Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   2   3   4   5   6   7   8   9   ...   33

 

• 



MBİ-nin  funksiyaları  və  xidmət  etdiyi  bazarların  təsviri;  onun  xidmət  və 

əməliyyatları  üzrə  baza  məlumatlar  və  fəaliyyət  statistikası;  və  MBİ-nin  ümumi 

təşkili, hüquqi və tənzimləyici çərçivəsi, sistem dizayn və əməliyyatlarının təsviri; 

• 

oxucunun  MBİ-nin  prinsipə  riayət  etməsini  başa  düşməsi  üçün  yetərli  təfərrüat  və 



kontekst olmaqla hər tətbiq edilə bilən prinsipin hərtərəfli nəqli açıqlanması; və 

• 

açıqlanmada  istinad  edilmiş  resurslar  daxil  olmaqla,  ictimaiyyətə  açıq  resursların 



siyahısı;  bunlar  oxucuya  MBİ-ni  və  hər  tətbiq  edilə  bilən  prinsipə  riayət  etməsinə 

yanaşmasını başa düşməyə kömək edə bilər. 

Faydalı  olduğu  təqdirdə  qrafik  və  diaqramlar  daxil  edilməli  və  başa  düşülməsini  asanlaşdıran 

təsvirlə  müşaiyət  olunmalıdır.  Açıqlanmada  qaydalara  istinad,  yaxud  onlardan  sitat  gətirildiyi 

hallarda həmin qaydaların əsas mənbələrinin harada olduğu göstərilməlidir. Açıqlanma çərçivəsinin 

məqsədlərinə  görə  MBİ-yə  hansı  prinsiplərin  tətbiq  edilə  bilindiyini  müəyyən  etmək  üçün  MBİ 

MBİP-dəki  Əlavə  E-yə  istinad  etməlidir.  Hazırki  hesabatdakı  Bölmə  5  hər  prinsipə  və,  müvafiq 

olduğu təqdirdə, hər əsas mülahizəyə müvafiq məlumatı təkrarlayır. 

2.4. 

Fərqli  bilik  səviyyəli  oxucuların  MBİ-nin  prinsipə  riayət  etməsinə  olan  yanaşmasını  başa 



düşməsi  üçün  hər  prinsipin  icmal  nəqli  açıqlanması  yetərli  təfərrüat  və  məzmun  təmin  etməlidir. 

Bölmə  5-ki  suallar  MBİ-nin  icmal  nəqli  cavablarında  ünvanlamalı  olduğu  əsas  məsələlər  üçün 

istiqamətləndirici  suallardır.  Suallar  icmal  nəqli  hissəni  istiqamətləndirə  bilsə  də,  MBİ  heç  də 

mütləq  şəkildə  fərdi  olaraq  hər  sualı  ünvanlamamalı,  yaxud  açıqlanmanı  sual-cavab  formatında 

strukturlaşdırmamalıdır. MBİ habelə icmal nəqli hissəyə əlavə olaraq fərdi suallara cavablar vermək 

yolunu da seçə bilər. 

2.5. 

Açıqlanma çərçivəsinə  əlavə  olaraq, geniş ictimaiyyət  daxil  olmaqla  steykholderlərə MBİ-



ləri qiymətləndirmək və çarpaz müqayisələr aparmaq imkanı vermək üçün MBİ-lər əsas kəmiyyət 

məlumatlarından ibarət ayrı dəst nəşr etdirməlidir. ÖHSK və BQKKT bu açıqlanma üçün meyarlar 

hazırlamaq  prosesindədirlər.  MBİ  açıqlanma  çərçivəsinin  icmal  nəqli  açıqlanma  komponentinə 

nisbətən kəmiyyət açıqlanmasını daha tez-tez yeniləndirməlidir.     

2.6. 

Açıqlanmaların  MBİ-nin  hazırki  qayda,  prosedur  və  əməliyyatlarını  düzgün  əks  etdirməsi 



üçün  MBİ  sistem,  yaxud  onun  mühitindəki  köklü  dəyişikliklərdən  sonra  cavablarını 

yeniləndirməlidir. Davamlı dəqiqlik və faydalılığı təmin etmək məqsədilə MBİ, ən azı, iki ildən bir 

reaksiyalarını  nəzərdən  keçirməlidir.  MBİ  açıqlanma  çərçivəsinə  reaksiyasının  ictimaiyyət 

üçün  əlyetərli  olan  media,  məs,  İnternet  vasitəsilə  asanlıqla  əldə  edilməsinə  şərait 

yaratmalıdır. 



 

3.0. 



MBİ-lər üçün prinsiplərin qiymətləndirmə metodologiyası  

3.1. 


Bu  bölmədə  MBİ-lər  üçün  prinsiplərin  qiymətləndirmə  metodologiyası  təsvir  olunur, 

metodologiyanın 

hazırlanmasında 

məqsəd 


MBİ-lərin 

MBİP-lərə 

riayət 

etməsinin 



qiymətləndirilməsində  MBİ-lərə,  səlahiyyətli  orqanlara  və  BMİ-lərə  yardım  etməkdir.  Bu 

qiymətləndirmə  metodologiyası  prinsiplərin  şamil  edildiyi  bütün  MBİ  tiplərini,  yəni  sistem 

əhəmiyyətli ödəniş sistemlərini, MQKD, QKHS, MTM və TR-ləri əhatə edir. 

Ümumi mülahizələr 

3.2. MBİ-nin prinsiplərə riayət etməsinin qiymətləndirilməsini həyata keçirərkən qiymətləndiricilər 

bir  sıra  mülahizələri,  o  cümlədən,  lakin  bununla  məhdudlaşmamaq  şərtilə,  aşağıdakıları  nəzərə 

almalıdırlar: 



Qiymətləndirmənin hər MBİ-yə uyğunlaşdırılması/kastomizasiyası 

3.3.  MBİ-lər  üzrə  qiymətləndirmələr  fərqlidir.  MBİ-nin  hansı  fəaliyyət,  yaxud  funksiyasının 

qiymətləndirilməsi,  xüsusilə  çoxsaylı  MBİ-nin  eyni  hüquqi  şəxsə  aid  olduğunun,  fərdi  MBİ-lərin 

çoxsaylı funksiyalar həyata keçirdiyinin, klirinq və hesablaşma proseslərinin bir-birindən müstəqil 

fəaliyyət  göstərməsinin  müəyyən  edilməsində  qiymətləndiricilər  müəyyən  mühakimədən  istifadə 

edə bilərlər. Bundan əlavə, Cədvəl 1 və MBİP-ə  Əlavə E-də təsbit edildiyi kimi, xüsusi prinsiplər 

və əsas mülahizələr yalnız MBİ-lərin spesifik növlərinə şamil edilə bilir. Məs, MBİP belə bir faktı 

əks  etdirir  ki,  TR-lər  kredit,  yaxud  likvidlik  riskləri  ilə  üzləşmir  və  ona  görə  də  bu  risklərə  aid 

prinsip  və  əsas  mülahizələr  TR-lərə  şamil  edilmir.  Eynilə  bunun  kimi,  qiymətləndirmə 

metodologiyası,  MBİP-ə  uyğun  tərzdə,  qiymətləndirmə  suallarının  şamil  olunduğu  növləri  təsbit 

edir. 

Qiymətləndirmə metodologiyasının dövlət sektoruna məxsus MBİ-lərə tətbiq olunması  

3.4.  Qiymətləndirmə  metodologiyası  qiymətləndiricilərə  prinsipləri  həm  özəl,  həm  də  dövlət 

sektoruna aid MBİ-lərə düzgün tətbiq etməyə yardım etmək məqsədini daşıyır, bu zaman mülkiyyət 

strukturları  və  təşkilati  formalardakı  fərqlər  nəzərə  alınır.  Prinsiplər  dövlət  sektoruna  məxsus, 

yaxud  onun  tərəfindən  idarə  olunan  MBİ-lərə,  xüsusilə  mərkəzi  banklara  tətbiq  edilir. 

Ümumiyyətlə,  mərkəzi  banklar  və  dövlət  sektorunun  digər  subyektləri      özlərinə  məxsus,  yaxud 

idarə  etdikləri  MBİ-lərə  özəl  sektordakl  MBİ-lərlə  eyni  standartlar  tətbiq  etməlidirlər.  Bununla 

belə,  mülkiyyətlə  bağlı  vəziyyət  səbəbindən  dövlət  sektorundakı  MBİ-lər  bəzi  qiymətləndirmə 

suallarının  miqyasından  kənarda  qalır  və  bəzi  prinsiplərə  görə  xüsusi  təlimat  tələb  edir.  Dövlət 

sektoruna  aid  MBİ-lərin  riayət  etməsini  qiymətləndirmək  məqsədilə  müvafiq  suallar 

formalaşdırılmışdır. 

Prinsiplərin qiymətləndirilməsinin tamamlanması üçün ümumi təlimatlar 

3.5.  Prinsiplərin  qiymətləndirilməsi  6  mərhələdən  ibarətdir:  (1)  qiymətləndirmənin  müvafiq 

miqyasının  müəyyən  edilməsi;  (2)  hər  tətbiq  edilə  bilən  əsas  mülahizə  üzrə  faktların 

toplanması;(3) hər prinsip üçün əsas mülahizələrin tərtib edilməsi; (4) hər prinsipə reytinqin 

verilməsi;  (5)  olduğu  təqdirdə,  prioritetlərin  müzakirəsi  daxil  olmaqla  hər  müəyyən  edilmiş 

narahatlıq  amilinin  ünvanlandırılması  üçün  müvafiq  zaman  çərçivəsinin  göstərilməsi;  və  (6) 

qiymətləndirmə hesabatının hazırlanması. 

Mərhələ 1: Qiymətləndirmənin müvafiq miqyasının müəyyən edilməsi  

3.6.  Qiymətləndiricilər  miqyasa  xüsusi diqqət  yetirməlidirlər.  Qiymətləndirmənin  miqyasına hansı 

MBİ-nin,  onun  hansı  əməliyyat  və  xidmətlərinin  və  hansı  prinsiplərin  qiymətlndirilməsinin 

müəyyən  edilməsi  daxil  edilməlidir.  Qiymətləndirmədən  əvvəl  bu  miqyas  qiymətləndirmə 

aparılacaq MBİ-yə aydın şəkildə çatdırılmalıdır.  

 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə