Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

37 

 

Qeyri  müntəzəm  (  çarter)  reyslərində  hava  daşımaları  haqda  müqavilənin 



hüquqi əsası – ―Beynəlxalq hava daşımalarına aid bəzi qaydaların unifikasiyası üzrə 

Qvadalaxara Konvensiyası‖dır. 

Ölkələr arasında beynəlxalq yük daşımalarının birbaşa tənzimlənməsi yüklərin 

beynəlxalq  hava  daşımalarının  tənzimlənməsi  üzrə  hökumətlərarası  ikitərəfli 

müqavilələr əsasında həyata keçirilir. 

Bu müqavilələr arasnda :  

 



hava nəqliyyatı üzrə hökumətlərarası sazişlər, 

 



razılaşdırılmış  hava  xətlərinin  istismarı  ilə  məşğul  olan  aviaşirkətlər 

arasında sazişlər,  

 

kommersiya sazişləri   xüsusi yer tutur. 



Beynəlxalq  hava  xətlərində  müntəzəm  reyslər  yalnız  hava  nəqliyyatı  haqda 

hökumətlərarası sazişlər əsasında həyata keçirilir. 

Çarter  reysləri  isə  ,  hər  bir  konkret  halda  hökumət  orqanlarının  diplomatik 

kanallarla , yaxud dispetçer kanalları ilə alınan xüsusi icazəsi əsasında yerinə yetirilir. 

İstənilən hökumətlərarası sazişin əsas məzmununu saziş bağlayan ölkələrin bir-

birinə verdiyi hüquqlar təşkil edir.Bu , ilk növbədə . sazişlə müəyyən olunan və qarşı 

tərəfin aviaşirkətinə verilən müəyyən hava xəttində uçuş hüququ, bu xətlə daşımaları 

həyata keçirmə hüququdur. 

Danışılmış  xətlərin  istismarı  üzrə  aviaşirkətlər  arasında  bağlanan  sazişlərin 

əsas  növləri  –  qarşılıqlı  xidmətlərin  göstərilməsi  haqda  sazişlər,  baş  agent  haqda 

sazişlər və digər sazişlərdir. 

Bu  sazişlərdə  təqdim  olunmuş  hüquqlrdan  istifaddə,  daşımaların 

həcmi,uçuşların  qrafiki,tariflər,texniki  və  kommersiya  xidmətlərinin  göstərilməsi 

məntəqələri,hesablaşmalar və s. kimi məsələlərin geniş dairəsi müəyyən olunur. 




38 

 

Kommersiya  sazişlərində  aviaşirkətlər  və  onların  agentləri  arasında 



aviadaşımaların həyata keçirilməsi üzrə iqtisadi münasibətlər tənzimlənir.Bu saizşlərə 

kommersiya  əməkdaşlığı,  aviadaşımaların  rəsmiləşdirilməsi,yük  haqda  sazişlər 

aiddir. 

Hava  nəqliyyatının  inzibati  problemləri  ―Beynəlxalq  Mülki  Aviasiya    haqda 



Çikaqi  Konvensiyası‖  ilə  reqlamentləşdirilir.Bu  konvensiyanın  müddəalarının 

rellaşmasına BMAT (İCAO) nəzarət edir. 

 Konvensiya 7 dekabr 1944-cü ildə Çikaqoda 52 ölkə tərəfindən imzalanıb və 5 

mart  1947  –ci  ildə  qüvvəyə  minib.  Konvensiya  ilə  beynəlxalq  aviasiyanın 

fəaliyyətinin aşağıdakı qaydaları müəyyən olunub: 

- üzv ölkələrin   ərazisi üzərindən uçuş qaydaları, 

- hava gəmilərinin milli mənsubiyyəti prinsipi, 

- beynəlxalq uçuşların asanlaşdırılması, 

- beynəlxalq standartlar və tövsiyyə olunan praktika. 

Konvensiayada həmçinin BMAT-nın (İCAO) təsis olunması haqda maddə əks 

olunub. 

Konvensiyaya  görə  üzv  ölkələr  hava  gəmiləri,  personal,  hava  xətləri  və 

yardımçı  xidmətlərə  aid  standart,  qayda,  prinsiplər  və  təşkilatların  mümkün  qədər 

yaxınlaşdırılmasını təmin etmək üçün əməkdaşlıq etməyi öhdələrinə götürürlər. 

Təhlükəsiz,  müntəzəm  və  qənaətli  hava  nəqliyyatının  inkişafına  yardım 

göstərmək,aviamüəssisələrin  kommersiya  fəaliyyətini  həvəsləndirmək,onların 

fəaliyyətinin  iqtisadi  nəticələrini  yaxşılaşdırmaq  və  bununla  əlaqədar  problemləri 

öyrənmək məqsədi ilə 1945 –ci ildə beynəlxalq qeyri – hökumət təşkilatı- Beynəlxalq 

hava nəqliyyatı Assosasiyası yaradılmışdır.Qeyri hökumət təşkilatı olaraq İATA əsas 

etibarı  ilə  avaşirkətlərin  fəaliyyətinin  kommersiya  məsələləri  ilə  məşğul  olur.İATA 




39 

 

sərnişin,  baqaj  və  yüklərin  avadşınması  üzrə  tariflərin  səviyyəsi,quruluşu  və  tətbiqi 



qaydaları haqda tövsiyyələr hazırlayır , aviadaşımaların vahid qaydaların təsdiq edir.  

Yüklərin  hava  nəqliyyatı  vasitəsi  ilə  daşınması  zamanı  istifadə  olunan  əsas 

sənəd –avia yük qaiməsidir ( AWB- air Way Bill).Bu sənəd yük göndərən tərəfindən 

və  ya  onun  adından  yazılır  və  yük  göndərənlə  daşıyıcı  arasında  hava  xətti  ilə  yük 

daşınması haqda müqavilə bağlanmasını təsdiq edir. 

                 Yüklərin beynəlxalq dəmir yol daşımaları 

Beynəlxalq  dəmir  yol  daşımaları  yüklərin,  sərnişinlərin  və  baqajın  dəmir  yol 

nəqliyyatı vasitəsi ilə iki və daha çox ölkə arasında daşınmasıdır. 

Dəmir  yol  daşımaları  yüklərin  böyük  miqdarlarının  yaxşı  inkişaf  etmiş  dəmir  yol 

şəbəkəsi  olan  rayonlarda  uzun  məsafələrə  daşınması  üçün  istifadə  olunur.Bu  gün 

dünyada  dəmir  yolların ümumi  uzunluğu  900000  km-dən  çoxdur.İl  ərzində daşınan 

yüklərin miqdarı 54mlrd ton təşkil edir.Onu da qeyd etmək lazımdır ki, bu nəqliyyat 

növü  ilə  yüklərin  daşınmasında  azalma  müşahidə  olunur.XX  əsrin  son  on  ilində 

Avropa,  Asiya  ,  Şimali  və  Cənubi  Amerikanın  67  ölkəsi  üzrə  aparılan  tədqiqatlar 

dəmir yolla yük daşımaların 7 % azaldığını göstərir.Dəmir yol nəqliyyatı ilə yüklərin 

daşınmasının tənzimlənməsi sahəsində ən universal çaxtərəfli saziş “Yüklərin dəmir 

yolla  daşınması  üzrə  beynəlxalq  Konvensiya”-dır.Bu  sənəd  1890-cı  ildə  Berndə 

imzalanıb və Bern Konvensiyası da adlanır.Konvansiyada 33 dövlət iştirak edir.1980-

cı  ildə  Bern  Konvensiyasına  yenidən  baxılması  üzrə  konfransda  yeni  ―Beynəlxalq 

dəmir  yol  daşımaları  haqda  Saziş‖  imzalandı.(Convention  concerning  İnternational 

Carriage  by  Rail  )-  KOTİF.  Bu  sazişə  A  əlavəsi  sərnişinlərin  beynəlxalq  daşıması 

şətlərindən (SBD- nın vahid qaydaları) və B  əlavəsi -  yüklərin beynəlxalq daşınması 

şərtlərindən (YBD –nın vahid qaydaları) ibarətdir. 

Dəmir  yol  daşımalarında  daşıma  haqqı  milli  və  beynəlxalq  tariflərlə  müəyyən 

olunur.Saziş həmçinin, daşınan yüklərin zədələnməsi və ya itkisinə görə dəmir yolun 

məsuliyyətinin  maksimum  həddini  də  müəyyən  edir.(  16  sentyabr  1998-ci  il)SSRİ 




Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə