50
Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd
edirlər: müəyyənedici eksperiment və öyrədici (formalaşdırıcı)
eksperiment. YaĢ və pedaqoji psixologiyada eksperimentin bu
növlərindən geniĢ istifadə olunur. Müəyyənedici eksperiment
psixi hadisələrin fərdlərdə inkiĢaf səviyyəsini aĢkara çıxarmaq
üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin
gediĢinə təsir etmir.
Öyrədici (formalaĢdırıcı) eksperimentə gəldikdə bu eks-
perimentatorun fəal, məqsədəyönəlmiĢ təsiri prosesində yoxla-
nanlarda
psixikanın
inkiĢaf
xüsusiyyətlərini
aĢkara
çıxarmasından ibarətdir. Bu cür eksperimentləri psixoloji-
pedaqoji eksperiment adı ilə də adlandırırlar.
Eksperimenti fərdi Ģəkildə, ayrıca bir adam üzərində və
qrup Ģəklində, bir neçə adam üzərində eyni vaxtda aparmaq
mümkündür.
Psixoloji tədqiqatlar zamanı müsahibə metodundan da
istifadə olunur. Bəzən müĢahidə və eksperiment zamanı bu və
ya digər hadisənin baĢ verməsi səbəblərini aĢkara çıxarmaq
mümkün olmur. Bunun üçün müsahibə metodu psixoloqun
köməyinə çatır. Sual-cavab yolu ilə psixoloq ona lazım faktı
əldə edir. Lakin müsahibə istintaqa çevrilməməlidir. Suallar
düĢünülmüĢ və birmənalı olmalıdır. Müsahibə metodunu çox
vaxt sorğu metodu kimi də qeyd edirlər. Sorğunun müxtəlif
variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və
çatıĢmayan cəhətləri vardır. Sorğunun üç əsas növünü qeyd
edirlər: şifahi, yazılı və sərbəst sorğu.
Şifahi sorğu, adətən, yoxlananın reaksiya və davranıĢı
üzərində müĢahidə aparmaq tələb olunduqda həyata keçirilir.
Yazılı sorğuya nisbətən Ģifahi sorğu insan psixologiyasına daha
dərindən nüfuz etmək imkanı verir. Belə ki, tədqiqat zamanı
yoxlanan adamın reaksiya və davranıĢından asılı olaraq
tədqiqatçı öz suallarını tənzim etmək imkanına malik olur. La-
kin sorğunun bu variantının keçirilməsi üçün uzun vaxt və
tədqiqatçının xüsusi hazırlığı tələb olunur. Belə ki, cavabların
51
obyektivlik dərəcəsi çox vaxt tədqiqatçının özünün davranıĢ və
Ģəxsi xüsusiyyətlərindən asılı olur.
Yazılı sorğu daha çox adamı əhatə etməyə və buna
nisbətən az vaxt sərf etməyə imkan verir. Bu cür sorğunun da-
ha geniĢ yayılmıĢ forması anketlərdir. Lakin yazılı sorğunun
qüsurlu cəhəti ondan ibarətdir ki, bu zaman yoxlananın suallara
reaksiyasını görmək mümkün deyildir.
Sərbəst sorğu bir növ Ģifahi və yazılı sorğunun müxtəlif
variantlarıdır. Lakin bunu fərqləndirən cəhət ondan ibarətdir ki,
veriləcək suallar əvvəlcədən müəyyənləĢdirilmir. Bu cür sorğu
zamanı tədqiqatın taktika və məzmununu asanlıqla dəyiĢdirmək
mümkündür. Bu isə yoxlananlardan müxtəlif məlumatları əldə
etməyə imkan verir.
Psixologiyada
yardımçı
metod
kimi
fəaliyyət
metodlarının təhlilindən də istifadə olunur. Fəaliyyət məhsulu
kimi Ģagirdlərin icra etdikləri yazı iĢlərini, onların bədii
yaradıcılıq məhsullarını: yazdıqları Ģer və hekayələri, əl
iĢlərini, çəkdikləri rəsmləri və s. aid etmək olar. Belə ki,
Ģagirdlərin yazı iĢlərini yoxlamaq və təhlil etməklə onlarda yazı
vərdiĢlərinin
inkiĢaf
xüsusiyyətlərini,
digər
fəaliyyət
məhsullarını təhlil etməklə həmin sahədə bacarıq və
qabiliyyətlərinin xüsusiyyətlərin aĢkara çıxarmaq mümkündür.
Fəaliyyət məhsullarının təhlili daha çox yoxlananı əhatə
etməyə imkan verir.
Müasir psixologiyada psixodiaqnostik metodlardan da
istifadə olunur. Bunlardan ən geniĢ Ģəkildə tətbiq olunanı
testlərdir. Test qısa müddətli standartlaĢdırılmıĢ psixoloji
sınaqdır. Testin köməyi ilə insanın psixologiyası və
davranıĢının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi
bir sıra əvvəlcədən verilmiĢ standartlara – test normalarına nə
dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata keçirilir.
Testlərin müxtəlif növləri vardır. Onlardan ən geniĢ
yayılanları aĢağıdakılardır: müvəffəqiyyət testləri, intellekt
testləri, kreativ testlər, şəxsiyyət testləri, proyektiv testlər və.s.
52
Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlananların konk-
ret bilik bacarıq və vərdiĢlərə yiyələnmə dərəcəsi aĢkara
çıxarılır.
İntellekt testləri yoxlananların əqli inkiĢaf səviyyəsini
aĢkara çıxarmağa xidmət edir. Ġntellekt testləri haqqında ilk fi-
kir F.Qalton (1822-1911) tərəfindən irəli sürülmüĢdür. Sonralar
fransız
psixoloqu
A.Bine
ilk
psixoloji
testləri
yaratmıĢdır(1905-ci il). «Əqli yaĢ » anlayıĢından istifadə edən
alman psixoloqu V.ġtern əqli koeffisenti (ĠQ) aĢığıdakı formul-
la ölçməyi müəyyənləĢdirmiĢdir:
йаш
хроноложи
йаш
ягли
I Q
Hal – hazırda psixodiaqnostik tədqiqatlarda D.Vekslerin
Ģkalasından, «proqressiv Raven matrisasından», R.Amtxauerin
əqlin (intellektin) strukturu testindən, Q.Y.Ayzenqin «öz
qabiliyyətlərinizi
yoxlayın»,
«özünüzün
əqli
inkiĢaf
koeffisentinizi yoxlayın» və s. geniĢ istifadə olunur.
Ġntellekt testlərindən fərqli olan xüsusi qabiliyyət
testlərindən də istifadə olunur. Bu cür testlərin köməyi ilə
insanların nə kimi xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki
və s.) malik olduqları aĢkara çıxarılır.
Kreativ testlər insanlarda yaradıcılıq qabiliyyətlərini
aĢkara çıxarmaq üçün tətbiq olunur. Ən çox tanınan kreativ
testlərə C. Gilfordun və E.Torrensin testlərini aid etmək olar.
Bu testin əsasında yeni, qeyri-adi ideyaları irəli sürə bilmək
qabiliyyətini aĢkara çıxarmaq dayanır. Bu testdə tapĢırıqlar
sistemi elə qurulmuĢdur ki, yoxlanan adam Ģəraiti dəyiĢmək,
obyektə baĢqa cür yanaĢa bilmək imkanına malik olsun.
Məsələn, obyektlərin Ģərhi zamanı onları daha çox sahəyə
tətbiq etmək yollarını fikirləĢmək və ya daha çox dairə və ya
kvadrat tipli Ģəkilləri daxil etməsi tələb olunur. Bunun üçün
yoxlananlara dairələr (kvadrat) Ģəkli çəkilmiĢ vərəqə verilir.
Dostları ilə paylaş: |