Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

66 

 

1.Bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi; 



2.Nəqliyyat  əlaqələrinin  inkişaf  etdirilməsi,  yük  və  sərnişinlərin  beynəlxalq 

daşınmasının həyata keçirilməsi; 

3.Tranzit daşımaları üçün əlverişli şəraitin yaradılması; 

4.Yükdaşıma müddətinin qısaldılması; 

5.Nəqliyyat sahəsində müvafiq siyasətin hazırlanması; 

6.Daşıma tarifləri və güzəştlərin müəyyən edilməsi

7.Müxtəlif nəqliyyat növləri arasında əlaqələrin tənzimlənməsi; 

8.Yük  və  sərnişin  daşımaları  üzrə  beynəlxalq  və  daxili  tariflər  sahəsində 

uyğunlaşdırılmış siyasətin aparılması; 

9.Çoxmodallı(birləşmiş) daşımaların  təşkil  olunması  üzrə  uyğunlaşdırılmış fəaliyyət 

proqramının işlənib hazırlanması.

15

 

Bakı-Tbilisi-Qars  dəmir  yolu  xətti  Avropa  ilə  Asiya  arasında  daşınmalarda  yekun 

bənd kimi çıxış edir. Bu layıhənin tarixi İpək yolu üzərində qurulması region ölkələri 

üçün  onun  cəlbediciliyini  artırır.  Belə  ki,  əlverişli  multimodal  infrastruktura  malik 

TRASEKA məkanı çərçivəsində üzv ölkələrinin artıq baş vermiş təcrübəyə əsasən bu 

istiqamətdə mənfəətlərinin artırılması ilə bağlı xüsusi tariflər qəbul etməsi sahəsində 

asan  razılaşmaları  ola  bilir.  Asiyada  yüklərin  əsas  yaranış  ölkəsi  Çinin  də  bu 

layihənin gerçəkləşməsinə marağı yüksəkdir. Bu məkanda Əfqanıstanın da imkanları 

unudulmamalıdır. Yaxın illərdə NATO buradan 130 min TEU-konteyner və 60 min 

ədəd  nəqliyyat  vasitəsini  çıxarmağı  planlaşdırır  ki,  bu  istiqamətdə  də  TRASEKA 

nəqliyyat  dəhlizinın  əlverişliliyi  baxımından  alternativi  yoxdur.  Eyni  zamanda 

Amerika  geoloqlarının  Əfqanıstanda  ehtimal  olunan  faydalı  qazıntılar  barədə 

                                                           

15

 



Iqtisadiyyat.com

 



67 

 

fikirlərinə də diqqət yetirilməlidir. Belə ki, bir neçə il öncə onlar tərəfindən bu ölkədə 



nəhəng həcmdə, ümumi dəyəri bir trilyon dollara bərabər dəmir, qızıl, mis, kobalt və 

molibden  ehtiyatları  aşkarlanmışdır.  Bu  amili  belə  istisna  etdikdə,  dəhlizin  Bakı-

Tbilisi-Qars  dəmir  yolu  xəttinin  inşası  ilə  bağlı  effektivliyi  yenə  də  qiymətli  qalır. 

Statistika göstərir ki, hazırda dəmir yolu ilə daşınan yüklər ümumilikdə TRASEKA 

dəhlizilə daşınan yüklərin 55%-ni təşkil edir. 

Bakı-Tbilisi-Qars  dəmir  yolu  xətti  Trans-Avropa  və  Trans-Asiya  dəmir  yolu 

şəbəkələrinin  birləşməsində  çatışmayan  bağlantı  olaraq  102,3  km-i  əhatə  edir.  Bu 

xəttin 26,3 km-i Gürcüstanın, 76 km-i Türkiyə ərazisinin payına düşür. Bununla belə, 

layihənin  reallaşması  üçün  Gürcüstan  ərazisində  Marabda-Axalkalaki  stansiyaları 

arası  154  km  yolda  reabilitasiya,  tikinti-rekonstruksiya  işləri  aparılmalıdır.  Bu 

layıhəyə  həmçinin  Gürcüstanın  Axalkalaki  stansiyasında  vağzal  və  təkər 

arabacıqlarının dəyişdirilməsi kompleksinin tikintisi də daxildir. Eyni zamanda layihə 

çərçivəsində  çoxsaylı  stansiya,  körpü  və  yol  ötürücülərinin,  Türkiyə-Gürcüstan 

sərhəddində  4350  m  uzunluğunda  tunelin  tikilməsi  də  nəzərdə  tutulub.  Qeyd 

olunmalıdır  ki,  yeni  dəmir  yolu  xəttinin  Qars-Axalkalaki  hissəsinin  inşası  və 

Axalkalaki-Marabda hissəsinin reabilitasiya-rekonstruksiyası Beynəlxalq Dəmir Yolu 

İttifaqının  (UIC)  standartlarına  uyğun  həyata  keçiriləcəkdir.  Layihənin  maliyyə 

tutumu  1,1$  trilyondan  artıqdır.  Onun  775$  milyonu  Azərbaycan  tərəfinin 

sərmayələri ilə Gürcüstanın, 345$ milyonu isə Türkiyənin payına düşür . 

Bakı-Tbilisi-Qars  dəmir  yolu  xətti  marşrutunun  ümumi  uzunluğu  825,0  km  təşkil 

edir.  Burada  503  km  Azərbaycanın,  244,5  km  Gürcüstanın  və  77,5  km  Türkiyənin 

payına  düşür.  Dəmir  yolu  xətti  tam  istismara  verildikdən  sonra  burada  maksimal 

sürətin 120 km/s olacağı gözlənilir. Marşrut üzrə dəmir yolunda magistral rabitə xətti 

optik-lifli  qurulacaq,  dartmanın  növü  (elektrovozların  qəbul  etdiyi  gərginliyin  növü

isə dəyişən elektrik cərəyanı ilə təmin olunacaqdır. 

Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaqdır. 

Bakı-Tbilisi-Qars  dəmir  yolu  xətti  istismara  veriləndən  sonra  ilkin  dövrdə  bu  xətt 

vasitəsilə  ildə  1  milyon  sərnişin  və  6,5  milyon  ton  yük,  2034-cü  ildə  isə  3  milyon 




68 

 

sərnişin və 17 milyon ton yük daşınacağı ehtimal olunur. Yük daşımaları həcmi 3-cü 



istismar  ilində  3-5  milyon  ton,  5-ci  istismar  ilində  6-8  milyon  ton,  10-cu  istismar 

ilində isə 10 milyon ton və çox proqnozlaşdırılır. 

Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50$ milyon təşkil edəcəkdir. 

Bu isə ―Azərbaycan Dəmir Yolları‖ QSC-nin lokomotiv və vaqon parkının adekvat 

olaraq  yeniləşməsini  şərtləndirir.  Hesablamalara  görə  daşımalar  ildə  5  milyon  ton 

olduqda, Bakı-Böyük Kəsik yol mənzilində tələb olunan lokomotivlərin orta sayı 70 

ədəd  olmalı  və  əlavə  50  yeni  lokomotiv  alınmalıdır.Həmin  yol  mənzilində  tələb 

olunan  yük  vaqonlarının  orta  sayı  1500  ədəd  olmalı,  əlavə  olaraq  30  ədəd  şərnişin 

vaqonu alınmalıdır. 

Layihənin  həyata  keçirilməsi  iqtisadi  səmərəlilik,  alternativ  marşrut  və  dövriyyənin 

qısaldılması,  sürət  və  vaxt  tezliyi,  etibarlılıq  və  təhlükəsizlik  baxımından  böyük 

əhəmiyyət  kəsb  edəcəkdir.  Gələcəkdə  Avropa  və  Asiya  ölkələrinə  məxsus  yüklərin 

bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə konteyner və intermodal (bir neçə 

nəqliyyat növündən istifadə etmə ilə yük daşıma) daşımalarının həcmini artıracaqdır. 

Aşağıdakı  cədvəldə  Bakı-Tbilisi-Qars  yeni  dəmir  yolu  layihəsi  üzrə  əsas  texniki-

iqtisadi parametrlər əksini tapmışdır: 

Cədvəl 3.1 

  

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə göstəricilər 

  

  Göstəricilər 

Parametrlər 



BTQ marşrutunun uzunluğu 

825,0 km 

1.1  Azərbaycan 

503 km 


1.2  Gürcüstan 

244,5 km 



1.3  Türkiyə 

77,5 km 




BTQ 

layihəsinin 

texniki 

parametrləri: 

  

2.1  Marabda-Axalkalaki 

(reabilitasiya, 153,0 km 




Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə