Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

69 

 

tikinti-rekonstruksiya



2.2 

Axalkalaki-Türkiyə 

sərhədi 

(Kartsaxi)  ərazisində  yeni  yolun 

tikintisi 

26,3 km 


2.3 

Axalkalaki  stansiyasının  tikintisi, 

vağzal, 

təkər 


arabacıqlarının 

dəyişdirilməsi 

3,0 km 

2.4  Layihədə maksimal sürət 

120 km/s 



2.5 

Relslərarası  məsafə  Azərbaycan-

Gürcüstan / Türkiyə 

1520  mm/  1435 

mm 



Tariflər -  (Əsas  Çoxtərəfli  Saziş  - 



Bakı, 08.09.98

50%-ə 


qədər 

güzəştin tətbiqi 



Proqnoz yükdaşımalar 

  

4.1  3-cü istismar ilində 

3-5 mln. ton; 

4.2  5-ci istismar ilində 

6-8 mln. ton; 



4.3  8-ci istismar ilində isə 

10  mln.  tondan 

çox 

  

Mənbə: http://addy.gov.az



.  

 

  



Ilkin mərhələdə layihə üzrə tikinti işlərinin 2010-cu ildə bitməsi nəzərdə tutulmuşdu. 

Lakin  2008-ci  ilin  yayında  baş  vermiş Rusiya-Gürcüstan  müharibəsi və  qlobal 

maliyyə  böhranı  layihənin  həyata  keçirilməsini  ləngitdi.  Yeni  hesablamalara  görə 

Bakı-Tbilisi-Qars  dəmir  yolu  xəttinin  2014-cü  ilin  sonunda  istismara  verilməsi 

proqnozlaşdırılır. 

Bakı-Tbilisi-Qars  yeni  dəmir  yolu  layihəsinin  reallaşması  Naxçıvan  Muxtar 

Respublikasını  blokadadan  çıxararaq  onun  nəqliyyat  müstəqilliyinin  təmin 

edilməsində  də  vacib  amillərdəndir.  Belə  ki,  Ermənistanın  Azərbaycana  məlum 

təcavüzü  nəticəsində  paytaxt  Bakını  Naxçıvanla  birləşdirən  quru  nəqliyyat 



70 

 

kommunikasiyaları bağlanmışdır. Sərnişin daşınmaları əsasən hava nəqliyyatının, yük 



daşınmaları  İran  və  Türkiyədən  keçməklə  avtomobil  nəqliyyatının  üzərinə  düşmüş, 

tarixi  dəmir  yolu  xətti  isə  regional  və  tranzit  daşınmalardan  kənarda  qalmışdır. 

Muxtar  resbublikanın  dəmir  yolu  problemi  Qarabağ  probleminin  çözülməsinin 

spekulyasiya predmetinə çevrilmişdir. Belə hal isə hələ də uzunmüddətli danışıqların 

mövzusu olacaqdır. Ona görə də, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layıhəsi ilə bağlı 

növbəti plan Qarsdan Naxçıvana ayrıca bir dəmir yolu qolunun çəkilməsini də aktual 

bir  məsələyə  çevirir.  Bununla  da,  Naxçıvan  Muxtar  Respublikasının  nəqliyyat 

müstəqilliyi problemi tam təmin ediləcək və oradan da İrana keçid olan dəmir yolu 

xətti ilə bütün Yaxın Şərq regionuna çıxış əldə olunacaqdır. 

Türkiyə tərəfindən Bosfor boğazında dəmir yolu tunelinin inşası isə Trans-Avropa və 

Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi istiqamətində Bakı-Tbilisi-Qars 

layihəsini bir qədər də müstəsnalı edəcəkdir. Bununla da, yük və sərnişinlərin birbaşa 

olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya 

çıxarılması  etibarlı  təmin  olunaraq  region  ölkələrinin  də  Avropaya  inteqrasiyasının 

genişlənməsinə  təkan  verəcəkdir.  Heç  şübhə  yoxdur  ki,  Avropa  və  Asiyanı 

birləşdirməklə  alternativlərinə  nisbətdə  ən  azı  60  km  qısa  olacaq  bu  layıhə  digər 

ölkələrin  də  maraqlarına  səbəb  olacaqdır.  Onun  imkanlarından  qonşu  Rusiyanın  da 

istifadə etməsi reallığa yaxın ehtimal ediləndir. Bu, ilk növbədə, Rusiya ilə Türkiyə 

arasında  son  zamanlar  kəskin  artan  xarici  ticarət  dövriyyəsi  ilə  əlaqədardır. 

Məlumdur ki, hazırda Rusiya ilə Türkiyə arasında dəmir yolu bağlantısı yoxdur. Bu 

layihə isə həmin bağlantıları gerçəkləşdirə bilər. 

Bakı-Tbilisi-Qars  dəmir  yolunun  inşası  Azərbaycan-Türkiyə  iqtisadi  və  humanitar 

əlaqələrinin  inkişafına  da  çox  dəyərli  əlavə  stimullar  verəcəkdir.  Həm  də  qeyd 

olunmalıdır  ki,  bu  layihənin  həyata  keçirilməsi  iqtisadi  səmərəlilik,  sürət  və  vaxt 

tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə 

Avropa  və  Asiya  ölkələrinə  məxsus  yüklərin bu  dəmir  yoluna cəlb  edilməsi hər  iki 

istiqamətdə  intermodal  və  konteyner  daşımalarının  həcmini  artıracaqdır.  Eyni 

zamanda,  dəmir  yolu  xətti  ilə  yalnız  yük  qatarlarının  deyil,  sərnişin  qatarlarının  da 




71 

 

hərəkəti təmin olunacaqdır. Bütün bunlar isə öz növbəsində Bakı-Tbilisi-Qars dəmir 



yolu xəttinin çəkilişinin və onun Azərbaycan üçün nə qədər əhəmiyyəti olduğuna bir 

daha əsaslar gətirir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2. Bakı-Tbilisi-Qars dəmir yolu xətti marşrutunun xəritəsi 

Mənbə:

 

http://www.mot.gov.az - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin saytı

 

 

 Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi region ölkələrinin tranzit 



potensialının artmasına, Avropaya inteqrasiya prosesinin sürətlənməsinə, Avropa 

Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ölkəmizin 

xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. Layihənin iqtisadi 

səmərəlilik və siyasi dividend, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq 

baxımından da böyük əhəmiyyəti var. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus 

yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner 




Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə