Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   21   22   23   24   25   26   27   28   29

72 

 

daşımalarının həcmini dəfələrlə artıracağı da şübhəsizdir.



 

Dəmir yolu ilə bir günə 

Qarsa və iki gün yarıma İstanbula  getmək mümkün olacaqdır. Bakı-Tbilisi-Qars 

dəmir yolu xətti istismara veriləndən sonra ilkin dövrdə bu xətt vasitəsilə ildə 1 

milyon sərnişin və 6,5 milyon ton yük, 2034-cü ildə isə 3 milyon sərnişin və 17 

milyon ton yük daşınacağı ehtimal olunur. Yük daşımaları həcmi 3-cü istismar ilində 

3-5 milyon ton, 5-ci istismar ilində 6-8 milyon ton, 10-cu istismar ilində isə 10 

milyon ton və çox proqnozlaşdırılır. 

 Bakı-Tbilisi-Qars dəmir  yolu xətti iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz 

və  ekoloji  normalara  tam  cavab  verən  bir  layihədir  .Bu  dəmir  yolu  bağlantısı 

nəqliyyatın  inkişafında  yeni  mərhələnin  başlanması  deməkdir.  Həmin  xətt  öz 

növbəsində  multimodal  nəqliyyat  imkanlarını  genişləndirəcək,  eləcə  də  sərnişin  və 

yük daşımalarının həcminin artmasını təmin edəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu 

layihəsi nəinki region ölkələri, eyni zamanda, bu xəttə qoşulacaq digər ölkələr üçün 

də  çox  mühüm  əhəmiyyətə  malik  layihə  kimi  dəyərləndirilir.  Dəmir  yolunun  Asiya 

və  Avropa  arasında  yük  və  sərnişin  axınının  artmasına  gətirib  çıxaracağı,  onun  

turizm  potensialına  əlavə  töhfə  verəcəyi,  Xəzər  və  Qara  dəniz  arasında  bağlantını 

təmin  edəcəyi  bildirilir.  BTQ  dəmir  yolu  xəttinin  istismara  verilməsi  ilə  həm  bərə, 

həm  də  konteyner-vaqon  daşımaları  daha  da  inkişaf  edəcək.  Bu  isə  beynəlxalq 

daşımalarda  mühüm  rol  oynayır.  Bu  layihənin  əhəmiyyətinə  yaxın  zamanlarda 

Bosfor boğazı altı keçəcək dəmir yolu tuneli - ―Mərməray‖ layihəsinın tam gücdə işə 

düşməsi  daha  bir  effektivlik  qatacaqdır.  Bununla  da,  Asiyanın  ən  ucqar  şərqindən 

dəmir  relslər  üzərindən  Avropanın  bütün  nöqtələrinə  yetişəcək  tarixi  bir  nəqliyyat 

marşrutu  gerçəkliyə  cevriləcəkdir.  Bu  nəhəng  layihənin  reallaşması  yaxınlaşdıqca 

potensial yükdaşıyıcıların ona olan marağı da yüksəlməkdədir. 

 

 



 

 

 




73 

 

 



 

             Cədvəl3.3 Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Azərbaycan tərəfindən maliyyələşdirdiyi 

kredit xətti 

 

 



№ 

Kredit xətti 

Xərclər 

($ milyon)

 

Kredit xətti - Cəmi 



775,0 

1.1 

1.Tranş A (25 il, 1%-lə) 

200,0 



1.2 

2.Tranş B (25 il, 5%-lə) 

575,0 



Layihə üzrə müqavilələrin ümumi dəyəri 

721,2 

 

Mənbə: www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı. 



 

 

İndiyədək  Azərbaycan  dəmir  yolunun  Bakı-Gürcüstan  sərhədi  istiqamətində  347 



kilometr  dəmir  yolu  yenidən  qurulub,  Kür  çayı  üzərində  ikinci  yeni  Poylu  körpüsü 

inşa  edilib  və  iki  istiqamətli  hərəkət  təmin  olunub.  Əsaslı  təmir  edilən  xətlərdə 

maksimal sürətin saatda 140 kilometrə çatdırılması nəzərdə tutulur. Dəyişən cərəyana 

keçidlə  əlaqədar  enerji  və  rabitə  sisteminin  tam  yenilənməsi,  yeni  lokomotiv  və 

vaqonların  alınması,  mərkəzi  dispetçer  idarəetmə  sisteminin  yaradılması 

istiqamətində  işlər  davam  etdirilir.

16

Beləliklə,Bakı-Tbilisi-Qars  dəmir  yolu  xəttinin 



işə  düşməsi  Azərbaycanın  dövlət  müstəqilliyinin  gücləndirilməsində,  iqtisadi 

qüdrətinin  artırılmasında  yeni  mühüm  strateji  amilə  çevriləcəkdir.  Bütün  bu  aktual 

səciyyə  daşıyan  real  görüntülər,  Bakı-Tbilisi-Qars  kəmərinin  siyasi  qüdrəti,  strateji 

dəyəri,  iqtisadi  şəmərəsi,  onun  Azərbaycanın,  regionun,  bütövlükdə  dünya 

                                                           

16

 



16

 Bakı-Tibilisi-Qars dəmir yolu xətti: iqtisadi dəyərləndirmələr və sosial 

effektlər. Avroasiyada yeni inteqrasiya təşəbbüsləri: Mövcud vəziyyət və gözləntilər. II 

Avroasiya Sosial elmlər forumunun materialları. Bakı: “İqtisad Universiteti” Nəsriyyatı

.

 

 



74 

 

iqtisadiyyatının  artım  tempinə  sosial-iqtisadi  töhfəsi  olacaqdır.  Bakı-Tbilisi-Qars 



dəmir yolu xətti Avropa ilə Asiya arasında daşınmalarda yekun bənd kimi çıxış edir. 

Bu  layıhənin  tarixi  İpək  yolu  üzərində  qurulması  region  ölkələri  üçün  onun 

cəlbediciliyini  artırır  və  eyni  zamanda  bu  coğrafiyada  yerləşən  türkdilli  ölkələrin 

inteqrasiyasında mühüm əhəmiyyət daşıyır.  

 

   3.2.”Şimal-Cənub”  Beynəlxalq  nəqliyyat  dəhlizi  və  ondan  istifadənin              

genişləndirilməsində Azərbaycanın iqtisadi mənfəətləri 

 

Qloballaşan  dünya  sistemində  və  inteqrasiya  proseslərinin  geniş  vüsət  aldığı  bir 



dönəmdə  əsas  xarakterik    səciyyəvi  xüsusiyyətlərdən  biri  də  tarixən  mövcud  olan 

tranzit  marsurutlarinin  yenidən  bərpasi,restavrasiyayı  və  yenidən  istifadəyə 

verilməsidir..Bununla  əlaqədar  olaraq  ,Avrasiya  materikində  mövcud  olan    ölkələri 

birləşdirən  beynəlxalq  nəqliyyat  dəhlizlərdən  olan    ―Şimal-Cənub‖ nəqliyyat  dəhlizi 

mühüm  əhəmiyyətə  malikdir.  Əsasən    TRASEKA  proqramına  alternativ  i  kimi 

dəyərləndirilən    ―Şimal-Cənub‖  nəqliyyat  dəhlizindən  istifadə  Süveyş  kanalından 

keçən yol ilə müqayisədə  tranzit yük daşınmasını bir neçə dəfə tez çatmağına  imkan 

verir,  bununla  yanaşı,  Cənubi  Qafqaz,  Mərkəzi  Asiya  ölkələri  və  İran  arasında 

iqtisadi  və  siyasi  əlaqələrin  daha  da  genişləndirilməsi  üçün  mühüm  şəraitin 

yaradılmasına təkan verir.  

Azərbaycan özünün coğrafi mövqeyinə görə iki nəhəng nəqliyyat dəhlizinin kəsişdiyi 

məkanda  yerləşir.  Bu  nəqliyyat  xətlərinin  tam  miqyaslı  işə  düşməsi  Azərbaycanın 

müstəqilliyinin  gücləndirilməsində,  iqtisadi  qüdrətinin  artırılmasında  mühüm 

əhəmiyyət  kəsb  edəcəkdir.  Azərbaycandan  keçən  Sərq-Qərb  dəhlizi  -  TRASEKA 

Avropa ilə Asiyanı birləşdirən ən kiçik marşrut hesab olunur. Artıq reallaşmaqda olan 

bu  marşrut  ilə  hər  il  millyonlarla  ton  yük  daşınacaqdır.  Gələcəkdə  isə  onun  rolu 

sərnişin  daşınmalarında  da  artacaqdır.  Bununla  belə,  Azərbaycan  üçün  onun 

ərazisindən keçəcək digər bir qlobal nəqliyyat xətti - Cənub-Simal dəhlizi də mühüm 




Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə