104
Molekulları müstəvi quruluşda olan maddələri
göstərin.I.C6H5 II.C6H5CH3 III.p – C6H4Cl2 IV.C6H5Cl
V.C6Br6 A) I-V B) I, II, IV C) yalnız I D) yalnız I, IV E) I, III, IV,
V
105
Aşağıdakılardan hansı əvəzetmə reaksiyasına daha çətin
daxil olur? A) benzol B) toluol C) propilbenzol D)
izopropilbenzol E) etilbenzol
106
Fenolun kimyəvi xassələri haqqında deyilənlərdən hansı
səhvdir? A) biratomlu spirtlərə oxşardır B) natrium metalı
ilə qarşılıqlı təsirdə olur C) qələvilərlə təsirdə olmur D)
zəif turşu xassəsinə malikdir E) metal törəmələri
fenolyatlar adlanır
107
Hansı birləşmələrdəki kükürd atomu həm reduksiyaedici,
həm də oksidləşdirici ola bilər? I.K2SO4 II.H2S III.SO3
IV.SO2 V.H2SO3 A) I, III B) III, IV C) II, IV, V D) IV, V E) I-V
108
İçərisində 20% sulfat turşusu olan 98q məhlulun tam
neytrallaşması üçün tərkibində 10% NaOH olan
məhluldan neçə qram tələb olunur? A) 160 B) 80 C) 240
D) 120 E) 320
109
Alüminium atomunda müvafiq olaraq neçə energetik
səviyyə və neçə valent elektron mövcuddur? A) 2:3 B) 3:3
C) 3:2 D) 3:1 E) 2:1
110
Aromatik karbohidrogenlərdə izomerlik hadisəsi hansı
əlamətlərə görə müşahidə olunur? I.əvəzedicilərin
həlqədəki vəziyyətinə görə II.yan zəngirin quruluşuna
görə III.yan zəncirdə doymuş radikalın fəzada
yerləşməsinə görə IV.yan zəncirin sayına görə A) yalnız I
B) yalnız I, II C) I, II, IV D) I-V E) yalnız I, IV
111
Etilenqlükol və tereftalat turşusunun lavsana çevrilməsi
prosesi hansı reaksiyalar üzrə baş verir? A)
polikondensləşmə; efirləşmə B) efirləşmə;
polikondensləşmə C) efirləşmə; polimerləşmə D)
polimerləşmə; efirləşmə E) oksidləşmə;
polikondensləşmə
112
Hansı maddənin suda məhlulları indiqatora təsir etmir?
I.C2H5OH II.KOH III.CH3OH IV.NH4Cl A) yalnız I B) II C)
yalnız III D) I, III, IV E) I, III
113
Benzolun oksidləşməsi haqqında deyilənlərdən hansılar
səhvdir? I.oksidləşməyə qarşı çox davamlıdır II.havada
yanmır III.oksigendə hisli alovla yanır IV.KMnO4 məhlulu
onu oksidləşdirir A) yalnız I B) yalnız II C) yalnız IV D) II, III,
IV E) I-IV
114
Piritdə FeS2 dəmirin oksidləşmə dərəcəsini və dəmir
ionunda elektronların paylandığı energetik səviyyələrin
sayını müvafiq olaraq göstərin. A) +4,4 B) +2,3 C) +2,4 D)
+3,3 E) +4,3
115
Aşağıdakı reaksiya haqqında deyilənlərdən hansılar
doğrudur? C6H5OH + NaOH®C6H5ONa + H2O I.fenol
turşu kimi biratomlu spirtdən zəifdir II.fenol turşu
xassəsinə malikdir III.natrium-fenolyat natrium-etlata
nəzərən hidrolizə az uğrayır A) I B) II, III C) II D) III E) I-III
116
Hansı sırada yalnız polimerləşmə üsulu ilə alınmış
polimerlər verilmişdir? A) polietilen, polistirol,
polivinilxlorid B) xlorpren, lavsan, kapron C) lavsan,
kapron, zülallar D) fenolformaldehid qatranları, xlorpren,
nişasta E) qlükogen, polistirol, nişasta
117
Aromatik karbohidrogenlər haqqında deyilənlərdən
hansılar səhvdir? I.hamısı xoş iyə malikdir II.tsiklik
quruluşa malikdirlər III.aromatik karbohidrogenlərin adı
beynəlxalq nomenklaturaya əsasən verilmişdir IV.ən sadə
nümayəndəsi benzoldur V. başqa adı arenlərdir A) yalnız I
B) I, III C) I, II, III D) I, III, V E) II, IV, V
118
Etilen molekulunda p rabitəsi hansı orbitalların
örtülməsindən yaranmışdır? A) S – S B) Sp – Sp C) Sp3 –
Sp3 D) p – p E) Sp2 - Sp2
119
Butadien kauçukunun makromolekulunda metilen
qrupları (-CH2) necə yerləşmişdir? I.ikiqat rabitənin eyni
tərəfində II.ikiqat rabitənin müxtəlif tərəfində III.SiS -
vəziyyətində IV.trans - vəziyyətində A) I, III B) yalnız I C)
yalnız III D) yalnız II E) II, IV
120
Fenolun kimyəvi xassələri haqqında deyilənlərdən
hansılar doğrudur? I.aromatik birləşmələrə oxşayır
II.əvəzolunma reaksiyalarına daxil olur III.bromla
reaksiyaya daxil olmur IV.HNO3-lə nitrofenol əmələ
gətirir V.H2CO3-dən zəif turşudur A) I, II, IV, V B) I, II, V C)
III, IV D) yalnız I, II E) yalnız II, V
121
Aşağıdakılardan hansı əvəzetmə reaksiyasına daha çətin
daxil olur? A) benzol B) toluol C) propilbenzol D)
izopropilbenzol E) etilbenzol
122
Hansı üsulla əsasən yüksək ərimə temperaturuna malik
olan legirlənmiş polad alınır? I.marten II.oksigen-
konvertor III.elektrotermiki A) I B) II C) yalnız III D) I, II E)
II, III
123
Şlak haqqında deyilənlərdən hansılar doğrudur? I.tərkibi
CaSiO3-dən ibarətdir II.asan əriyəndir III.çuquna
möhkəmlik verir IV.çuqunun üzərində toplanır A) yalnız I
B) I, II, IV C) yalnız II D) I, II E) I, II, III
124
Çuqunun tərkibinə qarışıq kimi daxil olan elementləri
göstərin. A) Si, S, P, Mn B) Co, Ni, Cr C) O, H, N, Se D) Na,
K, Co, Cr E) O, H, Na, K
125
Alüminiumun fiziki xassələri haqqında deyilənlərdən
hansılar səhvdir? I.gümüşü-ağ metaldır II.yüngül metaldır
III.çətin əriyən metaldır IV.kövrəkdir V.yaxşı elektrik
keçiricisidir A) I, II B) II, III C) III, IV D) II, III, IV E) yalnız IV
126
Oksigen atomunun xarici energetik səviyyəsinin hansı
xüsusiyyəti onun 6 valentli olmasına imkan vermir? I.
cəmi 6 elektronun olması II. 2 tək elektronun olması III. 2
cüt cütləşmiş elektronların olması IV. cəmi 4 orbitalın
olması A) I B) II C) III D) IV E) I, II, III, IV
127
«Əgər yer üzərində həyatın məhv olmasını istəmiriksə, biz
həyatı təhlükə altına alan qüvvələri dayandırmalıyıq»
ifadəsi kimə aiddir? A) C.Bernal B) M.Faradey C)
D.Zelinski D) E.Rezerford E) A.Avqust
128
Polimer haqqında deyilənlərdən hansılar doğrudur? I.
irimolekullu birləşmə deməkdir II. makromolekullardan
ibarətdir III. makromolekullu monomerlər toplusundan
ibarətdir IV.makromolekulu çox sayda təkrarlanan
monomer halqalarından ibarətdir A) I, II, IV B) I, II, III C)
yalnız II D) yalnız IV E) yalnız I, II
129
Qlükozanın kimyəvi xassələri haqqında deyilənlərdən
hansılar doğrudur? I.spirtlərin xassələrinə malikdir
II.aldehidlərin xassələrinə malikdir III.karbon turşularının
xassələrinə malikdir IV.xüsusi xassələrə malikdir A) I, II, IV
B) I-IV C) yalnız IV D) yalnız I, II E) yalnız II, IV
130
Hansı iki maddəni birgə qızdırdıqda rezin alınır?
I.butadien II.stirol III.kükürd IV.fenol V.formaldehid
VI.divinil kauçuku A) IV, V B) III, VI C) I, II D) I, III E) III, IV
131
Dövrlərdə soldan sağa getdikcə elementlərin metallıq
xassələrinin zəifləyib, qeyri-metallıq xassələrinin
güclənməsini təbiətin hansı inkişaf qanunu ilə izah etmək
olar? I.İnkarı-inkar qanunu II.Əksliklərin vəhdəti və
mübarizəsi qanunu III.Kəmiyyət dəyişmələrinin keyfiyyət
dəyişmələrinə keçməsi qanunu A) I B) II C) III D) I-III E)
yalnız I-II
132
Kimya və fizika bir-biri ilə elə bağlanmışdır ki, biri o birisiz
mükəmməl ola bilməz ifadəsi kimə aiddir? A) M.Faradey
B) A.Butlerov C) M.Lomonosov D) F.Engels E)
D.Mendeleyev
133
Flyus haqqında deyilənlərdən hansı səhvdir? A) domna
peçində reduksiyaedici əmələ gətirir B) şlak əmələ gətirir
C) filizdəki qatışıqlarla birləşir D) asan əriyən maddələr
əmələ gətirir E) adətən əhəngdaşı və ya dolomitdən
ibarət olur
Dostları ilə paylaş: |