Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

63 

 

mövqeyi  ilə  seçilən  respublikamzın  bu  yolun  ən  məhsuldar  hissəsinə  çevrilməsi 



imkanları  daha  şanslı  görünür.  Burada  təkcə  təbii  amillər  deyil,  həm  də  texniki 

imkanlar,  formalaşan  çoxşaxəli,  ənənəvi  nəqliyyat  infrastrukturu  öz  əhəmiyyətini 

nümayiş etdirir. Məhz buna görə də səylərimizi neft strategiyasının gerçəkləşməsinə 

səfərbər etdiyimiz indiki məqamda, eyni ehtirasla da gücümüzü bu mühüm nəqliyyat 

prospektindən  səmərəli  istifadəyə  yönəltməliyik.  Zənnimizcə,  Avropa  İttifaqının 

TRASEKA  layihəsi  müvafiq  investision  prosesdə  aparıcı  mövqedə  durmasına 

baxmayaraq  nəqliyyat  dəhlizindən  rasional  istifadədə  Azərbaycan  özünün  fərdi 

proqramı  ilə  çıxış  etməlidir.  Nəqliyyat  potensialının,  onun  perspektiv  imkanlarının 

geniş  tətbiqinə  əsaslanan  proqram  özəyini  daha  çox  daxili  resurslar,təkrar  istehsal 

kapitalından  qanaqlandırmalı  və  müvafiq  məqsədləri  ifadə  edəcək  mərkəzi  fonddan 

koordinasiyaolunmalıdır.Dinamizmlə  xarakterizə  olunan  dünya  nəqliyyat  sferasının 

ayrı-ayrı  sahələrində  struktur  dəyişilikləri  baş  verir.  Son  onilliklərdə  dəmir  yolu 

şəbəkəsində  sabitləşmə  prosesi,  avtonəqliyyatda  isə  yüksəlmiş  müşahidə  edilir. 

Gəndərişlərdə  differensasiya  artıq,  daha  çox  kiçik  partiyalarla  daşınmalara  meyl 

olunur.  Bu  meyil  yeni  az  enerjitutumlu  avtomaşınlarının  istehsalında,  bərk  örtüklü 

yolların  inşasında  daha  çox  əksini  tapır.  İnnovasion-texniki  amillər,  elmi-texniki 

tərəqqi inkişafa təsir edir, nəqliyyat dünya təsərrüfatında yeni təsisatlara uyğunlaşır. 

İnformatika,  rabitə,  telekommunikasiyanın  sürətli  inkişafı  işgüzar  və  məişət 

səfərlərinə  tələbi  azaldır.  Lakin  turizmdə  isə  əks  proseslər  gedir  ki,  bu  da  daha 

təhlükəsiz,  rahat,  ekoloji  təminatlı  yolların  tikintisini  gücləndirir.  Bu  əsnada  nəzərə 

almalıyıq  ki,  bərpası  reallaşan  Böyük  İpək  Yolu  təkcə  bir  hərəkət  trayektoriyası 

olmaqla  yanaşı,  həm  də  bəşəri  tələblərə  cavab  verməli,  xidmətin  yüksəkliyi  ilə 

seçilməlidir.  Burada  isə  əsas  iştirakçılar  yol  boyunca  yeniləşən  məntəqələr,  ərazi 

vahidləri  olacaqdır.  Ona  görə  də  müvafiq  ərazilərdə  məskun  əhalinin  yoldan 

faydalanmaq  imkanları  daha  çox  stimullaşdırılmalıdır.  Servis  təminatçısı  olmaqla 

yanaşı  tarif  strategiyasında  da  regional  subyektlər  müvafiq  pay  iştirakçısına 

çevrilməlidirlər.  Azərbaycanın  turizm  potensialı  bu  aspektdə  sərnişin  daşınmaya 

geniş  imkanlar  açır.  Dünya  əmtəə  bazarında  daşınmalara  olan  tələbin 




64 

 

genişləndirilməsi nəqliyyatda istehsak güclərinin sürətli yüksəlişində əks olunur. Bu 



inkişaf  həm  də  resursların  manevr  azadlığının  artımına  yönəlir.  Genişfyuzelyajlı 

təyyarələrin,  aerobus  və  laynerlərin  istismara  verilməsi  güzəştli,  azkomfortlu  çarter 

reyslərini  artıraraq  əhalinin  orta  təbəqədən  olan  hissəsinin  də  turist  səyahətlərindən 

istifadədə  yeni  imkanlar  yaratmışdır.  Böyük  yüktutumlu  və  azsürətli  təyyarələrin 

istismarında  isə  müvafiq  inkişaf  daşınma  xərclərinə  təsir  edərək  məhsulun  maya 

dəyərini  2  dəfə  azaltmışdır.  Beləliklə,  sərnişin  hava  yolu  dəmir  yolunu  ötüb 

keçmişdir. Bu perpsektivdən bizim faydalanmaq imkanlarımız da yetərli sayıla bilər. 

Azərbaycanın  hava  nəqliyyatında  indiki  məqamda  inkişaf  templəri  səngisə  də,  bu 

sahədə  yaxın  illərdə  yüksəlişin  olacağı  şəksizdir.  Böyük  işlərin  təməli  elə  indidən 

qoyula  bilər.  Respublikanın  hava  nəqliyyatında  yeni,  daha  mobil  infrastrukturun 

ərsəyə gətirilməsi Böyük İpək Yolunun əsas məntəqələrindən biri kimi Şərqin qapısı 

sayılan  Bakını  körpü  şəhərinə,  dünyəvi  iri  nəqliyyat  qovşağına,  xüsusi-nəqliyyat-

bölüşdürüsü  mərkəzə  çevirə  bilər.  Dəniz  nəqliyyatı  ilə  dəmir  yolunu  kombinasiya 

edən  Xəzərin  ən  böyük  liman  şəhəri  Bakı  bu  aspektdə  həm  də  bütün  nəqliyyat 

sistemini özündə birləşdirən effektli məkan-fider şəbəkəsində ehtiva olunur. Çoxsaylı 

nəqliyyat,  ekspedesiya-bölüşdürücü  müəssisələrin  təşkili,  servis  və  texniki xidmətin 

yaxşılaşdırılması  nəzərdə  tutulan  işlərin  uğurlu  həllinə  yeni  impuls  verər. 

Transqafqaz  dəhlizinin  mühüm  hissəsi  olan  respublikamız  yalnız  hava,  su,  quru, 

dəmir  yolu,  rabitə  və  elektrik  enerjisi  kommunikasiyalarının  məkanı  deyildir. 

Azərbaycanın neft-qaz nəqletmə şəbəkəsinin potensial imkanları dünya standartlarına 

müvafiqdir. Bakı-Ceyhan neft, Xəzəraşırı qaz kəmərlərinin reallaşan inşası bu sahədə 

göstəriciləri  daha  da  cəlbedici  edəcək,  Şimala,  Qərbə  uzanan  neft-qaz  nəqliyyat 

kəməri  Şərqə,  ehtimal  ki,  yaxın  məqamlarda  neftin  timsalında  Cənuba  da  istiqamət 

alacaqdır.  Böyük  İpək  Yolunun  bərpası  şübhəsiz  ki,  neft  biznesinin  inkişafında  da 

əhəmiyyətinin nümayiş etdirəcək, öz sanbalını biruzə verəcəkdir. Beynəlxalq bazara 

daha  əlverişli  çıxışı  təmin  edən  bu  yolda  neft-qaz  birjasının  yaradılması  yeni  gəlir 

mənbəyi ola bilər.  



65 

 

Daha  çox  rəqabət  üstünlüyünə  rəğmən  etibarlı  maye,  quru,  konteyner,  rezervasiya 



obyektlərinin  və  terminalların  inşa  edilməsi  görüləcək  böyük  işlərin  tərkib  hissəsi 

kimigündəməgəlir. 

Nəqliyyat əməyin çoğrafi bölgüsünün ünsürü olmaqla, həm də inteqrasiya amili kimi 

qloballaşdırma  regionalaşdırmanı  qaynaqladıran,  transmilli  korposiyaların  nüfuz 

sahəsini  artıran  mühüm  vasitədir.  Bu  kontekstdə  Böyük  İpək  Yolunun  bərpası 

mühüm  sosial  nəticələrə,  məşğulluq  probleminin  həllinə,  investisiya  axınının 

sürətlənməsinə  yardımçı  olacaq,  eyni  zamanda  respublikaya  siyasi-iqtisadi  təsirlərə 

mülayimlik  gətirəcək,  gizli  blokada  və  embarqoları  təcrid  edəcəkdir.  Azərbaycanın 

sosial-iqtisadi  həyatına  yeni  reallıqlara  rəvac  verən  bu  nəqliyyat  dəhlizi  yol  kənarı 

ticarətin inkişafına, yeni istehsal və xidmət sahələrinin yaranışına da təkan olacaqdır. 

Bu təmasda daha çox fərqlənmək üstün milli mədəni gerçəklikləri nümayiş etdirmək, 

əznəbi yolçunun zövqünü ekzotik görünən sənət nümunələrinə, Azərbaycan təbiətinin 

bəxş etdiyi nemətlərə cəzb etmək imkanlarından da istifadə olunması strateji planda 

durmalıdır. 

Erkən  sivilizasiya  dövründən  min  illər  mövcud  olmuş  qədim  İpək  Yolu  öz  xətti 

boyunca  düzlənən  məmləkətləri,  mədəniyyətləri  birləşdirmişdir.  Bu  yol  həm  də 

möhtəşəm  dövlətlərin,  qüdrətli  sərkərdələrin  -  İsgəndər  şahın,  Çingiz  xanın, 

Teymurləngin  siyasi-iqtisadi  maraqlarının,  ehtiraslarının  toqquşduğu,  böyük 

orduların  keçdiyi  ərazi  olmuşdur.  İpəyin,  sənətkarlıq  əşyalarının  ticarət  məkanı 

XVəsrdə  yeni  dəniz yollarının kəşfi  ilə  əzəli  əhəmiyyətini  itirsə  də,  5  əsr  ötdükdən 

sonra güclənən inteqrasion proseslər 1993-cü ildə Brüssel konfrasında bu tarixi yolun 

bərpasına yeni nəfəs gətirmişdir. Böyük İpək Yolunun mərkəzi qərargah şəhəri kimi 

Bakının seçilməsi isə Azərbaycanı daha uğurlu müstəviyə qovuşdurmuşdur.

14

 



Ümumiyyətlə,İpək  yolunun  Azərbaycan  Respublikasi  ücün  əhəmiyyəti  asagidaki 

kimidir. 

                                                           

14

 



Böyük  İpək  Yolu  və  sosial-iqtisadi  yüksəlişin  stimullaşdırılması  aspektləri

Müasir  mərhələdə 

Azərbaycanın sosial-iqtisadi inkişafının əsas meyilləri. Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutu. 

/məqalələr toplusu/ VI cild. Bakı. Elm. 2000. 0,2 ç.v. 

 



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə