir.  Belə  hallarda,  qiymətləndiricilər  bu  informasiya  boşluqlarını 

narahatlıq amilinə sübut kimi qəbul edə bilərlər. 

3.21. 


Prinsipə  reytinq  müəyyən  edərkən  qiymətləndiricilər  ilk  olaraq  prinsipin  tətbiq  edilə 

bilinməsini  müəyyən  etməlidirlər.  Bu,  prinsipin  qiymətləndirilən  MBİ  növünə  şamil 

edilmədiyi haldır (məs, TR üçün kredit riski haqqında Prinsip 4 və ödəniş sistemi üçün marja 

haqqında  Prinsip  6).  Bu  o  hal  da  ola  bilər  ki,  prinsip  qiymətləndirilən  MBİ  növünə  şamil 

olunur,  lakin  MBİ-nin  yurisdiksiyasının  spesifik  hüquqi,  instisusional,  struktur,  yaxud  digər 

xüsusiyyətləri,  yaxud  dizaynı  prinsipi  qeyri-müvafiq  edir  (məs,  iştirakçılara  (gün  ərzində) 

kredit verilməyən RHBHS sistemi üçün kredit riski haqqında Prinsip 4). 

3.22. 


Tətbiq  oluna  bilən  prinsipə  riayət  olunmasına  reytinq  təyin  edərkən  qiymətləndiricilər  ona 

riayət  olunub  olunmadığını  müəyyən  etməlidir.  Prinsipə  riayət  olunması  üçün  istənilən 

boşluq,  yaxud  çatışmazlıqlar  narahatlıq  amili  olmamalı,  kiçik,  idarə  olunan  olmalı  və  MBİ 

onları  adi  biznes  prosesində  aradan  qaldırmaq  yolunu  seçməlidir.  Prinsipə  tam  riayət  etmədikdə, 

qiymətləndiricilər  riayət  edilmənin  dərəcəsi  ilə  bağlı  qərar  verməlidirlər.  Reytinqlər  yalnız 

müəyyən  edilmiş  amillərin  sayını  deyil,  həm  də  onların  səbəb  olduğu  narahartlığın  səviyyəsini 

nəzərə  almalıdır.  Qeyd  etmək  lazımdır  ki,  fərqli  narahatlıq  dərəcəli  çoxsaylı  məsələlər  ola  bilər. 

Belə  hallarda,  qiymətləndiricilər,  bir  qayda  olaraq,  prinsipə  müəyyən  edilmiş  ən  ciddi  narahatlıq 

amilinin kəskinliyi ilə bağlı qiymətləndiricinin mühakiməsini əks etdirən reytinq təyin etməlidir: 

 

• 



əgər  qiymətləndirmə  ani  tədbir  tələb  edən  bir,  yaxud  daha  çox  ciddi  narahatlıq  amili  müəyyən 

edərsə  və  ona  görə  də  ona  ən  yüksək  prioritet  verilməlidirsə,  prinsipə  “riayət  olunmur”  reytinqi 

verilməlidir. 

• 

əgər  yuxarıdakı  şərt şamil olunmursa  və qiymətləndirmə  dərhal  ünvanlanmadığı  təqdirdə  ciddi  ola 



biləcək bir, yaxud daha çox narahatlıq amili müəyyən edibsə, yüksək prioritetlər ünvanlanmalıdırsa, 

prinsipə “qismən riayət olunur” reytinqi verilməlidir. 

• 

əgər  yuxarıdakı  şərt  şamil  olunmursa  və  qiymətləndirmə  MBİ-nin  müəyyən  olunmuş  zaman 



kəsiyində ünvanlamalı olduğu bir, yaxud daha çox narahatlıq amilini müəyyən edisə, prinsipə “tam 

riayət olunur” reytinqi verilməlidir. 

Bununla  belə,  qiymətləndiricilər  reytinqin  vəziyyəti  müvafiq  şəkildə  əks  etdirməsini  təmin                                     

etməlidirlər. Məs, bəzi hallarda bir sıra kiçik boşluq, yaxud çatışmazlıqların kombinasiyası narahatlıq amilini 

formalaşdıra bilər. 

 

4



  Prinsipin  qiymətləndirilməməsi  halı  bu  kateqoriyaya  aid  deyildir.  Qiymətləndirmədə  əhatə  olunmayan  prinsiplərin  siyahısı  və  istisna 

səbəblərinin izahatı qiymətləndirməyə girişin bir hissəsidir (məs, bax Əlavə B). 



 

 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə