Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

43 

 



 

yükün  daşımaya  qəbul  olunması  və  təyinat  məntəqəsində  verilməsi 

qaydaları. 

BYD  Konvensiyasına  görə  bu  sənədi  müddəaları  yüklərin  beynəlxalq 

avtomobil daşımaıları haqda o müqavilələrə aid edilir ki, yükün göndərmə və təyinat 

məntəqələrinin  yerləşdiyi  iki  ölkədən  heç  olmasa  biri  konvensiya  üzvüdür.Bu  halda 

qaimədə  daşımanın  konvensiyanın  müddəaları  əsasında  həyata  keçirildiyi 

göstərilməlidir.  Konvensiya  qaimənin  formasını  müəyyən  etmir.  Bu  forma 

Beynəlxalq avtomobil nəqliyyatı Assosasiyası tərəfindən işlənmişdir. 

Konvensiyada göndərən və alanın yükə sərəncam vermə üzrə hüquqları, eləcə 

də yükün daşınması və verilməsində maneələr yarandıqda necə hərəkət etmək lazım 

olduğu  ətraflı  müəyyən  olunub.Müqavilə  üzrə  götürülmüş  öhdəliklərə  görə  tərəflər 

konvensiya  ilə  müəyyən  olunmuş  həcmdə  məsuliyyət  daşıyırlar.Məsuliyyətin  hər 

hansı artırılmasına və ya azaldılmasına yol verilmir. 

Konvensiyanın müddəaları o şərtlə tətbiq olunu ki, avtonəqliyyat vasitələri  və  

konteynerlər  konvensiyada  müəyyən  olunmuş  tələblərə  cavab  verir    və  daşımaya 

buraxılır.Bu  halda  avtonəqliyyat  vasitəsinə      ―TİR‖  yazılmış  metal  lövhə 

vurulur.Plomblanmış  avtonəqliyyat  vasitəsi ilə  BYD konvensiyasına  əsasən daşınan 

yüklər bir qayda olaraq aralıq tranzit ölkələrdə gömrük nəzarətindən azad olunurlar. 

Hər bir avtonəqliyyat vasitəsinə bir BYD kitabçası tərtib olunur. 

Yüklərin daşımaya qəbul olunduğu andan təhvil verilənə qədər onların salamatlığına 

görə daşıyıcı məsuliyyət daşıyır.Yük çatdırılmalı olduğu gündən sonra 30 gün ərzində 

,  yaxud  çatdırılma  müddəti  göstərilmədikdə  yola  salındıqdan  60  gün    sonra  

çatdırılmadıqda yük alan yükün itirildiyini hesab edərək itkilərin ödənilməsini tələb 

edə  bilər.Ödəniləcək  zərər  yük  itirildikdə  yükün  dəyəri  qədər,  yük  zədələndikdə  isə 

malın  qiymətinin  düşdüyü  məbləğ  həcmində  müəyyən  olunur.  Bundan  başqa 

daşımaya,  gömrük  rüsum  və  yığımlarına  ödənilən  məbləğ  və  digər  xərclər  də 

qaytarılmalıdır. 




44 

 

Avtomobil nəqliyyatı beynəlxalq ittifaqı tərəfindən yüklərin avtomobil nəqliyyatı ilə 



daşınması  üçün  beynəlxalq  mal  –  nəqliyyat  qaiməsinin  (CMR)  standart  forması 

işlənib. 



        Konteyner daşımalarının tənzimlənməsi 

Konteyner daşımaları ixtisaslaşmış nəqliyyat zəncirləri vasitəsi ilə daşımaların 

təşkili  zamanı  tətbiq  olunur.Bu  üsul  əsasən  tez  xarab  olan  məhsulların,  qiymətli 

malların  daşınması  zamanı  və  eləcədə  kombinə  olunmuş  dəmir  yol  –  avtomobil 

daşımaları zamanı tətbiq olunur. 

Konteyner  –  daimi  xarakterli,  çoxdəfəlik  istifadə  üçün  kifayət  qədər 

davamlı,yüklərin  bir  və  ya  bir  neçə  nəqliyyat  növü  ilə  yenidən  yükləmə  olmadan 

daşınmasını asanlaşdırmaq üçün istifadə olunan nəqliyyat avadanlığıdır. 

Yüklərin  konteynerlərlə  daşınması  ―  qapıdan  –  qapıya‖  prinsipi  ilə  həyata 

keçirilir və yüksək effektivliyi ilə fərqlənir. 

Konteyner daşımalarının tənzimlənməsində əsas normativ sənəd –― Təhlükəsiz 

konteynerlər 

üzrə 

Beynəlxalq 



Konvensiya‖dır.(1987-ci 

il)Konvensiyada 

konteynerlərin  konstruksiyasına  və  istismarına  verilən  beynəlxalq  tələblər  ifadə 

olunub.Konvensiyanın  tələbləri  aviadaşımalarda  istifadə  olunan  konteynerlər  istisna 

olmaqla mövcud olan və yeni konteynerlərə tətbiq olunur. 

Konteyner  daşımalarının  beynəlxalq  tənzimlənməsində  ―Konteynerlərə  aid 



Gömrük  Konvensiyası”  (1972-ci  il)  da  mühüm  rol  oynayır.Konvensiyaya  görə 

gömrük  plomb  və  möhürləri  altında  daşımaya  buraxılması  üçün  konteynerlər 

aşağıdakı tələblərə cavab verməlidirlər: 

 



gömrük plomb və möhürlərini zədələmədən ondan malları götürmək və ya 

ona malları qoymaq mümkün olmamalıdır, 

 

yüklərin gizlədilməsi üçün gizli saxlanc yerləri olmamalıdır, 



 

konteynerin  istənilən  yeri  gömrük  orqanları  tərəfindən  asan  yoxlanıla 



bilməlidir, 


45 

 



 

konteynerə  asan  və  sadə  plomb  qoymaq  və  onu  möhürləmək  mümkün 

olmalıdır 

Azərbaycan 

Respublikası 

nəqliyyat 

 

sahəsinin 



bütün 

növləri 


üzrə 

 

BMT Avropa İqtisadi Komissiyası,MDB,beynəlxalq təşkilatlar çərçivəsində sazislərə və 



konvensiyalara qoşulmuşdur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




46 

 

II  FƏSIL.  AZƏRBAYCANIN  NƏQLIYYAT  INFRASTRUKTURU  VƏ 



TRANZIT POTENSIALININ QIYMƏTLƏNDIRILMƏSI 

 

2.1.Azərbaycanın  nəqliyyat  infrastrukturu  kompleksi  və  texniki-iqtisadi 

dəyərləndirilməsi 

 

Hər  bir  müstəqil  dövlətin  milli  iqtisadiyyatının  ən  aparıcı  infrastruktur  sahələrindən 



biri  də  nəqliyyat  komplexi  sahesidir.  Ümumiyyətlə,Nəqliyyat  sistemi  istər  ölkənin 

iqtisadi  təhlükəsizliyinin  etibarlı  təminatının  yaradılmasında  ,  istərsə  də  ölkənin 

ümumdaxili  məhsulun  (ÜDM)   formalaşmasında  böyük  əhəmiyyəti  vardır.  Dünya 

Bankının qiymətləndirmələrinə əsasən nəqliyyat komplexi sektoru dünya üzrə  ÜDM-

in  3-5  faizini  formalaşdırır  ki,  bunun  da  orta  hesabla,  2-2,5  faizini  dövlət 

investisiyaları təşkil edir. O cümlədən, dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyat 

növlərini əhatə edən nəqliyyat sistemi dünya iqtisadiyyatında mövcud iş yerlərinin 5-

8   faizini  formalaşdırır.  Bundan  başqa,  beynəlxalq  nəqliyyat  əlaqələri  və  bir  çox 

ölkələrin valyuta daxil olmalarında da əsas mənbələrdən birini təşkil edir.

12

 



 Hazırda əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi üçün qarşıda duran 

əsas  vəzifə  isə  ölkədə  dünya  standartlarına  cavab  verən  nəqliyyat  şəbəkəsinin, 

nəqliyyat  xidmətlərinin  inkişafının  davamlığını  təmin  edəcək    fəaliyyətlərin 

gücləndirilməsindən  və  tranzit    potensialından  daha  da  səmərəli  istifadəni  təşkil 

etməkdən  ibarətdir.  Bunun  üçün  isə  nəqliyyat  şəbəkəsinin  beynəlxalq  nəqliyyat 

şəbəkəsinə  inteqrasiya  istiqamətindəki  fəaliyyətlərin  gücləndirilməsi  istiqamətində 

təsirli tədbirlərin görülməsi tələb olunur. Bu bir həqiqətdir ki, nəqliyyat təkcə yük və 

sərnişin  daşınması  əməliyyatlarını  yerinə  yetirmir,  eyni  zamana  təbii  və  əmək 

resurslarının  istehsal  dövrüyyəsinə  cəlb  olunmasında,    məhsuldar  qüvvələrin 

inkişafında  ,  istehsal  sahələrinin  ərazi  üzrə  səmərəli  səmərəli  təşkilində,  əhalinin 

məskunlaşmasında, şəhər və kəndlərin əmələ gəlməsində əsas faktor rolunu oynayır. 

                                                           

12

 www.xalqqazeti.com/az/news/economy/66959



 

 



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə