Parlayan Günəş
aylıq jurnal
Təsisçi: İmam Rza
(əleyhis-salam)-ın
müqəddəs hərəmi
Məsul müdir: Seyyid Məhəmməd Cavad
Haşiminijad Əşrəfi
Baş redaktor: Höccətül-İslam
Höccət Müdərrisi
İcraçı direktor: Firəngiz Zeynəli
Redaktor: Novruzov Vüsat
Redaksiya heyəti:
Məcidov Məhəmməd
Həsənov Ceyhun
Novruzov Vüsat
Dizayn: C. Həsənov
Naşir: Qüds
mədəniyyət müəssisəsi
Ünvan: İran İslam Respublikası,
Məşhəd şəhəri, İmam Rzanın (ə)
müqəddəs hərəmi
Tel.: +98-51-32213474;
+98-51-32259090
Faks:+98-51-32219900
Sayt: www. imamrezashrine.aqr.ir
E-mail: iro@ imamrezashrine.com
Bu sayda
Tövbənin həqiqəti-----------------------------2
İmam Baqirin (ə) həyatı----------------------4
Nurani hədislər -------------------------------6
İmam Rzanın (ə) kəramətlərindən ---------8
İmam Mehdinin (ə.f) xüsusi
nümayəndələrinin əsas vəzifə
və fəaliyyətləri--------------------------------10
İlahi ədalət------------------------------------12
Müsafir namazı haqqında-------------------14
Rəcəb ayının gündəlik duası----------------16
Ailədə güzəşt---------------------------------18
Ayətullah Cavadi Amulinin həyatı---------20
Kazimeyn ziyarətgahı haqqında------------22
İnsanın yaranışının sirri---------------------24
İmam Əlinin (ə) mövludu-------------------26
Məbəs bayramı-------------------------------27
Uşaq səhifəsi----------------------------------28
Təqvim-----------------------------------------30
Sorğu-------------------------------------------31
Müsabiqə--------------------------------------32
1
Allah-təala Ənam surəsinin 54-cü
ayəsində buyurur:
ْمُكْنِم َلِمَع ْنَم ُهَّنَأ َةَمْحَّرلا
ِهِسْفَـن ىَلَع ْمُكُّبَر َبَتَك ْمُكْيَلَع ٌم َلَس ْلُقَـف اَنِتاَيآِب َنوُنِمْؤُـي َنيِذَّلا َكَءاَج اَذِإَو
ٌميِحَر ٌروُفَغ ُهَّنَأَف َحَلْصَأَو ِهِدْعَـب ْنِم َباَت َّمُث ٍةَلاَهَجِب اًءوُس
Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun!
Rəbbiniz rəhmli olmağı Özünə vacib etmişdir. Sizlərdən hər kəs pis iş görsə,
sonra tövbə edib düzəlsə, (Allah onun günahından keçər, çünki) Allah
bağışlayandır, mehribandır!”
Tövbənin həqiqəti
Bu ayədən aydın olur ki, mömin insan
yalnız bilməzlik və başa düşməzlikdən
ehtirasına tabe olduqda günaha yol verir.
Yoxsa, imanlı şəxs təkəbbür, inad və lovğalıq
üzündən Allaha günah etməz. Ayədə Allah
“sonra tövbə edib düzəlsə”, – deyə
buyurmuşdur. Bu da onu göstərir ki, tövbə
keçmiş səhvləri düzəltmək və yanlışları
aradan qaldırmaqdır. Çünki həqiqətən, Allaha
dönüb Ona sığınıbsa, yenidən özünü tövbə
edib təmizlədiyi günahın çirkinliyinin
ağuşuna atıb bulaşdırmaz. Tövbənin mənası
budur. Tövbə təkcə dildə “Allaha tövbə
edirəm” deyib qəlbən heç bir islah və
düzəlmək niyyəti olmadan tövbə sayılmaz.
Belə ki, Allah-təala “Bəqərə” surəsinin 284-
cü ayəsində belə buyurmuşdur: “Ürəyinizdə
olanı üzə çıxarsanız da, gizlətsəniz də,
Allah sizi ona uyğun hesaba çəkəcək”.
İmam Sadiq (ə) buyurmuşdur: Ölməzdən
əvvəl Allaha doğru qayıdıb tövbə edən
bəndəyə Allah rəhmət etsin. Çünki bu
tövbəsinə görə Allah Özünə layiqli bəndəsi
ilə bağlı bir haqqı vacib edərək buyurmuşdur:
“Rəbbiniz rəhmli olmağı Özünə vacib
etmişdir. Sizlərdən hər kəs pis iş görsə,
sonra tövbə edib düzəlsə, (Allah onun
günahından
keçər,
çünki)
Allah
bağışlayandır, mehribandır!” Habelə Allah-
təala buyurmuşdur: “Pis iş gördükdən və ya
özünə zülm etdikdən sonra Allahdan
bağışlanmaq
diləyən
şəxs Allahın
bağışlayan, mərhəmətli olduğunu görər.”
(Nisa surəsi, 110-cu ayə).
1
Bu ayəyə əsasən,
cahillik üzündən baş vermiş əməllərə görə
tövbə edildikdə, qəbul edilir. Bilməzlik
mənasını verən cahillik bəzən elm və
məlumatın qarşılığı kimi işlədilir. Bu söz
bəzən məlumat və bilgisinin bilgi sahibinə
heç bir təsir göstərmədiyi, məlumatsız
1- Əl-Mizan təfsiri, cild7, səh. 107-113
insanlar kimi davranan, çirkin və pis işləri
sanki onun çirkinliyindən xəbəri olmayan
insan kimi həyata keçirən, onları gözəl və
bəyənilən işlər kimi icra edən məlumatlı insan
haqqında da işlədilir. Başqa sözlə desək,
insanın çirkin və pis işlərlə bağlı dərk və
düşüncəsi daxili istəklərinin əsarətinə məruz
qaldıqda, üsyankar instinktlər ağıl və
düşüncəsini öz təsiri altına aldıqda, ehtiras,
qəzəb və nəfsani istəklər insanın həyat
devizinə çevrildikdə onu cahil edir. Quranda
və el arasında ağıl, elm və məlumatları olsa
belə, bu cür insanlara cahil və nadan deyilir,
nadanlıqlarından qaynaqlanan davranışlar
cahil davranışlar hesab edilir. Nə etdiyini
bilən və tutduğu əməlin çirkinliyindən
xəbərdar olmasına baxmayaraq, ağıl və
düşüncəsi nəfsani istəklərinin əsarətinə məruz
qalmış gəncə də cahil və nadan deyilir. Bu
şərhdən belə məlum olur ki, günahkar fərdin
etdiyi çirkin əməllər iki qrupa bölünür:
1. Gənclik instinktlərinin təsirinə məruz
qalmış gəncin nəfsani istəklərinə uyub
tutduğu çirkin əməl. Bu əməl cahilcəsinə
əməl olsa da, inadkarlıq və təkəbbürlükdən
qaynaqlanmır. Buna görə də qəzəb və ehtiras
odu söndükdən, cəhalət pərdəsi qalxdıqdan
sonra tez peşman olur. Şübhəsiz ki, bu cür
insanın tövbəsi qəbul olur və Haqqın rəhməti
onu əhatə edir.
2. Nəfsani istəklər və instinktlərin təsirindən
deyil,
inadkarlıq
və
təkəbbürlükdən
qaynaqlanan çirkin və pis işlər. Daxili
xəyanət, təkəbbür bu cür insanı xoşagəlməz
işlərə vadar edir. Bu xislət adətən insanın
ömrünün sonuna qədər onunla birlikdə olur,
gənclik dövrünün ehtiras və nəfsani
istəklərinin odu sönsə də, o sönmür. Şübhəsiz
ki, belə əməllər tövbə ilə sona yetmir, Allahın
sonsuz rəhmətini qazandırmır.
2
2- Mənşuri-cavid təfsiri, cild 8, səh. 237
2
3
Qurani-Kərim