19
Müfəttişliyin hazırladığı layihə əsasında Şimali Muğanda tikilən ilk mühəndis-hidrotexnika
tipli qurğu Gur-gur kanalı olmuşdur. Kanal suyu Sarıcalar kanalından qəbul edərək 1000
hektar sahəni suvarma suyu ilə təmin etmişdir. qolitsın (Sabir) suvarma sisteminin yaradıl-
masında bu kanalın tikintisi başlanğıc idi. Suvarma şəbəkəsinin tikintisi aparılan bir vaxtda,
qolitsın kanalı boyunca rusiya ərazisindən gətirilmiş köçkünlərin məskunlaşdırılmasına da
başlandı. qədim Gur-gur − qobu suvarma kanalı yenidən quruldu və Aşağı qolitsın kanalı
çəkildi. Çaydan kanala su ötürəcək suqəbuledici Petropavlovka kəndində olmaqla, Aşağı qo-
litsın kanalı şimal-şərqdən cənub-qərbə doğru 12,75 km uzunluğunda tikildi. qolitsın suvar-
ma sistemi tikildikcə, ərazidə 1901-1902-ci illərdə rusiyadan gətirilmiş köçkünlər yaşayan
Nikolayevka, Pokrovka (qaratəpə) və Mixaylovka qəsəbələri salındı.
Azərbaycanda pambıq istehsalını artırmaq məqsədilə XIX əsrin axırı və XX əsrin
əvvəllərində rus köçkünləri üçün Şimali Muğan düzündə 14, Cənubi Muğan düzündə isə 20
qəsəbə tikilmişdir.
Muğan düzünün 1925-ci ildə çəkilmiş xəritəsindən göründüyü kimi:
Şimali Muğanda: Petropavlovka (Sabirabad), Pokrovka (qaratəpə), Ukrotruba, Novodo-
netski, Suslovka, Aleksandrovka (Şəhriyar), Vladimirovka (Nizami), Novoye Xersonovka
(Nəsimikənd), Krasnoselski (qara Nuri), Nikonov, Severskoye, burnaşevko, Tverskoye, qo-
lovino qəsəbələri;
Cənubi Muğanda: Pervomayskoye (Hacıbabalı), Lenin, Suvorovka (Hacı rüstəmli), bru-
silovka, romanovka, Novotroisko (Nəsimikənd), Konstantinovka (İsmətli), Kirovka
1920-ci ilə kimı Muğan düzündə tikilmiş mühəndis suvarma kanallarının cxematik planı.
20
Salyan qəzasında torpaq istifadəçilərinə məxsus əkin sahələrinin sərhədləri göstərilməklə
Muğan düzünün xəritəsi. 1925
21
22
(Günəşli), Fioletov (Caylı), Tatyanovka (Çinarlı), Velikoknyajeskoye, boqoslovka, Arxange-
lovskoye (bağbanlı), Abazovka (Zəhmətabad), Puşkino, qriboyedovo, baratinskoye, Mural-
yovka (Muğan kənd), Karyagino (Füzuli), Slepstovo yaşayış məntəqələri salınmışdır.
Kür çayının suyundan mexaniki üsulla suvarmada istifadə olunmasına 1900-cü ildən baş-
lanmışdır. Kür çayı üzərində sayca ikinci nasos stansiyası Salyan şəhəri yaxınlığında yaradıl-
mışdır. 1904-cü ildə Kür ətrafında ayrı-ayrı şəxslərə məxsus Almaniya və İngiltərə
dövlətlərindən gətirilmiş 5 nasos stansiyasından istifadə edilirdi. 1915-ci ilin məlumatına
görə, Kür çayı üzərində 100-ə yaxın nasos stansiyasının köməkliyilə 50 min hektar sahə su-
varılmış, bunun da 25 min hektarında pambıq bitkisi becərilmişdir.
qeyd etmək lazımdır ki, bölgədə yerləşdilirmiş ruslarla yerli əhali arasındakı münasibətlər
bütün dövrlərdə qarşılıqlı anlaşma şəraitində, çox yaxşı olmuşdur. bölgədə əkinçilik
mədəniyyəti yüksəlmiş, heyvandarlıq sahəsi inkişaf edib, qarşıya çıxan bütün problemlər
ərazidə yaşayan əhalinin birgə səyi ilə aradan qaldırılmışdır.
qafqaz Su Müfəttişliyinin mutəxəssisləri tərəfindən, 1902-ci ildə Muğan düzündə heyvan-
darlıqla məşğul olan əhalinin qış aylarında otlaq kimi istifadə etdikləri 175 min hektar qışlaq
yerlərində Araz çayından su götürməklə, yeni əkin sahələrini suvarma suyu ilə təmin edəcək
3 ədəd magistral kanalın layihələri tərtib olunmuşdur. Sonraki illərdə “Yeni Araz”ın cənubunda
yerləşən 155 min hektar ərazidə meliorasiya layihələrinin hazırlanması da nəzərdə tutulmuş-
dur.
1900-1916-cı illərdə Muğanda ümumi uzunluğu 297.2 km olan Yuxarı qolitsın (Sabir),
Aşağı Muğan (Mürsəlli), Yuxarı Muğan (əzizbəyov) və Orta Muğan (Nərimanov) magistral
kanallarının tikilməsi planlaşdırılmışdır. Ancaq bölgədə əkinəyararlı torpaqların
mənimsənilməsi üçün əmək ehtiyatlarının az olması hazırlanmış layihələrə bəzi dəyişiklik
edilməsi ilə nəticələnmişdir. Layihələrə edilmiş dəyişikliklər nəzərə alınmaqla 1910-1917-ci
illərdə Muğan düzündə 4 magistral kanal tikilmişdir.
Yuxarı Qolitsın (Sabir) magistral kanalının uzunluğu 84 km, layihə sərfi 21,3 m
3
/san
nəzərdə tutulsa da, istismara veriləndə apardığı sərf 2,5 m
3
/san, suvarma suyu ilə təmin etdiyi
əkin sahəsi 16,3 min hektar (ilkin varianda 21,3 min hektar) olmuşdur. Kanal 1905-1908-ci
illərdə tikilmişdir. Araz çayından suqəbuledicinin yeri, hazırkı Saatlı rayonunun ərazisində
idi. Kanalın çəkilişində 1,8 mln. m
3
həcmində torpaq işi görülmüşdür.
Aşağı Muğan (Mürsəlli) magistral kanalının uzunluğu 70,3 km, layihə sərfi 36,8 m
3
/san
nəzərdə tutulsa da, kanal istismara veriləndə apardığı sərf 10 m
3
/san, kanalın suvarma suyu
ilə təmin etdiyi sahə 7,3 min hektar (ilkin variantda 41,4 min hektar) olmuşdur. Kanal 1910-
1916-ci illərdə tikilmişdir. Araz çayından suqəbuledicinin yeri Mürsəlli kəndində idi. Kanalın
tikintisində 3,58 mln. m
3
həcmində torpaq işi görülmüşdür.
Orta Muğan (Nərimanov) magistral kanalının uzunluğu 76,7 km, layihə sərfi 41,9 m
3
/
san, suvarma suyu ilə təmin etdiyi sahə 66,9 min hektar olmuşdur. Kanal 1912-1917-ci illərdə
tikilmişdir. Araz çayından suqə buledicinin yeri qaradonlu kəndində idi. Kanalın çəkilişində
5,08 mln. m
3
həcmində torpaq işi görülmüşdür. əmək ehtiyatlarının olmadığına görə, bu ka-
naldan əkin sahələrinin suvarılmasında istifadə olunmamışdır.
Yuxarı Muğan (Əzizbəyov) magistral kanalının uzunluğu 66,2 km, layihə sərfi 30,9 m
3
/
san planlaşdırılsa da, istismara veriləndə apardığı sərf 2,9 m
3
/san, su ilə təmin etdiyi sahə 1,5
min hektar (ilkin variantda 32,7 min hektar) olub. Kanal 1910-1913-cü illərdə tikilmişdir.
Araz çayından suqəbuledicinin yeri bəhramtəpə idi. Kanalın tikintisində 2,55 mln m
3
həcmində torpaq işi görülmüşdür.
Muğanda 1917-ci ildə 42 min hektar əkin sahəsi suvarılmışdır ki, bunun da 26,5 min hek-
tarında pambıq bitkisi becərilmişdir.
Dostları ilə paylaş: |