451
Şirvan zonası, xüsusilə Dağlıq Şirvan keyfiyyətli süfrə çərəz və kaqor tipli
şərablar istehsalı üçün olduqca yararlıdır. Burada becərilən Mədrəsə və
Şirvanşahı üzüm sortları klassik şərablar istehsalı üçün olduqca yararlıdır.
Lənkaran-Astara bölgəsində becərilən üzümlər onların emal məhsulları ancaq
yerli istifadə üçün xarakterikdir. Naxçıvan Muxtar Respublikası tarixən əlvan
sortlar məskəni hesab edilmişdir. Orada becərilən yerli süfrə üzümləri həm təzə
halda yeyilmək, həm daşınmaq, həm də qurudulmaq üçün yararlıdır. Xalq
seleksiyası nəticəsində əldə edilən iri giləli kişmişilərdən yüksək keyfiyyətli
kişmiş alınır.
Abşeronun qumlu və qumsal torpaqlarında və Xəzri küləyinin təsiri altında
intişar tapmış Ağ şanı, Qara şanı, Sarıgilə və s. yerli əhalinin ən çox becərdiyi və
istifadə etdiyi çox keyfiyyətli üzüm sortlarıdır. Abşeron yarımadasının iqlimi
quru subtropikdir. Orta illik temperatur 14°C, müsbət temperaturların yekunu
4000°C-dir. İllik atmosfer çöküntüləri 150-250mm arasındadır. Abşeron
yarımadası klassik süfrə üzümçülüyü zonasıdır. Üzümlüklər Samur-Abşeron
kanalından suvarılır. Keçmiş üzümçülük savxozları ləğv olduqdan sonra yeni
təsərrüfat strukturları yarandı və onlarda yerli sortlarla yanaşı Avropa sortları
becərilməyə başladı. Lənkaran-Astara bölgəsində becərilən üzümlər və onların
emal məhsulları yalnız yerli məqsəd daşıyır.
Şəki-Zaqatala bölgəsi Respublikanın qərb hissəsində Böyük Qafqaz sıra
dağlarının cənub ətəklərini və xırda çay vadilərini əhatə edir. Bölgəyə Oğuz,
Qəbələ, Şəki, Balakən, Zaqatala və Qax rayonları daxildir. İqlimi belə xarakterizə
olunur: orta illik teperatur 10,3° ilə 10,8 °arasında dəyişir. Orta mütləq minimum
Balakəndə mənfi 10°C, Zaqatalada 11°C. Müsbət temperaturun yekunu Qəbələdə
3900°C, Zaqatalada 3600° C-dir. Bölgədə əsasən gillicəli tünd – boz podzol
torpaqlarla yanaşı dağ –meşə torpaqları da üzüm bitkisi üçün yararlıdır. Bəzi
xırda mikrorayonlarda mənfi temperaturun artıqlığından alınan şərablar çox da
yüksək keyfiyyət kəsb etmir. Ayrı-ayrı mikrorayonlar az nəmlik olan dəniz
səviyyəsindən 700, 800-900 m hündürlüklərdə Konyak və Şampan şərab
materialları alına bilər.
Dağlıq Qarabağ zonası dəniz səviyyəsindən 320m ilə 1440m (Şuşa)
hündürlükdə yerləşir.Zonaya daxil olan üzümçülük rayonları Xocavənd,
Xankəndi və Ağdərə qədimdən üzümçülüklə məşğul olmuşlar. Vilayətin iqlimi
çox müxtəlifdir. Şaquli zonallıqdan asılı olaraq temperatur və yağıntılar dəyişir.
Aşağı dağlıq hissədə illik temperatur və yağıntılar dəyişir. Aşağı dağlıq hissədə
illik temperatur 3000°, dağətəyi və düzən yerlərdə 4000°C-ə qədərdir.
Respublika üzümçülük-şərabçılıq sənayesində zona əsasən tund rəngli turş
süfrə şərabları ilə məşhur olmuşdur. Bununla bərabər kaqor tipli çərəz şərablar və
Bayanşirə sortundan harmonik təravətli ağ şərablar üçün şərait olduqca
452
əlverişlidir. Gürcüstan Respublikasının əksər rayonlarında üzümçülük kənd
təsərrıfatının əsas sahəsidir, çox qədim üzümçülük rayonudur.
Meşə və ətraflarda çoxlu miqdarda yabani üzümlərdən seçmə yolu ilə 500-ə
qədər yerli sortlar alınmışdır. Mikrozonaların müxtəlifliyi, torpaq tiplərinin
rəngarəngliyi öz izini üzümdə və şərabda qoymuş və onların böyük müxtəlifliyini
yaratmışdır.
Mıkrozonalarının müxtəlifliyi üzümün becərilmə sistemlərinin və sort
müxtəlifliyini tələb edir. Söz yox ki, müxtəlif torpaq tiplərində eyni keyfiyyətli
üzüm və onun emal məhsullarını əldə etmək mümkün deyildir.
Gürcüstanda sənaye üzümçülüyü dəniz səviyyəsindən 0 metrlə 1200 m
hündürlükdə yerləşir. Ancaq üzümlüklərin əsas massivi 300-600 m dəniz
səviyyəsindən hündürlükdə yerləşir və bu yerlərdə orta və gec yetişən sortlar
becərilir. Təbii şəraiti üzüm üçün olduqca əlverişlidir. Qış şaxtaları təhlükəli
təsirə malik deyildir, qışda üzümlükləri basdırılmır. Yağıntıların miqdarı kifayət
qədərdir, şərqi Gürcüstanın bir neçə rayonundan başqa heç yerdə üzümlüklər
suvarılmır.
Üzümçülük rayonlarında torpaqlar çürüntülü-karbonatlı, skeletli, 60-70 %
karbonatı olan qəhvəyi meşə və allüvial, mexaniki tərkibcə gilli və gillicəlidir.
Üzümlüklərə göbələk xəstəlikləri (mildiu, oidium, ağ və qara çürümələr), eləcə
də dolu çox ziyan vurur. Zərərvericilərdən filloksera, salxım yarpaqbükəni,
zaqafqaziya mərmər böcəyi geniş yayılmışdır. Üzümlüklərin hamısı fillokseraya
davamlı calaqaltılara calanmışdır. Gürcüstan üzümlüklərində kollara geniş qida
sahəsi verilmir, 1,5-2 m cərgə arası, 1,25-1,5m bitki arası məsafə kimi qəbul
edilmişdir. Quru budama vaxtı kolda əvəzedici çilik 2-3 gözdən, bar barmağı 8-
10 gözdən ibarət olur.
Gürcüstanda fəaliyyət göstərən elmi- tədqiqat üzümçülük və şərabçılıq
institutu və Sakarya üzümçülük və şərabçılıq təcrübə stansiyası ayrı-ayrı
üzümçülük rayonları üçün kompleks aqrotexniki tədbirlər işləyib hazırlayır. Yerli
sortların seçilməsi və öyrənilməsi üzrə, eləcə də üzümçülüyün yeni rayonlarda
becərilməsi sahəsində elmi müəssisələr xeyli iş görmüşlər.
Gürcüstan keyfiyyətli turş süfrə ağ və qırmızı şərablar istehsal edir, bu
şərablar yerli və ―avropa‖ üsulu adlandırılan texnalogiya ilə hazırlanır.
Kartli və Raça-Leçxumi rayonlarında məşhur Kaxet və İmeretiya şərabları
hazırlanır. Kaxetiya rayonu Gürcüstanın cənub-qərbində Alazan və İori çaylarının
vadisində yerləşir. Əsas üzümlükləri Baş Qafqaz və Kaxet sıra dağlarının
dağətəyi hissələrində dəniz səviyyəsindən 300-700 m hündürlükdə yerləşir.
İqlimi mülayim istidir. İllik atmosfer çöküntülərinin miqdarı 700-800mm-dir.
İmeretiya qərbi Gürcüstanda Rioni çayının orta axarında yerləşir. Sənaye
üzümlükləri düzən və dağətəyində 100-400m dəniz səviyyəsindən yüksəklikdə
453
yerləşir. İqlimi nəm və mülayim istidir. Yağıntıların miqdarı 1200-1500 mm-dir.
Yerli sortlardan Solikouri, Siska, Kraxuna, Kvişxura, Osxanuri-Sapere, gəlmə
sortlardan Qara pino, Aliqote və Şardone becərilir.
Kartli Gürcüstanın mərkəz hissəsində Kür çayının orta axarında yerləşir.
Üzümlüklərin çox hissəsi dəniz əviyyəsindən 400-600 m hündürlükdə yerləşir.
İqlimi mülayim isti və kontinentaldır. Çinuri, Qoruli, Mtsvane, Aliqote, Qara
pino, Rkasiteli və Saperavi sortları becərilir. Raça-Leçxumi Rioni və Tsxeni
tsxala çaylarının yuxarı axarında yerləşir. İqlimi isti mülayimdir. Sənaye
üzümlükləri 300-600m hündürlükdə yerləşir. Solikouri, Aleksandrouli,
Usaxelouri sortlarından məşhur ―№19 Tvişi‖, ―№20 Xvancxara‖, ―№21
Usaxelouri‖şərabları alınır.
Dənizkənarı rayonlar qərbi Gürcüstanda Qara dəniz sahillərində yerləşir
(Acar Muxtar Respublikası, Quriya, Merpeli və Abxaziya Muxtar Respublikası)
Sənaye üzümçülükləri aşağı təpəlik zonada 300 m-ə qədər hündürlükdə yerləşir.
Əsas sortları Solikouri, Çxaveri, Ocaleşi, Kaçiça, Avasirxvadır. Mesxeti yeni
üzümçülük rayonudur (1950-1960-cı illər üçün), Gürcüstanın cənub hissəsində,
Kür çayının yuxarı axarında yerləşir. Əsas sortları Çinuri, Aliqote, Qoruli
Mtsvane, Qara pino, Budeşuridir.
ÖZBƏKĠSTAN. Orta Asiyanın iqlimi kontinental və qurudur. Yayda
havanın temperaturu 50°-ə çatır, qışda şaxtalar -30°-ə enir. Orta Asiya
respublikaları yerli şaxtalara malikdir.
Düzənliklər dəniz səviyyəsindən müxtəlif hündürlüklərdə yerləşir (200-400).
Akça-Qaya, Sarıqamış və Qagiye dəniz səviyyəsindən 45- 130 m aşağıda yerləşir.
İlk vaxtlar Orta Asiya respublikalarında üzüm üçün 30-35 sm dərinliyində şum
aparılırdı, hazırda şumun dərinliyi 65-70 sm götürülür. Üzümçülüyün istehsalat
istiqaməti və sort tərkibi Özbəkistanda tarixi, təbii və iqtisadi təsirlərin altında
formalaşmışdır.
Özbəkistanın təbii şəraiti müxtəlifdir, sortların düzgün seçilməsi və səriştəli
becərmələrlə üzümdən yüksək keyfiyyətli təzə üzüm, bərk çərəz, süfrə və konyak
şərab materialı, marinad, kompot, şirələr və vakuum-şirə almaq mümkündür.
Sənaye üzümlüyünün mərkəzi Daşkənd ətrafındadır. Burada eksporta
göndərilən yüksək keyfiyyətli süfrə üzümləri becərilir: Nimrəng, Çərəz, Hüseyni,
Parkent, Sultanin, Katta-kurqan və s. rayon və bir çox Avropa ölkələrinin
bazarlarına təzə və qurudulmuş üzüm göndərir.
Respublikada eyni zamanda texniki sortlar da becərilir və onlardan şirə və
yüksək keyfiyyətli markalı çərəz şərablar hazırlanır.
Becərmə sistemində dörd mərtəbəli şaquli şpaler üstünlük təşkil edir. Bir çox
təsərrüfatlarda kvartal arası və kvartal daxili yollarda üzümdən alleya düzəldilir.
Daşkənd vilayətində süfrə üzümləri qövsi formalarda becərilir. Kollar çox güclü
454
böyüdüyündən onlara çox yük verilir.
XX əsrin əvvəllərindən ölkədə şərabçılığın inkişafı ilə bağlı buraya bir çox
Qafqaz və Avropa sortları gətirilmişdir. Saperavi, Bayanşirə, Morastel, Kaberne,
Rislinq, Muskatlar və yerli sortlardan isə Soyaki, Obak, Yumalaq, Taqobi, Buaki
və s.
Səmərqənd və Buxaranı birləşdirən Zərəvşan kişmiş Istehsalı mərkəzi hesab
edilir. Fərqanə vadisində üzümçülüyün əsas istiqaməti süfrə üzümçülüyüdür.
Burada Hüseyni , Çərəz, Nimrəng, Maska və Tayfi becərilir.
TÜRKMƏNĠSTAN respublikasının üzümlüklərinin böyük əksəriyyəti
Aşxabad vilayətindədir.
Aşxabad ətrafında isti və quru iqlimə və qaynar küləklərə uyğunlaşan sortlar
əkilir. Burada ən geniş yayılan üzümlərdən Terbaş və qara üzümdür ki, bunlardan
yaxşı çərəz və bərk şərablar hazırlanır. Süfrə üzümlərindən Ağ və qara xəlili ,
Hüseyni, Çərəz və b. becərilir. ―Göy-Təpə‖ adlı kənddə Muskatlar, Saperavi və
Rkasiteli sortları becərilir.
Qərbi Kopet-Dağ dərəsində yabanı üzüm olan böyük cəngəlliklər vardır.
İqliminə görə temperaturu böyük amplitudalı kontinental səhra iqlimi hesab
edilir.
Havanın quruluğu, yayda və payızda yağıntıların olmaması, vegetasiya
müddətinin uzun olması, göbələk xəstəliklərinin və fillokseranın olmaması, relyef
və torpaq üzüm becərilməsi üçün əlverişli hesab edilir.
Dövri olaraq temperaturun aşağı düşməsi cənub və qərb hissəsindən başqa
qalan rayonlarda qışda üzümlüklər torpağa basdırılır. Kopet-Dağ rayonunda
üzümlüklər suvarılır, qışda su çatışmazlığına görə (sentyabrın 15-dən martın 15-ə
qədər). 6000m³ məsrəflə üzümlük suvarılır. Üzümlüklər əsasən Aşxabad
vilayətindədir və üstünlük təşkil edən sortlar Terbaş və Qara üzümdür. Bu üzüm
sortlarından xeres tipli markalı bərk və çərəz şərabları, madera, portveyn,
marsala, və yerli ―Terbaş‖, ―Bezmein‖, ―Errikkala‖, ―Yasmansalık‖ adlı şərablar
hazırlanır.
TACĠKĠSTAN əsas üzümçülük rayonu Sır-Darya çayının sol sahil
düzənliyidir. Üzümlükləri suvarılır və kollar qışda torpağa basdırılır.
Əsas istiqamət Nimrəng, Hüseyni, Sultani kimi sortlardan süfrə üzümü
istehsal etməkdir. Qurutmaq üçün Ağ kişmişi və Sultanidən istifadə olunur.
Tacikistan üzümçülüyü ilə Özbəkistan üzümçülüyünün oxşar cəhətləri
çoxdur. Ancaq süfrə üzümü becərilməsi üzrə ixtisaslaşma burada daha dərindir.
Üzümçülükdə çardaq sistemi geniş yayılmışdır, Spaler sistemi də tətbiq edilir.
İqlimi quru və istidir, torpağı açıq boz və qumludur.
Əsas sənaye üzümçülüyü Sır-darya çayının sol sahili (350-600m dəniz
səviyyəsindən hündürlükdə). Türkmənistan sıra dağlarının şərq və qərb dağətəyi
455
və dağlıq hissəsini birləşdirən Ura-Tyubinski (600-2000m dəniz səviyyəsindən
yuxarı), Qissar vadisinin düzənlik və dağətəyi rayonları (700-1600 dəniz
səviyyəsindən hündürlükdə). Respublikanın ən cənub rayonu Vaxş vadisində də
üzümlüklər vardır. Ura-Tyubinskidə ―Qançi ‖ və―Tavikiston‖ adında markalı
çərəz şərablar hazırlanır.
Zərəvşan çayı vadisində Pecikənd zonasında dəniz səviyyəsindən 800-1000m
hündürlükdə qurutmaq üçün Ağ və Qara kişmişilər, süfrə və çərəz şərablar
hazırlamaq üçün Obak və Muskat sortları becərilir. Əsas süfrə üzümləri-Hüseyni
lyunda, Nimrəng, Çöhrayı Tayfi, Sultani, Ağ çiləyi, Qara Qaltaq hesab edilir.
Kişmişi qruplu üzümlərdən ən çox sahəsi olan Qara kişmişi, ən az sahəsi olan Ağ
kişmişidir.
Texniki sortlardan Avropa üzümləri və Qara dəniz hövzəsi üzümlərdir.
QAZAXISTAN ın sənaye üzümlükləri ən çox cənub və cənub-şərq
vilayətləridir. Burada fəal temperaturların miqdarı 3800-4500°C-ə çatır və
vegetasiya müddəti uzundur. Üzümlüklərin çoxu Alma–Atı, Çimkənd və Cambul,
az miqdarda isə Taldı-Kurqan və Qızıl orda vilayətləridir. Qazaxıstan
üzümçülüyünün qədim tarixinə baxmayaraq zəif inkişafa malikdir. Üzümlükləri
öz kökü üstündə bitəndir. Burada Nimrəng, Hüseyni, Çərəz Kulcin ağ və
çöhrayıları, Ağ və Qara kişmişilər, Buaki, Maska sortları becərilir. Qazaxıstanın
təbii-iqlim şəraiti keyfiyyətl, müxtəlif vaxtlarda yetişən üzümlər üçün əlverişlidir.
Qazaxıstanda bu cür şəraitə malik geniş ərazilər vardır. Fəal temperaturların
miqdarı 3800-4500°C-dır. Qışda üzmlükləri torpağa basdırılır.
Üzümlüklərin böyük əksəriyyəti texniki sortlar altındadır. Texniki sortların
çoxu Qərbi Avropa, az qismi isə Qara dəniz hövzəsi üzümlərdir. Bayanşirə,
Rkasiteli, Kaberne-Sovinyon, Saperavi, Morastel, Aleatiko, Çöhrayı muskat
texniki sortlardır. Bunlardan Bayanşirə şərq ekoloji-coğrafi qrupuna mənsubdur.
Yuxarıda göstərilənlərdən başqa süfrə üzümlərindən aşağıdakıları göstərmək olar:
Jemçuk saba, Ağ şasla, Çöhrayı tayfi, Terbaş, Macar muskatı, İsgəndəriyyə
muskatı, Özbəkistan muskatı, Senso, Ağadayı, Ranniy VİRa, Alma-ata
tezyetişəni və Qaragöz. Çimkənd vilayətinin Kaplanbek təsərrüfatında süfrə
üzümlərinə geniş yer verilmişdir. Burada tutumu 3-4 min ton olan üzüm
saxlayıcısı vardır.
Respublikada cəmi 700-800 ha kişmişi sortlardan ibarət üzümlükləri vardır,
məhsul əsasən təzə halda yeyilir.
Qazaxıstanda rayonların hamısının iqlimi kontinentaldır, mütləq minimum -
30 və -40 °C-dir. Payız və yaz şaxtaları üzümə ziyan vurur. Bu səbəbdən qışda
üzümlüklər torpağa basdırılır, yazda üzümlüklərdə tüstü yaradılır, üzümlüklərə su
buraxılır. Düzən yerlərdə üzümlüklər suvarılır, dağ ətəklərində dəmyə
üzümçülüyüdür.
456
İsti və quraq olan Sır-dərya düzənliyində yağıntıların miqdarı 300 mm, fəal
temperatur 4000°C olan yerlərdə üzümlüklər suvarılır və burada eksport üçün
süfrə üzümləri becərilir.
QIRĞIZISTAN da üzümçülüklər əsasən iqlimi mülayim olan şimal
tərəflərdə becərilir. Üzümlüklərin sahəsi azdır. Üzümçülüyün qədim tarixə malik
olmasına baxmayaraq buranı yeni üzümçülük rayonu kimi adlandırmaq olar.
Mövcud olan şərab zavodundan başqa yeni tikilən şampan zavodu çox keyfiyyətli
məhsul buraxır. Çuy və Talas vadiləri üzümçülük üçün perspektivli rayon hesab
edilir. Şimali Qırğızıstanda iqlim kontinentaldır. Vadinin torpaq və iqlimi
yamacların yüksəkliyindən asılı olaraq dəyişir. Burada vegetasıya müddəti 185
gün, fəal temperatur 3300°C-dir.Yağıntılar 382 mm-dir.Mütləq minimum
38°Cdir.
Dağ ətəklərinin torpağı tund-şabalıdı, bir qədər aşağılarda açıq-şabalıdı və
boz torpaqlardır. Göbələk xəstəliklərindən oidiuma rast gəlinir.Ciddi
zərərvericilər olmur.
Üzüm üçün ən yaxşı şərait dağ ətəklərində və Çuy çayı hövzəsində qrunt
suları üzdə olan (1-2m) torpaqlardır. Üzümlüklərin öz kökü üstündə bitən,
suvarılan və qışda basdırılandır. Kollar şaquli şpalerdə və ştambsız yelpik
formalarda becərilir.
Üzümçülüyün əsas istiqaməti yerli əhəmiyyət daşıyan və eksport üçün süfrə
üzümçülüyü, şampan şərab materialı, eləcə də süfrə, bərk və çərəz şərablar
istehsalıdır.
Çuy vadisinin aşağı zonası orta və tezyetişən üzümlər (Madlen Auşevin,
Şasla, Qara kişmişi və s.) üçün ixtisaslaşdırılır. ªampan materialı üçün Qara pino,
Şardone, Rislinq və Sereksiya, süfrə və bərk şərablar Qara muskat, Bənövşəyi
Muskat, Furmint, Aleatiko, Saperavi və s. becərilir. Orta zona gec yetişən süfrə
üzümləri (Çöhrayı Tayfi, Nimrəng, Qaraburnu, Kulcinski) üçün ixtisaslaş -
dırılmışdır.
Talıs vadisində üzümçülüyün istiqaməti Çuy vadisində olduğu kimidir.
Cənubi Qırğızıstanda (Oş vilayəti) üzümçülük Fərqanə vadisinin aşağı hissəsində
və dağətəyi zonalarda müvəffəqiyyətlə inkişaf etdirilir. Burada torpaq-iqlim
şəraiti nəqliyyata davamlı süfrə üzümləri, qurutmaq və çərəz şərablar istehsalına
çox yararlıdır. Dağ zonasında yerli məqsəd daşıyan süfrə üzümləri becərilməsi,
şampan şərab materialı və süfrə şərabları üçün perspektivlidir.
Orta Asiya respublikalarında üzüm bitkisinin aqrotexnikasının özünə
məxsusluğu aşağıdakılardır:
1. əksər üzümçülük rayonlarında qışda üzümlüklərin torpağa basdırılması.
2. vegetasiya dövründə suyun çatışmazlığına görə üzümlüklərin suvarılması.
Kolların su təminatının yaxşılaşdırılmasına yönəldilən suni suvarma onlara geniş
457
qıda sahəsinin verilməsi tələb edilir.
3. hədsiz buxarlanmanın və buxarlanma nəticəsində ikinci dəfə duzlaşmanın
qarşısının alınması məqsədi ilə torpağın qorunması.
4. əsirlərlə xalq seleksiyası ilə seçilmiş, xeyli müxtəliflik təşkil edən, təzə
halda istifadə olunan süfrə və qurutmaq üçün yararlı, eyni zamanda güclü yerüstü
hissəyə malik üzümlərin dünya üzüm sortları fonduna verilməsi imkanlarının
olması.
458
Ədəbiyyat
1.
Süleymanov C.S., Məmmədov R.Ə.- Üzümçülük, ―Maarif‖ Bakı, 1982
2.
Əfəndiyev M.M.- Azərbaycanda üzümçülük, Azərnəşr, Bakı,
1973
3.
Pənahov T.M., Səlimov V.S., Zari Ə.M.- Azərbaycanda üzümçülük, Bakı,
2010
4.
Şərifov F.H.- Üzümçülük, ― Maarif‖ Bakı, 1988
5.
Cəfərov İ.H.- Fitopotologiya, Bakı, ―Şərq-qərb‖, 2012
6.
Hasan Çelik və b. Genel bağçılıq,
Türkiyə, 1998
7.
Mozer l.- Üzümçülükdə yeni üsul, Azərbaycan Dövlət nəşriyyatı,
Bakı,1975
8.
Колесник Л.В. Виноградарство- «Катя Молдовеняске» Кишинев,
1968
9.
Смирнов К.В., Калмыкова Т.И., Г.С.Морозова- Виноградарство,
Агропромиздат , Москва, 1987
10.
Недельчев Н., Кондарев М.- Виноградарство, Госиз-во с-х
литературы София, 1959
11.
Уинклер А.Дж.- США, издателство «Колос» Москва, 1966
12.
Руководство по виноградарству. Реч. с нем-го Р.В.Фоминой, «Колос»
Москва, 1981
13.Негруль А.М.-Виноградарство, госиз-во с-х литературы
Москва, 1959
13.
Трошин Л.П., Радчевский Р.Р.- Рауонирование сорта винограда
Росии, Краснодар, 2005
14.
Мальтабар Л.М. и др.- Виноградарство Молдавии, издателство Картя
Молдовеняске» Кишинев, 1968
15.
Квливидзе Т. Виноградарство по – новому Тбилиси. Акционерное
общество «Парнавази». Тбилиси: пр. Григор Робакидзе, №7, 1997. 178 с.,
16.Энциклопедия виноградарства- Молдавская Советская энциклопедия.
Кишинев, Т-1-512с, 1986, Т-2, 504с, Т-3, 548с, 1987
Dostları ilə paylaş: |