Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə189/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   185   186   187   188   189   190   191   192   ...   197

 

 

 



618 

 

cəhət əsas götürülür ki, hər bir sağlam uĢaq, yeniyetmə və gənc 



müvafiq sosial Ģəraitdə özünün geniĢ inkiĢaf imkanına malikdir. 

Bununla  birlikdə  bütün  uĢaqlar  eyni  imkana  malik  deyildirlər. 

Hər  bir  Ģagirdin  imkanını  aĢkara  çıxarmaq,  onun  inkiĢafına 

təkan  vermək  məktəbdə  təlim-tərbiyəni  optimallaĢdırmağın 

əsas tələblərindəndir. Məhz buna görə də uĢaq psixologiyası və 

pedaqoji  psixologiya,  eləcə  də  sosial  psixologiya,  eləcə  də  so-

sial psixologiya sahəsində əldə edilmiĢ nailiyyətlərdən  istifadə 

olunması ən ciddi məsələ kimi qarĢıda durur. UĢaq psixologiyası 

və  pedaqoji  psixologiyanın  nailiyyətlərinin  məktəb  təcrübəsinə 

tətbiqinin ən perspektiv yollarından biri xalq təhsili sisteminin 

bütün  sahələrində  psixoloji  xidmətin  təĢkilindən  ibarətdir.  Bu 

cür  xidməti  həyata  keçirmədən  gənc  nəslin  təlim  və 

tərbiyəsində istədiyimiz müvəffəqiyyətə nail ola bilmərik. 

Məktəbə  psixoloji  xidmətin  vəzifələri.  Pedaqoji  və  yaĢ 

psixologiyasının  əsas  istiqamətlərindən  biri  kimi  inkiĢaf  edən 

məktəbə psixoloji xidmət psixologiyanın həmin sahələrinin bir 

növ inteqral birliyini təĢkil edir. Ona görə də məktəbə psixoloji 

xidmətin  üç  mühüm  əhatə  sahəsi  mövcuddur;  müasir  məktəb 

Ģəraitində psixoloji biliklərin professional tətbiqinin yol, vasitə 

və  metodlarını  yaratmaq  məqsədilə  Ģagirdlərdə  psixi  inkiĢafın 

və 


Ģəxsiyyətin 

formalaĢmasının 

qanunauyqunluqlarını 

öyrənmək  (elmi  aspekt);  tədris  proqramlarının  tərtibi, 

dərsliklərin  hazırlanması,  didaktik  və  metodik  materialların 

psixoloji  əsaslarının  iĢlənməsi,  müəllimin  psixoloji  hazırlığı  və 

s. sahələri özünə daxil etməklə bütün təlim və tərbiyə prosesini 

psixoloji  cəhətdən  təmin  etmək  (tətbiqi  aspekt);  psixoloqların 

məktəbdə bilavasitə iĢləmələri (praktik aspekt). 

Bu aspektlərin vəhdəti məktəbə psixoloji xidmətin mövzu-

sunu təĢkil edir. ġübhəsiz vəhdətdə olan bu sahələrin hər birinin 

öz  məqsəd  və  vəzifələri  vardır  ki,  onları  həyata  keçirmədən 

psixoloji xidmətin səmərəliliyi mümkün deyildir. 

Birinci 

aspekt 


bilavasitə  həmin  sahədə  çalıĢan 

tədqiqatçılarla  bağlıdır.  Bu  sahədə  aparılan  tədqiqatlar  elə 




 

 

 



619 

 

olmalıdır ki, onlar bu və ya digər psixoloji qanunauyğunluqları 



və mexanizmləri açarkən bilavasitə məktəbdə iĢləyən psixolo-

qun,  məktəb  müəllimlərinin  fəaliyyəti  nəzərə  alınmıĢ  olsun. 

Əldə  edilmiĢ  elmi  nəticələr  elə  olmalıdır  ki,  onlar  konkret 

məktəb 


Ģəraitinə, 

konkret 


uĢaqda 

Ģəxsiyyətin 

formalaĢdırılmasına xidmət göstərə bilsin. 

Məktəbə  psixoloji  xidmətin  tətbiqi  aspekti  tələb  edir  ki, 

proqram, dərslik, didaktik və metodik materiallar hazırlayarkən 

psixoloji  biliklərdən  kifayət  qədər  istifadə  olunsun.  Bu  cəhət 

nəzərə  alındıqda,  yeri  gəldikcə  həmin  sahələrdə  psixoloqların 

bilavasitə iĢtirakı daima səmərəli nəticə verir. 

Psixoloji  xidmətin  praktik  aspektinə  gəldikdə,  daha  çox 

nəzərə  çarpan,  əsl  mənada  məktəbə  psixoloji  xidməti  təmin 

edən  cəhətlərdir.  Məktəbə  psixoloji  xidmətin  həmin  sahəsini 

bilavasitə  məktəb  psixoloqları  həyata  keçirməlidir.  Bu  zaman 

onlar konkret problemləri həll etmək üçün ayrı-ayrı Ģagirdlərlə, 

sinif kollektivi ilə, müəllim və valideynlərlə iĢləməli olurlar. 

Bəs  konkret  olaraq  məktəbə  psixoloji  xidmətin 

vəzifələri  nədən  ibarətdir?  Həmin  vəzifələr  əsasən 

məktəbə  psixoloji  xidmətlə  əlaqədar  əsasnamədə  öz  əksini 

tapmıĢdır. həmin vəzifələri aĢağıdakı Ģəkildə xarakterizə etmək 

olar.  

Məktəbə  psixoloji  xidmətin  əsas  vəzifəsi  -  Ģagirdlərin 



təlim  və  tərbiyəsi  sahəsindəki  çətinlikləri,  onların  Ģəxsi  və in-

tellektual  inkiĢafındakı  qüsurları  aradan  qaldırmaqla,  bununla 

da təlim-tərbiyə  sahəsində məktəbdə aparılan iĢin səmərəliliyini 

yüksəltməkdə, sosial cəhətdən fəal, yüksək ideya inamına ma-

lik  Ģəxsiyyətin  formalaĢdırılmasında  pedaqoji  kollektivə 

köməklik göstərməkdən ibarətdir. 

Psixoloji 

ədəbiyyatda  məktəbə  psixoloji  xidmət 

fəaliyyətinin  iki  istiqaməti  qeyd  olunur:  aktual     və perspektiv     

  (Ġ. V. Dubrovina). 

Məktəbə  psixoloji  xidmət  fəaliyyətinin  aktual  istiqaməti  

Ģagirdlərin  təlim  və  tərbiyəsindəki  bu  və  ya  digər  çətinlikləri, 



 

 

 



620 

 

onların  davranıĢlarında,  ünsiyyətlərində,  Ģəxsiyyətlərinin 



formalaĢmasındakı  qüsurlarla  bağlı  bügünkü  problemlərin 

həllinə  yönəldilmiĢ  istiqamətdir.  Məktəbin  gündəlik  həyatında 

həmiĢə  bir  sıra  problemlərə  rast  gəlmək  olur  və  müəllim, 

Ģagird, valideynlərə konkret köməklik göstərməyə ehtiyac duyu-

lur  ki,  bunlar  məktəbə  psixoloji  xidmətin  bügünkü  mühüm 

vəzifəsi hesab olunur. 

Məktəbə  psixoloji  xidmət  fəaliyyətinin  perspektiv 

istiqaməti  hər  bir  Ģagirdin  inkiĢafı,  cəmiyyətdə  yaradıcı  həyata 

onun  psixoloji  hazırlığının  formalaĢması  məqsədinin  həyata 

keçirilməsinə  yönəldilmiĢ  istiqamətdir. Psixoloq  pedaqoji  kol-

lektivin  fəaliyyətinə  əsas  psixoloji  ideya  olan  hər  bir  Ģagirdin 

Ģəxsiyyətinin  ahəngdar  inkiĢafı  imkanı  ideyasını  daxil  edir  və 

praktik iĢdə onu həyata keçirməyə köməklik göstərir. Bu zaman 

onun  əsas  vəzifəsi  hamının  və  hər  bir  Ģagirdin  qabiliyətlərinin 

inkiĢafı  üçün  psixoloji  Ģərait  yaratmaqdan  ibarətdir.  ġübhəsiz 

ayrı-ayrı  Ģagirdlərin  qabiliyətlərinin  inkiĢaf  səviyyəsi  müxtəlif 

olacaqdır.  Burada  baĢqa  cür  düĢünmək  də  olmaz.  ġagirdlərin 

hamısında eyni inkiĢaf səviyyəsini yaratmaq mümkün deyildir, 

burada  birinci  növbədə  onların  imkanları  rol  oynayır.  Məhz 

buna  görə  də  hər  bir  Ģagirdlə  əlaqədar  psixoloqun  yerinə 

yetirəcəyi vəzifə də müxtəlif olacaqdır. 

Qeyd  etdiyimiz  hər  iki  istiqamət  bir-biri  ilə  sıx  bağlıdır. 

Adətən, psixoloji xidmət zamanı psixoloq perspektiv vəzifələri 

həll  etməklə,  gündəlik  prosesdə  onun  köməyinə  ehtiyacı  olan 

Ģagirdlərə,  onların  valideynlərinə,  müəllimlərə  konkret 

köməklik göstərir. 

Lakin  məktəbə  psixoloji  xidmətin  əsas  məqsədi 

Ģagirdlərin  psixikasının  və  Ģəxsiyyətinin  inkiĢafına  maksimum 

kömək  göstərməyə  yönəldilmiĢ  perspektiv  istiqamət  fəaliyyəti 

ilə bağlı olmalıdır. Burada əsas amil qabiliyyətlərdən ibarətdir. 

Qabiliyyətlər  isə  Ģəxsiyyətin  hərtərəfli  və  ahəngdar  inkiĢafı 

üçün  zəmin  olan  ümumi  və  Ģagirdin  fərdiyyətinin 

formalaĢmasının  əsasını  təĢkil  edən  xüsusi  qabiliyyətlərə 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə