43
yükün daşımaya qəbul olunması və təyinat məntəqəsində verilməsi
qaydaları.
BYD Konvensiyasına görə bu sənədi müddəaları yüklərin beynəlxalq
avtomobil daşımaıları haqda o müqavilələrə aid edilir ki, yükün göndərmə və təyinat
məntəqələrinin yerləşdiyi iki ölkədən heç olmasa biri konvensiya üzvüdür.Bu halda
qaimədə daşımanın konvensiyanın müddəaları əsasında həyata keçirildiyi
göstərilməlidir. Konvensiya qaimənin formasını müəyyən etmir. Bu forma
Beynəlxalq avtomobil nəqliyyatı Assosasiyası tərəfindən işlənmişdir.
Konvensiyada göndərən və alanın yükə sərəncam vermə üzrə hüquqları, eləcə
də yükün daşınması və verilməsində maneələr yarandıqda necə hərəkət etmək lazım
olduğu ətraflı müəyyən olunub.Müqavilə üzrə götürülmüş öhdəliklərə görə tərəflər
konvensiya ilə müəyyən olunmuş həcmdə məsuliyyət daşıyırlar.Məsuliyyətin hər
hansı artırılmasına və ya azaldılmasına yol verilmir.
Konvensiyanın müddəaları o şərtlə tətbiq olunu ki, avtonəqliyyat vasitələri və
konteynerlər konvensiyada müəyyən olunmuş tələblərə cavab verir və daşımaya
buraxılır.Bu halda avtonəqliyyat vasitəsinə ―TİR‖ yazılmış metal lövhə
vurulur.Plomblanmış avtonəqliyyat vasitəsi ilə BYD konvensiyasına əsasən daşınan
yüklər bir qayda olaraq aralıq tranzit ölkələrdə gömrük nəzarətindən azad olunurlar.
Hər bir avtonəqliyyat vasitəsinə bir BYD kitabçası tərtib olunur.
Yüklərin daşımaya qəbul olunduğu andan təhvil verilənə qədər onların salamatlığına
görə daşıyıcı məsuliyyət daşıyır.Yük çatdırılmalı olduğu gündən sonra 30 gün ərzində
, yaxud çatdırılma müddəti göstərilmədikdə yola salındıqdan 60 gün sonra
çatdırılmadıqda yük alan yükün itirildiyini hesab edərək itkilərin ödənilməsini tələb
edə bilər.Ödəniləcək zərər yük itirildikdə yükün dəyəri qədər, yük zədələndikdə isə
malın qiymətinin düşdüyü məbləğ həcmində müəyyən olunur. Bundan başqa
daşımaya, gömrük rüsum və yığımlarına ödənilən məbləğ və digər xərclər də
qaytarılmalıdır.
44
Avtomobil nəqliyyatı beynəlxalq ittifaqı tərəfindən yüklərin avtomobil nəqliyyatı ilə
daşınması üçün beynəlxalq mal – nəqliyyat qaiməsinin (CMR) standart forması
işlənib.
Konteyner daşımalarının tənzimlənməsi
Konteyner daşımaları ixtisaslaşmış nəqliyyat zəncirləri vasitəsi ilə daşımaların
təşkili zamanı tətbiq olunur.Bu üsul əsasən tez xarab olan məhsulların, qiymətli
malların daşınması zamanı və eləcədə kombinə olunmuş dəmir yol – avtomobil
daşımaları zamanı tətbiq olunur.
Konteyner – daimi xarakterli, çoxdəfəlik istifadə üçün kifayət qədər
davamlı,yüklərin bir və ya bir neçə nəqliyyat növü ilə yenidən yükləmə olmadan
daşınmasını asanlaşdırmaq üçün istifadə olunan nəqliyyat avadanlığıdır.
Yüklərin konteynerlərlə daşınması ― qapıdan – qapıya‖ prinsipi ilə həyata
keçirilir və yüksək effektivliyi ilə fərqlənir.
Konteyner daşımalarının tənzimlənməsində əsas normativ sənəd –― Təhlükəsiz
konteynerlər
üzrə
Beynəlxalq
Konvensiya‖dır.(1987-ci
il)Konvensiyada
konteynerlərin konstruksiyasına və istismarına verilən beynəlxalq tələblər ifadə
olunub.Konvensiyanın tələbləri aviadaşımalarda istifadə olunan konteynerlər istisna
olmaqla mövcud olan və yeni konteynerlərə tətbiq olunur.
Konteyner daşımalarının beynəlxalq tənzimlənməsində ―Konteynerlərə aid
Gömrük Konvensiyası” (1972-ci il) da mühüm rol oynayır.Konvensiyaya görə
gömrük plomb və möhürləri altında daşımaya buraxılması üçün konteynerlər
aşağıdakı tələblərə cavab verməlidirlər:
gömrük plomb və möhürlərini zədələmədən ondan malları götürmək və ya
ona malları qoymaq mümkün olmamalıdır,
yüklərin gizlədilməsi üçün gizli saxlanc yerləri olmamalıdır,
konteynerin istənilən yeri gömrük orqanları tərəfindən asan yoxlanıla
bilməlidir,
45
konteynerə asan və sadə plomb qoymaq və onu möhürləmək mümkün
olmalıdır
Azərbaycan
Respublikası
nəqliyyat
sahəsinin
bütün
növləri
üzrə
BMT Avropa İqtisadi Komissiyası,MDB,beynəlxalq təşkilatlar çərçivəsində sazislərə və
konvensiyalara qoşulmuşdur.
46
II FƏSIL. AZƏRBAYCANIN NƏQLIYYAT INFRASTRUKTURU VƏ
TRANZIT POTENSIALININ QIYMƏTLƏNDIRILMƏSI
2.1.Azərbaycanın nəqliyyat infrastrukturu kompleksi və texniki-iqtisadi
dəyərləndirilməsi
Hər bir müstəqil dövlətin milli iqtisadiyyatının ən aparıcı infrastruktur sahələrindən
biri də nəqliyyat komplexi sahesidir. Ümumiyyətlə,Nəqliyyat sistemi istər ölkənin
iqtisadi təhlükəsizliyinin etibarlı təminatının yaradılmasında , istərsə də ölkənin
ümumdaxili məhsulun (ÜDM) formalaşmasında böyük əhəmiyyəti vardır. Dünya
Bankının qiymətləndirmələrinə əsasən nəqliyyat komplexi sektoru dünya üzrə ÜDM-
in 3-5 faizini formalaşdırır ki, bunun da orta hesabla, 2-2,5 faizini dövlət
investisiyaları təşkil edir. O cümlədən, dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyat
növlərini əhatə edən nəqliyyat sistemi dünya iqtisadiyyatında mövcud iş yerlərinin 5-
8 faizini formalaşdırır. Bundan başqa, beynəlxalq nəqliyyat əlaqələri və bir çox
ölkələrin valyuta daxil olmalarında da əsas mənbələrdən birini təşkil edir.
12
Hazırda əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi üçün qarşıda duran
əsas vəzifə isə ölkədə dünya standartlarına cavab verən nəqliyyat şəbəkəsinin,
nəqliyyat xidmətlərinin inkişafının davamlığını təmin edəcək fəaliyyətlərin
gücləndirilməsindən və tranzit potensialından daha da səmərəli istifadəni təşkil
etməkdən ibarətdir. Bunun üçün isə nəqliyyat şəbəkəsinin beynəlxalq nəqliyyat
şəbəkəsinə inteqrasiya istiqamətindəki fəaliyyətlərin gücləndirilməsi istiqamətində
təsirli tədbirlərin görülməsi tələb olunur. Bu bir həqiqətdir ki, nəqliyyat təkcə yük və
sərnişin daşınması əməliyyatlarını yerinə yetirmir, eyni zamana təbii və əmək
resurslarının istehsal dövrüyyəsinə cəlb olunmasında, məhsuldar qüvvələrin
inkişafında , istehsal sahələrinin ərazi üzrə səmərəli səmərəli təşkilində, əhalinin
məskunlaşmasında, şəhər və kəndlərin əmələ gəlməsində əsas faktor rolunu oynayır.
12
www.xalqqazeti.com/az/news/economy/66959
Dostları ilə paylaş: |