Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

53 

 

- Azərbaycan Respublikasının qanunları (qanunvericilik aktları); 



- qanunqüvvəli aktlar. 

Dəniz limanında nəzarət funksiyasını dəniz limanı kapitanı həyata keçirir. O, 

limanda mühafizə qaydalarına və hərəkətin təhlükəsizliyinə aid məcburi göstərislər 

vermək hüququna malikdir. Müəyyən əsaslar olduqda, dəniz limanı kapitanı gəmini 

yoxlaya bilər. 

Aeroportlar,  prinsip  etibarı  ilə,  dəniz  limanları  kimi  eyni  vəzifələri  yerinəyetirirlər. 

Amma  onların  yerinə  yetirdikləri  kommersiya  əməliyyatlarının  dairəsi  nisbətən 

məhduddur.  Aeroportlar  limanlardan  fərqli  olaraq  dasıma  fəaliyyəti  ilə  məsgul 

olmurlar. Onların bəziləri müstəqil kommersiya təskilatı hesab olunur.Respublikanın 

əlverisli cografi məkanda yerləsməsi basqa nəqliyyat sahələrikimi hava nəqliyyatının 

inkisafına da təsir göstərmisdir. Azərbaycan ərazisində ilktəyyarə 1918–ci ildə uçus 

etməklə 


hərbi 

xarakter  dasımısdır.  Respublik―Zaqafqaziya‖  aksionerinin 

yaranmasından sonra hava nəqliyyatının inkisaf dövrü baslanmıs və birinci dəfə poçt 

və  sərnisin  dasınması  Bakı–Tiblisi  arasında  8  yanvar  1924–cü  ildə  həyata 

keçirilmisdir.  1931–ci  ildə  Bakıda  ilk  yeni  hava  limanının  tikintisinə  baslandı  və 

1933–cü  ildə  Yevlaxda  2–ci  hərbi  xarakter  dasıyan  hava  limanının  tikintisi  basa 

çatdırıldı.  

Beləliklə, Azərbaycan səraitində hava nəqliyyatı ilə sərnisin və xalq təsərrüfatı 

yüklərinin dasınması 3 istiqamətdə inkisaf etmisdir. 

1) Respublikanın daxili iqtisadi rayonları ilə; 

2) MDB üzvü olan respublikaların səhər və rayonları ilə; 

3) Beynəlxalq və yaxud xarici ölkələrlə olan əlaqələri; 

 

Azərbaycan  Respublikası  üçün  nəqliyyat,  o  cümlədən  də  aviasiya  nəqliyyatı 



sahəsində ayrı-ayrı dövlətlərlə və ya beynəlxalq təskilatlarla daha sıx əməkdaslıq həm 

nəqliyyat  bazarlarının  açılması,  həm  də  müasir  dövlətlərin  bazar  iqtisadiyyatı 

prinsiplərinin inkisafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Regionlar səviyyəsində 

bu məsələlər son illərdə keçirilimis ayrı−ayrı beynəlxalq nəqliyyat konfranslarında, 




54 

 

məsələn: Nəqliyyata dair ümumavropa konfransının (Krit, mart 1994–cü il; Helsinki, 



iyun 1997–ci il), BMT Avropa əqtisadi Komissiyası (AəK) nəqliyyat və ətraf mühitə 

dair  konfransının  (Vyana,  noyabr  1997–ci  il)  Bəyannamələrində;  ənfrastruktur 

məsələləri üzrə nazirlər səviyyəsində konfransın (Nyu–Dehli, oktyabr 1996–cı il) və 

1997–2006-cı illər üçün Asiya–Sakit okean regionunda infrastrukturun inkisafı üzrə 

hərəkətlər planı haqqında Dehli konfransının, ―Avropa–Qafqaz–Asiya‖ dəhlizinin 

inkisafı üzrə beynəlxalq nəqliyyat haqqında sazisin imzalanması ilə basa çatan tarixi 

əpək yolunun bərpası üzrə Bakı Beynəlxalq konfransının (sentyabr, 1998–ci il) 

qərarlarında; ―Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizi‖nin yaranması üçün təsis 

olunmus və qəbul olunmus müxtəlif beynəlxalq-hüquqi sənədlərdə öz əksini tapmıs 

və təsbit edilmisdir. 

 

  2015-ci  il  ərzində 524,4  km uzunluğunda  ümumi  istifadədə  olan   yeni  avtomobil 



yolları  tikilmiş,  yenidən  qurulmuş,  təmir  olunmuş,12  ədəd  yeni avtomobil  körpüsü 

tikilmiş, 2  ədədi  təmir  edilmiş,  2  ədəd  tunel   və 7  ədəd  piyada  keçidi istismara 

verilmişdir.

 

O  cümlədən,  regionlar  üzrə  ümumi  istifadədə olan 213,3 km respublika 



əhəmiyyətli, 167,5 km yerli  əhəmiyyətli  olmaqla 380,8 kmuzunluğunda  avtomobil 

yolu  tikilmiş,   yenidən  qurulmuş,  təmir  olunmuşdur.  Ümumi  istifadədə  olan 

avtomobil  yollarında  12 ədəd körpü  tikilmiş, 2 ədədi təmir  edilmişdir. Bakı  şəhəri 

üzrə isə  144,1  km uzunluğunda  avtomobil  yolu,  prospekt  və küçə  tikilmiş,  yenidən 

qurulmuş,təmir olunmuş , 3 ədəd yol ötürücüsü ,  2 ədəd tunel , 9 ədəd piyada keçidi 

istismara verilmişdir.

 

Bu dövr ərzində ümumilikdə 702,1 min ton asfalt-beton istehsal 



edilmiş, 38,6 min ton bitum və 2 508 ton mazut istifadə edilmişdir

 

Hazırda  Azərbaycan  Respublikasında  dəmir  yollarının  uzunluğu  2944,  km.  istismar 



uzunluğu  isə  2122  km  təşkil  edir.  Dəmir  yolu  xəttinin  daha  intensiv  sahələri,  yəni 

1277,1 km-i  elektrikləşdirilmişdir ki, bu  da  ümumi  uzunluğunun  60%-nı  təşkil  edir. 

Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) tərkibində Daşıma Prosesləri İdarəetmə 

Birliyi,  Sərnişin  Daşıma  İstehsalat  Birliyi,  ―Lokomotiv  İstehsalat‖  Birliyi,  ―Vaqon 

Servis‖  İstehsalat  Birliyi,  Yol  istehsalat birliyi,  Elektrik  Təçhizatı  İstehsalat  Birliyi, 



55 

 

İşarəvermə  və  Rabitə  İstehsalat  Birliyi,  Hərbiləşdirilmiş  Mühafizə  Təsərrüfatı, 



Naxçıvan hissəsi və s. müəssisəsələr fəaliyyət göstərir.  

Boru-kəmər nəqliyyati-Neft və təbii qazla əlaqədar olaraq Azərbaycanda boru kəməri 

nəqliyyatı  xeyli  inkişaf  etmişdir.Neftin  istər  respublika  daxilində,  istərsə  də  xaricə 

səmərəli  yollarla  daşınması  boru  kəməri  nəqliyyatının  bütün  illərdə  inkişaf 

etdirilməsini tələb edir. Respublikada neftin hasilatı ilə əlaqədar olaraq ilk dəfə neft 

kəməri Abşeron rayonu ərazisində formalaşmışdır. Neft kəmərinin ümumi uzunluğu 

1500 km-dən çoxdur. Neft boru kəmərinin 80 %-i Abşeron iqtisadi rayonu ərazisində 

cəmlənmişdir. 

Azərbaycan  Respublikasının  Nəqliyyat  Nazirliyinin  2015-ci  ilin  nəqliyyat 

kompleksinin  statistik  göstəricilərinə  nəzər  saldıqda  deyə  bilərik  ki,  nəqliyyat 

sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 222.4 milyon ton və ya 

0.2  faiz  çox  yük  daşınmışdır.  Nəqliyyat  vasitələri  ilə  daşınmış  yüklərin  61.9  faizi 

avtomobil,  27.4  faizi  boru  kəməri,  7.7  faizi  dəmir  yolu,  3.0  faizi  dəniz  nəqliyyatı 

vasitəsilə  həyata  keçirilmişdir.  Qeyri-neft  yüklərinin  həcmi  1.6  faiz  artaraq  161.6 

milyon tona çatmışdır. 

Ötən ildə qeyri-dövlət sektorunda yük daşınması 5.3 faiz artmış, bu sektora məxsus 

nəqliyyat  vasitələri  ilə  yük  daşınmasının  payı  daşımaların  ümumi  həcmində  80.3 

faiz təşkil etmişdir. 

Nəqliyyatçılar 1891.9 milyon sərnişinə və ya 2014-cü illə müqayisədə 3.5 faiz çox 

sərnişinə  xidmət  göstərmişlər.  Sərnişinlərin  88.1  faizi  avtomobil,  11.7  faizi  metro 

nəqliyyatının xidmətlərindən istifadə etmişdir. 



Dəmir  yolu  nəqliyyatı  ilə  yük  daşınması  2015-ci  ildə  17.1  milyon  ton  yük,  1.9 

milyon sərnişin daşınmış, 2014-cü illə müqayisədə müvafiq olaraq 21.6 faiz və 25.1 

faiz  azalma  müşahidə    olunmuşdur.  İl  ərzində  orta  hesabla  sutkada  374  vaqon 

yüklənmiş, 466 vaqon boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti 

üzrə 15.3 min ton, Qərb istiqaməti üzrə 4.2 min ton və Cənub istiqamətləri üzrə 1.8 

min ton yüklənmə işi yerinə yetirilmişdir. 



Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 6.6 milyon ton təşkil etmiş, əvvəlki 


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə