Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

34 

 

olması ilə əlaqədardır.Bu mənbələrə milli və beynəlxalq dəniz hüquq normalarından 



başqa həm də, çoxsaylı dəniz adətləri də aiddir. 

Beynəlxalq dəniz daşımalarını reqlamentləşdirən əsas sənədlərə aşağıdakılar daxildir: 

 

Konosament  haqda  bəzi  qaydaların  unifikasiyası  haqda  1924-cü  il 



Brüssel Konvensiyası( Haaqa qaydaları) – 1931-ci ildən qüvvədədir. 

 



Haaqa  –  Visbi  qaydaları.  Bu  sənəd  Haaqa  qaydalarına  əlavə  protokol 

kimi  1968-ci ildə qəbul olunub və 1978-ci ildə qüvvəyə minib. 

 

BMT-nin  yüklərin  dənizlə  daşınması  haqda  Konvensiyası  (Hamburq 



qaydaları) 1978-ci ildə qəbul olunub və 1992-ci ildə qüvvəyə minib. 

Beynəlxalq  dəniz  daşımalarının  tənzimlənməsində  iki  beynəlxalq  təşkilat  – 

Beynəlxalq Dəniz Təşkilatı (İMO) və Baltik və Beynəlxalq Dəniz Şurası mühüm rol 

oynayır.  Beynəlxalq  Dəniz  Təşkilatı  (İMO)  1958-ci  ildə  yaradılıb  və    129üzvü 

var.Təşkilatın  məqsədi  dənizdə  insan  həyatı  və  əmlakın  təhlükəsizliyini  təmin  edən 

optimal  standart  və  normaların  işlənməsi  istiqamətində  ölkələr  arasında  əməkdaşlıq 

mexanizminin yaradılmasıdır. 

Təşkilatın  fəaliyyəti  ərzində dənizdə insan həyatının  müdafiəsi, dəniz   gəmiçiliyinin 

təhlükəsizliyi  ,  dənizin  çirklənməsinin  qarşısının  alınması  sahəsində  20  konvensiya 

və bu konvensiyaların müvafiq normalarının inkişafına yönəlmiş 500-ə qədər texniki 

– hüquqi sənəd işlənmişdir. 

İMO  tərəfindən işlənmiş əsas konvensiyalar aşağıdakılardır: 

 

Dənizdə insan həyatının müdafiəsi üzrə Konvensiya (COLAS -74), 



 

Yük markaları haqda Konvensiya, 



 

Dənizdə gəmilərin toqquşmasının qarşısının alınması qaydaları, 



 

Xüsusi daşımalar həyata keçirən sərnişin gəmiləri üzrə Saziş, 



 

Balıqçılıq gəmilərinin təhlükəsizliyi üzrə Konvensiya, 



 

Diplomlu dənizçilərin hazırlanması haqda Beynəlxalq Konvensiya və s. 




35 

 

Haaqa  qaydaları    konosamentin  beynəlxalq  statusunu  müəyyən  edən  ilk  hüquqi 



aktdır.  Qaydaların  əsa  müddəalarından  birinə  görə  :  ―  yükü  qəbul  etdikdən  sonra 

daşıyıcı  ,kapitan  və  ya  daşıyıcının  agenti  göndərənin  tələbi  ilə  konosament  adlanan 

nəqliyyat sənədi verməlidir.‖ 

 



Fraxtın məbləği və ödəniş forması, 

 



Konosamentin verilmiş surətlərinin sayı, 

 



Konosamentin verilmə tarixi. 

Konosament  gəmi  kapitanı  və  ya  gəmiçiliyin  agenti  tərəfindən  imzalanır  və 

gəmi möhürü ilə möhürlənir. 

Konosamentin aşağıdakı növlərini fərqləndirirlər: 

Beynəlxalq  dəniz  daşımaları  dəniz  daşıma  müqavilələri  əsasında  həyata 

keçirilir.Dəniz daşıma müqaviləsinin iki növünü fərqləndirirlər: 

 

Konosament əsasında müqavilə , 



 

Çarterdə ifadə olunmuş müqavilə. 



 

    Beynəlxalq aviadaşımaların tənzimlənməsi. 

Beynəlxalq  Mülki  Aviasiya  üzrə  Çikaqo  Konvensiyasına  görə  -  beynəlxalq 

aviadaşımalar dedikdə hava gəmiləri ilə təkrar yükləmə , vəya daşımada fasilə olub 

olmamasından asılı olmayaraq  yola düşmə və təyinat məntəqələri müxtəlif ölkələrdə 

yerləşməklə,  yaxud  eyni  ölkədə  yerləşib  hava  gəmisinin  başqa  ölkədə  dayanacaq 

etməsi ilə həyata keçirilən  istənilən daşıma başa düşülür. 

Hava daşımaları ən bahalı və ən yüksək sürətli daşıma növüdür.Dünya üzrə ümumi 

daşımalarda  hava  daşımalarının  payı  0,2  %  təşkil  edir  və  yanacağın  qiymətinin 

artmasına  baxmayaraq  bu  rəqəm  durmadan  artmaqdadır.  Bu  üsul  əsas  etibarı  ilə 

bahalı  yüklərin  və  vaxtında  çatdırılmasından  istehsal  prosesinin  asılı  olduğu  

komplektləşdirici  məhsulların  daşınmasında  istifadə  olunur.  Müntəzəm  yük  və 



36 

 

sərnişin  daşımalarının  əksər  hissəsi  İKAO  üzvü  olan  157  ölkənin  aviaşirkətləri 



tərəfindən həyata keçirilir. 

Beynəlxalq hava daşımalarının hüquqi tənzimlənməsinin xüsusiyyətləri uçuşun və bu 

uçuşa  ,  ona  xidmət  göstərən  orqanlar  tərəfindən  nəzarətin    həyata  keçirildiyi  hava 

məkanının hüquqi təbiəti ilə müəyyən olunur.Öz təbiətinə görə hava məkanı konkret 

ölkələrin suveren hava məkanlarına  və beynəlxalq hava məkanına bölünür.( Çikaqo 

Konvensiyası 1-ci maddə) 

Suveren  hava  məkanı  dedikdə  ölkənin  suverenliyi  altında  olan  ümumi  quru  ərazisi, 

daxili    və  məhəlli  suları  üzərindəki  hava  məkanı  başa  düşülür.  Suveren  hava 

məkanında hər bir ölkə öz qaydalarını tətbiq edə bilər.Beynəlxalq hava məkanında isə 

uçuşların təhlükəsizliyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) –nın qaydaları 

ilə  tənzimlənir.Bu  qaydalara  görə  beynəlxalq  hava  məkanı  uçuş  informasiyası 

rayonlarına bölünür. 

Uçuş  informasiyası  rayonu  –  naviqasiya  və  hava  uçuşlarına  nəzarət  vasitələrinin 

imkanlarına  uyğun  olaraq  müəyyən  edilmiş  sərhədlərdəki  hava  məkanıdır.Buraya 

uçuşlara  xidmət  götərilməsinin  təmin  olunduğu  hava  yolları  hava  gəmilərinin  uçuş 

trayektoriyaları və zonaları daxildir. 

Yüklərin beynəlxalq hava daşımalarının tənzimlənməsi üzrə əsas saziş – ―Beynəlxalq 

hava daşımalarına aid bəzi qaydaların unifikasiyası üzrə Varşava Konvensiyası‖dır ( 

1929 –cu il). Sonralar bu konvensiya 1955-ci ildə Haaqa, 1971-ci ildə Qvatemala və 

1975 –ci ildə Monreal protokolları ilə əhəmiyyətli dərəcədə təkmilləşdirildi. Varşava 

Konvensiyasında 100-dən artıq ölkə iştirak edir. 

Konvensiyada  daşıma  sənədlərinə  əsas  tələblər,  göndərənin  yolboyu  mal 

üzərində  sərəncam  vermə  hüquqları,  təyinat  noqtəsində  yükün  verilməsi 

qaydaları,daşıyıcının  sərnişinlər  və  yük  sahibləri  qarşısındakı  məsuliyyəti  müəyyən 

olunur. 



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə