Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   21   22   23   24   25   26   27   28   29

75 

 

əhəmiyyət kəsb edir. Bu marşrut İran və Rüsiya ərazisindən keçməklə Yaxın Şərqdən 



və  Cənub-Şərqi  Asiyadan  Avropaya  daşınan  yükdaşımaların  sürətini  bir  neçə  dəfə 

artıracaqdır.  O,  Suveyş  kanalı  vasitəsi  ilə  Hindistandan  Avropaya  üzanan  nəqliyyat 

xəttindən 3 dəfə qısadır. Dəmir yolu, su nəqliyyatı və avtomobil xətlərini ehtiva edən 

bu nəqliyyat marşrutunun işə düşəcəyi təqdirdə planetin Cənubundan Avropaya hər il 

orta  hesabla  15-20  milyon  ton  yükün  daşınacağı  gözlənilir.  Bu  dəhlizin  açılısı  Fars 

Körfəzi  ərəb  ölkələrinin  Avropa  ilə  əlaqəsində  nəqliyyat  alternatvini  təmin  edərək 

zəvvarların  İslamın  müqəddəs  yerlərinə,  xüsusən  də  Məkkə  və  Mədinə  şəhərlərinə 

səyahəti  üçün  əhəmiyyətli  olacaq,  ənənəvi  marşrutlardan  istifadə  intensivliyini 

mülayimləşdirəcəkdir. 

Cənub-Simal  dəhlizinin  açılışında  Rusiya  daha  çox  maraq  nümayiş  etdirir  və  onu 

reallaşmasını  özünün  nəqliyyat  strategiyasının  əsas  prioritetiləri  sırasına  qoyur.  Bu 

məqsədlə  Rusiya  Azərbaycanın  Astara  şəhəri  ilə  İranın  Ənzəli  və  Rəşt  şəhərlərini 

birləşdirən  300  kilometrlik  dəmir  yolu  xəttinin  çəkilişində  konsorsium  yaraqtmaq 

niyyətindədir.  İlkin  olaraq  bu  layihə  600  miyon  dollar  civarında  dəyərləndirilir. 

Rusiya  bu  xəttin  sosial-iqtisadi  əhəmiyyəti  ilə  yanaşı  onun  ölkələrarası  qarşılıqlı 

etimadını  artıracağı  istiqamətində  də  əlverişli  siyasi  dividendlər  gətirəcəyinə  ümid 

bəsləyir.  Bu baxımdan mühüm tranzit məkana çevrilmiş Azərbaycanın layihədə əsas 

fiqurantlardan  biri  kimi  hərtərəfli  iştirakı  və  onun  reallaşmasında  dəstəyi  siyasi  , 

sosial  vəiqtisadıcəhətdən  geniş  mənfəətli  olacaqdır.  Aparılan  araşdırmalara  görə,   

Azərbaycanın bu layihənin reallaşmasındakı  əsas götürülən dividendləri: 

 



 Nəqliyyat sisteminin qlobal əhəmiyyətliliyinin artırılması və modernizasiyası; 

 



 İslamın  müqəddəs  yerlərinə  ziyarətin  alternatıv  marşrutlarından  biri  kimi 

nəqliyyatinfrastrukturunun mobilləşməsi; 

 



 Turizm imkanlarının artırılması və əlverişliliyinin təminatı; 

 



 Qonşu dövlətlərlə qarşlıqlı etimadın yüksəlişi; 


76 

 



 

  İqtisadi və sosial keyfiyyət.və s.

17

 

 



Şimal-Cənub  beynəlxalq  nəqliyyat  dəhlizinin  yaradılması    haqqında  Razılaşma 

Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan dövlətləri arasında 2000-ci 

il  sentyabrın  12-də  Sankt-Peterburq  şəhərində  bağlanılmış  və    bu  razılaşma  21  may 

2002-ci  il  tarixində  qüvvəyə  minmişdir.  Qeyd  olunan    tarixdə  Sankt-Peterburq 

şəhərində  keçirilən  Razılaşmaya  uyğun  olaraq  üzv  olan  ölkələrin  nəqliyyat 

nazirlərinin  birgə  görüşündə  Koordinasiya  Şurasının  yaradılması  haqqında  Protokol 

imzalanmışdır. Şimal-Cənub dəhlizinin Katibliyi Tehran şəhərində yerləşir. 

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasından sonra bir çox ölkələrin 

diqqətini  cəlb  edərək  bu  dəhliz  barədə  maraq  yaratdı.  Bundan  sonra  əldə  olunan 

Razılaşmaya  Belarus  Respublikası,  Ermənistan,  Qazaxıstan,  Tacikistan,  Qırğızıstan, 

Oman və Suriya dövlətlərdə qoşulmuşdur. Ölkəmiz Azərbaycan Respublikası həmin 

Razılaşmaya  qoşulmaq  üçün  2001-ci  il  21  dekabr  tarixində  vermiş  rəsmi  notaya 

2005-ci  ildə  müsbət  cavab  almış  və  nəhayət  2005-ci  il  sentyabr  ayının    20-də 

imzalanmış  984-IIQ  nömrəli  Azərbaycan  Respublikasının  Qanuna  müvafiq  olaraq 

"Şimal-Cənub"  beynəlxalq  nəqliyyat  dəhlizi  haqqında"  Sazişə  qoşulmuşdur. 

Azərbaycan 

Respublikası 

Şimal-Cənub 

beynəlxalq 

nəqliyyat 

dəhlizinin 

Əlaqələndirmə Şurasının əsasında təsis olunduğu ―Şimal-Cənub beynəlxalq nəqliyyat 

dəhlizi haqqında‖ Sazişə qoşulması ilə bağlı dövlətdaxili prosedurlar tamamlayaraq, 

oktyabr ayının 5 də  həmin Sazişin depozitarisi olan İran İslam Respublikasına rəsmi 

bildirərər razılıq sənədini almışdır. Azərbaycan üçün olduqca vacib olan Saziş 30-cu 

gün qüvvəyə minmişdir. 



"Şimal-Cənub" razılaşmasının ölkəmiz ücün əsas məqsədlərinə aşağıdakılar daxildir 

                                                           

17

 Cənub-Şimal nəqliyyat dəhlizi: inkişaf meyilləri və perspektivlər. 2005-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad 



Universitetində yerinə yetirilmiş büdcə təyinatlı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi-praktiki konfransın 

tezisləri. Azərbaycan Dövlət İqtisad Universiteti. (A.F.Haсızadə ilə müştərək) Bakı. 2007. 0,1 ç.v. 

 



77 

 



 

Tranzit  yük  və  sərnişin  daşımalarının  təşkilində  beynəlxalq  nəqliyyat 

əlaqələrinin səmərəliliyinin yüksəldilməsinə nail olmaq  

 



Dəhlizin  üzv  ölkələri  arasında  dəmir  yolu,  avtomobil,  dəniz,  çay  və  hava 

nəqliyyatı  xidmətlərinin    beynəlxalq  bazara  girişi  üçün  şəraitin  yaradılması 

üçün çalışmaq  

 



Beynəlxalq tranzit daşımalarının həcminin artırılmasına yardım göstərilməsi 

 



Nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması 

 



Razılaşdırılmış  və  qəbul  olunmuş  nəqliyyat  siyasətinin  həyata  keçirilməsinə 

riayət olunması. 



Bu Razılaşma nəqliyyatın bütün  növlərinə:  

Dəmir  yolu,  dəniz,  avtomobil  yolları,  çay  və  hava  nəqliyyatı  ilə  daşımaları  təmin 

edən  nəqliyyat  infrastrukturuna  və  nəqliyyat  vasitələrinə  aiddir.  Burada  Hindistan 

istisnalıq təşkil edir, çünki onun yalnız dəniz marşrutları ilə iştirakı nəzərdə tutulur. 

Ötən  qısa  müddət  ərzində  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 

imzaladığı  “Şimal-Cənub”  Beynəlxalq  Nəqliyyat  Dəhlizinin  Azərbaycan 



Respublikasının  ərazisindən  keçən  hissəsində  işlərin  sürətləndirilməsi  haqqında" 

sərəncam imzalanmış və bu qeyd olunan nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması 

istiqamətində  atılan  əsas  addım  kimi  dəyərləndirilir  və  bu  işlərin    sürətlənməsinə 

imkan yaradır . 

Onu  da  Qeyd  etmək  lazımdır  ki,  nəqliyyat  dəhlizi  üzrə  əsas  daşımalar  Rusiya 

ərazisində Buslovskaya - Sankt-Peterburq - Moskva - Ryazan - Koçetovka - Rtişevo - 

Saratov - Volqoqrad - Həştərxan istiqamətində dəmir yolu ilə buradan  İrana qədər isə 

3  əsas  marşrut  üzrə  tranzit  daşımaları  çatdirilir.Yaxın  gələcəkdə    “Şimal-Cənub” 

Dəhlizin  Transxəzər  və  Şərq  marşrutu  ilə  yanaşı,  Qərb  marşrutu  istiqamətində  də 

yükdaşımaları həyata  keçiriləcəkdir.  Layihənin  infrastrukturuna  görə  Qərb  marşrutu 

Rusiya  ərazisində  Həştərxan  və  Mahaçqaladan  keçməklə  Azərbaycan  ərazisi  ilə 

Samurdan  Astaraya,  ordan  da  inşası  davam  etdirilən  Astara  -  Rəşt  -  Qəzvin  yeni 




Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə