Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə181/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   177   178   179   180   181   182   183   184   ...   197

 

 

 



593 

 

məni  necə  görürlər?»  Bu  cür  təhlilin  həqiqi  vəziyyətə  daha 



uyğun olmasına cəhd göstərmək lazımdır. 

Nəhayət,  müəllim  çalıĢmalıdır  ki,  Ģagirdlərlə  özünün 

münasibətini  bir  növ  aydınlaĢdırmağa  meylli  olmasın,  əksinə, 

onların  inkiĢafının  necə  getdiyini  təhlil  etsin.  Müəllim 

maneənin  yaranmasına  səbəb  olacaq  arzuolunmaz  cəhətləri 

aradan qaldırmağa çalıĢmalıdır. 

Bütün bunlarla yanaĢı Ģagirdlərlə ünsiyyət prosesinin da-

ha  səmərəli  getməsi  və  bu  ünsiyyətin  uĢaqların  psixi 

vəziyyətində  baĢ  verən  daimi  inkiĢafa  uyğun  olması  üçün 

aĢağıdakılara ciddi əməl edilməsi lazım gəlir: 

–Hər  Ģeydən  əvvəl,  müəllim  ünsiyyətdə  olduğu  Ģəxsə 

qarĢı  həddindən  artıq  diqqətli  olmağa  çalıĢmalıdır.  Bu  zaman 

nəzərdən  qaçırılan  hər  bir  cəhət,  ünsiyyətdə  olan  Ģəxsə  qarĢı 

düzgün olmayan hərəkət ünsiyyət prosesinin normal getməsinə 

mane olur; 

–ünsiyyəti düzgün təĢkil etmək üçün müəllim həmin pro-

sesin səmərəli təĢkili ilə bağlı məlumatları  yadda  saxlayıb,  ya-

da  salmağı  bacarmalı,  baĢqa  sözlə  özünün  «kommunikativ 

hafizəsini inkiĢaf etdirməlidir» (məsələn, sinfin və ya ayrı-ayrı 

Ģagirdlərin  səmərəli  ünsiyyət  tonunu  yada  salmağı 

bacarmalıdır); 

 –Ģagirdlərlə  ünsiyyətdə  müəllim  öz  müĢahidəçiliyini 

inkiĢaf  etdirməlidir.  Bu  sahədə  müĢahidəçiliyin  inkiĢafı 

müəllimə  həmin  prosesi  izləmək,  bir  növ  onu  idarə  etmək 

imkanı verir; 

–ünsiyyətin  səmərəli  olması  üçün  müəllim  Ģagirdlərin 

davranıĢını  (onların  pozalarını,  jestlərini,  mimikalarını  və  s.) 

təhlil etməyi bacarmalıdır. Bu cür bacarıq müəllimə Ģagirdlərlə 

ünsiyyətini tənzim etmək imkanı verir; 

–nəhayət,  ünsiyyətin  səmərəli  olması  üçün  müəllim 

ünsiyyət  prosesində  olduğu  adam  haqqında  düĢünməlidir.  Bu 

zaman  ünsiyyət  qarĢılıqlı  xarakter  daĢıyır  və  əsas  məqsəddən 

yayınma halları aradan qalxır. 



 

 

 



594 

 

Bütün  yuxarıda  deyilənlərdən  belə  bir  ümumi  nəticəyə 



gəlmək  olar  ki,  pedaqoji  ünsiyyət  pedaqoji  fəaliyyətin 

müvəffəqiyyətli  icrası  üçün  zəruri  yollardan  biridir.  Səmərəli 

pedaqoji  ünsiyyət  qaydalarına  yiyələnməyən,  onun  sosial-

psixoloji  mexanizmləri  ilə  tanıĢ  olmayan  müəllim  öz 

fəaliyyətini müvəffəqiyyətlə yerinə  yetirə bilməyəcək və ciddi 

çətinliklə qarĢılaĢacaqdır.   

 Pedaqoji  fəaliyyət  zamanı  müəllimin  qarĢılaĢdığı 

psixoloji çətinliklər. Müəllimin pedaqoji fəaliyyəti və pedaqo-

ji  ünsiyyəti  həmiĢə  rəvan,  maneəsiz  getmir.  Müəllim  bu 

prosesdə  bir  sıra  psixoloji  çətinliklərə  rast  gəlir  ki,  onları 

nəzərə  almadan  və  aradan  qaldırmadan  pedaqoji  fəaliyyətin 

müvəffəqiyyətindən  danıĢmaq  mümkün  deyildir.  Bəs  bu 

çətinliklər hansılardır və hansı tiplərə ayrılır?  

Müəllimin  pedaqoji  fəaliyyəti  yerinə  yetirərkən 

qarĢılaĢdığı  çətinlikləri  müxtəlif  göstəricilərə  əsasən  tiplərə 

ayırmaq mümkündür. Buraya çətinliyi doğuran səbəbin obyek-

tiv və ya subyektiv olmasını, çətinliyin dərk olunma dərəcəsini, 

pedaqoji  təsirin  təĢkili  xüsusiyyətini,  özününəzarət  və 

özünütənzimi və s. aid etmək olar.  

Çətinliyi  doğuran  səbəbin  obyektivlik  dərəcəsindən  asılı 

olaraq  obyektiv  və  subyektiv  çətinlik,  dərk  olunma  dərəcəsinə 

görə dərk olunan və dərk olunmayan çətinlik özünü göstərir. 

Pedaqoji  təsirin  təĢkili  xüsusiyyətindən  asılı  olaraq 

aĢağıdakı kimi psixoloji çətinliklər müĢahidə olunur: yeni pro-

qramla  iĢləyə  bilməmək,  Ģagirdi  öyrənə  bilməmək,  ayrı-ayrı 

psixi funksiyaların səviyyəsini qiymətləndirə bilməmək, Ģagirdi 

yaranma və inkiĢaf prosesində olan tam bir Ģəxsiyyət kimi görə 

bilməmək, Ģagirdləri mənimsəməyə, fənnə, xarici görkəmə, da-

ha 


az 

əqli  keyfiyyətə  və  Ģəxsi  keyfiyyətə  görə 

qiymətləndirmək,  Ģagirdlərin  əqli  xüsusiyyətlərini  və 

Ģəxsiyyətini 

psixoloji 

cəhətdən 

öyrənmək 

üsullarına 

yiyələnməmək və s. (A.K.Markova). 

Özününəzarət  və  özünütənzimləmə  ilə  bağlı  olaraq  öz 




 

 

 



595 

 

qüsurlarını görməkdə, ona nəzarət etməkdə çətinliklər meydana 



çıxır. 

Təcrübə  göstərir  ki,  müəllim,  xüsusilə  təzəcə  fəaliyyətə 

baĢlayan  müəllim  heç  də  həmiĢə  qarĢıya  kommunikativ  peda-

qoji  məqsəd  qoyub  onu  dərk  etmir,  daha  doğrusu,  qarĢıya 

qoyduğu  məqsəd  sistemində  ünsiyyəti  təsəvvürünə  gətirə  bil-

mir,  Ģagirdlərin  Ģəxsiyyətini  öyrənməyi  bacarmır,  stereotip 

qiymətləndirmədən istifadə edir və buna müvafiq olaraq bütün 

siniflərdə  yaĢ  fərqindən  asılı  olmayaraq  monoton  ünsiyyətə 

gətirib  çıxaran  eyni  cür  qarĢılıqlı  təsir  vasitəsindən  istifadə 

edir,  heç  də  həmiĢə  ayrı-ayrı  Ģagirdlərlə  ünsiyyətdəki  çətinliyi 

təsəvvür  edə  bilmir,  sinfi  ələ  almaqda  çətinlik  çəkir,  Ģagirdin 

sinifdə  və  ailədə  nə  kimi  qeyri-formal  rolu  yerinə  yetirdiyini 

bilmir,  düzgün  olmayan,  mövcud  Ģəraitlə  uyğun  gəlməyən  pe-

daqoji rəhbərlik üslubunu tətbiq edir və s.  

Ümumiyyətlə  müəllimin  öz  fəaliyyətində  qarĢılaĢdığı 

prinsipial  psixoloji  çətinlikləri  ümumiləĢdirmiĢ  olsaq  onların 

aĢağıdakılardan  ibarət  olduğunu  söyləyə  bilərik:  müəllim 

Ģagirdi bütövlükdə öz inkiĢaf perspektivində qavraya bilmir, öz 

əməyini  pedaqoji  fəaliyyət,  pedaqoji  ünsiyyət  və  Ģəxsiyyətlə 

vəhdətdə  olan  bir  tam  kimi  görə  bilmir,  onları  “müəllim-

Ģagird”  sistemi  çərçivəsinə  keçirə  və  qiymətləndirə  bilmir. 

Müəllim  üçün  daha  geniĢ  yayılmıĢ  və  xarakterik  çətinlik 

Ģagirdlərin  psixi  vəziyyətini  və  özünün  pedaqoji  fəaliyyət  və 

ünsiyyəti  səviyyəsinin  diaqnostikasını  verə  bilməməkdən 

ibarətdir.  

Ümumiyyətlə 

götürdükdə 

müəllimin 

psixoloji 

çətinlikləri,  onun  müəyyən  pedaqoji  Ģəraitdə  həyata  keçirdiyi 

fəaliyyət zamanı təzahür edən gərginlik vəziyyəti ilə müəyyən 

edilir.  Bu  cəhəti  nəzərə  alaraq  psixoloji  ədəbiyyatda  çətinliyin 

yaranma  səbəbinin  xarakteri  ilə  bağlı  üç  ümumi  tipi 

müəyyənləĢdirilmiĢdir: 

1.  Xarici  səbəblərdən  irəli  gələn  psixoloji  çətinlik  (Ç

1

). 



Bu cür çətinlik, adətən, pedaqoji situasiyanın obyektiv çətinliyi 


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə