Təhsilin informatlaşması nə dərəcədə pedaqoji elm sahəsidir?


-Bu sahədə kadr təminatı necə aparılmalıdır?



Yüklə 15,33 Kb.
səhifə3/3
tarix01.04.2023
ölçüsü15,33 Kb.
#103982
1   2   3
ikt 1

-Bu sahədə kadr təminatı necə aparılmalıdır?
-Təhsilin informatlaşması kimi yüksək texnoloji və elmtutumlu, qlobal xarakterli problemin həlli, ilk növbədə kadr təminatı məsələsindən asılıdır. Artıq 25 ildir ki, bir çox ölkələrdə təhsilin informatlaşması kimi aktual sahə üzrə müxtəlif səviyyələrdə ixtisaslı kadr hazırlığı həyata keçirilir: bakalavr, magistr, əlavə təhsil, aspirantura, doktorantura pillələri üzrə kadrlar hazırlanır. Təhsilin informatlaşması kimi elmtutumlu, intensiv inkişaf edən, mürəkkəb spesifik məsələlərə dair ixtisas üzrə alimlər və xüsusi hazırlıq keçmiş mütəxəssislər məşğul olmalıdır. Təhsilin informatlaşmasının kadr təminatı məsələləri vaxtında həll edilmədiyinə görə problemi milli səviyyədə (respublika səviyyəsində), regional səviyyədə (Bakı şəhəri və ya digər şəhərlər səviyyəsində), hətta ayrıca götürülmüş təhsil müəssisəsi səviyyəsində (məktəb və ya universitet səviyyəsində) layihələndirə və icra edə bilən kadrlara bu gün ciddi ehtiyac yaranmışdır. Elmi istiqamət və praktik fəaliyyət sahəsi kimi təhsilin informatlaşması üzrə kadr hazırlığına başlamaq üçün, ilk növbədə cəmiyyətin informatlaşması şəraitində təhsil müəssisəsinin informatlaşmasını həyata keçirə bilən, təhsilin informatlaşmasının əsas istiqamətləri üzrə səriştəsi olan, öz peşə fəaliyyətində İKT vasitələrinin tətbiqi aspektlərinə yaxından bələd olan pedaqoji kadrların hazırlanmasının məzmunu və metodikası müəyyən edilməlidir.
Təhsilin informatlaşması prosesinin pedaqoji səmərə verməsi üçün hər bir təhsil işçisi öz peşə fəaliyyətində İKT vasitələrinin tətbiqi üzrə bilik və bacarıqlara dair xüsusi hazırlıq keçməlidir. Təhsilin informatlaşması üzrə kadr hazırlığı bir sıra şərtlərdən asılı olaraq (fənn müəlliminin ixtisasından, idarəetmə məsələlərinin həlli səviyyəsindən, təlim-tərbiyə prosesinin təşkilindən, təhsilin informatlaşması prosesinin texniki-texnoloji təminatı problemlərindən və s.) diferensial xarakter daşıyır.
Təhsilin informatlaşması üzrə kadr hazırlığı kompleks xarakter daşıyır, müvafiq olaraq psixoloji-pedaqoji, məzmun-metodik, dizayn-erqonomik, normativ-hüquqi, texniki-texnoloji aspektləri əhatə edir. Təhsilin informatlaşması üzrə kadr hazırlığı təhsil prosesinin iştirakçılarının (müəllimlər, təhsil müəssisəsinin rəhbərliyi, təhsilin informatlaşması prosesinin texniki-texnoloji təminatı prosesinin təşkilatçıları və s.) təhsilin bütün səviyyə və mərhələlərində İKT vasitələrindən sistematik istifadəsini nəzərdə tutur.
Təhsilin informatlaşması üzrə kadrlar hazırlanmasının kompleks, çoxprofilli və çoxsəviyyəli infrastrukturu yüksəkixtisaslı kadrların aspirantura və doktorantura pilləsindəki hazırlığını, orta və ali peşə təhsilini, diplomdan sonra və əlavə təhsili nəzərdə tutur. Bu istiqamətlərdə keyfiyyətli kadr hazırlığı aparmaqla gələcəkdə respublikada təhsilin informatlaşmasını dünya standartları səviyyəsinə çıxarmaq olar.
Yüklə 15,33 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə