Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

60 

 

Azərbaycanın  böyük  tranzit  imkanları  müzakirə  edilib.  Şimal-  Cənub  nəqliyyat 



dəhlizi, ―Bakı-Tiflis-Qars‖ dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və sair 

iri layihələrin ölkəmizin tranzit potensialının artırılmasında böyük rolu vardır.  

 Tranzit 

potensialı  iqtisadiyyatının  inkişafı  ilə  bağlı  proseslərin  dövlət 

tənzimlənməsini  həyata  keçirmək  məqsədilə  ölkə  prezidenti  İlham  Əliyevin  21 

oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası 

(TYKŞ)yaradılıb. Özünün  əlverişli  coğrafi  mövqeyinə  və  infrastukturuna  görə 

Azərbaycan tranzit yükdaşımaları üzrə yüksək gəlir əldə etmək imkanına malik olan 

ölkələrdən  biridir.  Ancaq  bununla  belə,  respublikamız  tranzit  potensialından  lazımi 

səviyyədə  istifadə  edə  bilmir.   «Qərblə  Şərq  arasında  yerləşməsi,  son  illərdə 

infrastrukturun yüsək sürətlə inkişaf etməsi nəqliyyat sektorunun canlanmasına, yəni 

nəqliyyat  imkanlarının  genişləndirilməsinə  gətirib  çıxarıb.  Xüsusilə  də  ―Bakı-Tiflis-

Qars‖ dəmir yolunun tikintisinin yekunlaşması ölkəmizin tranzit imkanlarını artırıb. 

TYKŞ-in yaradılmasından sonra Azərbaycanda yükdaşımalarla bağlı əngəllər aradan 

qaldırılmaqdadır.  Xüsusilə  də  elektron  sənədləşmənin  həyata  keçirilməsi  tranzit 

yükdaşımalarla  məşğul  olan  nəqliyyat  sahiblərinin  və  sürücülərin  əlavə  xərclərə 

düşməməsinə yardım edir: «Digər tərəfdən, haqqında bəhs edilən yeni şuranın qərarı 

ilə  tariflərin  müəyyən  qədər  endirilməsi  də  tranzit  iqtisadiyyatının  inkişafına 

sürətləndirir.  Nəticə  etibarilə,  beynəlxalq yükdaşımalar  sahəsi qeyri-neft  sektorunda 

əsas istiqamətlərdən biri kimi potensialını artırır. Bu səbəbdən də yükdaşımalar üzrə 

tariflərin  yenidən  ucuzlaşdırılması,  adıçəkilən  koordinasiya  şurasının  fəaliyyəti, 

əhəmiyyətli  qərarları  qəbul  etməsi  və  onların  icrası  beynəlxalq  yükdaşımalar  da 

gəlirlərimiziartıracaq».  

Tranzit  və  yükdaşımalar  sahəsində  böyük  potensiala  malik  olsa  da,  hazırda  bu 

imkandan  tam  istifadə  edə  bimir.  4200  kilometr  uzunluğunda  olan  Avropa-Qafqaz-

Asiya  nəqliyyat  dəhlizinin  mümkün  tranzit  müddəti  14  gündən  azdır.  Asiya  və 

Avropa  arasında  ticarət  əlaqələrinin  genişlənməsi  Azərbaycandan  keçən  Avropa-

Qafqaz-Asiya 

nəqliyyat 

dəhlizinin 

inkişafına  böyük  imkanlar  yaradır.  

Bundan  başqa,  Azərbaycan  ərazisindən  keçən  nəqliyyat  dəhlizlərinin  mövcud 




61 

 

vəziyyəti  və  problemləri  öyrənilir,  bu  dəhlizlərin  potensialının  artırılması,  rəqabət 



qabiliyyətinin  yüksəldilməsi  imkanları  axtarılıb  araşdırılır. Koordinasiya  Şurasının 

elektron portalının yaradılması istiqamətində də müvafiq işlər görülür. Portal ölkənin 

dəmir  yolları,  dəniz  nəqliyyatı,  limanları  və  terminalları  vasitəsilə  tranzit 

yükdaşımalar ilə bağlı vahid tarifləri, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə 

daşıma  qaydarını,  dövlət  sərhədindən  keçmə  zamanı  inzibati  prosedurlara  dair 

elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron 

üsullarla  bağlanması  imkanlarını,  yüklərin  izlənməsi  və  daşınma  prosesləri  ilə 

əlaqədar digər məsələləri nümayiş etdirəcəkdir. Qeyd olunan işlərlə yanaşı, görülən 

işlərin  beynəlxalq  səviyyədə  təşviqi  üçün  müvafiq  tədbirlər  zamanı  dəhlizin 

üstünlükləri  və  tətbiq  olunan  yeniliklər  barədə  məlumatlandırma  işləri  həyata 

keçirilir. 

İqtisadiyyatın  şaxələndirilməsində  və  geniş  fəaliyyət  görsətməsində  nəqliyyat 

sektorunun  inkişafı  məsələsi  prioritet  məsələlərdənhesab  olunur.  Buna  görə  də, 

Azərbaycanın  nəqliyyat  sektorunda  son  illər  bir  sıra  irimiqyaslı  infrastruktur 

layihələri həyata keçirilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, 

müasir  hava  limanlarının,  Şərq-Qərb  və  Şimal-Cənub  nəqliyyat  dəhlizləri 

istiqamətində  beynəlxalq  əhəmiyyətli  avtomobil  yollarının  tikintisi  və  dəmir  yolu 

xətlərinin  yenilənməsi  ölkənin  xarici  iqtisadi  əlaqələrinin  genişlənməsində 

əhəmiyyətli rol oynayır. ―Dəmir İpək yolu‖ adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu 

xəttinin  tikintisinin  tamamlanma  mərhələsinə  qədəm  qoyması  Avropa  və  Asiya 

ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini 

daha da artıracağına sərait yaradır. ―Şimal-Cənub‖ Beynəlxalq Nəqliyyat Dəhlizinin 

təsisçi ölkələri (Rusiya, İran, Hindistan) arasında ticarət əlaqələrinin geniş potensiala 

malik  olması,  bu  dəhlizin  iştirakçısı  qismində  Azərbaycan  Respublikasının  əlverişli 

tranzit  imkanlarından  geniş  istifadəni,  habelə,  Azərbaycan  dəmir  yollarının  İran 

dəmir  yolları  şəbəkəsi  ilə  əlaqələndirilməsi  üçün  təxirəsalınmaz  tədbirlərin 

görülməsinin vacibliyi əks olunur.2020-ci ilə Azərbaycanın tranzit potensialı 600-700 

milyon dollara və ya 300 min konteynerə çatacaq. 




62 

 

                                            III Fəsil 



AZƏRBAYCANIN  TRANZIT  POTENSIALININ  REALLAŞDIRILMASI: 

BEYNƏLXALQ NƏQLIYYAT DƏHLIZLƏRI SISTEMINDƏ ƏMƏKDAŞLIQ 

VƏ RƏQABƏT 

 

3.1.Müasir Böyük İpək Yolu konsepsiyası: Avropa-Asiya nəqliyyat əlaqələrinin 

genişləndirilməsində  Bakı-Tibilis  Qars  yeni  dəmir  yolu  xətti  layihəsinin 

əhəmiyyəti 

 

Artıq  bütün  dünyaya  məlumdur  ki,«  İpək  yolu»  strategiyası   dövlət 

müstəqilliyimizin  məhsulu,  Ümummilli  lider  Heydər  Əliyevin  uzaq  görən,  uğurlu 

iqtisadi siyasətinin bir sönucudur. Məlumdur ki,Müstəqilliyin ilk illərində yaranmış 

ağır  sosial-iqtisadi  vəziyyət,  nəqliyyat-iqtisadi  blokadanın  davam  etməsi,  keçmiş 

təsərrüfat  əlaqələrinin  qırılması,   Avropa  və  Dünya  bazarına  çıxışın  olmaması 

dövlət  müstəqilliyimiz  üçün  ciddi  təhlükə  yaradırdı.  Belə  bir  şəraitdə  Avropa 

Komissiyasının  müstəqillik  əldə  etmiş  ölkələr  üçün  hazırladığı    TRASEKA 

layihəsi və ölkə rəhbərliyinin  bu layihəni qətiyyətlə dəstəkləməsi, dövlətçiliyimizin 

qorunması  və  onun  iqtisadi  və  siyasi  cəhətdən  möhkəmləndirilməsi  üçün  geniş 

ugurlu prinsipləri ilə dövlətin dəstəyinə hərtərəfli təkan verdi. Hələ

 

İpək Yolunun 



yenidən  bərpa  edilməsinə  dair  ilk  addımlar  1991-ci  ildə  atılmışdı.  Belə  ki, 

həmin  ildə  Avropa  Şurası  tərəfindən  TASİS  –  yardım  proqramı  qəbul  edilmiş 

və  bu  proqramda  yeni  müstəqil  dövlətlərdə  demoktatik  islahatların 

keçirilməsini  sürətləndirmək,  milli  dövlətlərdə    bazar  iqtisadiyyatı  sistemini 

formalaşdırmaq,  xüsusilə  iqtisadi  əlaqələrin  genişlənməsinə  xidmət  edən  yeni 

nəqliyyat  dəhlizi  layihələrinin  yaradılması  və  həyata  keçirilməsinə  kömək 

göstərmək ücün öz əksini tapmışdır. 

Tarixi  İpək  Yolunun  bərpası  milli  neft  biznesinə  alternativdə  ölkəmizin  XXI  əsrdə 

siyasi  çəkisini  və  iqtisadi  qüdrətini  artıran  yeni  reallıqdır.  Parisdən  Şanxayacan  bir 

nəqliyyat  oxunda  düzlənən  çoxsaylı  ölkələr  içərisində  öz  geopolitik  və  geostrateji 




Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə