236
deməli kolun bioloji göstəricilərinə müsbət təsiri sözsüzdür.
Güclü boya malik olan bir çox süfrə sortlarında çoxillik hissə çox saxlandıqda
məhsuldarlıq xeyli artır. Krasnodar diyarının Anapa rayonunda Təbrizi sortunda
aparılan təcrübələr göstərmişdir ki, çoxillik hissə çox saxlandıqda məhsuldarlıq
33% artmışdır. LN.Makarov- Kojuxovun məlumatına görə uzun qollu Kazenava
kordonu formasında məhsuldarlıq qısa qollu formalara nisbətən dörd dəfə artıq
olmuşdur.
Zəif boylu sortlarda çoxillik hissənin çox saxlanması məhsuldarlığa mənfi
təsir göstərir. Buna görə də az qida sahəsində yerləşdirilərək çoxillik hissəsi az
olan formalar verilir.
Birillik hissənin çox və az saxlanması konkret olaraq tənəyin yükünə aiddir.
Birillik zoğların miqdarı və onların uzunluğu çoxillik hissəyə nisbətən daha açıq
şəkildə təsirli olur. Birillik hissəni çox saxladıqda tənəyin yükü çox, az
saxladıqda az olur. Tənəyin yükü isə torpaq-iqlim şəraitindən ( suvarılan və
yaxud dəmyə), keçən il tətbiq edilən və cari ildə tətbiq edilməsi nəzərdə tutulan
aqrotexniki tədbirlərin səviyyəsindən, alınan məhsulun istifadə istiqamətindən və
kolun gücündən asılıdır.
Tənəkdə saxlanılan zoğların sayının, onların uzunluğunun və gözcüklərin
sayının düzgün təyin edilməsi üzüm bitkisinin aqrotexnikasının ən vacib
məsələlərindən biridir. Bu məsələnin düzgün həlli hər il sabit və yüksək
keyfiyyətli məhsul alınmasını təmin edir.
Yükün və məhsuldarlığın çoxluğu kolun gücündən asılıdır. Kolun gücü isə
çox hallarda torpağın münbitliyi və aqrotexnikanın səviyyəsi ilə müəyyən edilir.
Kolun yükü müəyyən edilərkən onun gücünün də müəyyən edilməsi vacibdir.
Kolun gücü artdıqca ondan alınan məhsul da artır. Əgər kolda zoğun miqdarını
artırsaq, onda hər bir zoğun gücü azalacaq, ancaq kolun vegetativ kütləsi artıq
olacaqdır. Əksinə, zoğların miqdarı azaldıqda onların hər birinin boyu artır, ancaq
ümumi vegetativ kütlə azalır.
Kolun böyümə gücünün artırılması məqsədi ilə bir neçə il müddətində kolun
gözcüklə yükünü tədricən artırmaq lazımdır. Bütün hallarda quru kəsmə zamanı
kolda gözcüyün miqdarı bir qədər artıq götürülsə sonralar yaşıl əməliyyat vaxtı
onlar qəti olaraq nizamlana bilər.
Kolda zoğla yükün artırılması onların mineral maddələrlə və işıqla
qidalanması müşaiyət olunmalıdır. Yüksək yük fonunda kolun qidalanması zəif
olduqda cari ildə məhsul çoxalacaq, ancaq zoğlar zəif olacaq və pis yetişəcək,
nəticədə gələcəyin məhsulunun aqibəti pisləşəcək. Müəyyən şəraitdə kolda olan
məhsulun miqdarı və keyfiyyəti arasındakı nisbət bir tərəfdən kök sisteminin
güclü, digər tərəfdən isə gilədə şəkəri müəyyən edən yarpaq səthi ilə sıx
əlaqədardır. Məhsul kolun böyüməsinə aşağıdakı kimi təsir göstərir Gilənin
237
formalaşmasına kifayət qədər qida maddələri tələb edir. Əgər qida maddələrinin
axması onların məsrəfindən azdırsa onda kolun gücü zəifləyəcək. Beləliklə, kolun
böyüməsi ilə məhsulu arasındakı əlaqə daimi deyildir. Aqrotexnikanın
səviyyəsindən asılı olaraq bu əlaqə həmişə dəyişir.
Kolda qoyulan yükün hesabatı iqlim şəraiti ilə uzlaşdırılmalıdır. Bu halda
kolun yükü müəyyən edilərkən bir hektarda kolun miqdarı, bar əmsalı və
salxımın orta çəkisi haqqında əldə məlumat olmalıdır. Bunlar çoxillik
məlumatlara əsaslanmalıdır. Bu məlumatlar əsasında əvvəlcə bir kolda nəzərdə
tutulan salxımın miqdarı və məhsul hesablanır, sonra bar əmsalına görə bir kola
düşən zoğun miqdarı hesablanır. Daha sonra bura açılmayan gözcüklərin miqdarı
əlavə olunur. Əgər üzümlükdə müəyyən səbəbdən məh olmuş gözcüklər
müşahidə edilsə bunlar da əlavə edilməlidir.
Hesabat prof. L.Kolesnikin təklif etdiyi düsturla aparılır.
burada: Y- gözcüklərin miqdarı
Q- 1 hektarın məhsulu, kq,
N- 1 ha-da kolun miqdarı,
K- bar əmsalı,
P- salxımın orta çəkisi, kq,
A-məhv olmuş gözcüklərin miqdarı,
B- açılmayan gözcülkərin miqdarı
Müxtəlif üzümçülük rayonlarında təbii şəraitdən asılı olaraq bir kolda 7-10-
dan 180-250-ə qədər gözcük saxlamaq mümkündür. Belə çıxmasın ki, çardaqda
və yaxud alleyada becərilən bir kol nəzərdə tutulur. Suvarılan münbit torpaqlarda
son vaxtlar təklif etdiyimiz 7 mərtəbəli şaquli şpalerdə becərilən çox güclü
böyümə gücünə malik sortda 20-22 ədəd bar barmağı saxlamışıq. Nəticədə
tənəyin gücündə zəiflik müşahidə olunmamışdır. Bu qədər bar barmağında
gözcüklərin miqdarı 180-200-ə bərabər olur.
Bu məsələ üzrə Bolqar alimi professor Nedelçevin də təklif etdiyi düsturu
məqsədə uyğun hesab edirik.
burada : F- 1 ha- da planlaşdırılan məhsul,
238
n- sortun bar əmsalı, ədəd,
p- salxımın orta çəkisi, kq,
a-
Açılmayan gözcüklərin miqdarı, %.
Düsturda göstərilən hərfləri istənilən rəqəmlərlə ifadə etmək mümkündür.
Kitabın əvvəlki müvafiq mözusunda bar əmsalı haqqında məlumat
verilmişdir. Burada bu məsələnin bir daha yada salınması məqsədə uyğun olardı.
Üzüm bitkisində üç adda bar əmsalının adı çıkilir və bunlar aşağıdakılardır:
1)
Gözcüyün bar əmsalı- eyni zamanda sortun və kolun bar əmsalı adlanır.
Kolda olan salxımın saxlanan gözcüyün miqdarına nisbətidir. Bar əmsalı
rəqəmlə ifadə olunur. Məhsuldarlıq məsələlərində bu əsas götürülür.
2)
Ümumi zoğun bar əmsalı. Salxımın miqdarının kolda olan ümumi zoğa
nisbətidir.
3)
Barlı zoğun bar əmsalı. Salxımın miqdarının zoğların miqdarına olan
nisbətidir. Bar əmsalı yalnız qışlayan gözcüyün əsas tumurcuğundan çıxan
zoğa və salxıma aiddir. Söz yox ki, bir çox sortlarda əvəzedici tumurcuqdan çıxan
əlavə zoğlar , yatmış tumurcuqdan çıxan haramı zoğlar, bic tumurcuqdan çıxan
bic zoğlarının salxımı hesaba alınmır. Ancaq heç də bu o demək deyildir ki,
həmin zoğların salxımı tamamilə uçota alınmır. Lazım gəldikdə həmin salxımlar
məhsuldarlığa daxil edilir.
Bar əmsalını ifadə edən rəqəm bir çox illərdə aparılan müşahidələrin orta
yekunu olmalıdır. Söz yox ki, eyni sortun bar əmsalı becərmə şəraitindən asılı
olaraq dəyişə bilir.
Salxımın orta çəkisinin müəyyən edilməsi üçün ampeloqrafiya elmi 500
salxımın çəkisindən istifadə edilməsini məsləhət görür. Ancaq prof. N.Nedelçev
100 salxımın çəkisinin orta rəqəm kimi qəbul edilməsini məsləhət bilir.
Üzüm bitkisində kolun yükünün salxımla ifadəsi daha dəqiq uçotdur. Ancaq
qeyd edildiyi kimi çox hallarda yük dedikdə kolda gözcüyün miqdarı nəzərdə
tutulur. Bir çox ədəbiyyatda yükün kolda saxlanan ümumi zoğların miqdarı ilə də
ifadə edilməsi göstərilir.
Üzümlüyün məhsuldarlığı kolun üzvi kütləsinin yaradılmasına sərf edilən
yarpağın assimilyasiya aparatının fəaliyyətindən çox asılıdır. Yarpaqların
fotosintetik işi üçün orqanların yerləşdiyi zonada lazımınca günəş şüası olmalıdır.
Kolda yükün çoxluğundan asılı olmayaraq orqanlara günəş şüasının normal
düşməsi üçün şpalerdə yaşıl kütlənin eni 60 sm olsa yaxşıdır. 70-90 sm olduqda
yaşıl kütlənin içərilərinə günəş şüalarının düşməsi pisləşir.
Kəsmə isində bar barmaqlarının optimal uzunluğundan söhbət getməyə
bilməz. Bar barmağının uzunluğuna təsir edən amillərdən başlıcası sortun bioloji
xüsusiyyətidir. Ayrı-ayrı üzüm sortları özünün təkamül prosesində məhsul
formalaşdırılması xüsusiyyəti qazanmışdır. Məlumdur ki, hər bir üzüm sortu öz
Dostları ilə paylaş: |