786
Allahın rəssam olması? – əməlli-baĢlı dərk
elədiyimi deyə bilmərəm. Amma, yəqin ki, eşq
özünü qorumaq üçün daim beynini işlədən mənim
kimi bir adamın məntiqiylə yox, məntiqsizliyiylə
başa düşüləcək bir şeydi.
Onda sizə bir sirr açım: orada, ölüm qoxuyan
o otaqda ağzımdakı Ģey məni həyəcanlandırmırdı.
Məni həyəcanlandıran orada eləcə dayanıb, bütün
aləmin ağzımın içində zoqquldadığını hiss eləyəndə
həyətdə bir-biriylə söyüĢüb-itələĢən oğullarımın
nəĢəli civiltilərini eĢitməkdi.
Həmin məqamda ağzım bu qədər məĢğul ola-
ola, gözlərim Qaranın üzümə tamamilə baĢqa
nəzərlə baxdığını görə bildi. Bir daha üzümü,
ağzımı heç unutmayacağını dedi. Dərisi atamın bəzi
köhnə kitabları kimi kiflənmiĢ kağız iyi verirdi;
saçlarına xəzinə otağının bütün tozu və qumaĢ
qoxusu çökmüĢdü. Özümü unudub yaralarına,
ĢiĢlərinə, kəsiklərinə toxunduqca uĢaq təki inildəyir,
getdikcə ölümdən uzaqlaĢır, bu zaman ona daha
çox bağlanacağımı dərk eləyirdim. Yelkənləri
küləklə ağır-ağır ĢiĢən qayıq kimi yavaĢ-yavaĢ
sürətlənən seviĢməmiz o ağır yelkənli qayıq sayaq
naməlum dənizlərə doğru cəsarətlə yol aldı.
Qaranın o sularda, kim bilir, hansı ədəbsiz
arvadlarla daha əvvəllər çox gəziĢdiyini ölüm
döĢəyində belə hərəkətə nəzarət eləməsindən baĢa
787
düĢürdüm. Mən öpdüyümün öz qolummu, onun
qolumu, ağzıma soxduğumun öz barmağımmı,
bütün həyatımmı olduğunu qarıĢdıranda o,
yaralardan və ləzzətdən yarıməst olmuĢ halda
dünyanın hara getdiyinə yarıaçıq bir gözüylə göz
qoyur, aradabir əllərinin arasında incə tərzdə tutub
rəsmə tamaĢa eləyən kimi, heyranlıqla baxdığı
üzümə dərhal sonra minqreliyalı bir fahiĢənin üzü
təki baxa bilirdi.
Ləzzət anında Ġran və Turan ordularının bir-
biriylə toqquĢmasını göstərən əfsanəvi rəsmlərin
qılıncla iki Ģaqqalanan əfsanəvi qəhrəmanları kimi
fəryad eləməsi, elədiyi fəryadın bütün məhəllədən
eĢidilməsi məni qorxutdu. Amma qamıĢı tutan
əlinin Allahın, həqiqətən, əmriylə hərəkət elədiyi ən
yüksək ilham anında belə bütün səhifənin ölçüsünü
və tərtibini hesablamağı bacaran ustad nəqqaĢ kimi,
Qara da həyəcanlı maĢına baxmayaraq elə hey
ağlının bir guĢəsiylə aləmdəki yerimizi yoxlayırdı.
«Deyərsən, atanızın yaralarına
məlhəm
sürtürdüm, deyərsən», – təngnəfəs halda dilləndi.
***
Bu söz həyatla ölüm, qadağayla cənnət,
çarəsizliklə həya arasındakı dar boğazda yerləĢən
788
eĢqimizin yalnız rəngini yaradırdı: səbəbi də oldu.
Ondan sonrakı iyirmi altı il, yəni bir səhər quyunun
yanında yıxılıb ürəktutmasından ölməsinə qədər
sevimli ərim Qarayla daim günorta vaxtı, pəncərə
taylarının arasından otağa gün iĢığı düĢəndə və ilk
illərdə ġövkətlə Orxanın civiltilərini dinləyəndə
seviĢdik, bunu da həmiĢə «yaraya məlhəm
sürtmək» adlandırdıq. Beləcə, kobud, kədərli bir
atanın tələbləri və qısqanclığıyla çətin vəziyyətə
düĢmələrini istəmədiyim qısqanc oğullarım illərlə
gecələr mənimlə eyni yataqda yatmağa davam
elədilər. Uşaqları qucaqlayıb yatmağın həyatın
əzab verdiyi əzik əri qucaqlayıb yatmaqdan daha
gözəl olduğunu ağlı başında olan bütün qadınlar
bilir.
Biz: mən və uĢaqlarım xoĢbəxt olduq, amma
Qara xoĢbəxt ola bilmədi. Bunun gözlə görünən ilk
səbəbi çiynindəki və boynundakı yaranın axıracan
tam sağalmaması, sevimli ərimin – baĢqaları barədə
də
belə
dediklərini
eĢitmiĢdim
–«şikəst»
qalmasıydı. Bu, Ģikəstlik görünüĢünə xələl gətirirdi,
həyatını çətinləĢdirmirdi. Hətta eĢitmiĢəm ki,
uzaqdan görən qadınlar ərimin yaraĢıqlı olduğunu
deyiblər. Amma Qaranın sağ çiyni eləcə düĢük,
boynu da qəribə Ģəkildə əyri qaldı. Bəzən qulağıma
mənim kimi qadının ancaq özündən aĢağı hesab
elədiyi ər qazanacağını, Qaranın Ģikəstliyinin onun
789
bədbəxtliyinin səbəbi olduğu qədər, bizim
xoĢbəxtliyimizin
gizli
səbəbi
olduğunu
söyləyənlərin dedi-qoduları da çatıb.
Hər dedi-qoduda olduğu kimi, bəlkə bunda da
həqiqət payı var. Amma Esterin elə mənə
yaraĢdırdığı sayaq, çox gözəl bir atın belində
dimdik oturub ətrafında qullar, cariyələr və
uĢaqlarla Ġstanbul küçələrindən beləcə keçə
bilməmək necə çatıĢmazlıq və yoxsulluq duyğusu
verdisə, baĢını dimdik tutub zəfərlə baxan Ģir kimi
bir ərin də həsrətini hərdənbir çəkdim.
Səbəbi nə olur-olsun, Qara həmiĢə kədərli
qaldı. Çox zaman kədərinin çiyniylə heç əlaqəsi
olmadığını gördüyümdən ruhunun bir guĢəsində, ən
xoĢbəxt seviĢmə anlarında belə onu düĢündürən
kədər cini olduğuna inandım. O cini sakitləĢdirmək
üçün bəzən Ģərab içər, bəzən kitablardakı naxıĢlara
baxıb naxıĢla məĢğul olar, bəzən də nəqqaĢlarla
oturub-durar, onlarla birgə gözəl oğlanların dalınca
qaçardı. NəqqaĢlar, xəttatlar və Ģairlər cinaslı
sözlər, qoĢa mənalı kəlmələr, kinayələr, məcazlar,
gözəl oğlanlar və yaltaq oyunlarıyla əylənib baĢını
qatdığı dövrləri olduğu kimi, xidmətinə girə bildiyi
Əyri Süleyman paĢanın katiblik iĢləriylə, Divan
katibliyi ilə hər Ģeyi unutduğu dövrləri də oldu.
Qaranın naxıĢ və rəsm həvəsi PadĢahımız dörd il
sonra öləndə taxta keçən Sultan Mehmetin bu iĢlərə
790
arxa çevirməsiylə birgə nümayiĢkaranə alınan
zövqdən bağlı qapılar arxasında təkbaĢına yaĢanan
sirrə çevrildi. Bəzən rəhmətlik atamdan qalan
kitablardan birini açar, düz Teymurun oğlu
zamanında Heratda çəkilmiĢ rəsmə, əlbəttə, ġirinin,
rəsmindən Xosrova aĢiq olmasına – indi saray
ətrafında hələ yaĢanan xoĢbəxt hünər oyununun bir
parçası təki yox, xatirələrdə qalmıĢ ləzzətli bir sirri
qucaqlayan kimi günah duyğuları və kədərlə
baxardı.
Taxta çıxmasının üçüncü ilində ingilis kralı
PadĢahımıza içində körüklü musiqi aləti olan
möcüzəvi bir saat yolladı. Bu yepyekə saat və
yanındakı heyətə görə Ġngiltərədən gəlmiĢ gəmidən
çıxarılan parçalar, çarxlar, təsvirlər, heykəllər Xas
Bağçanın Xalicə baxan yamacına həftələrlə daĢınıb
yığıldı. TamaĢa üçün Xalicin yamaclarında yığıĢan
və qayıqlarla gələn kütlə nəhəng saatın gurultulu,
dəhĢətli musiqi səsləndirə-səsləndirə iĢləməsiylə
adam böyüklüyündəki heykəllərin, təsvirlərin bir-
birilərinin ətrafında mənalı tərzdə fırlandıqlarını,
sanki bəndə iĢi yox, Allah iĢi olan kimi avaza
uyğun tərzdə, öz-özlərinə zəriflik və mənayla
hərəkət
elədiklərini,
saatın
da
ürəksayaq
döyüntüləriylə bütün Ġstanbula vaxtı xəbər verdiyini
heyrət və heyranlıqla gördü.
791
Ġstanbul əhalisinin kütbeyin dəstəsi və
axmaqlar kütləsiylə birgə laqeyd heyranlıq duyduğu
saatın PadĢahımız və dindar qaragüruh dəstəsi üçün
kafirin gücünü göstərən haqlı narahatlıq qaynağı
olduğunu Qara və Ester mənə ayrı-ayrı çatdırdılar.
Bu cür dedi-qoduların artdığı dövrdə sonrakı
padĢah Sultan Əhmədin bir gecəyarısı Allahın
təsiriylə yuxusundan oyanıb, gürzünü qapıb,
hərəmdən Xas Bağçaya enib, saatı və heykəllərini
darmadağın elədiyini eĢitdik. Xəbəri və Ģayiələri
çatdıranlar
PadĢahımızın
yuxusunda
Peyğəmbərimiz həzrətlərinin mübarək üzünü nur
içində gördüyünü, Rəsulullahın ona rəsmlərə – hələ
insana oxĢayıb, Allahın yaratdığıyla yarıĢanına –
xalqının heyran olmasına izin versə, Allahın
buyruğundan çıxacağını söyləyib xəbərdarlıq
elədiyini, PadĢahımızın da gürzünü hələ yuxunu
görəndə qapdığını əlavə eləyirdilər. PadĢahımız da
hadisəni sadiq tarixçisinə təxminən belə yazdırdı.
Bu kitabı –«Zibdət-üt-Təvarix»i xəttatlara kisələrlə
qızıl verib hazırlatdı, amma nəqqaĢlarına rəsm
etdirmədi.
Əcəm ölkəsindən təsirlənməklə İstanbulda yüz il
açan naxış və rəsm həyəcanının qırmızı gülü də bax
belə soldu. NəqqaĢların aralarında davalara, bitib-
tükənməz ziddiyyətlərə Ģərait yaradan heratlı qədim
ustalarla firəng ustadlarının üsulları arasındakı
792
çarpıĢma heç bir nəticə vermədi. Çünki rəsm baĢlı-
baĢına qaldı: nə doğulular kimi çəkildi, nə batılılar
kimi; nəqqaĢlar hiddətlənib üsyan eləmədilər;
xəstəliyə boyun əyən qocalar sayaq, yavaĢ-yavaĢ,
canfəĢanlıq göstərmədən təvəkkül və hüznlə
vəziyyəti qəbul elədilər. Bir zamanlar heyranlıqla
izlədikləri heratlı, təbrizli böyük ustadların və
qısqanclıqla nifrət arasında tərəddüd eləyib, yeni
üsullarına üstünlük verdikləri firəng ustadlarının
nələr elədikləriylə nə maraqlandılar, nə də təsəvvür
elədilər. Sanki gecələr evlərin qapılarının örtülüb,
Ģəhərin qaranlığa verilməsi kimi, rəsm də kimsəsiz
qaldı. Aləmin bir zamanlar tamamilə baĢqa cür
görüldüyü rəhmsizcəsinə unuduldu.
Atamın kitabı, təəssüf ki, baĢa çatdırılmadı.
HazırlanmıĢ səhifələr Hasanın onları saldığı yerdən
xəzinəyə keçdi, burada da iĢgüzar və vasvası hafiz-
ül-kütub tərəfindən nəqqaĢxanaya aid baĢqa bəzi
əlaqəsiz rəsmlərlə birgə cildlətdirilib, cürbəcür
nümunə cildlərinə dağıldılar. Hasan Ġstanbuldan
qaçıb itdi, bir daha ondan xəbər çıxmadı. Amma
ġövkətlə Orxan atamın qatilini öldürənin Qara yox,
həmin əmiləri olduğunu heç unutmadılar.
Kor olandan iki il sonra ölən Ustad Osmanın
yerinə Leylək baĢ nəqqaĢ keçdi. Rəhmətlik atamın
da qabiliyyətinə çox heyran olduğu Kəpənək
həyatının geri qalan hissəsini xalı, qumaĢ və çadır
793
üçün naxıĢ çəkməyə həsr elədi. NəqqaĢxananın
gənc kalfaları da eyni yolla getdilər. Kimsə rəsmi
atmağın böyük bir itki olduğunu hiss etdirmədi.
Bəlkə kimsə öz üzünün rəsmini haqqıyla
görmədiyinə görə.
Mən
bütün ömrüm boyu iki rəsmin
çəkilməsini gizlincə çox arzuladım, bunu heç kəsə
aça bilmədim:
1. Öz rəsmimin çəkilməsini istərdim. Amma
nə
qədər
cəhd
göstərsələr
də,
bunu
bacarmayacaqlarını
bilirdim.
Çünki
mənim
gözəlliyimi olduğu kimi görə bilsələr belə, padĢahın
nəqqaĢlarının heç biri gözlərini və dodaqlarını
çinlilər sayaq çəkmədikcə qadının üzünün gözəl
olduğuna, təəssüf ki, inanmazdılar. Heratlı qədim
ustadlar kimi məni çinli gözəl təki rəsm eləsəydilər,
bəlkə görüb tanıyanlar həmin çinli gözəlin
arxasında yatan üzümü ayırd eləyə bilərdilər.
Amma bizlərdən sonrakılar gözlərimin, əslində,
qıyıq olmadığını baĢa düĢsələr belə, üzümün nəyə
oxĢadığını heç baĢa düĢməzdilər. Bu gün
oğullarımın təsəllisiylə keçirdiyim ahıllıq çağımda
üzümün gənc vaxtı çəkildiyi bir rəsmi olsaydı, çox
xoĢbəxt olardım!
2. Ranlı Ģair Sarı Nazimin bir məsnəvisində
maraqlandığı
Ģeyin
–xoşbəxtliyin
rəsminin
çəkilməsini istərdim. Bunun necə çəkiləcəyini çox
794
yaxĢı bilirəm. Ġstərdim, bir ana rəsmin çəkilsin,
onun iki uĢağı olsun; gülər üzlə qucağında tutub
əmizdirdiyi körpəsi ananın iri döĢünün ucunu
xoĢbəxtcəsinə
gülümsəyə-gülümsəyə
əməndə
azacıq qısqanan böyük qardaĢla ananın nəzərləri
bir-birinə iliĢsin. Ġstərdim, həmin rəsmdəki mən
olum, həm də o rəsm quĢu həm uçan vəziyyətdə,
həm də göydə xoĢbəxtliklə sonsuzluğa qədər asılı
qalan təki göstərib, zamanı dayandıran heratlı
qədim ustadların üsuluyla çəkilsin. Bilirəm, asan
deyil.
Hər Ģeyə ağıl çatdırmağa çalıĢacaq qədər
ağılsız oğlum Orxan zamanı dayandıracaq heratlı
ustadların
heç
vaxt
məni
mən
kimi
çəkməyəcəklərini xatırladıb, oğlunu qucaqlayan
gözəl ana rəsmlərini daim çəkən firəng
ustadlarınınsa zamanı heç vaxt dayandıra
bilməyəcəklərini baĢa salıb, xoşbəxtlik rəsminin,
əslində, heç vaxt çəkilməyəcəyini mənə illərlə
söyləyib.
Bəlkə də haqlıdı. İnsan, əslində, xoşbəxtlik
rəsmində gülümsəməyi yox, həyatdakı xoşbəxtlikləri
axtarır. NəqqaĢlar bunu bilirlər, amma rəsm eləyə
bilmədikləri də budu. Buna görə də həyatdakı
xoşbəxtliyin
yerinə
görmənin
xoşbəxtliyini
qoyurlar.
795
Rəsm eləmək mümkün olmayan bu hekayəni
oğlum Orxana ona görə danıĢdım ki, yazacağına
ümid eləyirəm. Hasanın və Qaranın mənə
yolladıqları məktubları, bədbəxt Zərif əfəndinin
üstündən çıxan mürəkkəbi dağılmıĢ at rəsmlərini
çəkinmədən ona verdim. HəmiĢə əsəbi, bədxasiyyət
və bədbəxtdi, sevmədiklərinə haqsızlıq eləməkdən
heç qorxmur. Buna görə də Qaranı olduğundan
çaĢqın, həyatlarımızı olduğundan çətin, ġövkəti pis,
məni olduğumdan gözəl və ədəbsiz təsvir eləyibsə,
Orxana qəti inanmayın. Çünki hekayəsinin gözəl
olmasına inanmağımıza görə uydurmayacağı yalan
yoxdu.
MÜNDƏRİCAT
1. MƏN ÖLÜYƏM
796
2. MƏNİM ADIM QARADI
3. MƏN İTƏM
4. MƏNƏ QATİL DEYƏCƏKLƏR
5. MƏN ƏNİŞTƏNİZƏM
6. MƏN ORXANAM
7. MƏNİM ADIM QARADI
8. MƏNİM ADIM ESTERDİ
9. MƏN ŞƏKURƏYƏM
10. MƏN AĞACAM
11. MƏNİM ADIM QARADI
12. MƏNƏ KƏPƏNƏK DEYİRLƏR
13. MƏNƏ LEYLƏK DEYİRLƏR
14. MƏNƏ ZEYTUN DEYİRLƏR
15. MƏNİM ADIM ESTERDİ
16. MƏN ŞƏKURƏYƏM
17. MƏN ƏNİŞTƏNİZƏM
18. MƏNƏ QATİL DEYƏCƏKLƏR
19. MƏN PULAM
20. MƏNİM ADIM QARADI
21. MƏN ƏNİŞTƏNİZƏM
22. MƏNİM ADIM QARADI
23. MƏNƏ QATİL DEYƏCƏKLƏR
24. MƏNİM ADIM ÖLÜMDÜ
25. MƏNİM ADIM ESTERDİ
26. MƏN ŞƏKURƏYƏM
27. MƏNİM ADIM QARADI
28. MƏNƏ QATİL DEYƏCƏKLƏR
797
29. MƏN ƏNİŞTƏNİZƏM
30. MƏN ŞƏKURƏYƏM
31. MƏNİM ADIM QIRMIZIDI
32. MƏN ŞƏKURƏYƏM
33. MƏNİM ADIM QARADI
34. MƏN ŞƏKURƏYƏM
35. MƏN ATAM
36. MƏNİM ADIM QARADI
37. MƏN ƏNİŞTƏNİZƏM
38. MƏN USTAD OSMANAM
39. MƏNİM ADIM ESTERDİ
40. MƏNİM ADIM QARADI
41. MƏN USTAD OSMANAM
42. MƏNİM ADIM QARADI
43. MƏNƏ ZEYTUN DEYİRLƏR
44. MƏNƏ KƏPƏNƏK DEYİRLƏR
45. MƏNƏ LEYLƏK DEYƏRLƏR
46. MƏNƏ QATİL DEYƏCƏKLƏR
47. MƏN ŞEYTANAM
48. MƏN ŞƏKURƏYƏM
49. MƏNİM ADIM QARADI
50. BİZ İKİ DƏRVİŞİK
51. MƏN USTAD OSMANAM
52. MƏNİM ADIM QARADI
53. MƏNİM ADIM ESTERDİ
54. MƏN QADINAM
798
55. MƏNƏ KƏPƏNƏK DEYİRLƏR
56. MƏNƏ LEYLƏK DEYİRLƏR
57. MƏNƏ ZEYTUN DEYƏRLƏR
58. MƏNƏ QATİL DEYƏCƏKLƏR
59. MƏN ŞƏKURƏYƏM
Dostları ilə paylaş: |