Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   21   22   23   24   25   26   27   28   29

78 

 

dəmir  yolu vasitəsilə  İran dəmir  yollarına  birləşir. Sözügedən hər üç  marşrutun  İran 



ərazisi  ilə  davam  edərək,  İran  körfəzinə  və  Hindistana  qədər  uzanması  layihənin 

geosiyasi  və  geoiqtisadi  aspektdən  əhəmiyyətinin  daha  da  böyük  olmasından  xəbər 

verir. 

Bu  marşrutlar  üzrə  tranzit  daşımalarının    həcminin  son  nəticədə  ən  sərfəli  texniki, 



istismar,  tarif  və  digər  başqa    şərtlərdən  asılı  olacağı  müstəsnadır.  Mütəxəssislər 

düşünürlər  ki,  ―Şimal-Cənub‖  dəhlizinin  Azərbaycan  ərazisindən  keçməsi  variantı 

daha  cəlbedici  hesab  edirlər  .  Belə  ki,  burada  məsafənin  qısa  olması,  müxtəlif 

daşımalara  daha  az  vaxtın  sərf  olunması,  mövcud  nəqliyyat  infrastrukturu  və  bir 

tranzit  ölkənin  olması  əsas    faktor    rolunu  oynayır.  ―Şimal-Cənub‖  beynəlxalq 

nəqliyyat Dəhlizin Azərbaycan üzərindən keçən ümümi dəmir yolu xəttinin uzunluğu 

511  kilometrə  bərabərdir.  Proqnozlaşdırılmalara  görə  tranzit  yükdaşımalarının 

həcminin  birinci  mərhələdə  3  milyon  ton,  ikinci  mərhələdə  5-8  milyon  ton,  üçüncü 

mərhələdə  isə  15  milyon  ton  olması  gözlənilir.Respublikamız    Azərbaycanın  bu 

nüfuslu  layihədə  iştirakının  ölkəmiz  üçün  geoiqtisadi  cəhətdən  əhəmiyyətli  olduğu,  

coğrafi  və  potensial  tranzit  ölkə  kimi  imkanları  nəzərə  alınaraq,  mövcud  nəqliyyat 

infrastrukturunun  bərpası  və  inkişaf  etdirilməsi  işlərinə  artıq  başlanılmış  və  bu 

nöqteyi nəzərdən  Prezident İlham Əliyevin imzaladığı son sərəncam aparılan işlərin 

daha da sürətlənməsinə sözsüz  şərait yaradacaqdır. 

Ümumiyyətlə,―Şimal-Cənub‖  nəqliyyat  dəhlizi  vasitəsilə  Azərbaycan  üzərindən 

yüklərin  böyük  əksəriyyətinin  tranzit  olaraq  daşınmasında  nəqliyyatın  dəmir 

yolundan  istifadəsı    nəzərdə  tutulur  hansı  ki,  burada  əsas  amil  kimi,  yüklərin  bir 

nəqliyyat  növü  ilə  böyük  həcmdə,  tez  bir  zamanda,  daha  uzaq  məsafəyə  daşınması 

qeyd  olunur.  Elə  buna  görə  də,  beynəlxalq  dəhliz  vasitəsilə  yük  daşımalarına 

Azərbaycanın  yol-nəqliyyat  kompleksinin  daha  geniş  cəlb  edilməsi,  xüsusən  də, 

avtomobil  nəqliyyatının  və  Xəzər  Dəniz  Gəmiçiliyinin  imkanlarından  tam  istifadə 

olunması  üçün  lazımli  işlər  görülür  layihələr  hazirlanir  və  həyata 

keçirilir.Mütəxəssislər  vurğulayırlar  k,  Azərbaycanın  “Şimal-Cənub”  nəqliyyat 

dəhlizinə qoşulması və  dəhlizlə  yük  və  sərnişin  daşımalarında  fəal iştirakı  və ondan 



79 

 

istifadinin 



genişləndirilməsində 

Azərbaycanın 

iqtisadi 

mənfəətləri 

kimi  

respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən,  

 



Tranzit yüklərin daha geniş cəlb olunmasına 

 



 Ümumi  yük həcminin çoxalmasına və gəlirlərinin artmasına,  

 



Ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına,  

 



Yeni iş yerlərinin açılmasına, öz növbəsində,  

 



Bir çox sosial problemlərin həllinə şərait yaradacaqdır. 

 

Onu  da  vurğulamaq  yerinə  düşər  ki,Çin  və  Hindistan  kimi  sürətlə  inkişaf  edən 



ölkələrin  ―Şimal-Cənub‖  nəqliyyat  dəhlizinə  maraq  göstərmələri  layihənin 

əhəmiyyətini  artırılmasının  əsas  faktrorudur.  Artıq  məlumdur  ki,  Hindistandan 

müxtəlif  yüklərin  daşınması  üçün  yeni  marşrut  Hindistanın  Mumbay  şəhərindən 

başlanğıc götürəcək İranın Bəndər-Abbas limanından keçməklə Rusiyanın Həştərxan 

limanına, yaxud Bakıya çatdırılacaqdır. Tranzit ölkəsi olaraq və iqtisadi əhəmiyyətin 

əsas faktorlarından olan bu məqam xüsusilə Azərbaycan üçün vacib amildir. 

Əsaslı  olaraq,  Hindistan  və  Cənubi-Şərqi  Asiya  ölkələrindən  gələn  yüklərin  İranın 

Bəndər-Abbas  limanından  Transxəzər  marşrutu  ilə  Bakıya  çatdırılması  iqtisadi 

baxımından çox böyük əhəmiyyətə malikdir. Hesablamalara görə, bu marşrut üzrə ilə 

10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən ildə 250-300 

milyon  dollar  iqtisadi  mənfəət  əldə  edə  bilər.Bunun  ücün  Azərbaycanın  hərtərəfli 

perspektivləri  vardır.Dəhlizin  Qərb  marşrutu  ilə  Cənubi-Şərqi  Asiyadan  Avropaya 

yüklərin  daşınmasının  10-15  faiz  ucuz  başa  gələcəyi  və  yüklərin  Süveyş  kanalı 

vasitəsilə  daşınmasından  800  kilometr  daha  az  məsafə  qət  ediləcəyi  gözlənilir. 

Bundan  başqa,  araşdırmalar  göstərir  ki,  daşıma  müddəti  20  gün  azalacaq  və  bu  da 

yüklərin daha etibarlı yolla mənzilbaşına çatdırılacağına şərait yaradılmasına təminat 

verəcəkdir. Bu cəhətdən  Azərbaycan üçün ―Şimal-Cənub‖ nəqliyyat dəhlizinin Qərb 

marşrutunun fəaliyyət göstərməsi daha böyük strateji əhəmiyyət kəsb edir. Analitiklər 

əminliklə  qeyd  edirlər  ki,  ―Şimal-Cənub‖  nəqliyyat  dəhlizinin  Qərb  marşrutunun 

açılması  Azərbaycanın  Avrasiyanın  əsas  tranzit-logistika  mərkəzinə  çevrilməsi 




80 

 

strategiyasının gerçəkləşməsi istiqamətində çox böyük addım olacaq.Bu da layihədə 



Azərbaycanın  fəaliyyətinin  genisləndirilməsinin  iqtisadi  mənfəətinin  artərilmasina 

sözsüz əminlik yaradır. 

Hal hazırda Xəzər dənizində Rusiya-İran, Azərbaycan-Türkmənistan-Qazaxıstan bərə 

xətlərinin fəaliyyət göstərməsi, burada zəruri infrastruktura malik dəniz limanlarının 

və  dəmiryollarının  mövcud  olması  ―Şimal-Cənub‖  dəhlizi  layihəsinin  həyata 

keçirilməsini asanlaşdıran  əsas Faktorlardan biridir. Belə desək,istər Cənubi Qafqaz, 

istərsə də Mərkəzi Asiya ölkələrinin zəngin təbii ehtiyatlara resurslara və geniş satış 

bazarlarına  malik  olmaları  isə  ―Şimal-Cənub‖  dəhlizinin  təkcə  iqtisadi  mənfəətini 

deyil,  eləcə  də  siyasi  əhəmiyyətini  artırır.  Qloballaşma  dönəmində    meydana  gələn, 

həm  iqtisadi,  həm  də  siyasi  cəhətdən  olduqca  əhəmiyyətli  olan  bu  layihənin 

reallaşması  Azərbaycanın  iqtisadi  tranzit  potensialını  daha  da  artırmaqla  yanaşı, 

Cənubi  Qafqaz  regionu  da  daxil  olmaqla,  Avrasiya  materikində  iqtisadi  əlaqələrin 

daha  da  intensivləşməsinə  və  inetqrasiya  proseslərinin  qarşılıqlı  artmasına  gətirib 

çıxaracqdır. Azərbaycanın bu layihədə iştirakının ölkəmiz üçün əhəmiyyətli olduğu, 

respublikamızın  əlverişli  coğrafi  mövqeyini  əks  etdirən  və    tranzit    potensiallı  ölkə 

kimi  imkanlarını    nəzərdə  tutaraq,  mövcud  nəqliyyat  infrastrukturunun  bərpası  və 

inkişaf etdirilməsi işlərinə önəmli təkan verəcəkdir. Dünya təcrübəsinə nəzər salsaq 

tranzit  potensialı  yalnız  iqtisadi  deyil,  həm  də  dövlətin  beynəlxalq  aləmdə  yerini 

müəyyənləsdirən  siyasi  amil  kimi  də  qiymətləndirilir.  Eyni  zamanda,  keyfiyyətli 

tranzit  xidmətləri  dövlət  büdcəsinin  formalasmasında  da  mühüm  rol  oynayan 

amillərindən  sayılır.Aparilan  arasdırmalar  göstərir  ki, dünyanın  Avstriya,  Almaniya, 

Səudiyyə  Ərəbistanı,  Baltikyanı  dövlətlər  və  s.  kimi  bir  sıra  ölkələr  öz  əlverisli 

cografi  mövqelərindən  istifadə  edərək  tranziti  milli  büdcələrinin  əsas  əhəmiyyətli 

gəlir mənbəyinə çevirə bilmişdilər. Ümumiyyətlə, tranzit potensialına malik olmaq və 

bu  potensialdan  yararlanmaq  istəyi  müasir  dünyada,  demək  olar  ki,  dinamik  inkisaf 

edən  hər  bir  dövlətin  strateji  məqsədlərinə  aiddir.  Ona  görə  ki,  tranzit  əməliyyatları 

valyuta gəlirlərinin artması ilə yanası, asagıda göstərilən digər müsbət nəticələrin də 

əldə  edilməsinə  sərait  yaradır  və  asagida  göstərilən  bu  amillər    ‖Şimal-Cənub‖ 




Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə