Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə17/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   13   14   15   16   17   18   19   20   ...   190

 

 

73 



 

tələsirəm,  əhəmiyyət  vermədən,  diqqətsiz  yazıram» 

deməsinə  baxmayaraq,  hərflərin  hamısının  birgə 

şirin  küləyə  düşən  kimi  zərifanə  titrəyişindən  lap 

ürəkdən  tamamilə  əksini  söylədiyi  başa  düşülür. 

Orxandan  söz  açanda  «bir  az  qabaq»  deyib  indi 

yazıldığına 

eyham 

vurmasına 

baxmayaraq, 

məlumdu  ki,  arxayınlıqla  yazılıb,  çünki  hər sətirdə 

səliqə sezilir. 

         5.  Məktubla  yollanan  rəsm  mən  yəhudi 

Esterin  belə  bildiyi  əfsanədəki  gözəl  Şirinin 

yaraşıqlı Xosrovun rəsminə baxıb aşiq olmasından 

söhbət  açır.  İstanbulun  xəyalpərvər  qadınlarının 

hamısı bu hekayəyə heyran olurlar, amma ilk  dəfə 

rəsminin yollandığını görürəm. 

        Siz oxuyub-yazmağı bacaran xoĢbəxtlərin tez-

tez baĢına  gəlir:  oxuya  bilməyən  adam  yalvarır ki, 

ona gəlmiĢ məktubu oxuyasınız. Yazılanlar o qədər 

sarsıdıcı,  narahatedicidi  ki,  məktub  sahibi  öz 

məhrəmliyinə  ortaq  olmağınızdan  da  əlavə,  utana-

sıxıla məktubu bir daha oxumanızı rica eləyir. Yenə 

oxuyursunuz.  Axırda  məktub  o  qədər  oxunur  ki, 

ikiniz  də  əzbərləyirsiniz.  Bundan  sonra  məktubu  

alır, sizdən soruĢur ki, «bu söhbəti buradamı eləyir, 

bunu  buradamı  deyir»,  oradakı  hərfləri  baĢa 

düĢmədən  sizin  barmağınızın  ucuyla  göstərdiyiniz 

nöqtəyə  baxırlar.  Oxuya  bilmədikləri,  amma 

əzbərlədikləri hərflərin qıvrılmasına baxanda bəzən 




 

 

74 



 

elə riqqətə gəlirəm ki, özümün də oxumaq-yazmaq 

bilmədiyimi  unuduram,  ürəyimdən  məktublara 

gözyaĢı  tökən  bu  oxumaq-yazmaq  bacarmayan 

qızları öpmək keçir.  

        Bir də bu uğursuzlar var, ehtiyatlı olun, onlara 

oxĢamaqdan  çəkinin.  Qız  məktubunu  alıb,  ona 

yenidən  toxunmaq,  harada  hansı  sözün  deyildiyini 

baĢa 

düĢmədən 



baxmaq 

istəyəndə 

ona 

«neyləyəcəksən,  oxuya  bilmirsən,  daha  nəyə 



baxacaqsan?»  deyən  o  heyvanların  bəzisi  qızın 

məktubunu  geri  belə  vermirlər.  Sanki  özlərinindi, 

onlarla dalaĢıb, məktubu geri almaq mənə – Esterə 

qalır.  Bax  mən  Ester  belə  bir  yaxĢı  arvadam,  sizi 

sevsəm, sizə də kömək elərəm. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

75 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

76 



 

9. MƏN ŞƏKURƏYƏM 

 

        Qara ağ atının belində düz qarĢımdan keçəndə 



mən niyə orada, pəncərənin qabağındaydım? Lap o 

anda  fəhmlə  niyə  pərdəni  açmıĢdım,  qarlı  nar 

budaqlarının arasından onu görəndə elə uzun-uzadı 

baxmıĢdım?  Bunları  sizə  əməlli-baĢlı  deyə 

bilmərəm.  Xeyriyyəylə  Esterə  mən  xəbər 

göndərdim;  Qaranın  oradan  keçəcəyini,  əlbəttə, 

bilirdim.  Nar  ağacına  baxan  gömmə  dolablı  otağa 

həmin  məqamda  təkcə  sandıqdakı  mələfələrə 

baxmaqdan  ötrü  çıxmıĢdım.  Pərdəni  sövq-təbii 

həmin  an  qızğın  tərzdə  bütün  gücümlə  itələyəndə 

əvvəlcə  otağa  günəĢ  doldu:  pəncərənin  qabağında 

dayanıb  günəĢdən gözlərim  qamaĢan  kimi  Qarayla 

göz-gözə gəldim; çox gözəliydi. 

        Böyüyüb,  yetkinləĢib,  gəncliyindəki  o  sarsaq 

laübalı halını üzərindən atıb, həm də yaraĢıqlı olub. 

Bax,  ġəkurə,  ürəyim  mənə  dedi,  Qara  təkcə 

yaraĢıqlı  deyil,  gözlərinin  içinə  bax,  ürəyi  uĢaq 

ürəyinə  oxĢayır,  nə  qədər  təmiz,  nə  qədər  tənhadı. 

Evlən  onunla.  Amma  mən  ona  bunun  tamamilə 

tərsini yazdığım məktubu göndərdim. 

        Məndən 

on  iki  yaĢ  böyük  olmasına 

baxmayaraq,  on  iki  yaĢımda  ondan  daha  yetkin 

olduğumu  bilirdim.  Onda  qarĢımda  kiĢi  kimi 

dimdik durub «onu eləyəcəyəm, bunu eləyəcəyəm, 



 

 

77 



 

oradan atılıb, bura dırmanacağam» demək əvəzinə, 

hər  Ģeydən  utanıb  qarĢısındakı  kitabın  və  rəsmin 

içinə  girir,  gizlənirdi.  Sonra  o  da  mənə  aĢiq  oldu. 

Bir  rəsm  çəkib  eĢqini  ifadə  elədi.  Artıq  ikimiz  də 

böyümüĢdük. On iki yaĢına çatanda sezdim ki, Qara 

gözlərimin  içinə  baxmır,  sanki  nəzərlərimiz 

qarĢılaĢsa, mənə aĢiq olduğunu baĢa düĢəcəyimdən 

qorxur.  Məsələn,  «O  fil  diĢi  saplı  bıçağı 

verərsənmi?»  –  deyərdi,  amma  bıçağa  baxardı, 

gözünü 

qaldırıb 



mənim 

gözlərimin 

içinə 

baxammazdı. 



Məsələn, 

«ViĢnə 


Ģərbəti 

düzəldimmi?» – soruĢsaydım, bəzən hamımız fikirli 

olanda  elədiyimiz  kimi,  Ģirin  təbəssümlə,  üz 

ifadəsiylə  gözəl  olduğunu  dilinə  gətirə  bilmirdi. 

Karla  danıĢan  kimi,  bütün  gücüylə  «əlbəttə» 

bağırırdı. Çünki qorxudan üzümə baxa bilməzdi. O 

vaxtlar  çox  gözəl  idim.  Bütün  kiĢilər  uzaqdan, 

pərdələr,  qapılar  və  qumaĢların  tünlüyü  arasından 

da  olsa,  bir  kərə  görən  kimi  dərhal  mənə  aĢiq 

olurdu.  Bunu  öyünmək  üçün  yox,  hekayəmi  baĢa 

düĢməyiniz, 

kədərimi 

bölüĢməyiniz 

üçün 


söyləyirəm. 

         Hamının 

bildiyi 

Xosrov 


və 

ġirinin 


hekayəsində bir məqam var. Qarayla mən bu barədə 

çox danıĢmıĢıq. ġapur Xosrovla ġirini bir-birilərinə 

aĢiq eləmək niyyətindədi. Bir gün ġirin kənizləriylə 

birgə  çöl  gəzintisinə  çıxanda  ġapur  gizlicə  altında 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə