Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

28 

 

Polşa,  Moldova,  Monqolustan  və  Türkiyə  proqramın  üzvü  olmuşlar,  bundan  əlavə 



Çin, Cənubi Koreya və Avropanın 25 ölkəsi bu proqrama xüsusi maraq göstərmişlər. 

Avropa  Komissiyası  2006-cı  ildə  Avropa-  Qafqaz-Asiya    nəqliyyat    dəhlizinin  

inkişafı   üzrə TRASEKA layihələrinin icrası üçün 13,5 mln. avro ayrılması haqda 

qərar qəbul edib. AB tərəfindən planlaşdırılan subsidiyanın (maddi yardım) həcmi 6 

mln.  avro  təşkil  edib.  TRASEKA  Hökumətlərarası  Komissiyanın  Daimi 

Katibliyinin  Kiyevdə  keçirilən  ikigünlük  iclasında  prioritet  proqramların  təsdiqi 

diqqət  mərkəzində  olmuşdur.  TRASEKA-ya  üzv  ölkələr  öz  regional  layihələrini 

təqdim  etmişlər.  Azərbaycan,  Gürcüstan,  Ermənistan,  Moldova,  Qazaxıstan, 

Qırğızıstan,  Tacikistan,  Özbəkistan,  Ukrayna,  Rumıniya  və  Türkiyədən  58  layihə 

təqdim olunub. İclas iştirakçıları ekspertlər səviyyəsində və Avropa Komissiyasının 

köməkliyi  ilə  hazırlanmış  2015-ci  il  müddətinədək  ―TRASEKA‖nın      İnkişaf   

Strategiyası   layihəsini müzakirə edərək razılaşdırırmişlar. Qeyd etmək lazımdır ki, 

bu proqramın çərçivəsində artıq 100 mln. avrodan çox dəyəri olan 13 investisiya və 

33 texniki layihə həyata keçirilib. 

Bütün  bunlarla  qeyd  etmək  vacibdir  ki,  TRASEKA  layihəsi  çərçivəsində 

yükdaşımaların səviyyəsi hələ lazım olduğu səviyyədən xeyli aşağıdır. Bunun həm 

obyektiv,  həm  də  subyektiv  səbəbləri  vardır  ki,  bunlar  arasında  da  ən  mühümü 

TRASEKA layihəsinin Şimal-Cənub nəqliyyat dəhlizinin (Çimali Avropa – Rusiya 

– İran – İran körfəzi – Cənubi Asiya) əsas rəqibi kimi çixiş etməsidir. 

TRASEKA layihəsindən kənarda qalan Rusiya  və  İran   bu   layihəyə   alternativ   

olan     yeni  nəqliyyat  dəhlizinin  yaradılması  üzərində  işləmiş  və  artıq  2000-ci  ilin 

avqustunda  Sankt-Peterburq-  da  Rusiya,  Hindistan  və  İran  Cənubi  Asiya  və  İran 

körfəzi  ölkələrini  Avropa  ölkələri  ilə  birləşdirəcək  Şimal-Cənub  nəqliyyat 

dəhlizinin yaradılması haqqında müqavilə imzalanmışdır. 

Maraqlıdır ki, ilkin olaraq Şimal-Cənub nəqliyyat dəhlizinin ancaq Xəzərin Şərq 

hissəsi,  yəni  Qazaxıstan  və  Turkmənistan  ərazisi  vasitəsilə  və  həmçinin  Xəzər 

dənizinin özü ilə keçirilməsi nəzərdə tutulurdu. Azərbaycanın quru ərazisindən və 

ümumiyyətlə,  respublikamızın  bu  layihədə  iştirakından  söhbət  getmirdi  ki,  bunun 




29 

 

da  yeganə  səbəbi  siyasi  amillər,  Rusiya  və  İranın  Azərbayca`na  qarşı  yeritdiyi 



geosiyasi və iqtisadi iddialarla izah oluna bilərdi. Lakin 2001-ci ildən etibarən bu 

ölkələr  arasında  siyasi  münasibətlərdə  müşahidə  edilən  yaxınlaşmalar  həmin 

məsələyə  də  öz  müsbət  təsirini  göstərdi.  Belə  ki,  hazırda  Şimal-Cənub  dəhlizinin 

genişləndirilməsi  üçün  məqsədəuyğun  istiqamətlərdən      biri      də      Rusiya-

Azərbaycan-İran dəmir yolu marşrutunun inkişaf etdirilməsidir. Qeyd edək ki, bu 3 

ölkənin dəmir yolu xətlərinin birləşdirilməsi üçün Astara-Rəşt dəmir yolu xəttinin 

çəkilməsi zəruridir. 

Keçən  dövrlərdə  də    Respublikamızda  TRASEKA  Proqramı  çərçivəsində  Əsas 

Çoxtərəfli  Sazişin  şərtlərinin  həyata  keçirilməsi  məqsədilə  nəqliyyat 

infrastrukturunun inkişafı istiqamətində əhəmiyyətli işlər həyata keçirilmişdir. 

 Belə  ki,  TRASEKA  nəqliyyat  dəhlizi  üzrə  yük  axınının  artırılması  üçün  son  illər 

ərzində  nəqliyyat  sektorunun  texniki  təchizatının  yaxşılaşdırılması  sahəsində  bir 

sıra tədbirlər həyata keçirilmiş, avtomobil magistrallarının, dəmir yolu xətlərinin və 

körpülərin  bərpası  və  yeniden  tikintisi,  dəmir  yolu  nəqliyyatı  vasitələrinin, 

gəmilərin,  bərələrin,  liman  qurğularının  təmiri  üzrə  işlərin  icrası  baş  tutmuşdur. 

Bakı  şəhərində  ildə  10  milyon  ton  neft  məhsullarının  boşaldılıb  yüklənməsinə 

imkan  verən  neft  boşaltma  limanı  istifadəsi  həyata  keçirilmişdir  .  Bundan  başqa 

Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Limanının  bərə  terminalında  yenidənqurma  işləri 

artıq başa çatmışdır. 

Ümumiyyətlə,Avropa  İttifaqı  tərəfindən  Proqramın  reallaşdığı  dövr  ərzində 

Azərbaycan  Respublikasına  investisiya  layihələrinin  maliyyələşdirilməsi  üçün 

təqribən  16 milyon avro həcmində vəsait ayrılmışdır. TRASEKA Proqramının bu 

layihələrinin  həyata keçirilməsi  məqsədilə  Azərbaycan  Respublikasının nəqliyyat-

yol  kompleksi  üçün  müxtəlif  maliyyə  institutlarından  (Avropa  Yenidənqurma  və 

İnkişaf Bankı, Küveyt İqtisadi İnkişaf Fondu, İslam İnkişaf Bankı, Dünya Bankı və 

s.) 255 milyon ABŞ dolları həcmində kreditlər alınmışdır. 




30 

 

TRASEKA  proqramının  inkişafında  Avropa  Komissiyasının  fəal  rolu  olmaqla  ötən 



15 il  müddətində  bu qurum  tərəfindən ümumi  büdcəsi 157  milyon  avro  təşkil  edən 

investisiya 

və 

texniki 


yönümlü 

76 


layihənin 

həyata 


keçirildiyini 

xatırlatmışdır.Ölkəmiz Azərbaycan  Respublikasının TRASEKA Proqramında iştirakı 

ölkəmiz  üçün  strateji  əhəmiyyəti  vardır  və  Azərbaycanın  Avropa  ilə  iqtisadi 

əlaqələrinin  möhkəmləndirilməsi  və  genişləndirilməsi,  dünya  iqtisadiyyatına 

inteqrasiyası  və  beynəlxalq  nəqliyyat  qovşağına  çevrilməsi  üçün  böyük  əhəmiyyət 

daşımaqla  starteji  şərait  yaradır.  Qeyd  etmək  lazımdır  ki,  ötən  dövr  ərzində 

TRASEKA  Proqramı  çərçivəsində  ―Nəqliyyatın  idarə  edilməsinin  treyninqi‖, 

―Nəqliyyatın  hüquqi  və  tənzimləyici  çərçivəsi‖,  ―TRASEKA  nəqliyyat  dəhlizində 

vahid  tarif  siyasətinin  tətbiqi‖,  ―Sərhəd-keçid  proseduraların  sadılışdirilməsi‖, 

―Qafqaz  dəmir  yollarınının  bərpası‖  və  onlarla  digər  texniki  yardım  və  investisiya 

layihələrinin icrası baş tutmuşdur. 

Cədvəl  1.1.  Avropa-Qafqaz-Asiya  nəqliyyat  dəhlizində  nəqliyyatın  fəalıyyəti 



(Azərbaycan hissəsində),2010-2015 

 

 

  

2010 

2011 

2012 

2013 

2014 

 

2015 

 

Yük daşınmışdır, min ton 

51,688 

53,913 

56,869 

59,041 

58,191 

52,240 

Dəmir yolu 

20,578 

20,139 


21,332 

21,370 


19,890 

15,521 


Dəniz 

9,370 


10,317 

10,367 


10,236 

9,302 


6,067 

Avtomobil 

21,740 

23,457 


25,170 

27,435 


28,999 

30,652 


Tranzit yük daşınmışdır, min ton 

15,971 

16,234 

15,719 

14,757 

12,771 

9494,0 

Dəmir yolu 

8,253 

7,870 


7,393 

6,632 


4,502 

3,927 


Dəniz 

7,718 


8,364 

8,326 


8,125 

8,269 


5,567 

Avtomobil 

… 

… 

… 



…           ... 

       ... 



Yük dövriyyəsi, milyon ton-km 

13,222 

13,594 

13,883 

13,987 

13,216 

10,956 

Dəmir yolu 

6,874 

6,640 


6,719 

6,361 


5,676 

4,557 


Dəniz 

3,672 


4,061 

4,057 


4,013 

3,717 


2.354 

Avtomobil 

2,676 

2,893 


3,107 

3,613 


3,823 

4,045 


Tranzit yüklərin dövriyyəsi, milyon ton-

km 

7,120 

7,850 

6,938 

6,511 

5,647 

 


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə