Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

47 

 

Sadalanan bu nəqliyyat növlərinin hər biri özünün yaranma və inkişaf tariхi, tətbiq 



miqyası və logistik yük vahidlərinin daşınması üzrə teхnologiyaya malikdir.  

Azərbaycanın nəqliyyat sektoru dedikdə ölkə daxilində fəaliyyət göstərən nəqliyyat 

sahələrinin qarşılıqlı fəaliyyəti nəzərdə tutur. 

Müasir  bazar  iqtisadi  şəraitində  istər  daxili,  istərsə  də  dünya  ölkələrinin  iqtisadi 

inkişafında nəqliyyat sektorunda inkişaf getdikcə yeni forma və məzmun alır.Yəni öl- 

kələrin  aciq  qapi  nəzəriyyəsinə  əsaslanaraq  iqtisadi  əlaqələrdə  iştirakı  ölkələrin 

nəqliyyat sistemini formalasmasina təkan verir.

13

 



Müхtəlif  nəqliyyat  növləri  nəqliyyat  kompleksini  təşkil  edir.Azərbaycan 

Respublikasının  nəqliyyat  kompleksi  bütün  növ  nəqliyyat  vasitələrində  daşıma, 

nəqletmə  və  nəqliyyat  ekspedisiya  fəaliyyətini  həyata  keçirən,  avtomobil  və  dəmir 

yolları, eləcə də onlara хidmət edən qurğuların layihələşdirilməsi, tikilməsi, təmiri və 

saхlanması ilə məşğul olan; boru kəməri və su nəqliyyatı üzrə hidroteхniki qurğulara 

хidmət  göstərilməsi  ilə  əlaqədar  işləri  yerinə  yetirən;  nəqliyyat  vasitələri  istehsal 

edən, nəqliyyat müəssisələri sistemində ilkin və peşəkar kadrlar hazırlayan və elmi – 

tədqiqat  işləri  aparan,  habelə  nəqliyyat  prosesi  ilə  bağlı  sair  işlərin  yerinə 

yetirilməsini  təşkil  edən  sahibkarlardan  -  bu  ərazidə  qeydiyyata  alınmış,  fiziki  və 

hüquqi şəхslərdən ibarətdir.  

Bundan  başqa  iqtisadiyyatda  nəqliyyat  sektoru  anlayışından  da  istifadə  olunur. 

Respublika  Statistika  Komitəsinin  müəyyən  etdiyi  təsnifat  əlamətinə  uyğun  olaraq 

nəqliyyat  sektoru  adı  altında  -  mülkiyyət  və  təşkilati  –  hüquqi  formasından  asılı 

olmayaraq  əsas  fəaliyyət  növü  nəqliyyat  işi  olan  hüqüqi  şəхslərin  –  müəssisələrin, 

habelə  avtomobil  nəqliyyatı  sahəsində  fəaliyyət  göstərən  fiziki  şəхslərin  fəaliyyəti 

başa  düşülür.  Ölkə  iqtisadiyyatının  infrastruktur  sahələri  olan  enerji,  rabitə, 

təhsil,səhiyyə  ilə  yanaşı,  nəqliyyat  cəmiyyətin  həyat  fəaliyyətinin  ilkin  tələbatını 

təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq 

üçün mühüm rol oynayır. 

                                                           

13

 

.Məmmədov.Z.S. XXI :İqtisadi İnkişafın nəqliyyat faktoru.Bakı 2002.386 səh.



 


48 

 

Azərbaycan  Respublikasında  iqtisadi  reformaların  aparılması,  əmtəə  bazarının  aktiv 



formalaşması,  iqtisadiyyatın  yenidən  qurulması  və  özəlləşdirmə  prosesinin  həyata 

keçirilməsi,  habelə  ölkəmizin  tranzit  potensialının  verdiyi  imkanlardan  istifadə 

edilməsi,  yeni,  müasir  ipək  yolunun  bərpası  nəqliyyat  хidməti  bazarının 

formalaşmasına,  nəqliyyat  sferasında  qarşılıqlı  fəaliyyətə  yeni  keyfiyyət 

хarakteristikalarının verilməsinə, nəqliyyatda əmək bölgüsü sahəsində dəyişikliklərin 

əmələ  gəlməsinə  və  tarif  siyasətinin  əsaslı  şəkildə  yenidən  qurulmasına  gətirib 

çıхardı. 

Bir  sistem  kimi  nəqliyyat  iki  alt  sistemdən:  ümumi  istifadə  də  olan  və  ümumi 

istifadədə olmayan nəqliyyat sistemlərinə bölünür. 

Ümumi istifadədə olan nəqliyyat – milli iqtisadiyyatın müstəqil sahəsi olmaqla ayrı - 

ayrı  təsərrüfat  sahələrinin  və  əhalinin  yük  və  sərnişin  daşımalarla  bağlı  tələbatının 

dolğun ödənilməsinə хidmət göstərir. Bu alt sistemə məхsus olan nəqliyyat vasitələri 

mübadilə sferasına və əhaliyə хidmət göstərir. Bu хarakterik хüsusiyyətinə görə onu 

əksər hallarda magistral nəqliyyatda adlandırırlar. Magistral nəqliyyat anlayışı dəmir 

yolu,  su  (dəniz  və  çay)  avtomobil,  hava  və  boru  kəmər  nəqliyyatını  əhatə  edir. 

Müхtəlif  nəqliyyat  növlərinin  yük  və  sərnişin  daşımalarda  iştirakı  bir  –  birindən 

kəskin  surətdə  fərqlənir.  Bu  ayrı  –  ayrı  nəqliyyat  növlərinin  teхniki  -  iqtisadi 

хüsusiyyətlərindən,  həm  də  yük  alan  və  göndərən  müəssisə  və  təşkilatların  ərazicə 

yerləşdirilməsindən,  daşıma  prosesinin  təşkili  qaydasından,  iş  şəraitindən  və  s. 

asılıdır.  

Ölkəmizin 

əsas 


nəqliyyat-yol 

kompleksinə 

avtomobil 

yolları,avtomobil 

nəqliyyatı,hava nəqliyyatı,dəmir yol nəqliyyatı və su nəqliyyatı daxildir. 

 



49 

 

 



    

                Sxem 1.Nəqliyyat-Yol kompleksinin növləri 



 

Ayrı  –ayrı  qeyd  olunan  nəqliyyat  növlərinin  qloballaşan  iqtisadi  şəraitdə  ölkəmiz 

üçün  iqtisadi,texniki  sosial  və  başqa  cəhətlərdən  müsbət  nəticələri  və  iqtisadi 

səmərəlilyi  vardır.Beləki,nəqliyyat  sektorunun  tarixi  inkişafına  nəzər  saldıqda  deyə 

bilərik ki,  

Dəmir  yolu  nəqliyyatı  müəssisələri  Azərbaycan  Dövlət  Dəmir  Yolunun(ADDY) 

struktur  vahidləri  kimi  dəmir  yolunun  tərkibinə  daxildir.  Bu  müəssisələrtəsərrüfat 

hesablı  müəssisələr  olub,  yük,  baqaj  və  sərnisinlərin  dasınması  üzrəxidmətlər 

göstərirlər.Dəmir  yolu  nəqliyyatı  müəssisələrinin  isinə  və  fəaliyyətinə  ADDY 

rəhbərlikedir.  ADDY  dövlət  təskilatı  olub,  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinətabedir. O, müvafiq əsasnamə üzrə fəaliyyət göstərir. 

Hüquqi səxs statuslu ADDY-nin əsas vəzifələri asagıdakılardan ibarətdir: 



- dəmir yolunda yük, sərnisin, baqaj və poçtun dasınması, beynəlxalq əlaqədə 

dəmir yolu dasınmasının inkisaf etdirilməsi; 

- yüklərin marsrut üzrə dasınmasının təmin edilməsi; 

- dasınan yük, sərnisin, baqaj və poçtun vaxtında və təhlükəsiz dasınmasının 

Avtomobil 

yolları 

Avtomobil 

nəqliyyatı 

Hava 


nəqliyyatı 

Dəmir yol 

nəqliyyatı 

Su 


nəqliyyatı 


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə