Təhsilin informatlaşması nə dərəcədə pedaqoji elm sahəsidir?



Yüklə 15,33 Kb.
səhifə1/3
tarix01.04.2023
ölçüsü15,33 Kb.
#103982
  1   2   3
ikt 1


Təhsilin informatlaşması nə dərəcədə pedaqoji elm sahəsidir?
-İnformasiya texnologiyalarının təhsil prosesində tətbiqi müasir pedaqoji elmin Təhsilin informatlaşması istiqaməti kimi formalaşıb. Son 25 ildə yaranan və intensiv inkişaf edən təhsilin informatlaşması elmi-praktik istiqaməti bizim respublikamızda da ciddi elmi araşdırmalar, praktik nailiyyətlər meydanı olmalıdır. Təhsilin informatlaşması tətbiqi informatikanın bir istiqaməti kimi informatikanın pedaqogikaya tətbiqi məsələlərini öyrənir. Bu səbəbdən təhsilin informatlaşmasına pedaqoji informatika da deyirlər (iqtisadi informatika, tibbi informatika, hüquqi informatika və s. kimi). Pedaqoji elmlərin yeni sahəsi kimi təhsilin informatlaşmasının əsas anlayışlarından biri pedaqoji informasiyadır. Pedaqoji informasiya təlim-tərbiyə prosesini əks etdirən məlumatlar külliyyatı olub bu prosesin makro və mikro səviyyədə səmərəli idarə edilməsinə xidmət edir. Bu günə qədər pedaqoji informasiya anlayışı özlüyündə nə pedaqoji, nə də digər elmlər tərəfindən obyekt olaraq kifayət qədər öyrənilməmişdir. Bu mənada pedaqoji informasiya anlayışı xüsusi öyrənilməlidir (pedaqoji informasiyanın xüsusiyyətləri, təbiəti, strukturu, xassələri, təsvir formaları və onun qiymətləndirilməsi, işlənmə texnologiyası və s.).
Pedaqoji informatika - pedaqoji informasiyanın kompüterdə emalı proseslərini, bu əsasda təhsilin təşkili və idarə edilməsini öyrənən pedaqoji elmin və pedaqoji praktikanın yeni fəaliyyət sahəsidir. Şərti olaraq pedaqoji informatikanı 5 bloka bölmək olar: pedaqoji fəaliyyət alqoritmlərinin hazırlanması; alqoritmlər əsasında pedaqoji proqram vasitələrinin hazırlanması; pedaqoji prosesin proqram-aparat təminatının seçilməsi; pedaqoji proqram vasitələrindən təlim-tərbiyə prosesində istifadə metodikasının yaradılması; pedaqoji proqram vasitələrinin təhsilin təşkili və idarə edilməsinə tətbiqi.
-Təlim-tərbiyə prosesində pedaqoji proqram vasitələrindən istifadə metodikası necə yaradılmalıdır?
-Pedaqoji informatikanın mühüm məsələlərindən biri də təlim-tərbiyə prosesində pedaqoji proqram vasitələrindən istifadə metodikasının yaradılmasıdır. Əslində, təhsilin informatlaşması prosesinin bu mərhələsi həlledicidir, çünki ən keyfiyyətli PPV-lər belə, pedaqoji cəhətdən düzgün istifadə edilməsə, təlimin keyfiyyətinə kömək etmək əvəzinə ziyan vura bilər, bu halda bütün qoyulan vəsaitlər və zəhmət hədər gedər. Təhsilin informatlaşmasının bu həlledici mərhələsi fənlərin tədrisi metodikası, didaktika və pedaqoji psixologiya ilə sıx əlaqəlidir. Pedaqoji elmin, o cümlədən pedaqoji informatikanın əsas məqsədlərindən biri informasiya texnologiyalarının təhsildə səmərəli tətbiqi metodikasını müəyyən etmək, bu sahədə qabaqcıl pedaqoji təcrübəni öyrənib yaymaqdır. Təlim-tərbiyə prosesində pedaqoji proqram vasitələrindən istifadə metodikasının yaradılması mərhələsində pedaqoq alim fənn üzrə metodistlə birgə fəaliyyət göstərir. Bütün bu amillər sübut edir ki, təhsilin informatlaşması pedaqoji elm sahəsidir, bu sahənin inkişafında pedaqoq alim və fənn üzrə metodistlərin mühüm yeri görünür.

Yüklə 15,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə