593
məni necə görürlər?» Bu cür təhlilin həqiqi vəziyyətə daha
uyğun olmasına cəhd göstərmək lazımdır.
Nəhayət, müəllim çalıĢmalıdır ki, Ģagirdlərlə özünün
münasibətini bir növ aydınlaĢdırmağa meylli olmasın, əksinə,
onların inkiĢafının necə getdiyini təhlil etsin. Müəllim
maneənin yaranmasına səbəb olacaq arzuolunmaz cəhətləri
aradan qaldırmağa çalıĢmalıdır.
Bütün bunlarla yanaĢı Ģagirdlərlə ünsiyyət prosesinin da-
ha səmərəli getməsi və bu ünsiyyətin uĢaqların psixi
vəziyyətində baĢ verən daimi inkiĢafa uyğun olması üçün
aĢağıdakılara ciddi əməl edilməsi lazım gəlir:
–Hər Ģeydən əvvəl, müəllim ünsiyyətdə olduğu Ģəxsə
qarĢı həddindən artıq diqqətli olmağa çalıĢmalıdır. Bu zaman
nəzərdən qaçırılan hər bir cəhət, ünsiyyətdə olan Ģəxsə qarĢı
düzgün olmayan hərəkət ünsiyyət prosesinin normal getməsinə
mane olur;
–ünsiyyəti düzgün təĢkil etmək üçün müəllim həmin pro-
sesin səmərəli təĢkili ilə bağlı məlumatları yadda saxlayıb, ya-
da salmağı bacarmalı, baĢqa sözlə özünün «kommunikativ
hafizəsini inkiĢaf etdirməlidir» (məsələn, sinfin və ya ayrı-ayrı
Ģagirdlərin səmərəli ünsiyyət tonunu yada salmağı
bacarmalıdır);
–Ģagirdlərlə ünsiyyətdə müəllim öz müĢahidəçiliyini
inkiĢaf etdirməlidir. Bu sahədə müĢahidəçiliyin inkiĢafı
müəllimə həmin prosesi izləmək, bir növ onu idarə etmək
imkanı verir;
–ünsiyyətin səmərəli olması üçün müəllim Ģagirdlərin
davranıĢını (onların pozalarını, jestlərini, mimikalarını və s.)
təhlil etməyi bacarmalıdır. Bu cür bacarıq müəllimə Ģagirdlərlə
ünsiyyətini tənzim etmək imkanı verir;
–nəhayət, ünsiyyətin səmərəli olması üçün müəllim
ünsiyyət prosesində olduğu adam haqqında düĢünməlidir. Bu
zaman ünsiyyət qarĢılıqlı xarakter daĢıyır və əsas məqsəddən
yayınma halları aradan qalxır.
594
Bütün yuxarıda deyilənlərdən belə bir ümumi nəticəyə
gəlmək olar ki, pedaqoji ünsiyyət pedaqoji fəaliyyətin
müvəffəqiyyətli icrası üçün zəruri yollardan biridir. Səmərəli
pedaqoji ünsiyyət qaydalarına yiyələnməyən, onun sosial-
psixoloji mexanizmləri ilə tanıĢ olmayan müəllim öz
fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirə bilməyəcək və ciddi
çətinliklə qarĢılaĢacaqdır.
Pedaqoji fəaliyyət zamanı müəllimin qarĢılaĢdığı
psixoloji çətinliklər. Müəllimin pedaqoji fəaliyyəti və pedaqo-
ji ünsiyyəti həmiĢə rəvan, maneəsiz getmir. Müəllim bu
prosesdə bir sıra psixoloji çətinliklərə rast gəlir ki, onları
nəzərə almadan və aradan qaldırmadan pedaqoji fəaliyyətin
müvəffəqiyyətindən danıĢmaq mümkün deyildir. Bəs bu
çətinliklər hansılardır və hansı tiplərə ayrılır?
Müəllimin pedaqoji fəaliyyəti yerinə yetirərkən
qarĢılaĢdığı çətinlikləri müxtəlif göstəricilərə əsasən tiplərə
ayırmaq mümkündür. Buraya çətinliyi doğuran səbəbin obyek-
tiv və ya subyektiv olmasını, çətinliyin dərk olunma dərəcəsini,
pedaqoji təsirin təĢkili xüsusiyyətini, özününəzarət və
özünütənzimi və s. aid etmək olar.
Çətinliyi doğuran səbəbin obyektivlik dərəcəsindən asılı
olaraq obyektiv və subyektiv çətinlik, dərk olunma dərəcəsinə
görə dərk olunan və dərk olunmayan çətinlik özünü göstərir.
Pedaqoji təsirin təĢkili xüsusiyyətindən asılı olaraq
aĢağıdakı kimi psixoloji çətinliklər müĢahidə olunur: yeni pro-
qramla iĢləyə bilməmək, Ģagirdi öyrənə bilməmək, ayrı-ayrı
psixi funksiyaların səviyyəsini qiymətləndirə bilməmək, Ģagirdi
yaranma və inkiĢaf prosesində olan tam bir Ģəxsiyyət kimi görə
bilməmək, Ģagirdləri mənimsəməyə, fənnə, xarici görkəmə, da-
ha
az
əqli keyfiyyətə və Ģəxsi keyfiyyətə görə
qiymətləndirmək, Ģagirdlərin əqli xüsusiyyətlərini və
Ģəxsiyyətini
psixoloji
cəhətdən
öyrənmək
üsullarına
yiyələnməmək və s. (A.K.Markova).
Özününəzarət və özünütənzimləmə ilə bağlı olaraq öz
595
qüsurlarını görməkdə, ona nəzarət etməkdə çətinliklər meydana
çıxır.
Təcrübə göstərir ki, müəllim, xüsusilə təzəcə fəaliyyətə
baĢlayan müəllim heç də həmiĢə qarĢıya kommunikativ peda-
qoji məqsəd qoyub onu dərk etmir, daha doğrusu, qarĢıya
qoyduğu məqsəd sistemində ünsiyyəti təsəvvürünə gətirə bil-
mir, Ģagirdlərin Ģəxsiyyətini öyrənməyi bacarmır, stereotip
qiymətləndirmədən istifadə edir və buna müvafiq olaraq bütün
siniflərdə yaĢ fərqindən asılı olmayaraq monoton ünsiyyətə
gətirib çıxaran eyni cür qarĢılıqlı təsir vasitəsindən istifadə
edir, heç də həmiĢə ayrı-ayrı Ģagirdlərlə ünsiyyətdəki çətinliyi
təsəvvür edə bilmir, sinfi ələ almaqda çətinlik çəkir, Ģagirdin
sinifdə və ailədə nə kimi qeyri-formal rolu yerinə yetirdiyini
bilmir, düzgün olmayan, mövcud Ģəraitlə uyğun gəlməyən pe-
daqoji rəhbərlik üslubunu tətbiq edir və s.
Ümumiyyətlə müəllimin öz fəaliyyətində qarĢılaĢdığı
prinsipial psixoloji çətinlikləri ümumiləĢdirmiĢ olsaq onların
aĢağıdakılardan ibarət olduğunu söyləyə bilərik: müəllim
Ģagirdi bütövlükdə öz inkiĢaf perspektivində qavraya bilmir, öz
əməyini pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və Ģəxsiyyətlə
vəhdətdə olan bir tam kimi görə bilmir, onları “müəllim-
Ģagird” sistemi çərçivəsinə keçirə və qiymətləndirə bilmir.
Müəllim üçün daha geniĢ yayılmıĢ və xarakterik çətinlik
Ģagirdlərin psixi vəziyyətini və özünün pedaqoji fəaliyyət və
ünsiyyəti səviyyəsinin diaqnostikasını verə bilməməkdən
ibarətdir.
Ümumiyyətlə
götürdükdə
müəllimin
psixoloji
çətinlikləri, onun müəyyən pedaqoji Ģəraitdə həyata keçirdiyi
fəaliyyət zamanı təzahür edən gərginlik vəziyyəti ilə müəyyən
edilir. Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda çətinliyin
yaranma səbəbinin xarakteri ilə bağlı üç ümumi tipi
müəyyənləĢdirilmiĢdir:
1. Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik (Ç
1
).
Bu cür çətinlik, adətən, pedaqoji situasiyanın obyektiv çətinliyi
Dostları ilə paylaş: |