Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   2   3   4   5   6   7   8   9   ...   30

19
Müfəttişliyin hazırladığı layihə əsasında Şimali Muğanda tikilən ilk mühəndis-hidrotexnika 
tipli  qurğu  Gur-gur  kanalı  olmuşdur.  Kanal  suyu  Sarıcalar  kanalından  qəbul  edərək  1000 
hektar sahəni suvarma suyu ilə təmin etmişdir. qolitsın (Sabir) suvarma sisteminin yaradıl-
masında bu kanalın tikintisi başlanğıc idi. Suvarma şəbəkəsinin tikintisi aparılan bir vaxtda, 
qolitsın kanalı boyunca rusiya ərazisindən gətirilmiş köçkünlərin məskunlaşdırılmasına da 
başlandı. qədim Gur-gur − qobu suvarma kanalı yenidən quruldu və Aşağı qolitsın kanalı 
çəkildi. Çaydan kanala su ötürəcək suqəbuledici Petropavlovka kəndində olmaqla, Aşağı qo-
litsın kanalı şimal-şərqdən cənub-qərbə doğru 12,75 km uzunluğunda tikildi. qolitsın suvar-
ma sistemi tikildikcə, ərazidə 1901-1902-ci illərdə rusiyadan gətirilmiş köçkünlər yaşayan 
Nikolayevka, Pokrovka (qaratəpə) və Mixaylovka qəsəbələri salındı. 
Azərbaycanda  pambıq  istehsalını  artırmaq  məqsədilə  XIX  əsrin  axırı  və  XX  əsrin 
əvvəllərində rus köçkünləri üçün Şimali Muğan düzündə 14, Cənubi Muğan düzündə isə 20 
qəsəbə tikilmişdir. 
Muğan düzünün 1925-ci ildə çəkilmiş xəritəsindən göründüyü kimi: 
Şimali Muğanda: Petropavlovka (Sabirabad), Pokrovka (qaratəpə), Ukrotruba, Novodo-
netski,  Suslovka, Aleksandrovka  (Şəhriyar), Vladimirovka  (Nizami),  Novoye  Xersonovka 
(Nəsimikənd), Krasnoselski (qara Nuri), Nikonov, Severskoye, burnaşevko, Tverskoye, qo-
lovino qəsəbələri;
Cənubi Muğanda: Pervomayskoye (Hacıbabalı), Lenin, Suvorovka (Hacı rüstəmli), bru-
silovka,  romanovka,  Novotroisko  (Nəsimikənd),  Konstantinovka  (İsmətli),  Kirovka 
1920-ci ilə kimı Muğan düzündə tikilmiş mühəndis suvarma kanallarının cxematik planı.


20
Salyan qəzasında torpaq istifadəçilərinə məxsus əkin sahələrinin sərhədləri  göstərilməklə  
Muğan düzünün xəritəsi. 1925


21


22
(Günəşli), Fioletov (Caylı), Tatyanovka (Çinarlı), Velikoknyajeskoye, boqoslovka, Arxange-
lovskoye (bağbanlı), Abazovka (Zəhmətabad), Puşkino, qriboyedovo, baratinskoye, Mural-
yovka (Muğan kənd), Karyagino (Füzuli), Slepstovo yaşayış məntəqələri salınmışdır.
Kür çayının suyundan mexaniki üsulla suvarmada istifadə olunmasına 1900-cü ildən baş-
lanmışdır. Kür çayı üzərində sayca ikinci nasos stansiyası Salyan şəhəri yaxınlığında yaradıl-
mışdır.  1904-cü  ildə  Kür  ətrafında  ayrı-ayrı  şəxslərə  məxsus  Almaniya  və  İngiltərə 
dövlətlərindən  gətirilmiş  5  nasos  stansiyasından  istifadə  edilirdi.  1915-ci  ilin  məlumatına 
görə, Kür çayı üzərində 100-ə yaxın nasos stansiyasının köməkliyilə 50 min hektar sahə su-
varılmış, bunun da 25 min hektarında pambıq bitkisi becərilmişdir. 
qeyd etmək lazımdır ki, bölgədə yerləşdilirmiş ruslarla yerli əhali arasındakı münasibətlər 
bütün  dövrlərdə  qarşılıqlı  anlaşma  şəraitində,  çox  yaxşı  olmuşdur.  bölgədə  əkinçilik 
mədəniyyəti  yüksəlmiş,  heyvandarlıq  sahəsi  inkişaf  edib,  qarşıya  çıxan  bütün  problemlər 
ərazidə yaşayan əhalinin birgə səyi ilə aradan qaldırılmışdır. 
qafqaz Su Müfəttişliyinin mutəxəssisləri tərəfindən, 1902-ci ildə Muğan düzündə heyvan-
darlıqla məşğul olan əhalinin qış aylarında otlaq kimi istifadə etdikləri 175 min hektar qışlaq 
yerlərində Araz çayından su götürməklə, yeni əkin sahələrini suvarma suyu ilə təmin edəcək 
3 ədəd magistral kanalın layihələri tərtib olunmuşdur. Sonraki illərdə “Yeni Araz”ın cənubunda 
yerləşən 155 min hektar ərazidə meliorasiya layihələrinin hazırlanması da nəzərdə tutulmuş-
dur.
1900-1916-cı illərdə Muğanda ümumi uzunluğu 297.2 km olan Yuxarı qolitsın (Sabir), 
Aşağı Muğan (Mürsəlli), Yuxarı Muğan (əzizbəyov) və Orta Muğan (Nərimanov) magistral 
kanallarının  tikilməsi  planlaşdırılmışdır.  Ancaq  bölgədə  əkinəyararlı  torpaqların 
mənimsənilməsi üçün əmək ehtiyatlarının az olması hazırlanmış layihələrə bəzi dəyişiklik 
edilməsi ilə nəticələnmişdir. Layihələrə edilmiş dəyişikliklər nəzərə alınmaqla 1910-1917-ci 
illərdə Muğan düzündə 4 magistral kanal tikilmişdir. 
Yuxarı Qolitsın (Sabir) magistral kanalının uzunluğu 84 km, layihə sərfi 21,3 m
3
/san 
nəzərdə tutulsa da, istismara veriləndə apardığı sərf 2,5 m
3
/san, suvarma suyu ilə təmin etdiyi 
əkin sahəsi 16,3 min hektar (ilkin varianda 21,3 min hektar) olmuşdur. Kanal 1905-1908-ci 
illərdə tikilmişdir. Araz çayından suqəbuledicinin yeri, hazırkı Saatlı rayonunun ərazisində 
idi. Kanalın çəkilişində 1,8 mln. m
3
 həcmində torpaq işi görülmüşdür. 
Aşağı Muğan (Mürsəlli) magistral kanalının uzunluğu 70,3 km, layihə sərfi 36,8 m
3
/san 
nəzərdə tutulsa da, kanal istismara veriləndə apardığı sərf 10 m
3
/san, kanalın suvarma suyu 
ilə təmin etdiyi sahə 7,3 min hektar (ilkin variantda 41,4 min hektar) olmuşdur. Kanal 1910-
1916-ci illərdə tikilmişdir. Araz çayından suqəbuledicinin yeri Mürsəlli kəndində idi. Kanalın 
tikintisində 3,58 mln. m
3
 həcmində torpaq işi görülmüşdür.
Orta Muğan (Nərimanov) magistral kanalının uzunluğu 76,7 km, layihə sərfi 41,9 m
3
/
san, suvarma suyu ilə təmin etdiyi sahə 66,9 min hektar olmuşdur. Kanal 1912-1917-ci illərdə 
tikilmişdir. Araz çayından suqə buledicinin yeri qaradonlu kəndində idi. Kanalın çəkilişində 
5,08 mln. m
3
 həcmində torpaq işi görülmüşdür. əmək ehtiyatlarının olmadığına görə, bu ka-
naldan əkin sahələrinin suvarılmasında istifadə olunmamışdır. 
Yuxarı Muğan (Əzizbəyov) magistral kanalının uzunluğu 66,2 km, layihə sərfi 30,9 m
3
/
san planlaşdırılsa da, istismara veriləndə apardığı sərf 2,9 m
3
/san, su ilə təmin etdiyi sahə 1,5 
min hektar (ilkin variantda 32,7 min hektar) olub. Kanal 1910-1913-cü illərdə tikilmişdir. 
Araz  çayından  suqəbuledicinin  yeri  bəhramtəpə  idi.  Kanalın  tikintisində  2,55  mln  m
3
 
həcmində torpaq işi görülmüşdür.
Muğanda 1917-ci ildə 42 min hektar əkin sahəsi suvarılmışdır ki, bunun da 26,5 min hek-
tarında pambıq bitkisi becərilmişdir.


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə